18 May 2024

Şənbə, 13:54

"ÖLKƏDƏ UZUN MÜDDƏTDİR Kİ, BÖHRAN YOXDUR"

Dünya Bankının nümayəndəsi: "Bu, Azərbaycan iqtisadiyyatının yüksək templərlə inkişafına, əhalinin rifahının ciddi şəkildə artırılmasına imkan verib"

Müəllif:

14.07.2015

"Mo­ody's"In­ve­s­tors Ser­vice bey­nəl­xalq rey­tinq ag­en­t­liy­i­nin Azər­­bayca­nın bank sek­to­ru ilə bağlı son he­sa­ba­tı­na gö­rə, mil­li valyu­ta­nın fe­v­ral de­val­va­siy­a­sın­dan so­nra yer­li ban­k­la­rın ak­tiv­lə­ri­nin key­fiyyə­ti­ni itir­mə­si mümkündür. Çünki xa­rici valyu­ta ilə kre­dit­lə­rin ək­sə­riyyə­ti qa­zancı xa­rici valyu­ta ilə ol­may­an şəx­slə­rə ve­ri­lib.

Bu­nun­la ya­na­şı, stress-te­s­tin nə­ticə­lə­ri­nə gö­rə, bu ban­k­la­rın ək­sə­riyyə­ti mümkün it­ki­lə­ri kom­pen­sa­siya et­mək iq­ti­da­rın­da­dır.

Mart­da BVF ilə bir­lik­də öl­kə­nin ma­liyyə sek­to­run­da ikinci qiy­mət­lən­dir­mə­ni həy­a­ta ke­çir­miş Dünya Ban­kı­nın bu mə­sə­ləyə öz ba­xı­şı  var. Bu ha­q­da "R+"a Dünya Ban­kı­nın Cə­nu­bi Qaf­qaz­da ma­liyyə və özəl sek­tor üzrə ko­or­di­na­to­ru An­je­la   Pri­qo­ji­na da­nı­şıb.

- Azər­bayca­nın ma­liyyə sek­to­ru­nun in­ki­şaf sə­viyyə­si­ni necə qiy­mət­lən­di­rir­si­niz? Qlo­bal qey­ri-sa­bit­lik fo­nun­da han­sı ça­tış­maz­lıq­la­rı və ri­s­k­lə­ri qeyd et­mək olar? Ümu­miyyət­lə, re­g­i­on öl­kə­lə­ri­nin ma­liyyə sek­tor­la­rı ara­sın­da han­sı fər­q­lər var?

- Öl­kə­nin bank sek­to­run­da və­ziyyə­tin sa­bit­ləş­mə­sin­dən çox məm­nu­nuq. Bu­nun­la ya­na­şı, re­g­i­on­da və­ziyyət zə­if­dir və Azər­baycan da is­tis­na dey­il. Çünki öl­kə­lə­rin iq­ti­sa­diyya­tı xa­rici ba­zar­lar­da­kı dəy­i­şik­lik­lər­dən ası­lı­dır. Azər­bayca­nın ma­liyyə ba­za­rı­nın ikinci qiy­mət­lən­di­ril­mə­si (FSAP) çər­çi­və­sin­də biz qa­nun­ve­rici­lik­də, tən­zim­ləy­ici sa­hə­lər­də bir sı­ra əla­və dəy­i­şik­lik­lə­rin edil­mə­si tək­li­fi­ni irə­li sürmüşük. Bu, ha­di­sə­lə­rin müxtə­lif is­ti­qa­mət­lər­də in­ki­şa­fı­na ha­zır ol­maq üçün la­zım­dır.

Azər­bayca­nın üstünlüklə­rin­dən bi­ri öl­kə­də uzun müddət­dir ki, böh­ra­nın ol­ma­ma­sı­dır. Bu, iq­ti­sa­diyya­tın sa­bit qal­ma­sı­na, yüksək in­ki­şaf tem­p­lə­ri­nə, əha­li­nin ri­fa­hı­nın cid­di şə­kil­də ar­tı­rıl­ma­sı­na im­kan ve­rib. La­kin, mə­sə­lə­nin di­g­ər tə­rə­fi də var. Mə­sə­lən, ABŞ-da ma­liyyə və ya iq­ti­sa­di dəy­i­şik­lik­lər ya­şa­nır, öl­kə iq­ti­sa­diyya­tı tez-tez müxtə­lif stres­slər ke­çi­rir. Da­im dəy­i­şik­lik­lə­rə mə­ruz qa­lan iq­ti­sa­diyyat isə adap­ta­siya pro­se­si­ni da­ha tez ke­çir, im­mu­ni­te­tə sa­hib olur, ya­xud ən azı bu və ya di­g­ər dəy­i­şik­lik­lə­rə re­ak­siya gö­s­tə­ril­mə­si üçün çox­say­lı alət­lər ya­ra­nır. Uzun müddət ər­zin­də sa­bit in­ki­şaf edən iq­ti­sa­diyyat isə be­lə dəy­i­şik­lik­lə­rə necə si­nə gə­ril­mə­li ol­duğu­nu "unu­dur".

