19 May 2024

Bazar, 16:18

ŞƏRTİ REALLIĞA İNAM

Britaniya şurasının layihəsi Azərbaycan tamaşaçısına İngiltərənin "Old Vik" teatrının tamaşalarını canlı izləməyə imkan verir

Müəllif:

07.02.2016

Heyranlıq predmeti - Lond teatrın tamaşası. Təxminən, beş il bundan əvvəl təsəvvür etmək mümkün deyildi: Bakı şəhərində "Nizami" kinoteatrının rahat zalında oturaraq İngiltərənin "Old Vik" teatrının (Old Vic Theatre) səhnəsində gedən tamaşaya baxmaq olar. Bu gün bu, mümkündür. Və bu, əladır. Ona görə də bu layihəni düşünən insanların ünvanına təşəkkür sözlərini demək istərdim. Britaniya şurası Theatre HD layihəsini icra edir və ona uyğun olaraq "Nizami" kinoteatrında həftədə bir dəfə İngiltərədən tamaşaların canlı yayımı həyata keçiriləcək. Bu həftə Şarlotta Brontenin "Ceyn Eyr" romanı əsasında Londonun "Old Vik" teatr tamaşanı yayımlayırdılar. Bu, teatrı incəsənət növü kimi sevənlər, onun müasir inkişafı ilə maraqlanan üçün əla imkandır.

 

"Bu - qızdır!"

Hadisələr sürətlə cərəyan etməyə başlayıb. Ağ kulislər məkanında müxtəlif yaruslu ağacdan hazırlanan konstruksiya yerləşdirilib: müxtəlif keçidlər və müxtəlif səviyyələr, enişlər, pilləkənlər və yoxuşlar. Bu, həm ata ocağı, həm də yetimə sığınacaq verən dayının evidir, həm yetim qızlar üçün məktəb, həm də Roçesterin malikanəsi və Sent Conun evidir. Bu, hər bir şeyin baş verəcəyi məkandır: Ceyn adlandırılacaq qızın doğulmasından, onun ərə getməsinə qədər. Bir neçə əsrdir oxucuları cəlb edən Şarlotta Brontenin romanı "Old Vik" səhnəsində 3 saat və 5 dəqiqə ərzində cərəyan edir. Üstəlik, 15 dəqiqə antrakt. Cəm olaraq 3 saat 20 dəqiqə. Bizim teatrlara xas olmayan xronometraj. Bizim teatrlarda qorxurlar ki, tamaşaçı darıxar. Burada isə heç kim bu barədə düşünmür. Onlar üçün şübhəsizdir: istənilən əsərin (pyes, roman) süjeti hərəkət dilinə çox səliqəli və dəqiqliklə köçürülməlidir. Salli Kuksonun "Ceyn Eyr" tamaşası buna sübutdur. Onun diqqətindən heç nə yayınmayıb, hətta mister Roçesterə (feliks Xeys) sadiq olan Pilot adlı itin həyatı belə! Bu rolu orta nəslin aktyoru oynayır. O, qara şalvar və köynək geyib. Lakin aktyorun oyununa baxanda sual yaranmayacaq: niyə bu rolu yeni başlayan aktyor oynamır? Siz qeyri-müəyyən yaşda olan aktyoru deyil, Edvard Roçesterə sadiq iti görəcəksiz: gah sahibinin ayaqları yanında uzanan, gah uzun ayrılıqdan sonra özündə sevinc hissini boğmaq gücündə olmayaraq onun ətrafında qaçan. Sizə təəccüblü gəlmir ki, Ceyn rolunu oynayan aktrisa Medlin Urollun da 20 yaşı yoxdur! Lakin bu bir dəfə də olsun yadınıza düşməyəcək. Çünki aktyorlar səhnədə Stanislavski sistemində real adlandırılan həyatı yaşayırlar. Və siz inanmağa başlayırsız, və bu, aktyorların öz qəhrəmanlarını yazıçının və rejissorun təklif etdiyi hadisələrin içinə saldıqları həmin inamdır. Sovet vaxtlarından bəri yaxşıca unudulmuş, amma yenilənmiş teatr estetikası tamaşaçıya nəinki intellektual, estetik, eyni zamanda da emosional zövq verir. Çünki aktyorlar səhnədə qəhrəmanlarının həyatı ilə yaşayırlar. Buna görə də aktrisa bu cür möhtəşəm inam və orqanika ilə həm 6 yaşlı, həm 10 yaşlı, həm də 20 yaşlı Ceyni oynayır. 

Aktrisanın oyununa baxdıqda, bir anlıq belə şübhələnmirsiz ki, həmin dəqiqədə onun nə az nə çox məhz 6, 10, 20 yaşı var!

