22 Dekabr 2024

Bazar, 10:43

"MARİONET"in QAYIDIŞI

İçərişəhərdə "Leyli və Məcnun" marionet tamaşasının dekorasiya və kuklalarından ibarət sərgisi keçirilir

Müəllif:

09.06.2015

İçərişəhərdə iyunun sonuna qədər davam edəcək "Leyli və Məcnun" marionet tamaşasının dekorasiya və kuklaların ibarət sərgi açılıb. Bu, Tərlan Qorçunun rəhbərliyi altında "Marionet" teatrının iki il davam edən hazırlıq işinin nəticəsidir. Bir simada olan direktor, bədii rəhbər və rəssam öz kollektivini hələ 1980-ci illərin sonunda yaradıb və onu bu günə kimi qoruyub-saxlaya bilib. Kollektiv genişlənib, onun heyətində rəssamların (bir vaxtlar isə cəmi bir nəfər idi - müəllif) kifayət qədər böyük ştatı, aktyorlar, səs rejissorları və tamaşanı qurmalı olan hər kəs var. Teatrın rəhbərliyi yanında, həmçinin onun kimi ən başlanğıcda dayanan insanlar da var. Bu, rəssam Elman Mirzəyev, aktyor Hikmət Hüseynov və bu unikal hadisədə zəhməti olan bir çoxları var.

 

Bu kiçik dünya 

Hər şey Bakıda böyüklər üçün "Marionet" kukla teatrının yaradılması ideyası ilə yaşayan Qorçunun avantürist ideyasından başlayıb. Bu, heç də asan olmayıb. Çünki heç də bütün məmurlar buna sevinməyib. Onlar bunun, hətta meydan sənətinin milli ənənələrinə qeyri- səciyyəvi olmadığını əminliklə bildirirdilər. Lakin Tərlan onu maraqlandıran ideyadan imtina etmək niyyətində deyildi. Həm də dünyada yaxşı insanlar da var. Əvvəlcə ona kukla teatrında kiçik bir otaq verdilər. Və o, Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası ideyasının canlandırması işi üzərində çalışmağa başlayıb. Sonradan dünyaya gələn teatr bütün atributları ilə Bayıldakı kiçik mənzilə "köçmək" məcburiyyətində qalıb. Bu əraziyə də işin əsas hissəsi köçürülüb. O, tərtibatın detallarını axtarırdı, işıq barədə düşünürdü və tamaşaçıların gözü qarşısında dairəvi işıq saçan kürəyə çevrilə bilən o vaxt üçün möhtəşəm olan lampa tapıb! Bütün bunlar da yemək və yuxu barədə unudaraq, real dünyadan imtina edərək, tamamilə bədii mübtəlalıq şəraitində, sənətin bu kiçik məkanında sutkalarla itib qalırdı. Lakin arzu işdən tez uçur və sən demə, "Marionet" kuklanı yaratmaq heç də tez və asan deyilmiş. Yada salaq ki, kukla ata Karlo da Buratino kimi, adi ağac parçasından yaradılmalıdır. Lakin heç də bütün ağacdan bədən, ayaqların və əllərin detallarını, boyun, qolları kimi dəqiq xarakter cəhətləri ilə başını hazırlamaq mümkün deyil. Yada salsaq ki, kişi və qadın kuklalarda həm üz, həm də qolların cizgiləri fərqli görünməlidir, o zaman hələ konkret personaj deyil, sadəcə cizgi olan kuklalara nə qədər vaxt getdiyi təsəvvür etmək olar.

Bəs əgər personajların sayı 10-a qədər və ondan çoxdursa? Üstəlik, onların hamısına kostyum, ayaqqabı, saç düzümü və... fərdi üz cizgiləri lazımdır! Qadın personajlara bəzək əşyaları lazımdır. Bundan başqa, onların hər birinə teatrda "rekvizit" adlandırdığı (kitab, musiqi aləti) hər hansı bir əşya məxsusdur; teatrda onların yaşayış yerinin və ya hadisənin baş verdiyi məkanın interyer detalları var. Bax, beləcə alınır ki, bu cür teatrda "texniki" tərəfin hazırlığı üçün bu günə qədər vaxtı dəqiqliklə müəyyən etmək mümkün deyil. Və yalnız hazırlığın bu hissənin tamamladıqdan sonra aktyorlarla işləməyə, musiqini, işığı daxil etmək, ilk tamaşaya hazırlaşmaq olar. Yenə də aktyorun kukla ilə "doğmalaşması" üçün şounun hazırlığına nə qədər vaxt lazım olduğunu müəyyən etmək mümkün deyil. 

 

İncə işin nəticəsi 

Teatr sədri Azər Nemətov sayəsində öz ilk işi "Arşın mal alan"ı bir müddət "məskunlaşdığı" Teatr Xadimləri İttifaqı binasında oynayıb. Tamaşa baxımlı, sehrli dərəcədə cəlbedici, çox parlaq və... bayram əhval-ruhiyyəsində keçmişdi! XX əsrin sonunda Azərbaycanda teatr sənətinin yaradılmasının vizit kartı kimi o, dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Hər yerdə təntənəli şəkildə qəbul olunub, dərk edilib, tanınıb və mükafatlarla təltif olunub. Bu gün teatr ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti sayəsində İçərişəhərdə daimi məskunlaşıb. Teatr təkcə hazırda əsaslı şəkildə təmir olunan öz binasına malik deyil, eyni zamanda, artıq 2 ildir ki, bələdiyyə statusuna malikdir və AR Nazirlər Kabineti yanında İçərişəhər tarixi-memarlıq qoruğu idarəsinə bağlıdır.

Hazırkı sərgi Nizami Gəncəni və Məhəmməd Füzulinin "Leyli və Məcnun" milli klassik əsərlərinə dair tamaşanın bədii təcəssümü barədə uzunçəkən yaradıcılıq hazırlığı ilə bağlı hesabat və gələcək tamaşaçıları dekorasiyalar, kostyumlar, kukla personajlar, rekvizitlər sənətində əks olunan Azərbaycanın ənənəvi peşələrinin aspekti ilə tanış etdirmək istəyidir. Bunların hamısı təkcə gələcək tamaşanın tərkib hissəsi deyil, eyni zamanda, müstəqil, maraqlı, bir çox hallarda maarifləndirici sərginin eksponatları olmağa layiq olan incəsənət nümunələridir. Yaxşı ki, bütün iyunboyu bakılıların və şəhərimizin qonaqlarının eksponatların səhnə zamanının məkanına "gedəcəyi" və Tərlan Qorçunun canlanan səhnə ideyasına çevriləcəyi vaxta qədər görmək imkanı olacaq.

Tamaşa dərin qara məkan fonunda baş tutacaq. "Marionet"də kuklaların açıq şəkildə idarə edilməsi nəzərdə tutulub. Dekorasiyaların dəyişdirilməsi də tamaşaçıların gözü qarşısında baş tutacaq. İlk dəfə olaraq "Leyli və Məcnun" tamaşasında ikonoqrafik material kimi məşhur Qacar rəssamlığı üslubundan istifadə olunur.

...İlk dəfə olaraq, bu cür sərgi uğurla Vilnüsdə (Litva) 2014-cü ilin yayında, sonra isə Poznanda (Polşa) keçirilib. Sərgi doqquz yaşında attraksionda faciəvi qəzada həlak olan Tərlan Qorçunun qızı Dəniz Qorçunun xatirəsinə həsr olunub.



MƏSLƏHƏT GÖR:

825