Azər­baycan­da uzun müddət sil­kə­lən­mə ol­ma­dığın­dan öl­kəyə da­ha in­no­va­tiv ol­maq, dəy­i­şik­lik­lə­rə ope­ra­tiv re­ak­siya gö­s­tər­mək im­ka­nı ve­rən da­xi­li hə­rə­kat  yox­dur.

Bu­nun­la ya­na­şı, Azər­bayca­nın böyük üstünlüyü də var. Bu, fi­s­kal bu­fe­rin və Mər­kə­zi Bank­da təcrübə­li ko­man­da­nın ol­ma­sı­dır. Elə öl­kə­lər var ki, ora­da uzun müddət­dir böh­ra­nın ya­şan­ma­ma­sı ilə ya­na­şı, be­lə hal­lar­la qar­şı­laş­mış pe­şə­kar­la­ra da rast gə­lin­mir. Bu üzdən, hət­ta sa­bit iq­ti­sa­di və­ziyyət­də, da­xi­li ri­s­k­lə­rin ol­ma­dığı bir hal­da be­lə, stress-test­lər ke­çir­mək, böh­ran­lı və­ziyyət mo­del­ləş­dir­mək, al­ter­na­tiv fə­a­liyyət  plan­la­rı­na ma­lik ol­maq la­zım­dır.

Üstə­lik, 2007-2009-cu il­lər­dən so­nra qlo­bal ma­liyyə ba­za­rı cid­di şə­kil­də dəy­i­şib. Bütün dünya­da dəy­i­şik­lik­lər ya­şa­nır: öl­kə­lər ma­liyyə nə­za­rə­ti­nin ni­zam­lan­ma­sı si­s­te­mi­ni  tək­mil­ləş­di­rir, qa­nun­la­rı dəy­i­şir, əma­nət­lə­rə zə­ma­nət fon­d­la­rı­nı  güclən­di­rir, is­teh­lak­çı­la­rın hüquq­la­rı­nın müda­fi­ə­si­lə mə­şğ­ul olur. Bütün bun­lar­da məq­səd si­s­tem­li böh­ran ri­s­k­­lə­ri­nin azal­dıl­ma­sı, ma­liyyə si­s­te­min­də təhlükə­siz­liy­in tə­mi­ni, xa­rici amil­lə­rin iq­ti­sa­diyya­ta tə­si­ri­nin azal­dıl­ma­sı­dır.

- Son za­man­lar Azər­baycan Mər­kə­zi Ban­kı­nın öl­kə­nin bank si­s­­te­min­də ri­s­k­lə­rin azal­dıl­ma­sı məq­sə­di­lə at­dığı ad­dım­la­rı nə də­rəcə­də ef­fek­tiv he­sab edir­si­niz?

- AMB öl­kə­də is­teh­lak kre­dit­lə­ri­nin ar­tı­mı­nı də­s­tək­lə­mək üçün doğru ad­dım­lar atır. Bi­rinci­si, məh­du­diyyət­lər is­teh­lak kre­dit­lə­ri­nin həc­mi­­nin azal­dıl­ma­sı­na və ban­k­lar üçün gə­ləcək ri­s­k­lə­rin qar­şı­sı­nın alın­ma­sı­na yö­nə­lib. Ban­k­lar əha­li­nin ödə­mə qa­bi­liyyə­ti­ni nə­zə­rə al­ma­dan is­teh­lak kre­di­ti port­fe­li­ni ar­tı­rır­sa, bu­nun­la əha­li­nin borcu­nun da art­dığı­nı nə­zə­rə  al­ma­lı­dır­lar.

