18 May 2024

Şənbə, 13:04

SABİT MƏZƏNNƏ

Ölkə hökumətində milli valyutanın sabitliyi ilə bağlı nikbinlik ifadə olunur

Müəllif:

13.10.2015

Artıq bir ilə yaxındır neftin qiymətinin düşməsi və dünyadakı iqtisadi problemlərlə bağlı olaraq Azərbaycanın iqtisadi inkişafı olduqca çətin şərtlərlə də olsa davam edir. Çətinliklərə baxmayaraq, Azərbaycan Maliyyə Nazirliyi və Mərkəzi Bankı yaxın gələcəkdə manatın yeni devalvasiyasına zərurət görmür. 

Cari 2015-ci il postsovet məkanında enerji xammalı ixracatçısı olan dövlətlər, həmçinin qonşu neft hasil edən ölkələr üçün son dərəcə çətin oldu. Dünya qiymətlərinin düşməsi və müvafiq olaraq, enerji resurslarının ixracından gələn gəlirlərin azalması, bütövlükdə iqtisadiyyata mənfi təsir göstərdi. Bu vəziyyət hökuməti büdcə xərclərini yenidən nəzərdən keçirməyə və monetar siyasət sahəsinə ciddi məhdudiyyətlər tətbiq etməyə vadar etdi. Region milli valyuta devalvasiyasının ciddi dalğası, inflyasiyanın artan templəri ilə üzləşdi. Ona görə də əksər ölkələr maliyyə tənzimlənməsini sərtləşdirməyə məcbur oldular. Azərbaycan da istisna olmadı. Xammal böhranının mənfi təsirini müəyyən mənada fevralda aparılan manatın devalvasiyası aradan qaldıra bildi. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Mərkəzi Bankın keçirdiyi monetar siyasətin çevikliyini olduqca pozitiv qiymətləndiriblər. Onlar hesab edirlər ki, bu, xəzinənin gəlirlərini hiss ediləcək şəkildə doldurmağa və ölkənin dövlət büdcəsinin kəsirinin yuxarı həddini ÜDM-in 6% çərçivəsində saxlamağa imkan verib. 

Lakin Mərkəzi Bankın manatın məzənnəsinin sabit qalmasına dair səyləri ötən dövrdə onun valyuta rezervlərinin xeyli azalmasına gətirib çıxardı. Belə ki, ilin əvvəlindən onların həcmi 7,998 mlrd. dollar və ya 53% azalıb. AMB-nin sentyabrın sonuna qalan valyuta ehtiyatları 7,044 mlrd. dollar həddində qiymətləndirilir. 

"Sentyabrın ortalarında ölkənin valyuta bazarı balansını saxlaya bilib, Mərkəzi Bank valyuta satmır. Bu prosesi saxlamaq mümkün olub", - deyə AMB-nin sədr müavini Xəqani Abdullayev bildirib. Buna baxmayaraq, yaranmış vəziyyətdə Mərkəzi Bankın mümkün qədər tez rezervlərin azalma risklərini minimallaşdıran və ölkədə makroiqtisadi sabitliyin qorunmasını təmin edən mexanizmlər hazırlamağı zəruridir. Bu məqam son dərəcə mühümdür. Belə ki, rezerv kapitalının kifayət qədər həcminin olması - AMB-nin monetar siyasəti çərçivəsində requlyativ funksiyalarının icrası üçün zəruri şərtdir. Fevral devalvasiyasına əlavə olaraq Mərkəzi Bankın ölkənin valyuta bazarının tənzimlənməsi üzrə yükünün azalmasını da aid etmək olar. 

Manatın məzənnəsinin zəifləməsi ilə onun sabitliyini saxlamaq üçün valyuta intervensiyasına nisbətən daha az vəsait xərcləmək tələb olunurdu. 

Ucuzlaşan manat müəyyən mənada ölkədə istehsal olunan məhsulun rəqabətqabiliyyətliliyini gücləndirdi. Bu isə qeyri-neft yönlü ixrac üçün az əhəmiyyət kəsb etmir. Lakin ölkənin xarici ticarətində qeyri-neft sektorunun nisbətən kiçik payını nəzərə almaqla, onun pozitiv effekti o qədər də önəmli deyil. Devalvasiyanın nöqsanlarına bu prosesin ölkənin maliyyə sektoruna və ilk növbədə, bank sferasına mənfi təsirini aid etmək olar. Devalvasiya neqativi əməliyyat mühitinə, bankların aktivləri və onların kapitallarına, gəlirliyinə və fondlaşmasına olduqca çox zərərli təsir göstərdi. "Fitch Ratings" reytinq agentliyinin qiymətləndirmələrinə əsasən, fevraldan güclənən əmanətlərin dollara köçürülməsi prosesi bank sektoruna əlavə təzyiqlər yaradır. Valyuta əmanətləri 2015-ci il iyun ayının sonuna sektorun bütün depozitlərinin 67%-ni təşkil edib. Manat borclarının dəyərsizləşməsi ilə əlaqədar bankların aktivlərinin keyfiyyətinə zərər dəyib. 

