30 Aprel 2024

Çərşənbə axşamı, 04:26

MƏHSUL İTKİSİ VERMƏDƏN

Taxılın qiymətindəki qlobal artım Azərbaycanda aqrar təsərrüfatın inkişafının sürətləndirilməsini zəruri edir

Müəllif:

15.07.2021

Azərbaycanda payızlıq taxıl bitkilərinin yığımı, demək olar ki, başa çatıb. Orta məhsuldarlıq heqtara 32,3əsentner olub və avqust ayı üçün gözlənilən müsbət proqnozlar da nəzərə alınsa, keçən ilə nisbətən xeyli yüksək nəticələr əldə ediləcəyinə ümid var. Bu gün qlobal ərzaq bazarında hələ də mövcud olan qeyri-sabitlik nəzərə alınarsa, ölkənin idxalı əvəz edən kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı son dərəcə önəmlidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məlumatlarına görə, iyun ayında aqrar xammal qiymətlərində bir qədər azalmaya baxmayaraq, ərzaq qiymətləri indeksi 2020-ci ilə nisbətən hələ də, təxminən, 34% yüksəkdir.

 

Qiymətlər artır

Pandemiyanın yaratdığı ressesiya və onu aradan qaldırmaq üçün mərkəzi bankların ABŞ və AB iqtisadiyyatına milyardlarla təminatsız pul ataraq səy göstərməsi dünyanın bir çox bölgələrinin fond bazarlarında tarazlığı pozdu, ərzaq və aqrar xammal qiymətlərini artırdı. Bu proses ötənilki məhsul qıtlığı və 2021-ci ilin əvvəlində qlobal taxıl ehtiyatlarında nəzərəçarpacaq dərəcədə azalması ilə daha da kəskinləşdi. Üstəlik, Rusiya və bir sıra başqa ölkələr ixrac kvotaları tətbiq etməyə başladılar və xarici bazarlara ixrac olunan buğda üçün gömrük rüsumlarını artırdılar. Taxılda və ərzaq bazarının digər seqmentlərində qiymətlərin yüksək dəyişkənliyi dünyanın bütün bölgələrini əhatə edən inflyasiya prosesi ilə nəticələndi.

Vəziyyət yalnız bu ilin iyun ayının sonuna yaxın bir qədər sabitləşib. FAO-nın məlumatına görə, son 12 ayda dünya ərzaq qiymətlərində ilk azalma qeydə alınıb. O cümlədən iyun ayında istehlak qiymətləri indeksinin orta qiyməti 124,6 bənd olub ki, bu da may ayı ilə müqayisədə 2,5% aşağıdır, lakin yenə də bir il öncəkinə nisbətən 33,9% yüksəkdir. Dünya üzrə əlverişli məhsul proqnozu nəzərə alınmaqla, ümumi taxıl indeksi may ayının səviyyəsindən 2.6% aşağı düşüb, lakin qarğıdalının göstəriciləriə5%əazaldığı halda, buğda üçün göstəricilər yalnız 0.8% azalıb.

Həmçinin iyun ayında bitki yağlarının qiymət indeksi 9.8% azalıb - ilk öncə palma, soya və günəbaxan yağları ucuzlaşıb. Kərə yağı da ucuzlaşıb ki, bu da qlobal idxal tələbinin kəskin azalması və ehtiyatların xüsusilə də Avropada bir qədər artması ilə izah olunur. Bununla belə, süd məhsulları üçün ərzaq qiymətləri indeksi yalnız 1% düşüb. Yerdə qalan ərzaq qrupları üçün isə qiymət azalması önəmsiz, bir sıra seqmentlərdə isə artım qeydə alınıb. O cümlədən şəkər üzrə ərzaq qiymətləri indeksi üçüncü aydır ki, artmağa davam edir və Braziliyada gözlənilən məhsul qıtlığı üzündən 0.9% artaraq yeni bir çox illik maksimuma yüksəlib. Ət qiymətləri indeksi də iyun ayında 2,1%əartıb və bu meyil artıq doqquzuncu aydır ki, davam edir.