İkinci­si, is­teh­lak kre­dit­lə­ri da­ha gə­lir­li ol­duğun­dan ban­k­lar bu sa­həyə xüsu­si diq­qət ayı­rır. La­kin iq­ti­sa­diyya­tın in­ki­şa­fı­nı sa­hib­kar­lığın kre­dit­ləş­di­ril­mə­si­lə də sti­mul­laş­dır­maq vaci­b­dir. Əl­bət­tə, is­teh­lak kre­dit­lə­ri bir çox hal­lar­da da­xi­li iq­ti­sa­diyya­tın in­ki­şa­fı­na kö­mək edir. Am­ma iq­ti­sa­di ar­tım tem­plə­ri­ni yüksəl­tmək üçün ix­rac da sti­mul­laş­dı­rıl­ma­lı­dır.

İs­teh­lak kre­dit­lə­ri­nin in­ki­şaf tem­pi zə­if ol­ma­lı­dır. Bu, bank tex­no­lo­g­i­y­a­la­rı­nın is­teh­lak port­fe­li­nin ar­tı­mı ilə ay­aq­la­şa bil­mə­si üçün la­zım­dır. Üstə­lik, mə­sə­lən, Azər­baycan­da bank borc öh­də­lik­lə­ri port­fe­li­ni sa­ta bil­məz. Odur ki, bu is­ti­qa­mət­də qa­nun­ve­rici­lik in­ki­şaf et­di­ril­mə­li­dir. Bu­nun­la, ban­k­lar ar­t­ma­q­da olan is­teh­lak kre­di­ti port­fe­lin­dən xi­las ola, ye­ni port­fel­lə­rin in­ki­şa­fı­na diq­qət ayı­ra bi­lər­lər.

Bu, onu gö­s­tə­rir ki, is­teh­lak kre­dit­lə­ri­nin həcmi­nin ar­t­ma­sı ilə ya­na­şı, ri­s­k­lə­rin, bank tex­no­lo­g­iy­a­sı­nın ida­rə­et­mə me­xa­nizmlə­ri­nin in­ki­şaf et­di­ril­mə­si də  vaci­b­dir.

Azər­baycan­da ça­tış­may­an ele­men­t­lər­dən bi­ri "Fər­di müflis­lik haq­qın­da" qa­nun­dur. Elə et­mək la­zım­dır ki, ban­k­lar üçün kre­di­tin bağlan­ma­sı, gi­ro­vun müsa­di­rə­si işin­də pro­se­dur asan ol­sun. Am­ma bu  za­man is­teh­lak­çı­nın hüquq­la­rı­nın müda­fi­ə­si me­xa­niz­mi də yal­nız "İs­teh­lak­çı­la­rın hüquq­la­rı­nın müda­fi­ə­si haq­qın­da" qa­nun­dan iba­rət ol­ma­ma­lı­dır. On­lar bu­nu müflis­lik pro­se­du­ru va­si­tə­si­lə də edə bil­mə­li­dir­lər. Bu ele­men­t­lə­rin bə­zi­lə­ri hə­lə də qa­nun­ve­rici­lik­də öz ək­si­ni tap­mayıb. Odur ki, AMB is­teh­lak­çı­la­rın hüquq­la­rı­nın müda­fi­ə­si is­ti­qa­mə­tin­də ad­dım­lar atır və o müva­fiq ön­ləy­ici təd­bir­lər gör­mə­li­dir.

Bi­zim AMB, Ma­liyyə Na­zir­liyi və Qiy­mət­li Kağız­lar üzrə Döv­lət Ko­mi­tə­si­lə ma­liyyə xid­mət­lə­ri is­teh­lak­çı­la­rı­nın hüquq­la­rı­nın müda­fi­ə­si sa­hə­sin­də son də­rəcə fə­al əmək­daş­lıq pro­qra­mı­mız var. Xüsu­si­lə ha­zır­kı şə­ra­it­də əha­li­nin müda­fi­ə­si, ma­liyyə xid­mət­lə­ri­nin əl­ça­tan ol­ma­sı çox ak­tu­al­dır. İs­ve­ç­rə hö­ku­mə­ti­nin tex­ni­ki yar­dı­mı ilə re­al­laş­dı­rı­lan bu pro­qram çər­çi­və­sin­də tən­zim­ləy­ici­lə­rə la­zı­mi nor­ma­tiv ba­za­nın ya­ra­dıl­ma­sın­da kö­mək edi­rik. Məq­səd ma­liyyə qu­rum­la­rı­nın ma­liyyə məh­sul­la­rı ha­q­da in­for­ma­siy­a­la­rı aş­ka­ra çı­xar­ma­sı­dır. Bu, əha­li­nin bu və ya di­g­ər sığor­ta po­li­si, bank kre­di­ti və de­po­zit­lər alan za­man han­sı ri­s­k­lə­rin, öh­də­lik­lə­rin, üstünlüklə­rin ol­duğu­nu bil­mə­si üçündür. Ey­ni za­man­da ma­liyyə qu­ru­mu­nun müştə­ri­lə müraci­ət eti­ka­sı­nı, öz öh­də­lik­lə­ri­ni po­zduğu za­man ni­zam­lay­a­nın bu­na tə­sir im­kan­la­rı ol­ma­lı­dır. Pro­qra­mın icra­sın­da məq­səd həm də bu­dur.