Digər tərəfdən əlavə dəyərsizləşmə bankların borcları üzrə vaxtında ödənilməyən vəsaitlərin riskləri ilə bağlı olacaq. Bu cür vəsaitlərin həcmi cari ilin birinci yarısının sonuna bankların bütün kredit portfelinin 43%-ni təşkil edib. Sonuncu borcalanların əksəriyyətinin valyuta gəlirlərinə çıxışının olmaması ilə şərtlənib. Oxşar fikirləri "Standard & Poor's" agentliyinin ekspertləri də paylaşırlar. Onların fikrincə, Azərbaycanın bank sektorunun dollarlaşma göstəriciləri yenə də yüksək həddə qalacaq. "Əhalinin valyuta əmanətlərinin payı ilin əvvəlindən 50%-lik səviyyəsindən xeyli yüksələrək, bank sisteminin bütün depozitlərinin 70%-ə çatıb. Bu, fondlaşma bazasının asılılığını həmin faktorun təsirindən daha da artırır. Fikrimizcə, bu proseslər sektorun maliyyə göstəricilərinə və likvidliyin idarə edilməsinə əlavə təzyiq göstərə bilər", - "S&P"nin hesabatında qeyd edilib. 

Bu şəkildə, bir çox hallarda qaçılmaz olan və dövlət xəzinəsinin gəlirlərinə və dövlət büdcəsinin kəsirinin aşağı səviyyədə saxlanılmasına müsbət təsir göstərən fevraldakı devalvasiya hər halda maliyyə sektoru üçün böyük risklər daşıyır. Bunu anlama, milli valyutanın məzənnəsinin növbəti dövrdə az-çox kəskin dəyişdirilməsi imkanını istisna etməklə, hökumətin son dərəcə ehtiyatlı siyasətini şərtləndirdi. 

Sözsüz, növbəti devalvasiya ehtimalını yaxın aylarda enerji resurslarına tələbatın kəskin düşəcəyi təqdirdə, istisna etmək olmaz. Lakin neftin barelinin qiyməti 40-50 dollar həddində qalacağı təqdirdə, hökumət milli valyutanın məzənnə parametrlərini kəskin dəyişikliklərdən qoruya bilər. Bəzi ekspertlər hesab edirlər ki, xüsusən Suriya və Yaxın Şərqdə yeni hadisələr fonunda yaxın gələcəkdə neftin qiymətinin kəskin düşməsini gözləməyə dəyməz. Bundan başqa, "Fitch Ratings" agentliyinin proqnozlarına görə, təxminən, növbəti ilin sonuna OPEK, neftin barelinin qiymətinin bir neçə il ərzində 70-80 dollar göstəricisinə qayıtması üçün hasilatı tədricən azaltmaq barədə qərar qəbul edəcək. Daha doğrusu, tələbatın qəti şəkildə sabitləşməsi və neftin dünyada qiymətlərinin artımına ancaq bir neçə il sonra ümid etmək olar. Amma burada ümumi tendensiya pozitiv istiqamətdə qurulur. 

Bəlkə, buna görə Azərbaycanın 2016-cı il dövlət büdcəsinin sənədlər paketində hökumət növbəti 4 ildə manatın dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağını göstərib. Bu şəkildə, ortamüddətli dövrdə ölkənin monetar siyasəti milli valyutanın məzənnəsinin sabit saxlanılmasına yönələcək. "Mərkəzi Bank manatın məzənnəsinin kəskin oynaması üçün əsas görmür: valyuta bazarında sabitlik müşahidə edilir, xarici valyutaya olan tələbat və təklif sabitləşib. Ölkənin tədiyyə balansı da hazırda kifayət qədər balanslaşdırılıb", - X. Abdullayev hesab edir. - O ölkələrdə fundamental dəyişmələr olur ki, orda tədiyyə balansından valyuta daxil olmalarının kəskin azalması və eləcə də kapital hərəkəti hesabında bu ehtimal olunur. Bizim tədiyyə balansı hələlik tarazlaşdırılmış vəziyyətdədir".

AMB-nin sədr müavini həmçinin qeyd edib ki, ortamüddətli dövr üçün bank manatın məzənnəsinin çevikliyinin artırılmasını planlaşdırır: "Lakin bu il və gələn il üçün manatın məzənnəsinin kəskin dəyişməsinə zərurət görmürük. Hələlik Mərkəzi Bank cari ilin fevral ayında qəbul edilmiş manatın məzənnəsinin bivalyuta (dollar/avro) səbəti əsasında hədəfləmə praktikasının tərəfdarıdır. Ölkənin monetar siyasətinin oxşar qiymətləndirməsini Maliyyə Nazirliyində də saxlamağın tərəfdarıdırlar. " Azərbaycanın tədiyyə balansı neft gəlirlərindən asılı olaraq buna xeyli həssasdır. Lakin hal-hazırda biz hesab edirik ki, tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı bazar prinsiplərinə əsaslanıb və mənfi xarici amillərin ona təsirini qaçılmaz edir. Ona görə də heç bir ölkə inkişaf səviyyəsindən asılı olmayaraq, əminliklə iddia edə bilməz ki, onun valyutası sabit olaraq qalacaq", - deyə S. Şərifov qeyd edib. O, əlavə olaraq bildirib ki, bu gün üzən məzənnəyə tezliklə keçmək ehtimalından danışmaq çox tez olardı, lakin məlumdur ki, Mərkəzi Bank bu istiqamətdə işləyir, müvafiq tədqiqatlar aparır. Maliyyə nazirinin sözlərinin mahiyyətindən belə başa düşülür ki, bununla bağlı, yeni qərarlar bütün amillərin əhalinin sosial-iqtisadi vəziyyətinə təsiri hesabına yaranacaq.


MƏSLƏHƏT GÖR:

503