10 May 2024

Cümə, 06:32

KONTEMP - AZADLIQ RƏQSİ

Litvalı sənətkarlar Bakıda teatr performansını incəsənətin klassik quruluşlarının yenidən dərk olunması kimi təqdim ediblər

Müəllif:

28.04.2015

Bütün zamanlarda insan özünüifadəyə can atıb. Bunun üçün olduqca böyük üsullar və vasitələr kəşf edilib. Rəqs də onlardan biridir. Əcdadlarımız qədim dövrlərdə tonqal ətrafında tullanarkən və mizraqları silkələyərkən, onların hərəkətləri ritual olaraq düşünülmüş, amma improvizədən məhrum olmayan hərəkətlər idi. Dövlət - qədim, faktlar isə ehtimal ediləndir. Mütləq həqiqət ondan ibarətdir ki, bəşəriyyətin özünüifadəyə olan tələbatı yenə də güclü olaraq qalır. Bununla yanaşı özünüifadəyə tam imkan verən forma axtarışları da o cümlədən. 

Litvadan olan dramatik aktyorlar - Aqne Ramanauskayte, Paulyus Tamole və Mantas Stabaçinskas YARAT! müasir incəsənət məkanının dəvəti ilə Bakıya gəliblər və "Contemporary? Müasirlik?" adlı rəqs performansı gətiriblər. İsim konseptualdır, gənclərin incəsənət haqqında, özləri haqqında dialoqun məğzinə və mahiyyətinə, özünüifadənin yeni forma və üsullarının axtarışlarına işıq salan konseptual məna daşıyır. İsimdə tamaşaçı auditoriyasını dialoq-mülahizəyə dəvət edən sual və bu sualın cavabının mümkün axtarışlarının variantlarını nəzərdə tutan cavab var.

 

Contemporary

Ensiklopediyadan: "Contemporary - özündə istər Qərb rəqsinin (klassik rəqs, caz modern), istərsə də Şərq incəsənət hərəkətlərinin (siqun, yoqa, tayszi syuan) elementlərini uyğunlaşdıran müasir rəqsin istiqamətlərindən biridir. Eyni zamanda, bu, müəyyən üslub forması olmayan rəqsdir, çünki onun əsas mahiyyəti özünüifadədən ibarətdir". 

Müasir teatr nə deməkdir? Və ümumiyyətlə, müasir incəsənət nə deməkdir. Bu haqda ucadan və plastik hərəkətlərlə - aktyorlar mülahizə edirlər. Hər nəslin zamanla öz təcrübəsi olur. 

Litvalı aktyorların tamaşası yeni emosional hisslər yaşadaraq, zalı təkcə coşdurmadı, həm də əyani surətdə göstərdi ki, tamaşaçı ilə dialoqda fərdi dilin axtarışları sərhədsizdir. Tamaşaçı ilə nə haqda və necə danışmağınızı anlamaq mühümdür.

Bir zamanlar Aysedora Dunkan klassik rəqsin stereotiplərini qırmağa çalışaraq, səhnəyə ayaqyalın çıxdı və bütün dünyaya nümayiş etdirdi ki, rəqs incəsənəti kanon qaydalarının çərçivələrinə salınmış bədən və ruhun dilidir. O, bunu bacardı. Onun ardıcılları yarandı. Lakin ancaq ötən əsrin 60-cı illərində onun təşəbbüsləri öz məkanını əldə etdi və səs hüququna malik oldu. Kontemp - bu suallara cavabların axtarışıdır: Mən bu dünyada kiməm? Nə üçün? Ona görə də bu janra daxil olan hər bir kəsin öz rəqsi var. Bu, dünyaya özünün qavrayışı haqqında danışmaq üsuludur. Və bu qarışılıqlı münasibətlər nə qədər ahəngliyini pozursa, rəqs də bir o qədər təsirli olur. Əslində, hətta rəqs yox, plastika şəkildə təhkiyədir... 