- Azər­bayca­nın ma­liyyə sek­to­ru­nun in­ki­şa­fı üçün han­sı is­la­hat­lar apa­rıl­ma­lı­dır?

- FSAP qiy­mət­lən­dir­mə­si za­ma­nı ma­liyyə ba­za­rı­nın gə­ləcək tək­mil­ləş­di­ril­mə­si, qa­nun­ve­rici və ni­zam­layıcı ba­za­nın in­ki­şa­fı ilə bağlı bir sı­ra tö­v­siy­ə­lər ve­ri­lib. Bu sə­bə­b­dən də, biz Azər­bayca­na həm də iy­u­lun əv­və­lin­də et­diy­i­miz son sə­fə­ri­miz za­ma­nı AMB, Ma­liyyə Na­zir­liyi və Qiy­mət­li Kağız­lar üzrə Döv­lət Ko­mi­tə­si ilə əmək­daş­lıq və yar­dım­laş­ma üçün mümkün is­ti­qa­mət­lə­ri müza­ki­rə et­mi­şik. Müza­ki­rə­lər za­ma­nı FSAP tö­v­siy­ə­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­si, nor­ma­tiv, qa­nun­ve­rici­lik və in­sti­tu­si­o­nal ba­za­nın gə­ləcək tək­mil­ləş­di­ril­mə­si üçün han­sı yar­dım­la­rı gö­s­tə­rə, han­sı əmək­daş­lıq­la­rı qu­ra bi­ləcəy­i­mi­zi müəyyən­ləş­dir­məyə ça­lış­mı­şıq.

Biz bu məq­səd­lər­lə ye­ni qran­t­la­rın cəlb olun­ma­sı im­kan­la­rı­nın öy­rə­nil­mə­si məq­sə­di­lə İs­ve­ç­rə hö­ku­mə­ti­nin nümay­ən­də­lə­ri­lə də görüş­mü­şük. Bu, so­si­al müda­fiə ba­xı­mın­dan çox vacib as­pekt­dir. Hər bir ai­lə­nin əma­nə­ti var, bank he­sa­bın­dan, kar­tın­dan is­ti­fa­dəyə eh­tiy­ac var. Bu, alış-ve­riş edil­mə­si, sə­fər­lər za­ma­nı kart­dan is­ti­fa­də, he­sa­b­dan pul çı­xa­rıl­ma­sı, he­sab­laş­ma­la­rın apa­rıl­ma­sı üçün vaci­b­dir. Bank de­po­zit­lə­ri, bank köçürmə­lə­ri­nin həy­a­ta ke­çi­ril­mə­si im­ka­nı, he­sa­bın açıl­ma­sı, kre­dit kar­tın­dan is­ti­fa­də, he­sa­b­dan pul çı­xa­rıl­ma­sı ki­mi ba­za, la­kin vacib ma­liyyə məh­sul­la­rı ra­hat­lığın tə­mi­ni üçün vaci­b­dir. Bu­nun­la ya­na­şı, gə­ləcəyi plan­laş­dı­ran bir çox in­san ya həy­at sığor­ta­sı po­li­si­nin alın­ma­sı­na, ya gə­ləcək­də təh­sil, ipo­te­ka və di­g­ər uzunmüddət­li in­ve­s­ti­siy­a­la­rın tə­mi­ni üçün kre­dit­dən is­ti­fa­dəyə eh­tiy­ac duy­ur. İn­san­lar bu ma­liyyə məh­­sul­la­rı­nın in­ki­şaf sə­viyyə­sin­dən ası­lı ola­raq, həy­at sə­viyyə­lə­ri­nin, ri­fah­la­rı­nın və ra­hat­lıq­la­rı­nın ar­tı­rıl­ma­sı üçün on­lar­dan is­ti­fa­də edə bi­lər­lər.

