19 May 2024

Bazar, 16:19

SƏYLƏRİ DAVAM ETDİRMƏLİ

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid HARRİSİN "R+" jurnalına müsahibəsi

Müəllif:

10.02.2015

Ötən həf­tə Azər­baycan Pre­zi­den­ti İl­ham Əli­y­ev ABŞ-ın ən qə­dim və nüfuz­lu yə­hu­di təş­ki­lat­la­rın­dan olan Ame­­­ri­ka Yə­hu­di Ko­mi­tə­si­nin (AYK) icra­çı di­rek­to­ru De­vid Har­ri­sin baş­çı­lıq et­diyi nümay­ən­də hey­ə­ti­ni qə­bul edib. Görüş za­ma­nı söh­bət Azər­­baycan­la ABŞ ara­sın­da iki­tə­rə­f­li müna­si­bət­lə­rin in­ki­şa­fın­dan ge­dib, nümay­ən­də hey­ə­ti­nin sə­fə­ri­nin əmək­daş­lığın ge­niş­lən­di­ril­mə­si­nə da­ir məh­sul­dar da­nı­şıq­la­rın apa­rıl­ma­sı ba­xı­mın­dan əhə­miyyə­ti vu­rğ­u­la­nıb. D. HAR­RİS əmək­daş­lığın ge­niş­lən­di­ril­mə­si im­kan­la­rı haq­qın­da fi­kir­lə­ri­ni "R+" ilə də bölüşüb.

- Növbəti səfərinizə ver­diy­i­niz qiy­mət və apa­rıl­mış da­nı­şıq­la­rın nə­ticə­lə­ri haq­qın­da fi­kir­lə­ri­ni­zi bil­mək ma­raq­lı olar­dı...

- Ba­kı sə­fə­ri­miz əla keç­di. Hər kəs bi­zi son də­rəcə is­ti, meh­ri­ban və məh­sul­dar qar­şı­la­dı. Bu, 2008-ci il­dən baş­lay­a­raq, AYK nümay­ən­də hey­ə­ti­nin Azər­­bayca­na sayca 5-ci sə­fə­ri­dir. Bu sə­fər­lə­rin hər bi­ri za­ma­nı iq­ti­sa­di və so­si­al sa­hə­lər­də­ki aş­kar in­ki­şaf nə­zə­rə çar­pır.

- Bu sə­fər za­ma­nı yal­nız pre­zi­den­t­lə və Azər­baycan rəh­bər­li­y­in­də təm­sil olu­nan şəx­slər­lə gö­rüşmə­di­niz. Bu də­fə ADA Uni­ver­si­te­tin­də ol­du­nuz, gənclər­lə söh­­bət­ləş­di­niz. Bu mə­na­da, müna­qi­şə­lər­lə do­lu çə­tin re­g­i­on­da yer­lə­şən Azər­bayca­nın gə­ləcəy­i­ni necə gö­rür­sünüz?

- ADA Uni­ver­si­te­ti­nin, təx­mi­nən, 100 tə­lə­bə­si qar­şı­sın­da çı­xış et­mək im­ka­nı sə­fə­ri­mi­zin ən par­laq mə­qam­la­rın­dan bi­ri idi. Bütün sə­fər­lə­rim za­ma­nı tə­lə­bə­lər­lə görüşməyə ça­lı­şı­ram. Azər­baycan­da bu cür sa­vad­lı, mə­lu­mat­lı, ing­i­lis di­li­ni mü­kəm­­məl bi­lən tə­lə­bə­lə­rə ma­lik uni­ver­si­te­tin möh­tə­şəm kor­pu­su­na va­leh ol­dum. Bu gənclə­rə bax­dı­q­da, de­mək olar ki, Azər­baycan dip­lo­ma­tiy­a­­sı hə­lə uzun il­lər ər­zin­də eti­bar­lı əl­­lər­də olacaq.

- Azər­baycan di­a­s­po­ru ABŞ-ın yə­hu­di icma­sı ilə sıx əmək­daş­lıq edir. Di­a­s­po­ra­mız­la AYK ara­sın­da əmək­daş­lığın ha­zır­kı sə­viyyə­si­ni ne­cə qiy­mət­lən­di­rir­si­niz?

- Bi­zim ara­mız­da ya­xın, məh­sul­dar müna­si­bət­lər var. Açığı, ABŞ-da­kı Azər­baycan di­a­s­po­ru­nun rəh­bər­lə­rin­dən bi­ri bi­zim nümay­ən­də hey­ə­ti­miz­də də yer alır­dı. Azər­bay­ca­na və Ame­ri­kaya olan mə­həb­bə­ti onu iki icma və iki öl­kə ara­sın­da ide­al körpüyə çe­vi­rir. Biz ya­xın il­lər­­də əla­qə­lə­ri­mi­zin da­ha da də­rin­ləş­mə­si­ni məm­nu­niyyət­lə göz­ləy­i­rik.