FAO ekspertləri hesab edirlər ki, ərzaq qiymətlərində iyul ayının əvvəllərində müşahidə olunan cüzi azalma mövsümi amillərlə yanaşı, təklifin artması və idxal tələbinin azalması ilə bağlıdır. Bununla yanaşı, bəzi dünya treyderləri iddia edirlər ki, kənd təsərrüfatı məhsullarının qiymətləri bir neçə il ərzində artacaq. «Cargill», «Cofco», «Viterra» və «Scoular» şirkətlərinin ekspertləri düşünürlər ki, yaxın iki - dörd il arasında qarğıdalı, soya paxlası və buğda bazarlarında qiymətlər artacaq. Bu, 2021-2022-ci illər mövsümündə yemə tələbatla, istehlakdakı artım və Çinin qida ehtiyatları toplaması ilə, həmçinin nəqliyyat xərclərindəki kəskin (demək olar ki, 20%) artımla bağlıdır ki, bu da ərzaq idxalçılarının xərclərini artırır.

Bununla belə, taxıl və yağlı bitkilər bazarına ən böyük təzyiq yazdan bu yana neft qiymətlərində müşahidə olunan artımla göstəriləcək. Enerji qiymətlərindəki artım, demək olar ki, həmişə bioyanacaq istehsalı üçün istifadə olunan kənd təsərrüfatı bitkilərinə tələbatı artırır. Braziliyada və Cənubi Amerikanın bir sıra başqa ölkələrində, eləcə də Cənub-Şərqi Asiyada bu gün dənli və yağlı bitkilərin bioetanol və biodizel yanacağı üçün emalı artıb. Hər şeydən belə görünür ki, bu meyil gələn il də davam edəcək. BMT-nin göstəricilərinə görə, on il əvvəl bioyanacaq istehsalının kəskin artması bir sıra aqrar məhsulların təklifinin azalmasına gətirib çıxardı və bu da baza ərzaq məhsullarının bahalaşmasına, dünyanın daha geri qalmış ölkələrində aclığın artmasına səbəb olub.

 

Məhsulu itirmədən

Bənzər risklər bu gün də qalmaqdadır. İdxal olunan inflyasiyanın mənfi nəticələrinin qarşısını almaq üçün Azərbaycan ölkənin taxıl bazarını tənzimləməsi sahəsində bir sıra profilaktik tədbirlər görüb. O cümlədən taxıl idxalında ƏDV-dən azad olma müddəti uzadıldı, ərzaq buğdası ehtiyatlarının formalaşması üçün yeni mexanizmin yaradılmasına başlandı, irriqasiya sahəsində və təsərrüfatların qənaətcil suvarma metodlarına keçirilməsi üzrə islahatlar aparılır. Fermerlərin yeni nəsil kombaynlar və digər avadanlıqlarla təchiz olunması da yaxşılaşdırılmışdır.

Vaxtında aparılmış aqrotexniki tədbirlər, eləcə də əlverişli hava şəraiti yaxşı nəticələr təmin edib – payızlıq taxıl vaxtında və məhsul itkisi olmadan yığılıb. 4 iyul tarixinə ölkədə tarlaların 81,3%-i biçilib, 805 min hektardan çox sahədən 2,6 milyon ton məhsul götürülüb – bunun, təxminən, 60%-i buğdanın, qalan hissəsi arpanın payına düşüb. “Ölkədə orta məhsuldarlıq 32,3 s/ha təşkil edir, lakin bir sıra bölgələrdə 40 s/ha-ya çatır. Ümumilikdə taxıl biçini qrafiki on gün qabaqlayır”, - deyə bu günlərdə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Hazırda taxıl biçini son mərhələyə çatıb, ölkənin dağətəyi və dağ bölgələrində biçin başa çatmaq üzrədir. Ümumilikdə, biçin işlərinə 1500 kombayn, o cümlədən dağlıq ərazilərdə, maili torpaq sahələrində işləmək üçün ixtisaslaşdırılmış kombaynlar cəlb edilib. Keçən il "Aqroservis" ASC-nin xətti ilə alınmış yeni nəsil kombaynlar dağlıq və dağətəyi ərazilərdə məhsul yığımı problemini həll edib ki, bu da dənli bitkilər üçün ayrılan sahələri on minlərlə hektar artıracaq.

“Artıq Yardımlı, Lerik, Cəlilabad rayonlarının dağlıq ərazilərində, Şəmkir, Şamaxı və Qobustan rayonlarının yüksək dağlıq ərazilərində biçin yeni kombaynlarla aparılıb. Əsas hədəfi – biçini səliqəli və itkisiz aparmağı bacardıq”,- deyə İnam Kərimov bildirib.

