20 Aprel 2024

Şənbə, 02:11

HUNLAR QAYIDIR

"R+" jurnalının suallarını Macar-Turan Fondunun sədri, tarixçi və antropoloq Andraş Biro cavablandırıb

Müəllif:

04.08.2015

-Cə­nab Bi­ro, Av­ro­pa­da küklə­ri­nin də­rin­liyi ilə öyünə bi­ləcək xal­qla­rın sayı çox dey­il. Ən qə­dim xal­qlar­dan bi­ri isə macar­lar­dır. Hun­la­rın nə­ticə­si ol­maq necə his­s­dir?

- Macar­lar qə­ri­bə xal­qdır. On­lar 1 000 il­dən ar­tı­q­dır Av­ro­pa­da ya­şa­sa­lar da, hə­lə də əsl cə­ng­a­vər əcdad­la­rı­nı xa­tır­layır­lar. O əcdad­la­rı ki, böyük əra­zi­lə­ri ələ ke­çi­rə­rək Şər­q­dən, Av­ra­siya düzündən Kar­pat höv­zə­si­nə gəl­miş­di­lər. Bu gü­nə­dək macar­lar qə­dim mə­də­niyyət­lə­ri­nin bir çox ele­men­t­lə­ri­ni, öz­lə­ri­nə xas olan qə­dim Şərq di­li­ni qo­ruy­ub-sax­layıb­lar. Böyük hökmdar Atil­la macar əf­sa­nə­lə­ri­nin ən vacib fi­qur­la­rın­dan bi­ri­dir. Maca­rı­s­tan eli­ta­sı əsrlər­dir onun­la fəxr edir. Mən­şəy­i­ni əsrlər boy­unca Maca­rı­s­ta­na baş­çı­lıq et­miş Ar­pad­lar süla­lə­sin­dən götürmüş kral­la­rın ge­ne­o­lo­g­iy­a­sı da Atil­laya ge­dib çı­xır. Atil­la­nın ölümündən so­nra (453-cü il) hun­la­rın əhə­miyyət­li bir his­sə­si Maca­rı­s­tan əra­zi­sin­dən ge­ri - Şər­qə ge­dib və ora­da Qaf­qa­zın şi­mal re­g­i­on­la­rın­da hun­la­rın ya­şayış mə­s­kən­lə­ri ya­ra­nıb. So­nra­lar macar tay­fa­la­rı ye­ni­dən ora­dan Qər­bə doğru hə­rə­kət edib və Ar­pa­dın baş­çı­lığı ilə Kar­pat höv­zə­si­ni ələ ke­çi­rib. Macar­lar öz mən­şəyi ilə, şan­lı əcdad­la­rı ilə fəxr edir­lər. On­lar öz xüsu­si ta­rix­lə­ri, Av­ro­pa­da ye­g­a­nə olan məş­hur Şərq mə­də­niyyə­ti say­ə­sin­də spe­si­fik­lik­lə­ri­ni qo­ruy­ub-sax­layıb­lar (hal­bu­ki, Av­ro­pa son 1 000 il­də on­la­ra çox tə­sir gö­s­tə­rib). Macar­lar çox­say­lı Av­ro­pa xal­qla­rı ara­sın­da öz mil­li xüsu­siyyət­lə­ri­ni də qo­ruy­ub­lar. Min il­dən ar­tı­q­dır mö­vcud olan macar döv­lət­çi­liyi qi­tə­nin ən qə­dim döv­lət­çi­liy­i­dir. Macar­la­rın ək­sə­riyyə­ti ta­ma­mi­lə haq­lı ola­raq bu­nun­la fəxr edir, öz mil­li ənə­nə­lə­ri­ni böyük hə­ra­rət­lə qo­ruy­ur­lar.