Heyrətamiz "Old Vik" teatrı! Maraqlı və möhtəşəm. Şərti reallığa malik valehedici inam sahibi olan aktyorlar, qəhrəmanlar - dəqiqliklə hazırlanan hadisələr və yoxlanılmış xarakterləri olan personajlar - öz bədii gerçəkliyinə görə möhtəşəm səhnə əsərini yaradırlar. Və kinoteatrın zalını tərk edərək özünüzlə bu tamaşanı aparırsız. Öz ürəyinizdə, öz yaddaşınızda. Siz onlardan ayrılmaq istəmirsiz və gələn bir neçə gün ərzində də ayrılmırsız. Siz onu yadda saxlayırsız: detallara qədər və bütövlükdə. Siz ingilis teatrının aktyorlarının yaratdığı atmosferi duyursunuz. Və hansı yerli teatrda buna bənzərini yada sala bilmirsiz.

 

Antrakt

Antraktda siz "Old Vik" teatrında gəzən kamera vasitəsi ilə məşhur teatrı içəridən görə bilərsiniz: tamaşaçı zalı, tamaşaçıları. Sonra kulislərin arxasını və quruluşçu rejissoru. O, əsas rolları oynayan aktyorların yanındadır. Onlar nə isə vacib bir şey barədə danışırlar...

Salli Kukson, rejissor: "Roman əsas mühüm an qızının müstəqil olmasıdır; əsas vəzifələrin kişilərin əlində olduğu cəmiyyətdə bərabər hüquqa malik olmaq istəyidir. Balaca olmasına baxmayaraq, Ceyn bunu anlayır. Və sonradan ömür boyu bu azadlığın ardınca gedir. Azadlığa can atması - budur əsas olan!"

Medlin Uorrol, aktrisa: "Ceynin xarakteri var. Bu, istənilən adam üçün vacibdir. Lakin Ceyn - balaca qızdır və onun artıq öz baxışı, öz fikri var. O, güclü qızdır ona görə də bu qədər qəddarlıq olan dünyada sağ qalır". 

Feliks Xeys, aktyor: "Edvard Roçester Ceyni onun müstəqil olduğuna görə sevib. O, onun tanıdığı başqa qadınlara oxşamır. Lakin onlar Edvarda maraqlı deyillər. Bu balaca qızın gücü onu çox cəlb edir".

Sizə onların fikirlərini izləmək, onları görmək və zalı eşitmək maraqlıdır. Sizdə, teatrda olduğunuz hiss yaranır. Xüsusi ilə zalın aktyorların hadisə zamanı oyununa reaksiya verdiyi yerlərdə! Siz də istəmədən əl çalmağa başlayırsız. Finalda isə ovasiya ilə birgə "bravo" qışqırığı səsləndiyi zaman qoşulmaq istəyirsiz!

Öz-özlüyündə sual yaranır - "Old Vik" aktyorlarını necə və harada öyrədirlər?

Bristolda özünün teatr məktəbi var. Orada səhnə hərəkətlərinə böyük diqqət yetirirlər. Gələcək aktyorları hətta düzgün qaməti saxlamağı da öyrədirlər. Avropanın bir çox məktəblərdə olduğu kimi, aktyorluq məharəti, səhnə nitqi, gimnastika, akrobatika, qılıncoynatma, atçılıq və qrim sənətini öyrədirlər. Bu tədris sistemi bizimkindən o qədər də çox fərqlənmir. 

Lakin böyük həvəslə və töhmətsiz it rolunu oynayan böyük aktyorun hansısa teatrda oynadığı yadıma gəlmir (uşaqlar üçün tamaşalar istisna olmaqla - Müəllif). Bəlkə də, Xolstomerdə? Lakin bu, artıq tamam başqa əhvalatdır...

 

 

TEATR BARƏDƏ 

"Old Vik" teatrı Londonda yerləşir (Bristol rayonu). 1818-ci ildə açılış zamanı "Kral Koburq" adlanırdı (Koburq şahzadəsinin şərəfinə). Amma 1833-cü ildə teatrı şahzadə Viktoriya ziyarət edəndən sonra, onu zarafatca Old Victoria ("Qoca Viktoriya") adlandırmağa başladılar. 1914-cü ildən burada Uilyam Şekspirin pyeslərini qoymağa başladılar. 1976-cı ildə teatr truppasının iki yerə ayrılması baş verib: böyük və kiçik. "Old Vik"in bədii rəhbəri (2014) amerikalı aktyor Kevin Speysi (truppanın aparıcı aktyorlarından biri) olub. "Yanq Vik" ("Cavan Vik") 2000-ci ildə digər binaya köçüb (Saut Benk rayonu). Bədii rəhbəri - dramaturq Devid Lendir.


MƏSLƏHƏT GÖR:

463