Nə haqqında olmasını isə hər bir ifaçı özü seçir. Bu, onun yoludur, onun axtarışıdır, onun sualları və cavablarıdır, dünya ilə qarşılıqlı əlaqəyə girmək üçün onun vasitələridir. 

 

Tamaşa - fikirlərin ötürülmə forması kimi... 

Üç aktyor ayaqyalın və qismən çılpaq şəkildə döşəməyə uzanıb. Onların müdafiəsiz bədənləri ilk baxışdan, özlərinin qəribə həyatları ilə yaşamağa başlayırlar. Gərilmiş əzələlərin birdən buraxılaraq bir-birini əvəz etməsi, üzülmə, birdəndayanmalar, dönmələr, qalxmalar, yıxılmalar və yenidənqalxmalar, nəfəslə işləmək... Döşəmədə icra edilən hərəkətlərin sayı çoxdur. Aktyorlar hansısa dəqiq ssenariyə əməl etmirlər, dərin emosional nigaranlıq ifadə edən bədənlərinin səsini eşidirlər. Ona görə də aktyorların hərəkətlərində eynilik yoxdur. Hətta bir aktyorun belə hərəkətləri təkrarlanmır. Bu süjet hərəkəti deyil. Bu, özün haqqında hekayədir. Öz yaradıcılığının axtarışları haqqında, müasir incəsənətdə öz yerinin dərk edilməsi haqqında. Bu məqama qədər zal düşünür ki, bu plastika şəklində təqdimolunan tamaşadır və o, bəlkə də dünyanın yaradılması haqqındadır. Budur, bəlkə də, dünya belə yaranıb! Və tamaşaçı, əlbəttə ki, rejissorun zala kodlaşdırılaraq göndərdiyi müraciətin kodunu tapmağa çalışır!

Zalda pıçıltı yayılır, lakin birdən işıq yanır və Paulyus Mnatasla, Aqne döşəmədə işləməyə davam edərkən, dialoqa girir - mətn dialoquna. Və tamaşaçı yenidən təxminlərə qapılır: bu, plastika hərəkətlərindən ibarət tamaşadırsa, mətn nəyə gərəkdir? Aktyorlar tamaşaçını şahidliyə çağıraraq, öz hərəkətlərinin həqiqiliyi haqqında diskussiya edir. Onlar düşünürlər ki, indi etdikləri, tamamilə anlaşılmazdır, bəlkə də, tamaşaçıya maraqlı deyil. Zal razılıqla reaksiya verir. Paulyus və Mantas öz fikirlərinə Aqneni də cəlb etməyə çalışırlar. Lakin o, öz hərəkətlərinə dalıb. O, öz axtarışlarında olan vəziyyətdən çıxmaq istəmir, həm də ki onu tamaşadakı tərəfdaşlarının fikirləri maraqlandırmır. Elə bu zaman burada və indi baş verən real zamanın və real hərəkətlərin hissi yaranır. Bu saniyədən tamaşanın hadisələri tamaşaçı və aktyorların bir neçə suala cavab verməyə çalışdığı interaktiv qarşılıqlı münasibətlərin müstəvisinə keçir. Müasir tamaşaçıya nə lazımdır? Hansı sənət onu daha çox cəlb edir: ürəyi narahat edən, yoxsa fikirləri oyadan? Emosional və ya intellektual? Cavab sadədir və ona Aqne verir: qoy, hər bir kəs özünə daha maraqlı və daha yaxın olanı seçsin! Əsl incəsənətə həmişə tələbat olacaq. Kontempo isə nə isə yeni və qeyri-adi bir şey tapmağa kömək edərək, incəsənətdə üslubları da, istiqamətləri də qarışdırmaq imkanı verir. Kontemponu onun lokal mənasında nəzərdən keçirsək, aşkar edərik ki, bu, bədənin, psixikanın və ruhun halını balanslaşdırmağa imkan verən, intellektual rəqsdən başqa bir şey deyil. Həmfikir-aktyorlar tamaşaçıların gözləri qarşısında səhnə fəzasında onlara anlaşılan, əyləndirən və maqnit kimi cəlb edən təkrarolunmaz, həyəcanlandırıcı və maraqlı dilin mövcudluğunu axtarırdılar. Budur, rekvizitlər eksperimentlər edirlər, sonra isə tamaşaçını valeh etmək və özünə sevdirmək üçün bunun kifayət qədərmi temperamentli və həyəcanlı olduğunu anlamağı arzu edərək, dinamik qoşa ritm axtarırlar. Onların hərəkətləri interaktiv olurdu və zalda tamaşaçılar ümumi mühitə cəlb edilirdilər: maraqlı, fəal, şən. Artıq aktyorlar və tamaşaçılar rampanın bölücü xətlərini hiss etmir və bütöv olurlar. Kiminsə səhnədə və ya zalda olması heç kimi sıxmır. Onlar və başqaları üçün - bu, sadəcə olaraq teatr şərtiliyidir. Və artıq evdəkitək geyinən aktyorlar zalın bir hissəsinə çevrilirlər. Zal isə aktyorların təklif etdiyi real oyunun bir hissəsi olur. Və bütün bu yarımsaatlıq fəaliyyət yeni ifadə vasitələrinin birgə axtarışlarına və  müasir incəsənətin məğzinə sərf olundu.  