Tə­əssüf ki, in­san­la­rın bu məh­sul­lar­dan xə­bər­dar ol­ma­ma­la­rı, öz büd­cə­­lə­ri­ni düzgün he­sab­la­ma­ma­sı, öh­də­lik­lə­rə gö­rə ödə­niş­lə­rin edil­mə qay­­da­la­rın­dan xə­bər­siz ol­ma­la­rı, val­­yu­ta və ya fa­iz ri­s­k­lə­ri­nin necə ola bi­ləcəy­i­ni an­la­ma­ma­la­rı ona gə­ti­rib çı­xa­rır ki, ri­fah ha­lı­nı yüksəl­t­mək im­ka­nın­da olan şəxs ək­si­nə, ma­liyyə stres­si ya­şayır.

Ma­liyyə ba­za­rın­da gə­ləcək is­la­hat­la­rın ma­liyyə bi­lik­lə­ri­nin, müda­fi­ə­si­nin ar­tı­rıl­ma­sı ilə müşay­i­ət olun­ma­sı çox vaci­b­dir. Bu, həm də xüsu­si qa­nun-qay­da ilə həy­a­ta ke­çi­ril­mə­li­dir. Qa­nun­ve­rici­lik ma­liyyə qu­ru­mu­nun üzə­ri­nə etik pe­şə­kar siy­a­­sət yürütmək, in­for­ma­siy­a­la­rı düz­gün açıq­la­maq  öh­də­liyi qoy­ma­lı­dır. İq­ti­sa­di in­ki­şaf, cə­miyyə­tin so­si­al in­ki­şa­fı biz­də da­ha çox is­tək­lər ya­ra­dır, in­san­la­rın iş­ta­ha­sı­nı ar­tı­rır. De­mək, biz ma­liyyə və iq­ti­sa­di sa­hə­də sa­vad­lı ol­ma­lıyıq. Bu üzdən də, söz­üg­e­dən mə­sə­ləyə böyük diq­qət ayı­rı­rıq.

- Bəs, maliyyə xidmətləri is­tehlakçılarının hüquqları necə qorunmalıdır? Bunun üçün hansı effektiv  mexanizmlər var?

- Bir çox ölkələrdə istehlakçı­ların hüquqlarının müdafiəsi mexa­nizmləri yaradılır, məhz maliyyə xidmətləri istehlakçılarının şikayət­lə­rinə reaksiya verən mexanizmlər  formalaşdırılır. Azərbaycanda bu cür mexanizmlər yoxdur. Ona görə də bizim müzakirə etdiyimiz məsələ bu sistemi necə təkmilləşdirməkdir. Bu mexanizmlərin inkişafı peşəkar as­sosiasiyalar və ya ayrıca orqanın iş­tirakı ilə qurulmalıdır, yoxsa antiin­hi­sar siyasət və istehlakçıların hü­quqlarını müdafiə üzrə Dövlət xid­məti nəzdində maliyyə sektoru ilə iş üzrə xüsusi sektor yaradıl­malıdır?

Bu gün müəyyən narazılıqları olan müştərilərin heç də hamısı məhkəməyə müraciət edə bilmir. Bu cür mexanizmin olmaması ona apa­rıb çıxarır ki, şikayətlər AMB-yə ünvanlanır. Lakin AMB hakim deyil. Onun vəzifələri tamamilə başqadır. Bu qurumun hər hansı şikayəti qəbul etməsi, onunla məşğul olması nadir halda baş verə bilər. Yaxud AMB bütün şikayətləri sistemləşdirməklə əsas pozuntuların harada olduğunu müəyyənləşdirməyə, qanunvericilik və ya tənzimləyicilik baxımdan hansı sahədə işlərin aparılmalı olduğunu üzə çıxarmağa çalışa bilər. Onlar şikayətlərə baxmamalıdırlar.

Maliyyə məhsullarının çətinliyini nəzərə alsaq, müştərilərin şikayət­lə­ri­lə məşğul olmaq üçün xüsusi sə­la­hiyyət, bu məhsullar haqda anlayış lazımdır.

Bunun üçün müxtəlif modellər var. Azərbaycana hansı modelin da­ha uyğun olduğu detallı şəkildə mü­za­kirə edilməli, bu zaman ölkənin mə­dəniyyəti, maliyyə bazarının inkişaf səviyyəsi, üstəlik, haraya ina­mın daha çox olacağı nəzərə alınmalıdır.

Bu gün biz AMB, Ma­liyyə Na­zir­liyi və Qiy­mət­li Kağız­lar üzrə Döv­lət Ko­mi­tə­si­lə fə­al iş apa­rır, ye­ni əmək­daş­lıq pro­qra­mı çər­çi­və­sin­də han­sı əla­və təd­bir­lə­rin görülə bilə­cəyini müzakirə edirik.


MƏSLƏHƏT GÖR:

535