6 May 2024

Bazar ertəsi, 14:27

EHTİYATLAR ARTIMI BƏRPA EDİR

Azərbaycanda milli valyutanın devalvasiyasının ikinci dalğası üçün zəmin yoxdur

Müəllif:

14.07.2015

Cari ilin fevral ayında Azərbaycan manatının üçdə bir hissəsinin devalvasiyası (məzənnə 1 dollar üçün 0,78 manatdan 1,05 manatadək düşüb) bəzi ekspertlər tərəfindən az qala milli valyutanın iflası kimi təqdim olunurdu. Ölkənin hiperinflyasiya dövrünə qayıtması, devalvasiyanın ikinci dalğasının qaçılmazlığı xəbər verilirdi və nəticədə, əhalinin sosial vəziyyəti xeyli pisləşməli idi.

Lakin Azərbaycan hökumətinin atdığı addımlar, artıq bu gün - devalvasiyadan dörd ay sonra, bu cür bədbin ekspertlərin proqnozlarının özünü doğrultmadığından xəbər verir.

Ümumilikdə, Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətinin iki dəfə düşməsi fonunda yaranmış vəziyyətdən layiqincə çıxa bildi. Təbii ki, ölkənin qızıl-valyuta ehtiyatları, xüsusən də Mərkəzi Bankın ehtiyatları böyük əhəmiyyət kəsb edirdi. Amma bu ehtiyatlar 2014-cü ilin iyulundakı mövcud 15 mlrd. 193 mln. dollardan 2015-ci il aprel ayında 8 mlrd. 387 mln. dollara endi. Azərbaycanın may-iyun aylarının nəticələrinə əsasən xarici iqtisadi fəaliyyətinin göstəricilərinin xeyli yaxşılaşması gündəmdən manatın ikinci devalvasiya dalğası təhlükəsini sildi.

Dövlət Gömrük Komitəsinin (ADK) məlumatına görə, 2015-ci ilin may ayının nəticələrinə əsasən, ixracın həcmi aprel ayına nisbətdə 14% artıb, 1, 011 mlrd. dollar təşkil edib. 2015-ci ilin may ayında isə idxalın həcmi 46% azalaraq, 665 mln. dollar təşkil edib. Bu şəkildə, 2015-ci ilin mayında xarici ticarət üzrə müsbət saldo 346 mln. dollar olub.

Mayda idxalın kəskin azalması Azərbaycanda ilk Avropa Oyunlarının hazırlığının yekunlaşması ilə bağlıdır. Bu, dövlət xərclərinin mühüm dərəcədə azalmasını göstərir. Öz növbəsində bu iqtisadiyyatın xarici ticarət dövriyyəsində müsbət saldonun artmasına gətirib çıxarır. Və həm də Mərkəzi Banka (AMB) ölkənin valyuta ehtiyatlarının artmasına imkan verir. Təəccüblü deyil ki, AMB 2015-ci ilin may ayının nəticələrinə əsasən valyuta ehtiyatlarını 43 mln. dollar artırmağa müvəffəq olub. Bu proses iyun ayının nəticələrinə əsasən də davam etdi, valyuta ehtiyatlarının artımı daha 89 mln. dollar artdı. Bununla da, AMB-nin valyuta ehtiyatları avqustun 1-nə 8, 520 mlrd. dollara çatdı. 

AMB-nin valyuta ehtiyatlarının iki ayda 132,3 mln. dollar artımı - cüzi göstəricidir. Lakin bu mühüm psixoloji əhəmiyyətə malikdir, göstərir ki, milli valyutanın fevralda devalvasiyası optimal olub və Azərbaycan neftinin dünya bazarlarında reallaşmasından daxil olan vəsaitlər və dövlət büdcəsinin xərcləri arasında maliyyə sabitliyi yaranıb. Maraqlıdır ki, iyunda ABM-nin valyuta rezervlərinin artımı, Türkiyənin Ceyhan limanından ixrac edilən BTC FOV Ceyhan tipli Azərbaycan neftinin orta qiymətinin azalması fonunda baş verib - mayda bir barelə görə 65,16 dollardan iyunda 62, 73 dollara düşüb. Müvafiq olaraq, AMB - milli valyutanın məzənnəsinin - manatın dollar və avroya lüzumsuz möhkəmlənməsinə yol verməmək üçün dünya bazarlarında neftin qiyməti ilə bağlı vəziyyət yaxşılaşdıqca valyuta bazarında dollar əldə edəcək. Bu şəkildə Mərkəzi Bank tez bir zamanda manatın saxlanılması üçün sərf etdiyi valyuta ehtiyatlarının maliyyə itkilərini qarşılaya bilər.