- Ta­ri­xi adət və ənə­nə­lə­rin qo­run­ma­sı, on­la­rın gə­ləcək nə­sil­lə­rə ötürülmə­si üçün siz­də hər il Hun-Türk Qu­rul­tayı ke­çi­ri­lir. Oraya ta­nın­mış şəx­siyyət­lər, icti­mai xa­dim­lər də­vət olu­nur­lar. Gə­lən ay "Atil­la Günü" fe­s­ti­va­lı ke­çi­ri­ləcək. Bu cür təd­bir­lə­rin önə­mi ha­q­da nə deyə bi­lər­si­niz? Ötən il­lər ər­zin­də əsas məq­səd­lə­ri­ni­zə na­il ola bil­mi­si­niz­mi?

- Macar-Tu­ran Fon­du iki il­dən bir möh­tə­şəm bey­nəl­xalq təd­bir təş­kil edir. Söh­bət qə­dim ənə­nə­lə­rə həsr edi­lən Hün-Türk tay­fa as­sam­bley­a­sı - Qu­rul­tay­dan ge­dir. Bu, böyük hun və türk ta­ri­xi­nin bay­ram edil­mə­si­dir. O, həm də qar­daş xal­qlar ara­sın­da hə­m­rəy­liy­in güclən­mə­si­nə kö­mək­dir. Bun­dan baş­qa, hər iki il­dən bir Macar-Türk Fon­du mə­də­niyyə­tin qo­ru­nub-sax­la­nıl­ma­sı­na ça­lı­şan yüzdən ar­tıq macar qru­pu ilə bir­lik­də "Əcdad­lar günü" təş­kil edir. Hə­min gün m­acar­lar əcdad­la­rı­nın, süla­lə­nin ya­ra­dıcı­la­rı­nın xa­ti­rə­si­ni yad edir­lər. On­lar macar­la­rın ən böyük əcdad­la­rı ol­muş hökmdar Atil­la­nı və li­der Ar­pa­dı yad edir­lər. Bu təd­bi­rə dünya­nın hər tə­rə­fin­dən macar­lar axı­şır. Dünya­da xüsüsiyyət­lə­ri­ni, kök­lə­ri­ni itir­miş bir çox xalq var. Nə­ticə­də, on­lar öz­lə­ri­nə olan ina­mı da iti­rir­lər. Bu mə­na­da bay­ram təd­bi­ri­nin da­ha bir önə­mi var: o, xal­qın müxtə­lif nə­sil­lər­dən olan nümay­ən­də­lə­ri­ni bir­ləş­di­rir. Bu cür təd­bir­lər macar­lar və qar­daş xal­q­lar, mə­sə­lən, Azər­baycan xal­qı üçün güc mən­bəyi, if­ti­xar mən­bəyi sayı­la bi­lər. Bu təd­bir­lər mil­li mə­də­niyyət­lə­ri məhv edən qlo­bal­laş­maya müqa­vi­mət gö­s­tər­məyə kö­mək edir.

- Cə­nab Bi­ro, çox­dan­dır ki, Macar-Tu­ran Fon­du­na rəh­bər­lik edir­si­niz. Bu fon­dun ya­ra­dıl­ma­sı zə­ru­rə­ti necə mey­da­na gə­lib? Ha­zır­da fond han­sı lay­i­hə­lər üzə­rin­də iş­ləy­ir və gə­ləcək plan­lar nə­dən iba­rət­dir?

- Fon­du ya­rat­mağı­mın sə­bə­bi qə­dim macar ənə­nə­lə­ri­nin qo­run­ma­sı­na el­min cəlb olun­ma­sı­nın vacib­liy­i­ni hiss et­məy­im olub. Macar ənə­nə­lə­ri­nin qo­ru­nub sax­la­nıl­ma­sı­na yö­nəl­miş di­g­ər təd­bir­lər­lə ya­na­şı, fər­q­li bir şey ya­rat­maq la­zım idi. Elə et­mək la­zım idi ki, mil­li gey­im­lər, si­lah­lar və di­g­ər alət­lər ke­ç­mi­şi doğru şə­kil­də əks et­dir­sin (qə­dim za­man­lar­da ol­duğu­na mümkün qə­dər bən­zər). Bun­dan baş­qa, məq­sə­dim hər kə­si zə­ng­in hun-türk mə­də­niyyə­ti­lə ta­nış et­mək, qar­daş xal­qlar­la əmək­daş­lığı ge­niş­lən­dir­mək, bu iş­də bən­zər ta­ri­xi kök­lər­dən, mə­də­niyyət­dən is­ti­fa­də et­mək idi. Azər­baycan­la Maca­rı­s­tan ara­sın­da əmək­daş­lıq bu mə­sə­lə­də vacib ro­la ma­lik­dir. Biz in­san­la­ra iz­ah et­mək is­təy­i­rik ki, ara­da­kı böyük coğra­fi mə­sa­fəyə bax­may­a­raq, azər­baycan­lı­lar və macar­lar nə­in­ki bir-bir­lə­ri­nə ümu­mi ke­ç­miş­lə­ri­lə bən­zəy­ir­lər, on­lar hə­qi­qə­tən də qo­hum­dur­lar.

