18 May 2024

Şənbə, 17:13

ÜÇÜNCÜ NƏFƏS

Azərbaycan hökuməti neft maşınqayırmasını yenidən canlandırmaq üçün tədbirlər kompleksi hazırlayır

Müəllif:

19.05.2015

"Sənaye ili" elan olunan ötən ilin sonunda Prezident İlham Əliyev 2015-2020-ci illər üçün Azərbaycan sənayesinin inkişafının Dövlət Proqramını təsdiqləyib. Dövlət tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun modernləşdirilməsi və şaxələndirilməsi üzrə başlanğıclar, həmçinin neft-maşınqayırma kimi bir vaxtlar kifayət qədər inkişaf etmiş sahənin yenidən canlandırılmasını nəzərdə tutur. Hazırda, İqtisadiyyat və Sənaye Nazirliyi yanında yaradılan işçi qrupu bu sahənin inkişafı üçün təkliflər hazırlayır. 

Neft və qaz quyuları üçün avadanlığın yaradılmasında ixtisaslaşmış və hazırda "Azneftkimyamaş" ASC-yə dəyişdirilmiş ölkənin ən köhnə maşınqayırma birliyi uzaq 1935-ci ildə yaradılıb. Maraqlıdır ki, birliyin bir çox müəssisələri öz tarixini XIX əsrin ikinci yarısından başlayırlar. O vaxt Bakıda neft bumu dövründə metal emalı və maşınqayırma sahələri formalaşmağa başlayıb. 

Sovet dövründə bu birliyin məhsulu SSRİ-nin neft-qaz avadanlıqlarına olan tələbatının 70%-ni ödəyirdi, bundan əlavə, onun bir çox hissəsi dünyanın 35 ölkəsinə ixrac olunurdu. "Azneftkimyamaş"a daxil olan müəssisələr ikinci nəfəsini 2001-2002-ci illərdə reallaşdırılan struktur dəyişiklikləri və Norveçin İNTSOK fondu, TACIS ekspertləri və ASC mütəxəssislərinin özlərinin təklif etdiyi texniki modernləşdirmə proqramı çərçivəsində alıblar. O vaxt "Azneftkimyamaş" dövlət şirkəti açıq səhmdar cəmiyyətinə çevrilib (ASC). Sonrakı illərdə onun bazasında yaradılmış 13 törəmə müəssisə və elmi institutlar postsovet məkanında iqtisadi əlaqələrin kəsilməsi səbəbindən uzunmüddətli eniş dövrünü aşmağı bacarıblar. 

Struktur dəyişikliklərin və texniki modernləşmənin mahiyyəti buraxılan məhsulun keyfiyyətinin dünya standartlarına çatdırılması, münasib qiymətlərin saxlanılması və nəhayət, müqavilə öhdəliklərinin qüsursuz yerinə yetirilməsi sayəsində istehsalın rentabelliyinə çatmasından ibarət idi. Müasir avadanlığın tətbiq edilməsi və istehsalat proseslərinin optimallaşdırılması sayəsində birliyin zavodlarının nomenklaturunda olan bir çox məhsulları ISO və API (Amerika Neft İnstitutu) tələblərinə qədər çatdırmaq mümkün olub. Burada mühüm dəstək Yaponiyanın Xarici Ticarət üzrə Agentliyinin (JETRO) 13 mln. dollar həcmində təqdim etdiyi təmənnasız texniki yardım oldu. 

Elektrik enerjisinə, kommunal xərclərə və xammala olan az həcmli xərclər, ASC-yə uzun müddət ərzində xarici rəqiblərindən fərqli olaraq, qiymətləri bir neçə dəfə aşağı səviyyədə saxlamağa imkan verirdi. Bunun sayəsində "Azneftkimyamaş"ın müəssisələri istehsal etdiyi neftçıxaran dəzgahları, avtosisternləri, fəvvarə armaturunun, qaldırıcıların, siyirtmələrin və digər avadanlıqların Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan və hətta Vyetnama uğurlu ixracatını təmin etməyi bacarıblar. Xarici sifarişlərin (2001-2007-ci illərdə bunun payına bütün istehsalatın yarısından bir qədər az olan hissəsi düşürdü) artan portfeli və yerli neft hasilatına tələbatın artmasıASC-nin müəssisələrinə 2005-ci ildə istehsalat həcmini 90,5 mln. manata qədər çatdırmağa imkan verib. 

