18 May 2024

Şənbə, 11:53

ŞƏHƏR İÇİNDƏKİ ŞƏHƏRDƏ GƏZİNTİ

Azərbaycan tarixinin, mədəniyyətinin və memarlığının mirvarisi - İçərişəhərdə turizm marşrutunu necə zənginləşdirmək haqqında

Müəllif:

01.04.2016

Küçələr, aralar, döngələr və dalanlar - bunların hamısı İçərişəhərdir. Bizim sevdiyimiz, hər şeyi xatırladan şəhər: həm İpək Yolu dövrünü, inqilabı, həm Birinci respublikanı, həm də İkinci Dünya müharibəsini, eləcə də birinci və ikinci bumları. Burada xüsusi atmosfer, xüsusi həyat tərzi və ünsiyyət üslubu var. Burada xüsusi insanlar yaşayır: sənətkarlar, ustalar, rəssamlar. Və fərəhlə, sadəcə, "Mən qaladanam", – deyənlər yaşayır. Qaladanam, yəni qala sözündən. Və bütün İçərişəhərdə – gah orada, gah burada çoxsaylı kafe, restoran, suvenir piştaxtaları və mağazalar səpələnib. Bu isə "Avroviziya”dan sonra turistləri bizə cəlb edən zamanın tələbi idi. Şəhərin qonaqlarını daha nə ilə cəlb etmək mümkündür?

 

Marşrutu zənginləşdirmək vaxtıdır

Müxtəlif turist turları qonaqlarımıza bir birindən fərqli proqramlar təklif edir. Dünyada hazırda daha çox ekskursiyalar tur-kvestlər məşhurlaşmaqdadır. Kiyevdə Andreyevski yamacında və Mixail Bulqakovun ev-muzeyində "Ağ qvardiya" qəhrəmanlarını canlandırırlar, İtaliyada, Pyaçentsanın yanındakı kiçik yaşayış məntəqəsində orta əsr şəhəri oyunu oynayırlar: müvafiq qiymətə siz XIX əsrin kostyumlarında ya hersoq, ya da sadə vətəndaş ola bilərsiniz. Sonra isə sutka ərzində seçdiyiniz personajın həyatını sürə bilərsiniz. Ola bilsin, belə turist kvestləri nə vaxtsa bizdə də olar. Lakin hələlik onlar yoxdur və çox vaxt şəhərdə turyollanışı ilə deyil, “köhnə şəhər”də özü gəzən turistləri görmək mümkündür. Məncə, onların şəhərlə ünsiyyətini hər hansı bir yolla müxtəlifləşdirmək mümkün olardı. Təbii ki, bu gün hər şey barədə İnternetdə oxumaq olar! Lakin başqalarının təcrübəsi göstərdiyi kimi, informasiya canlı bilgilərin verilməsi ilə daha yaxşı yadda qalır!

 

Vilnüsun yolu ilə

Məsələn, litvalıların da Vilnüsdə “köhnə şəhər”i var. O, Zaraçan Respublikası adlanır, rusca Zareçye Respublikasıdır. Turistlərin bu zonaya daxil olmaları barədə dörd dildə - Litva, ivrit, ingilis və rus dillərində lövhə xəbər verir. İlk baxışdan, bu şəhər elə adi bir şəhərdir. Evlərin qədim tikililəri, daş yolları, kifayət qədər geniş yollar və darısqal döngələr, sənətkarların piştaxtaları və mağazaları. Bizim İçərişəhərin memarlığı daha ekzotik və üslubuna görə, daha müxtəlifdir. Lakin bu respublikaya daxil olanda, o zaman anlayırsınız ki, heyranedici yerə daxil olmusunuz - sənət və yazıçılar, alimlər, şairlər, rəssamlar, bəstəkarları əbədiləşdirilən yaddaş şəhərinə. Orada, hətta küçələr də turistlər üçün ipucu kimi adlandırılıb; məsələn, Ədəbiyyat küçəsi. Siz daxil olur və evin divarlarında Litva ədəbiyyatının tarixinə düşən yazıçıların, filosofların və şairlərin şəkillərini görürsünüz.