Avqustun sonunda yazlıq məhsulların yığımı başa çatandan sonraə2021-ci il üzrə taxıl məhsulunun yekun göstəriciləri də məlum olacaq. Bu gün ölkədə rekord taxıl məhsulu toplandığı 2018 və 2019-cu illərdəki uğurları təkrarlamağın mümkün olub-olmadığını söyləmək çətindir – onda uyğun olaraq 3,3 və 3,4 milyon ton məhsul yığılmışdı. Bununla birlikdə, Ancaq Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri əmindirlər ki, indik məhsul 2020-ci ilin göstəricisini, yəni 2.7 milyon tonu aşacaq. Keçən il istehsalın azalmasının əsas səbəbi Kür və Araz hövzələrində çayların səviyyəsinin azalması, əksər su anbarlarında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olan kəskin quraqlıq ilə bağlı ölkənin bir sıra taxılçılıq rayonlarında suvarma suyunun çatışmazlığı idi . Bu il yağıntı daha bol olub. Bundan əlavə, su balansı yaxşılaşdırılıb, irriqasiya sistemində su sərfi optimallaşdırılıb və bir sıra iri təsərrüfatlarda qənaətcil suvarma texnologiyaları – damlama, aerozol, xırda damlalı çiləməəüsulları məhsuldarlığa əlverişli təsir göstərib.

 

Məqsəd – özünü təminatdır

Bununla belə, bu gün Azərbaycanın özünü hələ də taxıl bitkiləri ilə tam təmin etmək imkanı yoxdur. Ölkə bütövlükdə yemlik taxıl üçün balansı qorumaq imkanında ikən, ərzaq buğdası idxalının payı hələ də nisbətən yüksəkdir. Belə ki, bu ilin yanvar-may aylarında ölkəyə, əsasən Rusiyadan qiyməti 99,8 milyon dollardan çox olan 392,2 min ton buğda idxal edilib, Üstəlik, idxal olunan buğdanın dəyəri 33,7% artıb və bu da dünya üzrə taxıl qiymətlərinin artımı ilə, həmçinin Rusiya Federasiyasında ilin əvvəlindən bəri tətbiq etdiyi ixrac rüsumları ilə izah edilir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsiəvə idxal əməliyyatları zamanı xərclərini azaldılması məqsədilə mart ayında Azərbaycanda Vergi Məcəlləsinə düzəlişlər qəbul edilib. Bu düzəlişlərə əsasən, buğda idxalı, buğda unu və çörəyin istehsalı və satışı 2024-cü ilə qədər ƏDV-dən azad edilib. Yarmaəistehsalı və satışı da beş il müddətinə əlavə dəyər vergisindən azaddır .

Dəyirmanlar üçün 2021-ci ilin 1 fevral - 1 may tarixləri arasında satılan unun hər tonu üçün 35 manat məbləğində subsidiya ödənişi təşkil edilib. Bundan əlavə, Qida Təhlükəsizliyi Agentliyinə və Azərbaycan Dəmir Yolları QSC-yə daynıqlı ərzaq buğdası ehtiyatlarının yaradılması, habelə nəqliyyat və logistika sektorunun əsas fəaliyyətinin optimallaşdırılması üçün effektiv mexanizmlər formalaşdırmaq tapşırılıb.

Bununlaəyanaşı, ekspertlərin fikrincə, ölkənin taxıl təhlükəsizliyinin uzunmüddətli təmin edilməsinə yalnız daxili istehsalın artırılması yolu ilə nail olmaq mümkündür. Kənd Təsərrüfatı Nazirliyində düşünürlər ki, intensiv texnologiyaların tətbiqi ilə bir neçə ixtisaslaşdırılmış taxıl aqrokompleksinin istifadəyə verilməsinin illik taxıl və paxlalılar istehsalını 3.7 milyon tona qədər artırmağa və ümumilikdə illik daxili istehlak səviyyəsinə çatdırmağa imkan verəcək. İstehsalın artması ilə yanaşı çörək unu istehsalı üçün əsas olan sərt buğdanın payını artırmaqlaəəkinlərin strukturunu da dəyişdirmək planlaşdırılır. Bu, Azərbaycanın Rusiya və Qazaxıstandan taxıl idxalına olan asılılığını azaldacaq.

İşğaldan azad edilmiş Qarabağ bölgəsində on minlərlə hektar əkin sahəsinin əkin dövriyyəsinə daxil edilməsi də müsbət rol oynayacaq. Ağdam rayonunun minalardan təmizlənmiş ərazilərində artıq bu işə başlanılıb, bu yaz orada taxıl bitkiləri səpilib.


MƏSLƏHƏT GÖR:

153