Lakin birliyin vədedici planları və gözləntilərinə 2008-2009-cu illərdə qlobal iqtisadi böhran dövründə nəzərəçarpacaq zərbə vuruldu. Həmin dövrdə dünya təsərrüfatı fəaliyyətinin böyük enişi iqtisadiyyatın neft-qaz sahəsi kimi toxunulmaz hesab olunan bastionlarına da təsir etdi. Neft qiymətlərinin dörd dəfə aşağı düşməsi postsovet məkanının bir çox dövlətlərini neftçıxarma sənayesində istehsalat xərclərini azaltması və həmçinin neft-qaz avadanlıqlarının öz ərazisində lokallaşdırılması yollarını axtarmasına vadar etdi. Bu isə öz növbəsində, "Azneftkimyamaş"ın ixrac potensialına nəzərəçarpacaq zərbə vurdu. 

Xarici bazarlarda problemlər, ümumilikdə, neft avadanlığının dünya ticarətinin xüsusiyyətləri ilə bağlıdır: digər istehsalat dövriyyəsi ilə müqayisədə burada stabillik yoxdur və sifarişlərin səviyyəsi xammal bazarının daim dəyişən konyunkturundan asılıdır. Elə həmin MDB dövlətlərində yeni quyuların qazılması və həm də artıq çoxdan istifadə olunan mədənlərin texniki yenidən təchiz edilməsi vətəmiri heç də həmişə artan xətlə həyata keçirilmir. 

Böhrandan sonrakı dövründə "Azneftkimyamaş"ın ixracın azalmasında mühüm rolu, xüsusiləöz bazarında yerinin möhkəmləndirməsi üçün maksimal dərəcədə səy göstərən Rusiya müəssisələrinin məhsulları ilə rəqabətin gücləndirilməsi oynayıb. Hazırda neft-qaz avadanlığının istehsalı 200-dən çox Rusiya müəssisələrində mənimsənilib. Bu isə, hələ on il əvvəl birliyin bütün ixracatının yarısı Rusiyanın payına düşdüyünü nəzərə alsaq, Azərbaycan üçün çox mühüm bir bazar idi. Neft maşınqayırmasının inkişafına, həmçinin qonşu Qazaxıstanda da diqqət ayırırlar. Orada bu gün, təxminən, 35 sahə müəssisəsi fəaliyyət göstərir. 

Bu sahədə vəziyyətin necə olduğunu əyani şəkildə Nazirlər Kabinetinin statistikası göstərir. Belə ki, ötən il Azərbaycanın bütün maşınqayırma müəssisələri 627,8 mln. manat həcmində məhsul istehsal ediblər. Lakin ölkənin ən iri neft-maşınqayırma kompleksinin ümumi sahə göstəricilərində payı kifayət qədər aşağı olub. 2014-cü ilin nəticələrinə əsasən, "Azneftkimyamaş" zavodları 23,8 mln. manat məbləğində məhsul istehsal edib və xidmət göstəriblər. Bu gün birliyin əsas alıcısı SOCAR-dır, onun sifarişləri əsasında ötən ildə 15 mln. manat həcmində məhsul istehsal edilib. Təəssüf ki, ASC-nin ixrac fəaliyyəti on il əvvəlki pik göstəricilərindən dəfələrlə azdır: ötən il Rusiya, Ukrayna, Qazaxıstan və Türkmənistandan olan sifarişçilərə, təqribən, 4 mln. manat həcmində məhsul ixrac olunub. Görünür, neft-maşınqayırma sahəsində yaranan vəziyyət ölkə hökumətini qane edə bilmir. İstehsalın artmasına və neft-maşınqayırma məhsulunun sonrakı ixracına hazırda böyük diqqət Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində (İSN) yetirirlər. Bu məsələlərə cari ilin aprel ayında baş tutan maşınqayırma, cihazqayırma və metallurgiya sənayesi üzrə işçi qrupun iclasında toxunulub. 

