17 May 2024

Cümə, 06:10

AVROPA STANDARTLARINA UYĞUN TÖVLƏ

Azərbaycanda yeni yaradılmaqda olan heyvandarlıq təsərrüfatını bu cür adlandırmaq olar

Müəllif:

22.12.2015

Aqrar məhsullara tələbatın artırılmasına səbəb olan qonşu ölkələr arasında müəyyən siyasi mübahisələr Azərbaycanın ASK-da islahatların sürətləndirilməsinə stimul olmalı və müvafiq sahədə istehsalat həcminin artırılmasına yardım göstərməlidir. Bununla belə, onsuz da Azərbaycanda yekunlaşan kənd təsərrüfatı ili çərçivəsində aqrar sektorun inkişafına yönələn bir neçə yeniliklərə start verilib. Belə ki, bitkiçilik məhsullarının istehsalı üzrə iri müəssisələrin yaradılmasından sonra, bu cür layihələr heyvandarlıq sahəsində də başlandı.

Ətlik-südlük istiqamətli birgə ailə kəndli-fermer təsərrüfatlarının yaradılması üzrə ilk pilot layihələr Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağcabədi, Bərdə və İmişli rayonlarında həyata keçirilməyə başlanılıb.Layihəyə əsasən, bu layihələrə lizinq yolu ilə hər təsərrüfata 5-10 baş olmaqla, 516 baş cins heyvan veriləcək. İş orasındadır ki, hazırda respublikanın kənd regionlarının həyətlərində fermerlər, məlum olduğu kimi, az məhsuldar olan yerli növ heyvanları saxlayırlar. Müasir ailə kəndli-fermer təsərrüfatlarının yaradılmasında əsas məqsəd - onları yüksək məhsuldar inəklərlə əvəz etmək, heyvanın saxlanılması üçün bütün lazım olan şəraiti yaratmaq, pay torpaqlarına malik kəndlilərin torpaq sahələrindən səmərəli istifadə etmək, heyvandarlıq təsərrüfatları üçün müasir tikililəri stimullaşdırmaqdan ibarətdir. 

Layihə çərçivəsində heyvanların saxlanılması üçün təsərrüfatlarda müasirtipli fermalar tikilib, yem bazası yaradılıb. Heyvanlardan əldə olunan ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq qida rasionu tərtib edilib, müasir üsul və texnologiyaların tətbiqi ilə qarğıdalıdan silos hazırlanması üçün tədbirlər həyata keçirilib. Fermerlər portativ sağım aparatları və yemi xırdalayaraq, qarışdıran aqreqatlarla təmin edilib. Bundan başqa, süd qəbulu məntəqələri yaradılır. Məntəqədə toplanmış və soyudulmuş süd emal müəssisələrinə satılacaq. Südün keyfiyyətinin müəyyənləşdirilməsi üçün burada həmçinin xüsusi laboratoriya da işləyəcək.

Fermer təsərrüfatlardan birinin rəhbəri Yusif Məmmədovun sözlərinə görə, Avstriyadan fermaya gətirilən heyvanların südünün sağım miqdarı yerli növlərin göstəriciləri 4 dəfə artıqdır. Onun sözlərinə görə, yeni təsərrüfatlarda inəklərin sağımı xüsusi sağım aparatları vasitəsilə həyata keçiriləcək və bu cür keyfiyyətli südün alış qiyməti adisindən kifayət qədər yüksək olacaq. "Keçmiş təsərrüfatımda mən 5-6 baş heyvan saxlayırdım", - Y.Məmmədov deyir, -"inəklər sutkada 20 litrdən çox süd vermirdilər, yeni təsərrüfatımda isə 15 inək olacaq və hər biri sutkada 20 litr süd verəcək. Təbii ki, yeni layihəni sərfəli və səmərəli hesab edirəm".

Onun sözlərinə görə, heyvanların yüksəkkeyfiyyətli yemlə təmin edilməsi üçün yemin zəruri miqdarı alınıb, lakin gələcəkdə fermerlər özləri yem bitkiləri yetişdirməlidirlər. Yusif Məmmədovun qeyd etdiyi kimi, fermer təsərrüfatlarının yaradılması üçün kəndlilərə güzəştli kreditlər verilib. "Tövlənin tikintisi üçün 6 min manat xərc çəkilib, 4 min yem üçün nəzərdə tutulub, 3 min manat isə yem bitkilərinin gələcək əkini üçün ayrılıb. 1400 məbləğində qalan vəsait isə cins mal-qaranın qiymətinin ödənilməsinə sərf olunacaq. Biz, həmçinin sağım aparatları, yemdoğrayanlar alacağıq. Ümumilikdə, fermer təsərrüfatının yaradılmasına çəkilən xərc 29-31 min manat təşkil edəcək", - fermer bildirib.

"Hazırda respublikanın üç rayonu - Ağcabədi, Bərdə və İmişlini əhatə edən 516 baş heyvanın və 69 ailə fermer təsərrüfatının olduğu pilot layihə həyata keçirilir. Onlar təcrübə yığacaqlar və gələcəkdə başqalarıda onlardan öyrənəcəklər", - deyə respublika Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbənin müdiri Qalib Əbdüləliyev bildirib. Bu cür təsərrüfatların yaradılması üçün müəyyən meyarlar mövcuddur. İlk növbədə, hər ailə təsərrüfatlar, yemlərin yetişdirilməsi üçün torpaq sahəsi olan pay torpağına malik olmalıdır. Mütləq şəkildə laboratoriyası olan süd qəbul məntəqəsi tikilməlidir. Fermerlərə kömək göstərilir, güzəştli kreditlər ayrılır. Onlar aşağıdakı şəkildə bölüşürlər: bir hissə əkinin aparılması, ikinci paket yemlərin hazırlanması, üçüncü paket isə heyvanlar üçün tövlə tikintisi, tələb olunan texnika və heyvanların alınması üçün verilir.

H.Əbdüləliyevin sözlərinə görə, bu il 10 baş heyvan olmaqla fermer təsərrüfatının yaradılmasına ayrılan kreditin məbləği 25 min manat təşkil edib. Bu cür kreditlər üç il müddətində verilir. 18 aydan sonra güzəştli kreditləri qaytarmaq lazımdır.

Qeyd edək ki, bu layihədən başqa, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda Respublika Damazlıq Heyvandarlıq Mərkəzinin tikintisini planlaşdırır. Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun dediyi kimi, bu, ölkəmizdə genetik davamlı heyvandarlığın inkişaf etməsinə imkan verəcək.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin apardığı hesablamalara əsasən, bu cür praktiki və maddi-texniki dəstəyi ilə ailə-fermer təsərrüfatları qoyulan məqsədlərə nail ola biləcəklər və həyata keçirilən pilot layihədən real gəlir qazana biləcəklər. Bununla da Azərbaycanda südün sağımı və ətin çəkisi artacaq, ərzaq təhlükəsizliyi təmin olunacaq.


MƏSLƏHƏT GÖR:

578