17 May 2024

Cümə, 11:10

KEŞİŞİN HÖKMÜ

Patriarx Kirilin bəyanatı ermənilərin "soyqırımı" haqqında mifini darmadağın etdi

Müəllif:

19.01.2016

İrəvan yenə Rusiyadan inciyib. Üstəlik, bu dəfə erməni siyasətçilərinin məzəmmətinə nə az, nə çox - Rus Pravoslav Kilsəsinin başçısı, bütün Rusiyanın Patriarxı Kiril tuş gəlib.

Rusiya yanvarın 7-də pravoslav Miladını qeyd edib. Bayram ərəfəsində patriarx Kiril "Rossiya" telekanalına ənənəvi Milad müsahibəsini verib.

Açığı, kamera qarşısında "Rusiya bu gün" holdinqinin rəhbəri, "Vesti nedeli" verilişinin aparıcısının, yoxsa Rus Pravoslav Kilsəsi başçısının daha inamlı dayandığını birmənalı söyləmək çətindir.

Patriarx Kiril, daha doğrusu, hələ patriarx olmayan gənc keşiş ilk dəfə efirə Vladimir Pozner ilə Fil Donahın apardıqları SSRİ-ABŞ telekörpüsü zamanı çıxmışdı. Sonradan bazar günləri "Rossiə" telekanalının efirində moizələr olurdu. Bir sözlə, Rus Provaslav Kilsəsinin rəhbəri ictimaiyyətlə "ekranın digər tərəfi"ndən danışmağı yaxşı bacarır. Bu dəfə də o, çoxlarını narahat edən məsələlərdən danışıb: pravoslavları, müsəlmanları, yəhudiləri, buddistləri, inanclıları və ateistləri, gəncləri və yaşlıları...

Kiril bir sıra digər məsələlərlə yanaşı, Suriyada baş verənlərə də toxunub. O, bu ölkədəki müharibənin dini xarakterini qəti şəkildə rədd edib. Rus Pravoslav Kilsəsinin başçısı fikrini belə davam etdirib: "Artıq bunun qətiyyən dini müharibə olmadığını söyləmək lazımdır. Mən bu fikrə qoşuluram". Daha sonra Kiril tarixə ekskursiya edib: bəli, bəzi hallarda ruslarla müsəlmanlar arasında münasibətlər yaxşı olmayıb. Sonra isə o xatırladıb: "Lakin hər zaman hər iki tərəfin itkiləri ilə nəticələnən hərbi əməliyyatları bir kənara qoysaq, İslam Dünyasında indi yaşanmaqda olanlar heç zaman baş verməyib; məsələn, türk, Osmanlı İmperiyasını yada salaq. Orada da xristian azlıq olub və onlar məhv edilməyib. Dini icmalar arasında münasibətlərin müəyyən qaydaları olub. İsa Peyğəmbərin (ə) qəbrinin olduğu məbədin açarı hələ də ərəb müsəlmanının əlindədir. Bütün bunlar müsəlmanın təhlükəsizliyə, xristianlara məxsus müqəddəs yerlərin qorunmasına məsul olduğu həmin türk dönəmindən gəlir".

Beləliklə, patriarxın bəyanatı erməni siyasətçilərinin sevimli nəzəriyyələrini, daha doğrusu, mifini darmadağın edib. 

Məlum olduğu kimi, onlar Osmanlı İmperiyasının yalnız "ermən soyqırımı", həmçinin digər xristianlara qarşı "soyqırımı" törətməklə məşğul olduğunu iddia edirlər.

Rus Pravoslav Kilsəsi rəhbərinin Osmanlı İmperiyası haqqında müsbət tonda danışması İrəvan üçün çox gözlənilməz olub.

Ermənistan hakimiyyəti bu bəyanatı "görməməyə" çalışıb. Erməni müxalifətinə məxsus KİV isə qəzəbini gizlətmir. "Lragir" saytı yazır: "Məgər patriarx 100 il əvvəl baş vermiş hadisələrdən xəbərsizdir? Xəbərsizdirsə, rus keşişinin bütün xristianların lideri və müdafiəçisi roluna iddia etmək haqqı yoxdur. Məgər Kiril Osmanlı İmperiyasında "erməni soyqırımı"nın baş verdiyini, həmçinn yunanlara, asuriyalılara qarşı soyqırımı törətdiyini bilmir?".