Bu yaxınlarda isə İSN sahənin kompleks reabilitasiyası təşəbbüsü iləçıxış edib və bu başlanğıclar üçün SOCAR-ı və paylayıcı enerji xətlərinin milli operatoru"Azərişıq" ASC-ni cəlb etməyə hazırdır. Belə ki, iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, İSN mütəxəssisləri neft maşınqayırmasının modernləşdirilməsi və inkişafı üzrə təkliflər hazırlayırlar. Sahənin hazırkı vəziyyətinin, onun dövlət dəstəyində tələbatlarının təhlili həyata keçirilir və yaxınlarda ilkin bərpa tədbirlərinin siyahısı müəyyən ediləcək. "Biz hesab edirik ki, sahənin dəstəklənməsində mühüm kömək sərmayə layihələri oynaya bilər", - deyə Ş. Mustafayev vurğulayıb. - "SOCAR və "Azərişıq"ın, xüsusilə maşınların və cihazların sifarişlərinin həcmlərinin artırılması vasitəsilə neft-maşınqayırma müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi də kifayət qədər perspektivlidir. Bu, yerli bazar üçün sahə məhsullarının istehsalının artmasına kömək edəcək və ənənəvi xarici bazarlara ixrac həcmlərini genişləndirəcək".

"Azneftkimyamaş" birliyi müəssisələrinin canlandırılması kifayət qədər yerinə yetirilən tapşırıqdır: burada hələ də tələb olunan material-texniki baza və yüksək təcrübəli kadrlar və ən əsası, on illərlə yığılan unikal istehsal və layihə təcrübəsi mövcuddur. Hazırda ASC-nin müəssisələrində 600 tip ölçüsündə olan, təqribən, 100 növ avadanlıq və qurğu istehsal olunur. Xüsusilə bu, geoloji kəşfiyyat, qazma, neft hasilatı, quyuların təmiri və neft mədənlərinin yenidən bərpası üçün avadanlıq, alətlər və ehtiyat hissələridir. Birliyin müəssisələrində, həmçinin kimya sahəsi, kənd təsərrüfatı və digər sahələr üçün nəzərdə tutulan müxtəlif məhsullar istehsal olunur.

"Azneftkimyamaş" mütəxəssisləri yeni məhsulun layihələndirilməsi və onun istehsalının mənimsənilməsi üzrə işlər aparırlar. Yalnız ötən ildə 22 adda yeni avadanlığın və 11 növ konstruksiyaların test nümunələrinin layihə sənədlərinin hazırlanması tamamlanıb. 

"Azneftkimyamaş" avadanlıqlarının yüksək keyfiyyəti və sabit istehlak xüsusiyyətləri xaricdə də unudulmayıb. Bu barədə xüsusilə Qazaxıstanın neft və qaz nazirinin müavini Maqsud Mirzəliyev 2013-cü ildə Bakıya səfəri zamanı xatırladıb. "Azərbaycanda neft sənayesi üçün istehsal olunan avadanlığın keyfiyyətini Qazaxıstanda hələ sovet vaxtlarından xatırlayırlar. Biz bu istiqamətdə işləməyə davam etməyə və Azərbaycan məhsulunun Qazaxıstan bazarına çıxmasına kömək etməyə hazırıq", - deyə M.Mirzəliyev bildirib. Neft-maşınqayırma sahəsində əməkdaşlıq etməyə hazır olduğunu, həmçinin Tatarıstanın (RF) vitse baş naziri, sənaye və ticarət naziri Rasim Zaripov cari ilin aprel ayında SOCAR-ın rəhbərliyi ilə görüşdə deyib. 

Daha uzaq perspektivdə isə "Azneftkimyamaş" mütəxəssisləri öz məhsullarının uzaq xarici ölkələr, xüsusilə Cənubi Amerika, Afrika, Asiya və həmçinin neftlə zəngin Yaxın Şərq regionu bazarına çıxması mümkünlüyünü istisna etmirlər. 


MƏSLƏHƏT GÖR:

669