18 Aprel 2024

Cümə axşamı, 10:51

TƏHLÜKƏSİZ KART

«Azərbaycanda elektron kartların möhtəkirliklərdən və oğurluqlardan müdafiə sistemi ən inkişaf etmişlərdən biridir», - «Visa»nın risklərin idarə edilməsi üzrə direktoru Larisa Makarova

Müəllif:

01.01.2017

Dünya praktikasında iqtisadiyyatın şəffaflığının yüksəlməsi və onun gizli elementləri ilə mübarizə üzrə geniş yayılmış üsullarından biri nağdsız hesablaşma sisteminin inkişafı sayılır. Bu prosesin ümumi daxili məhsula (ÜDM) təsiri yetərincə yüksəkdir - son beş ildə (2011 - 2015-ci illərdə) Azərbaycanda nağdsız hesablaşmaların inkişafı hesabına ümumi daxili məhsulun artımı ÜDM-in 0,03%-i qədər və ya $70 mln. artıb. Beynəlxalq ekspertlər əmindirlər ki, bu bazarların potensialı hələ çox böyükdür və artıq Belarus, Bosniya və Hersoqovina, Gürcüstan, Qazaxıstan, Serbiya və Ukrayna ilə yanaşı, Azərbaycanı da regionun iri bazarları sırasına daxil edirlər.

«Visa»nın MDB və Cənub - Şərqi Avropa ölkələrində risklərin idarə edilməsi üzrə direktoru Larisa Makarova «R+»a müsahibəsində Azərbaycanda nağdsız ödnişlərin inkişaf perspektivləri barədə baxışlarını  bölüşüb.

- Son illərdə Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə böyük işlər görülüb. Bunu nə qədər uğurlu saymaq olar?

- Bu suala cavab vermək üçün bildirmək gərəkdir ki, elektron hesablaşma sisteminin inkişafının 17 göstəricisi üzrə Azərbaycan MDB və Cənub-Şərq Avropa ölkələri üzrə ilk sıralardan birindədir. Çipli elektron kartların tətbiqi üzrə isə bank kartlarının 95%-ni «çipləndirmiş» Azərbaycan  liderdir.

Bu mövqelər Azərbaycanda sıfır məsuliyyət  prinsipinin (Visa Zero Liability) işə düşməsi ilə daha da möhkəmlənəcək. Bu prinsip istehlakçıların sanksiya edilməmiş tranzaksiyalardan qorunmasını təmin edir və onalın təhlükəsizliyi üzrə bütün məsuliyyəti banka həvalə edir. Başqa sözlə, indən belə bank kartındakı əmanətin qorunması adi bank əmanətlərinə zəmanət səviyyəsində təmin ediləcək. Bu, onlara etibarı daha da artıracaq və onların tətbiqini genişləndirəcək.

Misal üçün, ehtimal edək ki, bank kartının daşıyıcısı xaricdə olub, ticarət şəbəkələrində alış-veriş edib və kartın göstəriciləri orda qeydə alınıb. Vətənə geri qayıdanda görüb ki, kartdan pullar yoxa çıxmağa başlayır - möhtəkirlik faktı göz qabağındadır. O, bu barədə banka xəbər verir, bank isə disput prosedurları əsasında müştəriyə dəymiş zərəri ödəyib-ödəməmək barədə qərar verir. Sıfır məsuliyyət prinsipində isə deyilir ki, möhtəkirlərin hesabından pul sildiyi kartın daşıyıcısı günahsızdır.

- Dünyada kiberhücumların bu qədər artdığı bir şəraitdə, nağdsız ödənişlərin təhlükəsizlik səviyyəsi   qədər yüksək ola bilər?

- Qeyd edək ki, inkişaf etmiş bank kartları sənayesinə malik ölkələrdə nağdsız ödənişlərin təhlükəsizliyi texnologiyaları gecikmə ilə inkişaf etdirildilər. Amma hazırda bu sahədə təhlükəsizliyin təmini və yeni məhsulların tətbiqi üzrə böyük təcrübə toplanıb. Azərbaycan kimi nağdsız hesablaşmaların yeni inkişaf etdirildiyi ölkələrin üstünlüyü ondadır ki, onlar məhsullarla yanaşı çağdaş təhlükəsizlik alətlərini də əldə edə bilirlər.

