11 May 2024

Şənbə, 18:42

"MƏN ARTIQ QOCALMIŞAM"

Vladimir Kramnik şahmat tacı uğrunda mübarizəyə yenidən qoşulub-qoşulmayacağını "R+"a açıqladı

Müəllif:

28.04.2015

Bu günlər­də öl­kə­mi­zin sə­fa­lı gu­şə­lə­rin­dən sa­yı­lan Şəm­kir­də şah­mat üzrə Vüqar Hə­şi­mo­vun xa­ti­rə­si­nə həsr olu­nan "ShamkirChess2015" bey­nəl­xalq tur­ni­ri­nə ye­kun vu­rul­du. Ar­dıcıl ikinci də­fə baş tu­tan mö­tə­bər ya­rış­da dünya rey­tinq sı­ra­la­ma­sın­da ilk 25-də olan 9 şah­mat­çı və so­nuncu Azər­baycan çem­pi­o­nu Ra­uf Məm­mə­dov iş­ti­rak et­di. İlk də­fə ola­raq Azər­baycan­da ke­çi­ri­lən şah­mat tur­ni­rin­də qə­lə­bə uğrun­da 3 dünya çem­­pi­o­nu müba­ri­zə apar­dı. Şah­mat tacı­nın ha­zır­kı sa­hi­bi Ma­qnus Karl­sen­lə sa­biq dünya çem­pi­on­la­rı Vi­ş­va­na­tan Anand və Vla­di­mir Kram­ni­kin bir-bi­ri­nə rə­qib ol­ma­sı dünya me­dia­sı­nın diq­qə­tin­dən yayın­ma­dı.

"R+"un su­al­la­rı­na Şəm­ki­rə ilk də­fə gə­lən ru­siy­a­lı dünya çem­pi­o­nu Vla­di­mir Kram­nik ca­vab ve­rib. Şah­mat üzrə 14-cü dünya çem­pi­o­nu, Dünya Ku­bo­ku­nun sa­hi­bi müsa­hi­bəyə sə­fər tə­əssürat­la­rı ilə baş­la­dı.

- Bir ne­çə də­fə Ba­kı­da ke­çi­ri­lən şah­mat ya­rış­la­rın­da iş­ti­rak et­mi­si­niz. Am­ma Şəm­kir­də ilk də­fə çı­xış edir­si­niz. Şə­hər haq­qın­da tə­əs­sürat­la­rı­nız necə­dir?

- Düzünü dey­im, Şəm­ki­ri gəz­məyə o qə­dər im­kan ol­ma­dı. Adə­tən, pay­taxtdan kə­nar­da yer­lə­şən şə­hər­lər diq­qə­ti cəlb et­mir. Şəm­kir bu fi­k­ri­mi ta­ma­mi­lə dəy­iş­di. Ya­şa­dığım meh­man­xa­na­nın ət­ra­fın­da gə­zi­şən­də va­leh ol­dum. Şə­hər tə­miz­lik­lə və gö­zəl­lik­lə mə­ni va­leh et­di. Şəm­ki­rin be­lə gö­zəl olacağı­nı göz­lə­mir­dim. Tə­bi­ə­ti çox ma­raq­lı­dır. Şə­hər həm də qə­dim­liy­i­ni qo­ruy­ur. Ha­va­sı çox tə­miz­dir. O qə­dər tə­miz­dir ki, hər gün yu­xuya qa­lır, is­tə­diy­im vaxtdan 1 sa­at gec oy­a­nı­ram. Bəl­kə də sa­at fər­qiy­lə bağlı­dır. Fran­sa­da ya­şa­dığım­dan, vax­ta öy­rə­şə bil­mi­rəm.

- Azər­bayca­nın hər ye­ri qo­naq­pər­vər­lik­lə fər­q­lə­nir. Bu mə­na­da Şəm­kir də ge­ri qal­mır...

- Si­zin­lə tam ra­zıy­am. Şəm­ki­rə ya­rış­dan iki gün əv­vəl gəl­mi­şəm. Bir gün şə­hər gə­zin­ti­si­nə çıx­dım. Ot­el ya­xın­lığın­da yer­lə­şən mağa­zaya da­xil ola­raq su al­dım. Sa­tıcı mə­ni azər­baycan­lıya ox­şat­dı. Öy­rə­nən­də ki, "ShamkirChess2015" tur­ni­rin­də iş­ti­rak­çıy­am, suy­un pu­lu­nu al­maq is­tə­mir­di. Ümu­miyyət­lə, tur­nir za­ma­nı təş­ki­lat­çı­lar şah­mat­çı­la­ra çox özəl müna­si­bət bəs­lə­di. Bu­na gö­rə on­la­ra tə­şəkkürümü bil­di­ri­rəm.

