18 May 2024

Şənbə, 13:04

YEMƏLİ İNCƏSƏNƏT

Nikolay Popov şokolada olan sevdasını dostluq və mədəni inteqrasiya missiyası ilə Bakıya gətirib

Müəllif:

19.05.2015

Bütün dünya­da gil­dən, şü­şə­­dən, də­mir­dən, pla­s­ti­lin­dən, mum­dan, kağız­dan və par­ça­dan əsl şah əsər­lə­ri, bə­dii incə­sə­nət inci­lə­ri ya­ra­dı­lır. Şah əsər­lər Mu­zey Mər­kə­zi­nin dəy­ir­mi za­lın­da da nü­may­iş et­di­ri­lib, la­kin ar­tıq baş­qa ma­te­ri­al­dan ha­zır­la­nan­lar. Bu­nun ori­ji­nal­lığı da on­dan iba­rət­dir ki, Mə­də­niyyət və Tu­rizm Na­zir­liyi tə­rə­fin­dən təş­kil olu­nan "Ni­ko­lay şo­ko­lad mu­zeyi" ek­s­po­zi­siy­a­sı çər­çi­və­sin­də ta­ma­şa­çı­nın diq­qə­ti­nə şokolad ustası Ni­ko­lay Po­po­vun dünya­nın şi­rin, ən ar­zu­la­nan və ən cəl­be­dici ma­te­ri­a­lın­dan - şo­ko­lad­dan ha­zır­la­dığı əsər­lə­ri tə­q­dim olu­nub. Şo­ko­la­dın xam­ma­lı ka­kao-pax­la­la­rı­dır, yə­ni tro­pik me­şə­lər­də bi­tən ka­kao ağacla­rı­nın to­xum­la­rı­dır­lar.

"Biz sə­rg­i­miz­lə bir çox öl­kə­lə­ri və 40-dan çox şə­hər­lə­ri gəz­mi­şik, la­kin Ba­kıya sə­fər bi­zə xüsu­si gə­lir. Bi­rinci­si, bi­zim sə­rgi Ba­kı­da ke­çi­ri­ləcək I Av­ro­pa Oy­un­la­rı­nın ərə­fə­sin­də açı­lıb və iy­u­nun 28-ə qə­dər da­vam edəcək. İkinci­si, sə­rgi çər­çi­və­sin­də us­tad-dər­slə­ri təş­kil olu­nacaq və hər kəs, sözün əsl mə­na­sın­da, bu şi­rin ya­ra­dıcı­lığa yiy­ə­lə­nə bi­lər. Ola bil­sin, bu, şo­ko­la­dın şi­rin hey­kəl­lə­rin ya­ra­dıl­ma­sın­da ma­te­ri­al ki­mi is­ti­fa­də olu­na bi­ləcəyi ba­rə­də mə­nim ki­mi oxuy­an bi­ri­lə­ri­nə ma­raq­lı olacaq", - deyə "R+" ilə söh­bə­tin­də Ni­ko­lay Po­­pov dey­ib.

 

Nobel laureatlarının təchizatçısı

Şo­ko­lad kütlə­si dad və ətir in­qre­diy­en­t­lə­ri qa­tıl­maq­la şə­kər to­zu, sürtülmüş ka­kao və ka­kao yağın­dan ha­zır­la­nır. Qa­rı­şıq bir da­ha ka­kao yağı ilə qa­rış­dı­rı­lır, 30-31 də­rəcəy­ə­dək soy­u­du­q­dan so­nra şi­rin və dad­lı şah əsər­lə­ri­nin ya­ra­dıl­ma­sı üçün ma­te­ri­al ki­mi ar­tıq is­ti­fa­dəyə ya­rar­lı olur.

Şo­ko­lad mu­zey­lə­ri­nin ya­ra­dıl­ma­sı dünya mə­ka­nın­da məş­hur və gö­zəl ha­di­sə­dir. He­sab olu­nur ki, nümay­iş edi­lən pla­s­tik əsər­lə­rin sə­viyyə­si­nə gö­rə ən cəl­be­dici və ori­ji­na­lı Brüssel və Sankt- Pe­ter­bur­q­da olan mu­zey­lər­dir. Mu­zey ey­ni za­man­da ona gö­rə cəl­be­dici­dir ki, bu­ra­da ek­s­po­nat­la­ra, adə­tən, təkcə uza­q­dan seyr et­mək dey­il, ey­ni za­man­da bu şi­rin məh­sul­la­rın da­dı­na da bax­maq olar. Bar­se­lo­na, Brüssel, Köln, Ked­be­ri­u­orld, Mos­k­va, Sankt-Pe­ter­burq, Sim­fe­ro­pol, Kiy­ev, Trostya­nets, Best və Ri­qa ki­mi şə­hər­lə­rin sa­kin­lə­ri, hə­qi­qə­tən də, ori­ji­nal və çox xoş  bir ha­di­sə ki­mi şo­ko­lad mu­zey­lə­ri ilə fəxr edir­lər. Bun­dan baş­qa, şo­ko­lad təkcə şir­niyyat dey­il, ey­ni za­man­da in­san üçün çox fay­da­lı olan bir məh­sul­dur. O, ürək üçün fay­da­lı­dır, əh­va­li-ru­hiyyə­ni yax­şı­laş­dı­rır, aclıq his­si­ni öldürür. Şo­ko­ladse­vər­lər da­ha çox ya­şayır­lar, şo­ko­la­dın mütə­ma­di qə­bu­lu həy­a­tı bir il uza­da bi­lər, şo­ko­la­dın bir ne­çə ti­kə­sin­dən so­nra in­san da­ha yax­şı fi­kir­lə­şir, is­ti şo­ko­lad finca­nı ağrıy­an boğa­zı sa­kit­ləş­di­rir və öskürəyi boğur. Söz düşmüşkən, da­ha çox şo­ko­lad yey­i­lən öl­kə­lər­də - No­bel la­u­re­at­la­rı da da­ha çox­dur!

