18 May 2024

Şənbə, 13:04

XİLASKAR SƏHNƏDƏDİR

Özünü zəlzələ, yanğın və daşqın zamanı necə aparmaq lazım olduğunu Pantomima Teatrının "Fəlakət və insan" tamaşası göstərir

Müəllif:

02.02.2016

Teatr necə olmalı: əyləncəli, maarifləndirici və ya tərbiyəli - buna baş rejissorlar və bədii rəhbərlər qərar verirlər. Seçilmiş mövqe təkcə onun daxili məzmununun təzahürü deyil, eyni zamanda, teatr səhnəsindən dünyaya yayılan peşəkar və mənəvi məsuliyyət dərəcəsinin dərkidir. Bu, ilk baxışdan görülə biləcək şəkildə zərərsiz və məsuliyyətsiz deyil. Çünki xalq müdrikliyi atalar sözü şəklində deyir ki, "nəyi əkərsən, onu da biçərsən". Bu, əvvəlki nəsillərin təcrübəsi ilə sınaqdan keçmiş faktların sadalamasıdır. Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi Azərbaycan Dövlət Pantomima Teatrında bu barədə heç vaxt unutmurlar. 

Buna görə onların hər bir tamaşası, hər quruluş öz ünvanına göndərilən bir ismarışdır. Bu teatrda aktyorlar və quruluşçuların öz tamaşaçısı ilə nə barədə və nə üçün danışdığı həmişə aydındır. "Fəlakət və insan" tamaşasının premyerası da təkcə uşaqlara deyil, eyni zamanda, valideynlərə də ünvanlanıb. Mətni Bəxtiyar Xanızadə yazıb, quruluş Bəhruz Əhmədli tərəfindən həyata keçirilib.

 

Tamaşa nə barədədir?

İnsanın ekstremal şəraitdə necə davranması və hərəkət etməsi barədədir. Bu, insan həyatının xilas edilməsi və ətraf mühitin insanın varvar fəaliyyəti və hərəkətlərdən qorunması barədə əyani praktiki vəsaitdir. 

Oxuculardan bəziləri xüsusi nə deyə bilərlər? Həqiqətən də nə? Cavab verək: hər şey! Çünki bizə ancaq elə gəlir ki, guya gözlənilmədən daşqına, zəlzələyə, yanğına və s. məruz qalsaq, nə etmək lazım olduğu barədə kifayət qədər hər şeydən xəbərdarıq. Əslində isə, praktikada nəinki uşaqlar, həmçinin bir çox böyüklər də bu barədə xəbərsizdirlər. Pantomima Teatrının aktyorları həvəslə, sadə oyun formasında personajları və eyni zamanda, tamaşaçıları növbəti təqdim olunan hadisələrə daldıraraq, bunu bizimlə birgə yaşadılar.

 

Nə etmək lazımdır?

Əziz böyüklər, zəlzələ baş verərkən nə etmək lazım olduğu, nəyisə etmək məsləhət görülmədiyi barədə xəyalən cavab verərək özünüzü test edin? Bir çoxları, yəqin ki, əmin olacaqlar ki, nəyisə heç bilmirdilər. Vəziyyəti təbii fəlakət kimi deyil, hər şeyi bilmişlər üçün dərs kimi canlandıraraq, Pantomima Teatrının aktyorları asan və sadə şəkildə bu mövzuda oyun mənzərələri göstərir və tamaşaçılar aşağıdakıları tez bir zamanda qavrayırlar: əgər siz çoxmərtəbəli binada yaşayırsınızsa, pilləkənə çıxmaq, açıq məkanda durmaq, təşvişə düşmək olmaz. Masanın altında gizlənmək, otağın küncündə və ya qapı arasında durmaq lazımdır. Əgər siz birmərtəbəli binadasınızsa və sizinlə olan çoxlu digər insanla məkanı tərk etmək imkanı varsa, siz bunu necə edərsiniz?

Versiyalar çox idi. Lakin ən düzgün bir variant vardı: təşvişə düşmədən bir-birinin ardınca çıxış tərəfə irəliləmək lazımdır. Bu vəziyyətdə də xatırlamaq lazımdır ki, qapının ağzında təşviş və basırıq özünün ardınca insanların lazımsız fəlakətinə gətirib çıxara bilər. Bu ekstremal vəziyyətdə fəlakət qarşısında rütbə, valideynlərin sosial vəziyyəti və s. anlayışı mövcud deyil. Fərqi yoxdur, sən kimin oğlu ya qızısan. Əsas həyat üçün təhlükə yaradan vəziyyətdə özünü düzgün aparmaqdır. 