Gə­ləcək­lə bağlı əsas məq­səd­lər ara­sın­da el­mi lay­i­hə­lə­rin kö­məy­i­lə, müa­sir el­mi mə­lu­mat­la­ra (an­t­ro­po­lo­g­iya, ge­ne­ti­ka) əsas­lan­maq­la hun­la­rın və türklə­rin ta­ri­xi­nin ya­zıl­ma­sı var. Ümid edi­rəm ki, ya­xın za­man­lar­da bir çox be­lə lay­i­hə­lər­lə bağlı tə­şəbbüslər irə­li sürüləcək.

- Av­ro­pa­da türklə­rə və hun­la­ra ya­naş­ma bir­mə­na­lı dey­il. Bu xal­qla­rın Av­ro­pa ai­lə­si­nə da­xil ol­ma­sı­nın qar­şı­sı­na bir çox süni ma­ne­ə­lər çı­xa­rı­lır. On­la­rın ke­ç­mi­şi ilə bağlı əda­lət­siz it­ti­ham­lar irə­li sürülür. Bu cür ste­reo­tip­lə­rin mö­vcud­luğu­nu nə ilə iz­ah edər­di­niz?

- Hər bir xal­qın öz ta­ri­xi əməl­lə­ri­ni və ro­lu­nun da­ha vacib ol­duğu­nu sübu­ta ye­tir­mək cəh­dlə­ri tə­bi­i­dir. Bu mə­na­da Av­ro­pa­dan ol­may­an, yad mə­də­niyyə­tə və di­nə mən­sub is­ti­la­çı­la­rın (hun­lar və türklə­rin) Av­ro­pa­nın ya­zı­lı ta­ri­xin­də son də­rəcə mən­fi for­ma­da gö­s­tə­ril­mə­si heç də tə­əccüblü dey­il. On­lar bə­zi hal­lar­da hət­ta şey­tan qi­s­min­də gö­s­tə­ri­lir­lər. Bu­nun­la ya­na­şı, za­man keç­dikcə sax­ta ob­raz­lar itəcək. El­mi ya­naş­ma­nı oraya qoy­an müxtə­lif nəşrlər (ki­tab­lar, mə­qa­lə­lər, filmlər) in­san­la­rın da­ha re­al ob­raz əl­də et­mə­si­nə kö­mək gö­s­tə­rir. Di­g­ər tə­rəf­dən, bu mən­fi fi­kir­lə­rə cid­di önəm ver­mək la­zım dey­il. Çünki, bu cür böyük ta­ri­xə ma­lik xal­qlar - hun­la­rın və türklə­rin nəs­li hər za­man tən­qid hə­də­fi olacaq və hər za­man on­la­rın pa­xıl­lığı­nı çə­kəcək­lər.

- Macar-Türk Fon­du­nun sə­d­ri ki­mi Azər­bayca­na də­fə­lər­lə sə­fər et­miş, bu­ra­da rə­s­mi şəx­slər­lə görüşmüsünüz. Sirr dey­il­sə, Azər­bayca­nın rə­s­mi və və­tən­daş in­sti­tut­la­rı ilə han­sı sa­hə­lər­də əmək­daş­lıq et­mək niyyə­tin­də­si­niz?