Məsələ isə yalnız Kirilin bəyanatında deyil. Xatırladaq ki, Moskva ilə Ankara arasında yaşanmaqda olan gərginlik İrəvan tərəfindən aşkar şövqlə qarşılanıb. Proses əvvəlcə sanki ermənilərin planına tam uyğun gedirdi. Rusiya liderləri Türkiyənin ünvanına sərt bəyanatlar səsləndiriblər və səsləndirirlər. Turizm şirkətlərinə bu ölkələrə turist qrupları göndərməmək tövsiyə olunub. Nəhayət, Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyasından olan deputatları parlamentin aşağı palatasına 1915-ci ilin "erməni soyqırımı"nın qəbul edilməməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim edib, "Ədalətli Rusiya"nın lideri Sergey Mironov isə türk tərəfinə qarşı daha sərt addımların atılmasına çağırış edib. Bu yaxınlarda vəziyyət apofeoz həddinə çatıb. Rostovdan olan Hamlet Qriqoryan adlı şəxs (çətin ki, sırf öz təşəbbüsü olsun) 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinin ləğvi ilə bağlı kampaniyaya başlayıb. Xatırladaq ki, həmin müqavilə daha əvvəl imzalanmış Qars müqaviləsi ilə birlikdə Sovet Rusiyası ilə Türkiyənin sərhədlərini müəyyənləşdirib, türk torpaqlarında "Qərbi Ermənistan" yaradılması arzularının üzərindən birdəfəlik xətt çəkib. Moskva ilə Ankara arasında gərginliyin artdığı indiki şəraitdə isə İrəvan fəalları öz-özlüyündə belə bir qənaətə gəliblər ki, onların 6 Şərqi Anadolu vilayətinə iddialarını yenidən gündəmə gətirməyin əsl vaxtıdır!

"1921-ci ilin daha çox "Moskva müqaviləsi" kimi tanınan Rusiya-Türkiyə müqaviləsi sovet illərində və ondan sonrakı dönəmdə siyasi məzmununun kəskinliyinə görə, tarixçilər və politoloqlar tərəfindən ən az araşdırılmış beynəlxalq sənəd olaraq qalıb. Sovet, sonradan erməni və rus, həmçinin Ermənistanla Rusiyanın birgə xarici siyasi maraqları baxımından, bu müqavilə Brest müqaviləsi və ya Cənubi Kuril adaları problemi, emosional baxımdansa, Alyaska və Krımın kimə məxsus olduğu məsələsi qədər önəmlidir", - deyə müəllif yazır.

Ortaya belə bir sual çıxa bilər: Ermənistan özü Moskva müqaviləsindən niyə imtina etmir? Amma sualın cavabı aydındır: İrəvanda yaxşı anlayırlar ki, Türkiyə ilə müharibə son dərəcə təhlükəli məsələdir. Üstəlik, bu halda paralel olaraq, Azərbaycanla da müharibə bərpa oluna, Gürcüstanla münaqişə meydana çıxa bilər. Odur ki, Rusiyanın "erməni arzusu" uğrunda mübarizəyə cəlb olunması daha "komfortlu"dur.

Bütün bunların fonunda patriarx Kirilin bəyanatı ermənilərin "soyqırımı" haqqında mifini, sözün əsl mənasında, darmadağın edib. Daha vacibi o, İrəvan siyasətçilərinin Rusiyanı tammiqyaslı müharibəyə "sövq etmək" arzusunun üzərindən xətt çəkib. Məlum olub ki, Moskvanın Türkiyəyə qarşı öz iddiaları olsa da (onların nə qədər əsaslı olduğu, günahkarın kimliyi ayrıca söhbətin mövzusudur), Rusiya "erməni arzusu" naminə bütünlükdə NATO ilə müharibəyə getmək niyyətində deyil.

Bir qədər "irəli getmiş" erməni ekspertləri isə bir məqamı xatırladırlar: "Ədalətli Rusiya" fraksiyasının irəli sürdüyü qanun layihəsinin elə layihə olaraq qalma şansı yüksəkdir. Analitiklər xatırladır ki, sənədi hakim "Vahid Rusiya" deyil, "Ədalətli Rusiya" irəli sürüb. O isə Dövlət Dumasında çoxluğa malik deiyl. Ən başlıcası, Rusiyanın Türkiyə ilə münasibətlərdə körpüləri tam yandırmaq niyyətində olmadığı aydındır. Belə olan təqdirdə, Moskvanın İrəvanın göstərişi ilə hərəkət edəcəyini gözləmək olmaz.



MƏSLƏHƏT GÖR:

456