 

Dadlı görməli yerlər

Öz ek­s­po­zi­siy­a­sı ilə Be­­la­ru­s­dan gə­lən şokolad us­tası Ni­ko­lay Po­po­vun sə­rg­i­sin­də yüksək key­fiyyət­li şo­ko­lad­dan ha­zır­la­nan 250 məh­sul tə­q­dim olu­nub. Bu­ra­da şo­ko­lad ba­qet­lər­lə çər­çi­vəyə sa­lın­mış mar­si­pan və şo­ko­lad hey­kəl­lər, mi­ni­atürlər və 700 kq çə­ki­də olan müx­tə­lif kom­po­zi­siy­a­lar var. Elə bu­ra­da da sə­rg­i­nin ziy­a­rət­çi­lə­ri şo­ko­la­dın ta­ri­xi ilə ta­nış ola bi­lər­lər.

Şo­ko­lad bə­dii fan­ta­ziy­a­la­rı can­lan­dır­maq üçün çox bə­rə­kət­li və əl­ve­riş­li ma­te­ri­al­dır. Ek­s­po­zi­siya müəl­li­fi gə­ti­ri­lən bir çox iş­lə­ri­ni xüsu­si ola­raq Ba­kı­da­kı sə­rgi üçün ya­ra­dıb. On­lar Azər­baycan və Ba­kıya həsr olu­nub­lar. Bu - bi­zim öl­kə­mi­zin bay­rağı­nı əks et­di­rən "Şo­ko­lad­lı rəsm"dir, çə­ki­si 70 kq-dan çox olan "Qız qa­la­sı", Hö­ku­mət evi­nin, Mu­zey Mər­kə­zi­nin, Mil­li Aka­de­mik Ope­ra və Ba­let Te­a­t­rı­nın şo­ko­lad bi­na­la­rı, şo­ko­lad man­qa­lı­dır. Ek­s­po­nat­lar ara­sın­da mart­si­pan mey­və­lər və güllər, "Ve­ne­siya ma­s­ka­la­rı", "Hey­van­lar alə­min­də", "Qı­zıl Tac", "Fa­ber­je yu­mur­ta­la­rı", "Roy­al", "Ka­re­ta", "Kənd­də sə­hər na­ha­rı", "Qa­dın də­s­ti", "Duz­lu ba­lıqcıq" və baş­qa­la­rı yer alır. 200 kq-dan çox olan ən böyük şo­ko­lad rə­s­mi­ni Ni­ko­lay Po­pov Ba­kı­da­kı Bi­rinci Av­ro­pa Oy­un­la­rı­na həsr edib.

 

Be­la­ru­sun fə­x­ri

Ni­ko­lay Po­po­vun şo­ko­lad mu­zeyi mə­i­şət de­tal­la­rı, qa­dın qar­de­ro­bu və s. iba­rət sa­də, ətir­li qey­ri-adi sə­rg­i­dir. Bu­ra ya­şın­dan ası­lı ol­ma­dan müəl­li­fin iş­lə­ri­ni seyr edə­rək və şo­ko­lad ek­s­po­nat­la­rı­nın ət­ri­ni uda­raq müsbət emo­siy­a­lar qa­zan­maq is­təy­ən­lər üçün əla mə­kan­dır. Hə­m­çi­nin əsl incə­sə­nət­dən həzz al­maq, həm şo­ko­lad, həm də şo­ko­lad sə­nə­ti ba­rə­də fay­da­lı, do­lğun mə­lu­mat­lar əl­də et­mək və eləcə də öz əl­lə­ri ilə bu cür gö­zəl­liy­in ya­ra­dıl­ma­sı ha­q­da prak­ti­ki baca­rıq­lar qa­zan­maq mümkün olan bir yer. 

Ni­ko­layın şo­ko­lad mu­zeyi təkcə bu ya­ra­dıcı­lıq işin­dən se­vinc his­si­ni ke­çi­rən müəl­li­fin dey­il, hə­m­çi­nin bü­tün Be­la­ru­sun xüsu­si fəxr mən­bəy­i­dir. Şokolad ustası Ba­kıya do­stluq, mə­də­ni in­te­q­ra­siya mis­siy­a­sı və ey­ni za­man­da həm şo­ko­lad sə­nə­ti­nin us­ta­lığı, ona vu­rğ­un­luğu bölüşmək, həm də bu sə­nə­ti di­g­ə­ri­lə­ri­nə də öy­rət­mək is­təyi ilə gə­lib. O, ba­kı­lı­lar­la nə­in­ki hə­vəs­lə ünsiyyə­tə gi­rir, hə­m­­çi­nin se­vim­li, ətir­li, dad­lı və hər mə­na­da şi­rin və çox cəl­be­dici sə­nə­ti - şo­ko­­lad sə­nət­kar­lığı, şo­ko­la­dın gözü və ürəyi xoş edən sə­nə­ti ba­rə­də us­tad dər­slə­ri də ke­çir. Hə­lə söh­bət bir çox­la­rı­nın dad se­çim­lə­rin­dən ge­dir­sə...



MƏSLƏHƏT GÖR:

565