- Azər­baycan­la Maca­rı­s­tan ara­sın­da əmək­daş­lıq nə­in­ki əla­dır, on­lar həm də stra­te­ji tə­rəf­daş­dır­lar. Macar-Tu­ran Fon­du üçün be­lə əmək­daş­lığın xüsu­si əhə­miyyə­ti var. Bu il­lər ər­zin­də Azər­baycan­da bir çox dost və tə­rəf­daş əl­də et­mi­şik. Azər­bayca­na sə­fər­lə­ri­miz hər za­man bi­zim üçün əla təcrübə­dir. Ev sa­hib­lə­ri­nin müna­si­bə­ti say­ə­sin­də hər za­man Azər­baycan­da özümüzü evi­miz­də­ki ki­mi hiss edi­rik. Biz də hər za­man pro­qram­la­rı­mız çər­çi­və­sin­də öl­kə­mi­zə sə­fər edən azər­baycan­lı qo­naq­la­ra böyük diq­qət gö­s­tə­ri­rik. On­lar hər za­man di­g­ər mil­lət­lə­rin nümay­ən­də­lə­ri ara­sın­da bi­zim üçün ən hör­mət­li qo­naq­lar­dan­dır­lar.

Məq­sə­di­miz Azər­bayca­nın mə­də­niyyət və el­mi təş­ki­lat­la­rı ilə əmək­daş­lıq et­mək­dir. Bi­rgə nəşrlər bu­rax­maq is­təy­i­rik. Azər­baycan­lı de­pu­tat­lar­la əmək­daş­lığı­mız da vacib xa­rak­ter da­şıyır. Biz ar­tıq on­la­rın bir ne­çə­si ilə bir sı­ra bi­rgə pro­qram­lar təş­kil et­mi­şik. Mi­sal ki­mi Maca­rı­s­tan­da ke­çi­ri­liş qu­rut­layın fə­x­ri qo­nağı ol­muş de­pu­tat Qə­ni­rə Pa­şay­e­va­nın adı­nı çə­kə bi­lə­rəm. Ba­kı­da yer­lə­şən Bey­nəl­xalq Av­ra­siya Mət­bu­at Fon­du ilə əla müna­si­bət­lə­ri­miz var. Bu qu­rum­la bir ne­çə bi­rgə lay­i­hə re­al­laş­dır­mağı plan­laş­dı­rı­rıq. Bey­nəl­xalq əmək­daş­lıq üzrə ən təcrübə­li kon­sul­tan­t­la­rı­mız­dan bi­ri bu fon­dun sə­d­ri Ümid Mir­zəy­ev­dir. O, Maca­rı­s­tan­da­kı və­ziyyət­lə bağlı çox mə­lu­mat­lı­dır. Maca­rı­s­ta­nın qə­dim mə­də­niyyə­ti­nin qo­ru­nub-sax­lan­ma­sı məq­­sə­di­ni gü­dən Türkdil­li Döv­lət­lə­rin Ko­or­di­na­siya Mər­kə­zi bi­zim ən vacib tə­rəf­da­şı­mız­dır. Gə­ləcək­də lay­i­hə­lə­rin (is­tər el­mi, is­tər­sə də qə­dim mə­də­niyyə­tin qo­ru­nub- sax­­la­n­rıl­ma­sı çər­çi­və­sin­də) re­al­laş­dı­rıl­ma­sı məq­sə­di­lə el­mi in­sti­tut­lar­la, uni­ver­si­tet­lər­lə, id­man as­so­si­a­siy­a­la­rı ilə əmək­daş­lıq üçün im­kan­lar ax­ta­rı­rıq. Azər­baycan­la Ma­ca­rı­s­tan ara­sın­da uğur­lu əmək­daş­lığa, xal­qla­rı­mı­zın gə­ləcəy­i­nə, hə­m­çi­nin Azər­bayca­nın əra­zi bütöv­lüyünün bər­pa olu­nacağı­na ina­nı­ram.



MƏSLƏHƏT GÖR:

759