Siz yaxınlaşıb, məşhur portretə baxa, onun əsərindən bir parça oxuyub, ardınca gedə bilərsiniz. Sonra isə siz bütün zamanların Litva rəssamlarının küçəsinə çıxa bilər və onların portretlərini, işlərini və təsviri incəsənətdə onların konseptual yanaşmasını əks etdirən ifadələrini görə bilərsiniz. Burada qrafika, rəssamlıq, abstraksiya, installasiya, keramika, konseptual incəsənət var. Sonra eyni şəkildə bəstəkarlar və musiqiçilərin küçəsinə çıxa bilərsiniz. Əgər onlar barədə heç nə bilmirsinizsə, o zaman burada divarlarda çoxlu ipucuları var və onlar sizə kimin kim olduğunu və nə ilə məşhur olduqları barədə deyəcəklər.Amma bu da rəssamlar və sənətkarların şəhəri ilə bağlı sizi sevindirə biləcək hər şey deyil! Burada tamamilə açıq şəkildə rəssam-abstraksionistlərin heykəl işlərini, həyətlərin künc-bucaqlarında - "anderqraund" cərəyanının işlərini, ağacla işləyən rəssamların emalatxanalarının açıq qapıları, milli kostyumların hazırlanması üzrə rahat emalatxanalar və s. görə biləcəksiniz. Əgər siz ora axşam vaxtı düşsəniz , o zaman rəssamlar və sənətkarların şəhəri sizə hər şeyin real və qeyri-real olduğu sehrli nağıl kimi görünər. Bu küçələri dolaşarkən, siz "dəlisov gənclər”in küçəsinə gəlib çıxa bilərsiz. Onlara köhnə və üstü qopan divarları "böyük kətanlar" kimi istifadə etməyə icazə verilib. O zaman onlar (divarlar) simalarını dəyişir, yoldan keçən turistlər (elə şəhər sakinlərinin özləri üçün!) bu rəsmlərdəki süjet xəttinin gözəlliyinə heyran qalırlar. Fentezi üslubunda dəlisov işlər, kino qəhrəmanları və ədəbiyyat personajlarının şarları, natürmortlar - Gedeminas qülləsi yaxınlığında, Vilnüsun düz mərkəzində olan Zareçye Respublikasında gəzərkən görmək mümkün olan tam siyahı deyil.

 

Bizdə yazıçılar olacaqmı?

Bizdə İçərişəhərdə buna bənzəyən Kiçik qala, 84 ünvanında yerləşən rəssam Əli Şəmsin emalatxanasını görmək mümkündür. Onun emalatxanasının yanından heç kim yan ötmür: nə turistlər, nə tanışlar, nə də şəhər sakinləri. Hər kəs daxil olmaq və az da olsa, incəsənət axınında iştirakçı olmaq istəyir. Əli nəhəng ağacın gövdəsini qızın gözəl üzünə "çevrildikdən" bəri, ora daha da maraqlı olub. Burada selfi çəkdirirlər, sadəcə, ağac altında otururlar, sevgililər görüş təyin edirlər. Köhnə şəhərimizin turist marşrutunda nə qədər belə yer var! Nə qədər bina divarlarını və fasadlarını gənc və dəlisov rəssamların bu cür ipucuları ilə örtmək mümkün olardı! Düzdür, İçərişəhər xalqın memarlıq irsinin qoruq zonasıdır, ona görə də çətin ki, bütün divarlarda belə ipucuları asmaq mümkün olsun. Amma hər halda, nə gözəl olardı ki, “köhnə şəhər”in divarları bizə və şəhərimizin qonaqlarına nə cür unikal mədəniyyət irsinə malik olduğumuzu göstərərdi! Müxtəlif əsrlərin şair-filosofları, rəssamları, bəstəkarları, alimləri, müğənniləri, artistləri, yazıçıları, dramaturqları! Litvalılar bu cür məlumatı zərrə-zərrə toplayırdılar . Bizdə mədəniyyət irsimiz faiz dərəcəsi ilə daha çoxdur! Niyə də bunu vizuallaşdırmayaq? Təsəvvür edin: siz qonaqlarla şəhərdə gəzirsiniz və gəzinti marşrutunuzboyu yazıçıların və şairlərin divarı peyda olur! Burada da sitatlar vasitəsilə Odlar Yurdunda yaradıcı fikrin bütün inkişaf yolu əks olunub: Nizamidən müasirliyə qədər! Sonra isə başqa küçəyə dönürsünüz və orada “Məşhur bakılılar” divarını görürsünüz! Növbəti küçə - “Rəssamlar və heykəltəraşlar!”. Və ya “Azərbaycan hökmdarlarının geneloji ağacı?!”. Və bütün hökmdarların sülalələrinin tarixi gözünüz qarşısında duracaq! Hər halda, Şirvanşahlar Sarayı ansamblının divarında görmək mümkün olan daşların üzərində “Burada Mikayıl” olub yazılarından daha yaxşıdır. Bu cür gəzinti marşrutları təkcə şəhər qonaqları üçün deyil, özümüzə də maraqlı olacaq. Hamımız mədəniyyətimizin tarixini bu qədərmi yaxşı bilirik? Bu gün dünyada, təəssüf ki, Şekspiri Nizamidən daha çox oxuyurlar...



MƏSLƏHƏT GÖR:

389