Vəziyyətin inkişafının bədbin variantı da tamamilə mümkündür - AMB valyuta ehtiyatlarının doldurulmasını çox güman ki, növbəti ilə saxlamalı olacaq. Yəni ölkənin dövlət büdcəsi neftin barelinin qiymətinin indiki 90 dollardan deyil, daha aşağı qiymətə hesablamalı olacağı növbəti ilə təxirə salmalı olacaq. Bu gün dünya bazarlarında neftin qiyməti "külək yelpənəyi"ni xatırladır. Bu yaxın Şərq regionunda küləyin istiqamətinin və ya siyasi hadisələrdən asılı olaraq baş verdi. 

Manatın sabitliyinə təhlükə BTC FOB Ceyhan tipli neftin qiymətinin kəskin şəkildə enərək barelinin 40 dollara düşməsinə səbəb ola bilər. Lakin hətta Tehranın nüvə proqramına dair danışıqların yekunlaşmasından sonra İrandan əlavə neft həcmlərinin daxil olması neftin bu növünün maksimum qiymətini 50-55 dollar səviyyəsinə endirə bilər. Eyni zamanda bu ilin yanvarında neftin qiyməti ilə bağlı vəziyyətə əsasən demək olar ki, ayrıca istehsalçılar neftin qiymətinin aşağı olmasına tab gətirmirlər. Bu isə qazma dəzgahlarının kəskin azalmasına və "qara qızıl"ın istehsalının aşağı düşməsinə səbəb olur. 

Manatın devalvasiyası, bir sıra ekspertlərin fikrincə, ölkədə ikirəqəmli inflyasiyaya səbəb olmalı idi. Lakin burada neftin qiymətinin aşağı olması amili müsbət rol oynadı, bu, qeyri-neft sektorunda əmtəə və xidmətlərin qiymətlərinin düşməsi ilə bağlıdır. 

Əlbəttə, istehlak bazarında bir sıra ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin qalxmasından da yan keçmək olmadı. Lakin Azərbaycanda qiymətlərin sabitliyinin əsas amili Azərbaycan hökumətinin kommunal xidmətlərin tariflərini qaldırmamaq barədə qərarı oldu. Yerli sahibkarların istehsal olunan malların qiymətlərinin xeyli bahalaşdırılması üçün ciddi əsaslar qalmadı. Nəzərə alaq ki, elektrik enerjisi, təbii qaz və benzinin qiyməti əvvəlki səviyyədə qaldı.

Ölkədə inflyasiyanın cilovlanmasında mühüm amillərdən biri də dünyada son beş ildə ərzağın ən ucuz qiymətləri oldu. Məsələn, dünya bazarlarında buğdanın ucuz qiyməti Azərbaycan hökumətinə ciddi səy göstərmədən çörək və çörək məmulatlarının qiymətlərini saxlamağa şərait yaratdı. Dünya bazarlarında buğdanın qiyməti 2015-ci ilin fevralından aprelinə kimi 100 buşelə görə 470-530 dollar səviyyəsində tərəddüd edirdi. Halbuki 2014-cü ilin fevral-aprel aylarında buğda 600-700 dollara satılırdı. Ona görə də dünya bazarlarında qiymətlərin düşməsi bu mühüm məhsulun idxalatçılarının manatın devalvasiyasının təsirini tarazlaşdırırdı.

Və bütün bu tədbirlərin nəticəsində Azərbaycanda inflyasiya ötən dövrdə məqbul səviyyədə olub.

MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatlarına görə, birlik ölkələrinin istehlak qiymətlərinin orta indeksi 2015-ci il yanvar-may aylarında 2014-cü ilin analoji dövrü ilə müqayisədə 112,7% təşkil edib. Lakin Azərbaycanda bu göstərici ancaq 104,3% səviyyəsində olub. Misal üçün, nəzərdən keçirilən dövrdə Ukraynada istehlak qiymətlərinin indeksi 140,1%, Rusiyada 108,3%, Belarusda - 106,5%, Moldovada 105,6% və s. təşkil edib. 

Ölkənin bütün iqtisadi inkişaf amillərini, həmçinin dünya iqtisadiyyatının ortamüddətli trendini təhlil edərək əminliklə demək olar ki, Azərbaycan Mərkəzi Bankının milli valyutanın devalvasiyasının ikinci dalğası üçün obyektiv zəmin yoxdur.


MƏSLƏHƏT GÖR:

609