- Azər­baycan­da mö­tə­bər ya­rış­la­rın ke­çi­ril­mə­si ar­tıq ənə­nə ha­lı­nı alıb. Ona gö­rə tur­ni­rin yüksək sə­viyyə­də ke­çi­ril­mə­si si­zi tə­əccüblən­dir­mə­mə­li­dir...

- Ba­kı­nı çox yax­şı xa­tır­layı­ram. Ümu­miyyət­lə, Azər­bayca­nın id­man sa­hə­sin­də əl­də et­diyi uğur­lar­dan xə­bər­da­ram. Hər də­fə öl­kə­ni­zə gə­lən­də ye­ni­lik­lər­lə tə­əccüblə­nir­sən. Azər­­baycan son il­lər çox in­ki­şaf edib.

- "ShamkirChess2015" tur­ni­ri mər­hum şah­mat­çı­mız Vüqar Hə­şi­mo­vun xa­ti­rə­si­nə ke­çi­ri­lir. Onun­la han­sı tur­nir­lər­də rə­qib ol­mu­su­nuz...

- Vüqa­rın gö­zəl au­ra­sı var idi. Gülüşü heç za­man əs­kik ol­maz­dı. Bir ne­çə də­fə rə­qib ol­mu­şuq. Ma­raq­lı müba­ri­zə sə­rg­i­ləy­ib. Hər za­man qə­lə­bə ba­rə­də düşünürdü. Ya­xın dost ol­ma­sa­q­da onun ha­q­da ancaq xoş söz­lə­rim var. Azər­baycan mil­li­si­nin hey­ə­tin­də Av­ro­pa çem­pi­o­nu olub. Heç vaxt fi­kir­ləş­məz­dim ki, mən­dən ca­van olan Vüqa­rın xa­ti­rə tur­ni­rin­də iş­ti­rak edəcəm. Onun in­di bi­zim­lə ol­ma­dığı­nı qə­bul et­mək çə­tin­dir. Şəm­kir tur­ni­ri Vüqar­se­vər­lə­ri bir­ləş­di­rir. Be­lə gö­zəl tur­ni­rə gö­rə təş­ki­lat­çı­la­ra tə­şəkkür et­mək is­tər­dim. Fi­k­rimcə Vüqa­rın xa­ti­rə tur­ni­ri ənə­nə­vi ol­ma­lı­dır.

- Bə­zi­lə­ri nor­veç­li Ma­qnus Karl­se­nin uzun müddət çem­pi­on ti­tu­lu­nu qo­ruy­acağı­nı dey­ir. Siz necə düşünürsünüz? Çem­pi­on­luğu qay­tar­maq is­tə­mir­si­niz?

- Mən ar­tıq qocal­mı­şam (gülür). İn­di gənclər bu ba­rə­də düşünmə­li­dir. Əl­bət­tə, dünya çem­pi­on­luğu uğrun­da müba­ri­zəyə qo­şul­maq is­təy­i­rəm. Sa­dəcə yaş ami­li­ni unut­maq ol­maz. Gə­rək fi­zi­ki ha­zır­lıq üzə­rin­də iş­ləy­ə­­sən. Ma­qnus ca­van­dır. Bir ne­çə sa­at oy­na­maq onun üçün prob­lem ya­rat­mır. O vaxt Har­ri Ka­s­pa­ro­va qa­lib gə­lən­də ca­van idim. Ener­jim çox idi (2000-ci il­də Lon­don­da baş tu­tan görüşdə Kram­ni­kin 25 ya­şı var olub - red). Am­ma gənc nə­sil ara­sın­da Ma­qnu­sa rə­qib olacaq şah­mat­çı­lar az dey­il.

- "ShamkirChess2015" tur­ni­ri­nin 2-ci tu­run­da Karl­sen Şəh­riy­ar Məm­mədya­ro­va qa­lib gəl­di. San­ki Karl­se­nə qar­şı oy­na­maq ha­mı­da çə­tin­lik ya­ra­dır..