 

İkilikdə

Tamaşadan sonra ziyarətçilərin əksəriyyəti artistlərlə ünsiyyətdə olmaq, onlarla müasir teatrın problemlərindən danışmaq üçün Rus Dram Teatrının zalında qaldılar. Bu gün müasir tamaşaçıya hansı teatrın maraqlı olması haqqında.

Paulyus Tamole: "Biz hekayələrdən bəhs edirik, obrazları və hissləri translyasiya edirik, bizi narahat edən məsələləri mülahizə edirik. Kanonik çərçivələr və eksperimentlərə olan qadağa və axtarışlar yoxdur. Bu üsluba istənilən şəxs yiyələnə bilər. Bunun üçün xüsusi hazırlıq da yoxdur". 

Aqne Ramanauskayte: "Mənim kimi etmək, bütün ömrüboyu həvəskar rəqslərlə məşğul olmaq, rəqsi dünya və öz-özünlə ünsiyyət vasitəsi kimi sevmək olar. Ya da 27 yaşında başlamaq olar. Və bu da nəinki, sadəcə, öz həyatının mənasını tapmağa, həm də incəsənətin müasirliyi haqqında ümumi danışıqların əsas hissəsi olmağa kömək edəcək, yeganə və lazımlı vasitədir".  

Mantas Stabaçinskas: "Həm həyatda, həm də incəsənətdə öz yolunu axtarmağa başlamaq heç vaxt gec deyil. Əsas öz bədəninin səsini eşitməyi və ona cavab verməyi öyrənməkdir. Bundan əlavə, kontempi istənilən musiqi ilə oynamaq olar. Ruhun və bədənin səs verdiyi musiqi".  

"Kontemp..." - bu, tamaşanın adının ikinci hissəsidir. Söz və üç nöqtə. Mahiyyətcə - dialoqa dəvətdir. Praktiki olaraq - kontemp vasitəsilə. Nəzəri olaraq - açıq dialoq və debatlarla. Kontemp - bu vaxta qədər heç kimin və heç vaxt etmədiyi kimi fərqli üslub və janrları birləşdirməyin üsullarından biridir. Kontemp - yaradıcı fantaziyanın, fiziki güclərin, dözümlülük, öz şüurunun və klassik incəsənətin qanunlarının müəyyən etdiyi çərçivələrin genişləndirilməsi istəyinin yetirdiyi qədər olmaq hüququdur. Əsas, qorxmamaq və öz arzunun arxasınca irəli getməkdir. Litvalı rəqs sənətkarlarının əsəri 2013-cü ildə "Qızıl səhnə xaçı" ilə təltif edilib.



MƏSLƏHƏT GÖR:

645