- Bu­nun­la ya­na­şı, bə­zən ABŞ KİV-də qə­rəz­li, Azər­baycan re­al­lıq­la­rı­nı əks et­dir­məy­ən mə­qa­lə­lə­rə rast gə­li­nir. Son za­man­lar isə be­lə mə­qa­lə­lə­rin sayı nə­zə­rə­çar­pacaq də­rəcə­də ar­tıb. On­lar ABŞ-da Azər­baycan haq­qın­da tə­səv­vür­lə­rə cid­di tə­sir gö­s­tə­rir­mi və be­lə hal­la­rın qar­şı­sı­nı al­maq üçün han­sı ad­dım­la­rı at­maq olar?

- Ame­ri­ka­da heç kəs ki­mə­sə nə­y­i­sə yaz­mağa, nəşr et­məyə qa­dağa qoya bil­məz. Odur ki, fi­k­ri­mizcə, be­­lə hal­la­ra ən yax­şı ca­vab Azər­bay­ca­nın öz ta­ri­xi­ni da­nış­mağa, re­s­pub­li­ka­nın həy­a­tı­nın Ame­ri­ka au­di­to­ri­y­a­­sı üçün o qə­dər də əl­ça­tan ol­ma­y­an as­pek­t­lə­ri­ni or­taya qoy­mağa da­ha çox cəhd gö­s­tər­mə­si olar­dı. Müa­sir dünya­da müxtə­lif ra­bi­tə va­si­tə­lə­ri­nin ol­ma­sı bu mə­sə­lə­nin həl­li­ni xey­li asan­laş­dı­rıb. Mə­sə­lən, Azər­baycan so­si­al KİV va­si­tə­si­lə çox­milyon­lu au­di­to­riya qa­za­na bi­lər və bu­na ça­lış­ma­lı­dır.

- Azər­bayca­nın əsas prob­le­mi haq­qın­da da fi­k­ri­ni­zi bil­mək ma­raq­lı olar­dı. Söh­bət Azər­baycan əra­zi­si­nin bir his­sə­si­nin işğ­a­lın­dan ge­dir. Azər­baycan hö­ku­mə­ti və di­a­s­po­ru bu mə­sə­ləyə böyük diq­qət ayır­sa da, hə­lə də Qərb tə­rə­fin­dən bu prob­le­mə ya­naş­ma­da iki­li stan­dar­t­la­rın şa­hi­di olu­ruq. Hər hal­da, Uk­ray­na­da baş ve­rən­lə­rə müna­si­bə­tə nə­zər sal­dı­q­da, bu­nu gör­mək mümkündür. Əg­ər Ru­siy­aya qar­şı san­k­siy­a­lar tət­biq olu­nur­sa, Er­mə­ni­s­ta­na qar­şı ey­ni ad­dım­la­rın şa­hi­di ol­mu­ruq. Ey­ni prob­lem­lə­rə ya­naş­ma­da bu fərq nə ilə iz­ah olu­na bi­lər? Gə­ləcək­də bu sa­hə­də müs­bət dəy­i­şik­lik­lə­rin olacağı­na ümid bəs­lə­mək mümkündürmü?

- Mən bu su­a­la sa­də ca­vab ver­mək is­tər­dim, la­kin bacar­mı­ram. BMT Təhlükə­siz­lik Şu­ra­sı mə­sə­lə ilə bağlı 4 qət­na­mə qə­bul edib. La­kin cid­di irə­li­ləy­iş görmürük. Üstə­lik, gə­rg­in­liy­in ar­ta bi­ləcəy­i­ni gö­s­tə­rən bir çox na­ra­ha­te­dici mə­qam­lar da var. Azər­baycan öz əra­zi­lə­ri­ni itir­­miş 4 post­so­vet öl­kə­sin­dən bi­ri­dir. XXI əs­rdə be­lə hal­lar bir­mə­na­lı şə­kil­də mümkün ol­ma­ma­lı­dır.

- Ümu­mi­lik­də, Azər­baycan-Ame­­ri­ka müna­si­bət­lə­ri­nin ha­zır­kı du­ru­mu­nu qiy­mət­lən­di­rə­rik­sə, onun ta­ri­xi­nin heç də ən yax­şı dövrünü ya­şa­ma­dığı fi­k­ri ilə ra­zı­sı­nız­mı? 

- Tə­əssüf ki, iki­tə­rə­f­li müna­si­bət­lər ar­zu olun­duğu qə­dər möh­kəm dey­il. Am­ma biz Azər­bayca­nın Ame­­­ri­ka­nın mil­li ma­raq­la­rı ba­xı­mın­dan vacib­liy­i­ni gö­s­tər­mək üçün səy­lə­ri­mi­zi da­vam et­di­rəcəy­ik. Əha­li­si­nin ək­sə­riyyə­ti­ni müsəl­man­la­rın təş­kil edən bu dünyə­vi döv­lə­tə müsbət ba­xış vaci­b­dir. O, ter­ror­la müba­ri­zə­də ABŞ-ın ya­nın­da­dır, re­g­i­o­nal sa­bit­liy­in tə­mi­nin­də əsas amil­dir, nə­hə­ng neft və qaz ix­racat­çı­sı, hə­m­çi­nin din­lə­ra­ra­sı müna­si­bət­lər ba­xı­mın­­dan bir mo­del­dir. Bütün bun­la­ra müsbət ya­naş­maq, bu müna­si­bət­lər­də hə­lə çox iş­lər gör­mək la­zım­dır.


MƏSLƏHƏT GÖR:

710