- Əl­bət­tə, Karl­sen çox güclü şah­mat­çı­dır. Son za­man­lar be­lə bir ifa­də var: ha­mı yax­şı oy­nayır, am­ma son­da Karl­sen qa­lib gə­lir. Sözsüz, Ma­qnus güclü şah­mat­çı­dır. Şəh­riy­a­ra gəl­dik­də, böyük po­ten­si­a­lı var. Emo­si­o­nal qross­mey­ster­dir. Ən böyük prob­­le­mi sta­bil oy­na­ma­ma­sı­dır. Sta­bil oy­un üçün bəl­kə də müəyyən prob­lem­lə­ri var. Bu­nun­la be­lə, şah­mat­çı ki­mi risk et­məyi se­vir, so­na qə­dər təzyiq edir. Məm­mədya­rov is­tə­ni­lən rə­qi­bə qar­şı müba­ri­zə apa­ra bi­lər. Ümu­miyyət­lə, tur­nir­də iş­ti­rak edən hər bir şah­mat­çı güclüdür. Bu­ra­da ha­zır­kı dünya çem­pi­o­nu, iki sa­biq çem­pi­on və bir ne­çə gə­ləcək çem­pi­on müba­ri­zə apar­dı. Hey­ət güc­lü ol­duğun­dan hər tur çə­tin keç­di. 

- 7 sa­a­ta ya­xın da­vam edən par­tiy­a­da Şəh­riy­ar Məm­mədya­rov si­zə qa­lib gəl­di. Hə­min görüşü necə xa­rak­te­ri­zə edər­di­niz...

- Şəh­riy­ar yax­şı oy­na­dı və qa­lib gəl­di.

- Sentyab­r­da Ba­kı­da Dünya Ku­bo­ku ke­çi­ri­ləcək. Ya­rı­şın son qa­li­bi ki­mi si­zi iş­ti­rak­çı­lar ara­sın­da gö­rə bi­ləcəy­ik?

- Payız­da Dünya Ku­bo­kun­da iş­ti­rak edəcəy­əm. Hər hal­da, be­lə pla­nım var. İn­diyə qə­dər Dünya Ku­bo­ku­nun ta­ri­xin­də heç bir şah­mat­çı ar­dıcıl iki də­fə qə­lə­bə qa­zan­mayıb. O mə­na­da mə­nim üçün çə­tin olacaq. İs­tər­dim Ba­kı­da da qa­lib olum. La­kin ba­şa düşürəm ki, çə­tin olacaq.

- Dünya Ku­bo­kun­da Er­mə­ni­s­tan şah­mat­çı­la­rı­nın iş­ti­ra­kı ba­rə­də qə­rar qə­bul edil­məy­ib. Azər­bay­can döv­lət sə­viyyə­sin­də təhlü­kə­siz­liyə zə­ma­nət ver­sə də, son qə­rar mə­lum dey­il...

- Bu ba­rə­də qə­ra­rı Er­mə­ni­s­tan şah­mat­çı­la­rı qə­bul et­mə­li­dir. Ümu­miyyət­lə, məncə, id­man siy­a­sət­dən kə­nar­dı. Mən is­təy­i­rəm ki, er­mə­ni şah­mat­çı­la­rı Ba­kıya gəl­sin, azər­baycan­lı qross­mey­ster­lər ora get­sin. Şah­mat ha­mı­nı bir­ləş­di­rir. Mən Le­von Aronyan­la tur­nir­lər­də tez-tez görüşürəm. Fi­k­rimcə, o, Ba­kı­da­kı Dünya Ku­bo­kun­da iş­ti­rak edəcək. Bu­ra­da heç bir prob­lem yox­dur.

- "ShamkirChess2015" tur­ni­ri ilə pa­ra­lel Er­mə­ni­s­tan­da ko­man­da­lar ara­sın­da dünya çem­pi­o­na­tı ke­çi­ri­lir. Am­ma siz Vüqar Hə­şi­mo­vun xa­ti­rə tur­ni­rin­də iş­ti­ra­kı Ru­siya yığma­sın­da oy­na­ma­q­dan üs­tün tut­du­nuz...

- Fe­v­ral­da ar­tıq Şəm­ki­rə gə­ləcəy­i­mə söz ver­miş­dim. So­nra­dan fe­de­ra­siya rəh­bər­liyi mil­liyə də­vət et­di. Əv­vəlcə­dən hər han­sı bir tur­nir olacağı hal­da, yığma­da ol­may­acağı­mı de­miş­dim. Fi­k­rimcə, mən­siz də Ru­siya yığma­sı güclüdür. Di­g­ər tə­rəf­dən, Şəm­kir­də­ki tur­nir gö­zəl in­san, güclü şah­mat­çı Vüqar Hə­şi­mo­vun xa­ti­rə­si­nə həsr olu­nub. Ötən il bu ya­rış­da iş­ti­rak edə bil­mə­dim. Am­­ma bütün həm­kar­la­rım təş­ki­lat­çı­lıq haq­qın­da xoş söz­lər dey­ir­di. Vü­qar­la çox ya­xın ol­ma­saq da, onun xa­­ti­rə tur­ni­rin­də iş­ti­rak et­məyə bil­məz­dim.


MƏSLƏHƏT GÖR:

581