Nə qədər qəribə olsa da, kartlarla ən yüksək möhtəkirlik səviyyəsi ABŞ-da müşahidə edilir. Halbuki, orada kartlar 1950-ci illərdən istifadə edilir. Amerikada elektron kartlar geniş istifadə edilməyə başladıqdan sonra qoruma texnologiyaları tətbiq edilməyə başladı. Azərbaycanda elektron kartların möhtəkirlik və oğurluq  hallarından  müdafiə sistemi ən inkişaf etmişlərdən biridir. Məsələ bundır ki, bu texnologiya MDB regionuna nisbətən sonra gəlib, demək olar ki, elektron kartların özü ilə birlikdə. Buna görə də möhtəkirlik səviyyəsi cüzidir: $100 tranzaksiyaya 3 sent möhtəkirlik düşür. Bu, orta dünya səviyyəsindən 2 dəfədən də  çox aşağıdır - orta göstərici $100 kart hesablaşmasına görə 8 sent möhtəkirlik deməkdir.

- «Sıfır məsuliyyət”in tətbiqində bankın qazancı nədir?

- Bunu, hər şeydən öncə, mən artıq qeyd etdim. Həm də nağdsız ödənişlərin və bank kartları bazarının genişlənməsi, şəksiz ki, bankın özünün xidmətlərinin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Elektron kartların hesabına bank müştərilərə onları ən çox maraqlandıran məhsulları təklif edə bilər. Axı banklar müştərinin nəyi və harada aldığını, xaricə nə qədər tez gedib - gəlməsini, hansı nəqliyyatdan istifadə etməsini, hansı ölkələrə getməsini, hansı brendlərə üstünlük verməsini və s.-i izləyə bilər. Uyğun olaraq, banklar öz təkliflərini müştərilərin istəkləri üzrə qururlar.

- Hazırda Avropa Birliyində  smartfonlar vasitəsilə hesablaşmalar sürət götürür. Bu məsələ ilə bağlı Azərbaycanda vəziyyət necədir?

- Bu ödəniş üsulunun gələcəyi var. Telefon hesablaşmaları gec-tez «plastikin» yerini tutucaqlar. Amma bu texnologiya da tarixə qovuşur - inkişaf etmiş ölkələrdə artıq elektron saatlarla, üzüklərlə və s.-lə ödəniş edirlər. Bu ödəniş növü də təhlükəsizdir, çünki biz yeni texnologiya yaradanda onun qorunması sistemini də işləyirik. Hazırda zəif kartların 16 işarəlik rəmzi öz nömrəsi olmayan digər 16 işarəlik rəmzlə əvəz oluna bilər. Hətta bu rəmzlər saxtalaşdırılsa belə, ticarət şəbəkəsində tranzaksiyalar gerçəkləşdirilə bilməz. Çünki bu rəmzlər məhz sizin smartfonunuza, saatınıza və s-ə bağlıdır. Kartda göstəricilərin dinamik dəyişməsi baş verir. Yəni hətta möhtəkir sizin göstəriciləri oğurlasa belə: a) onlar ödəniş qabiliyyətli deyilir, b) onlar yalnız bir neçə saniyə keçərlidirlər, bu göstəricilər üzrə növbəti tranzaksiya gerçəkləşməyəcək.

Azərbaycanda smartfonla hesablaşmaların inkişafı üçün bütün şərait var. Məsələ bundadır ki, ticarət şəbəkəsində, restoranlarda və başqa obyektlərdə istifadə edilən POS-terminallar da həmçinin smartfonla hesablaşma sistemi ilə təmin edilib. Yəni haradan kart götürürlər, orda da rahatlıqla smartfonla hesablaşmaq mümkündür.

- Bank kartının istifadəsi zamanı möhtəkirlərdən necə qorunmaq olar?

- Mən şəxsən bank kartı daşıyıcılarına çip-kartlardan istifadəni, həmçinin mütləq sms-bankinq xidmətinə yazılmağı məsləhət görürəm. Bu şərtləri yerinə ni yetirəndən sonra təhlükəsizlik barədə narahat olmağa dəyməz. Əgər bu şərtlərə əməl edilməsə, təhlükələrə hazır olmalısınız; məsələn, bu gün çipsiz kartlarla nağdsız hesablaşmalar zamanı maqnit zolağın surətini çıxarmaq texnologiyası geniş yayılıb. Axı möhtəkirlər də inkişaf edirlər.

 

Əgər istifadəçi çip-kart daşıyırsa, amma internet-bankinqə yazılmayıbsa, onda birdəfəlik parol əldə edə bilmir. Bu da internet üzrə hesablaşmalarda təhlükə yaradır. Əgər kart daşıyıcısı real vaxt rejimində tranzaksiyalar barədə sms məlumatlandırmaya yazılıbsa, bu,  çox yararlıdır. O, kartın başına nə gəldiyindən xəbərdar ola bilər. Əgər o, kartı itirsə və kartı tapmış adam qanunsuz tranzaksiyalar həyata keçirməyə başlasa, o bundan xəbər tuta bilər və kartı bloka sala bilər.


MƏSLƏHƏT GÖR:

387