Bu şəkildə aktyorlar yanğınla və daşqınlarla bağlı olan digər vəziyyətləri də canlandırırlar. Coşqulu, məzəli şəkildə və tamaşaçı zalını həyat üçün vacib məsələlərin həllinə cəlb edərək canlandırırlar. Zal daha çox düzgün cavab verməyərək, lakin bununla belə, aktyorlarla fəal şəkildə ünsiyyət yaradaraq, məmnuniyyətlə reaksiya verirlər. Balaca oğlan uzun müddət qaynar yağlı tavanı su ilə söndürmək yox və sadəcə, tavanın qapağını qoymaqla razılaşmırdı!

 

İntellektual gələcəyin zəmanətinə

Dəbə düşən interaktiv hərəkət teatrı hər zaman özünü doğrultmur. Hər kəs aramsızlığı itirməməklə hərəkətin süjet və emosional strukturuna diqqətini qoruyub-saxlaya bilmir. Çünki rejissorluq, həmçinin diqqəti ilə idarə etməkdir: tamaşaçını da, aktyoru da. Təəssüf ki, heç də hər kəs bunu bacarmır. Tamaşaçılardan biri, 9 yaşında bir oğlanın atası, Məhərrəm kimi özünü təqdim edən ortayaşlı bir kişi tamaşadan əvvəl uşağını buraya tez-tez gətirib-gətirmədiyi barədə sualımıza cavab verərkən belə dedi: "Uşağımı müxtəlif uşaq tədbirləriə aparıram və görürəm ki, onları hər dəfə necə axmaq yerinə qoyurlar. Hoppanırlar, oynayırlar, müxtəlif səfeh fikrilər yeridirlər. İştirak etdiyim bütün uşaq bayramları maksimal dərəcədə səfehliyi ilə seçilir. Belə tədbirlərdə uşaqda biliyə həvəs, inkişafa maraq oyanmır. 

Mənasız "əyləncələr" bizim uşaqları inkişaf etdirmir. Teatrlar da kassa arxasınca hərəkət edərək, uşaqlara əvvəllər bizə yetirdiyi diqqəti artıq göstərmirlər. Çünki hər bir inkişaf səy tələb edir. 

O zaman belə bir sual yaranır: teatr rəhbərləri bu gün belə səy göstərə bilərlərmi? Və çox güman ki, çoxdan fikirləşmək lazımdır: gələcək üçün hansı nəsli böyüdürük? Əvvəllər teatrlar bu barədə düşünürdülər. İndi isə uşaqlar güclü intellektual gələcəyin zəmanəti kimi heç kimə maraqlı deyillər. Anlamıram. Mən özüm üçün Pantomima Teatrı kəşf etdim və uşağımı ancaq bura gətirirəm. Ona da jestlərin dili sözlərtək anlaşılan və maraqlıdır. Sadəcə, aktyorlar dram teatrlarında mətnləri formal olaraq tələffüz edirlər. Söz canlı deyil artıq. O, mənasını itirib və yalana çevrilib. Jestlə aktyora yalan demək çətindir, nəinki sözlə", - deyə tamaşaçı bildirib. 

Biz Rus Dram Teatrı, GTT-yə getməyi tövsiyə edərək, tamaşaçı tələblərini, çox güman ki, ödəyəcək tamaşaları izləməyi deməklə ona cavab verdik. Lakin o, nəzakətlə təklifi rədd etdi. Yəqin ki, onun buna haqqı var. Hərçənd bizim nöqteyi-nəzərdən bu teatrlarda həm uşaqların, həm də böyüklərin müxtəlif maraqlarına hesablanmış tamaşalar mövcuddur. Və Pantomima Teatrının bu tamaşaçının seçiminə görə, tayı-bərabəri olmaması bizdə daha da maraq oyatdı. 

Bəhruz Əhmədlinin möhtəşəm quruluşunda, Elman Rəfiyevin əsrarəngiz musiqi tərtibatında tamaşaya baxandan və tamaşaçıların təkcə marağı deyil, həmçinin onları biliklər və bacarıqları ilə zənginləşdirə (zəhlə tökməyən şəkildə - müəl.) biləcək teatrın interaktiv hərəkət strukturuna məharətlə malik olduğuna əmin olandan sonra, yalnız 40 tamaşaçı yerinə malik teatrın bizim Bakı kimi böyük şəhər üçün balaca olduğu fikri hasil oldu. Nəyə görə Təhsil Nazirliyi şəhərimizin məktəblərində bu tamaşanı göstərmək üçün kömək etməsin ki? Axı, onların hər birinin akt zalı var. Üstəlik, şəhərimiz yüksək seysmik ərazidə yerləşir. Bu tamaşa uşaqlarımızın həyatlarının qorunması barədə düşünməli olan böyüklərə böyük kömək olardı!



MƏSLƏHƏT GÖR:

553