17 May 2024

Cümə, 05:42

MƏHV EDİLMİŞ NÜSXƏ «DANIŞDI»

«Sovetskiy voin» qəzetinin sensasiyalı etiraflara yer vermiş nömrəsinin salamat qalmış yeganə nüsxəsi «Region Plus»da: orada 366-cı motoatıı alayın Qarabağda azərbaycanlılara qarşı həyata keçirilmiş qətliamda iştirakı etiraf olunur

Müəllif:

15.02.2022

Azərbaycan bəşəriyyət tarixinin ən qara səhifələrindən olan Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Dünyanın 16 ölkəsinin parlamenti, ABŞ-ın isə 24 ştatının qanunverici orqanı Xocalı qətliamını rəsmənr Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanıyıb. Bu şəhərdə baş vermiş faciə Xatın, Lidiçe, Oradur hadisələri ilə eyni cərgədə durur… 1992-ci il fevralın 26-na keçən gecə bu şəhərdə 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Qətliam nəticəsində 8 ailə tam məhv edilib, 27 ailənin yalnız 1 üzvü sağ qalıb.

Bu dəhşətli cinayətə görə məsuliyyəti Ermənistanın siyasi rəhbərliyinin daşıdığı sübuta yetirilib. Xocalıda azərbaycanlılara qarşı soyqırımın həyata keçirilməsində bilavasitə iştirak etmiş şəxslər onilliklər ərzində Ermənistanda rəhbər vəzifələr tutublar. Onların arasında Ermənistanın eks-prezidenti Serj Sarqsyan da var və o, qətliamda iştirak etdiyini gizlətmir.

Amma bu faciə ilə bağlı başqa bir məqam da var. Bu, Sovet İttifaqı illərində «Stepanakert» adlanan Xankəndidə yerləşən 366-cı motoatıcı alayın Xocalı qətliamında iştirakı ilə bağlıdır.

Xocalı faciəsindən dərhal sonra «Azərbaycan» nəşriyyatının direktoru Bahadur Qayıbova «Sovetskiy voin» qəzetinin 26 mart 1992-ci il tarixli buraxılışı ilə birlikdə məktub göndərilmişdi.  Söhbət 366-cı alayın da daxil olduğu 23-cü diviziyanın nəşrindən gedir. Bu, qəzetin həmin nömrəsinin yeganə salamat qalmış nüsxəsi idi. Qalan nüsxələr general-leytenant İosif Ohanyanın (Zaqafqaziya hərbi dairəsi komandanının müavini) göstərişi ilə məhv edilmişdi. Səbəb desantçı zabit Viktor Şevçenkonun qəzetdə dərc olunmuş «366-nın çıxarılması» başlıqlı məqaləsi idi. Bahadur Qayıbov məqaləni tam həcmdə «Səhər» qəzetində çap etmək qərarına gəldi. O zaman mən «Azərbaycan» nəşriyyatının Analitik informasiya mərkəzinin rəhbəri idim.

Nadir nüsxənin B.Qayıbovun əlinə keçməsi təsadüf deyldi – Xocalıda baş verənlərdən sonra faciə haqda məlumat vermək istəyən insanlar nəşriyyata axışırdı. Onların arasında Xocalıdan olan jurnalist Səriyə Talıbova da var idi. Sonralar o, uzun illər «Səhər» qəzetində çalışdı.

Yeri gəlmişkən, Xocalı soyqırımından bəhs edən, «Xocalı. Sonuncu gün» adlı kitabça məhz «Azərbaycan» nəşriyyatında çap olunmuşdu. Kitabçanın üzərində direktor Bahadur Qayıbov, məşhur azərbaycanlı şair və publisist Aleksandr Qriç və mən çalışırdıq.  Xocalıdakı faciə ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin lentə aldığı videgörüntülərdən başqa şeç bir görüntü və ya fotonun olmadığından, biz VHS videkassetindən istifadə etmək qərarına gəlmişdik – AZƏRTAC-ın fotomüxbiri fotoları birbaşa televizorun ekranından çəkirdi.

Odur ki, Xocalı soyqırımı haqda dünyaya yayılmış bütün fotolar Çingiz Mustafayevin hadisə yerindən qeydə aldığı videokadrlardan götürülüb...

Beləliklə,  Bahadur Qayıbov Viktor Şevçenkodan sözün əsl mənasında sensasion məktub alır…

Qayıbov deyirdi ki, Şevçenkonun məktubu «MDB qoşunlarının neytarllığı» haqda əsl həqiqəti ortaya qoyub: «336-jı alayı Xandəndidən çıxarmaq üçün buraya gəlmiş  rus desantçı-zabitinin keçirdiyi dəhşət, nifrət və ikrah dolu hissləri anlamaq olar.  Bu ikrah hissinin öz keçmiş silah yoldaşlarına qarşı olması isə ikiqat dəhşətdir. Niyə «keçmiş»? Çünki hansı dürüst insan muzdlu qatili, alkaqoliki, cinayətkarı, valyutçiki özünə «yoldaş» adlandırar? 336-sj alayda isə belələrinin sayı-hesabı yox idi…»

Vicdanı Şevçenkoya 336-cı alayın Xankəndidən çıxarılması zamanı gördüklərini gizli saxlamağa qoymadı. Görünür, o, Xocalı soyqırımı kimi bir faiənin baş verə biləcəyini hiss edirmiş. Şevçenko yazır ki, 366-cı alayın bütün ştatlı hərbi texnikası, əksər hallarda isə şəxsi heyəti erməni yaraqlılarına «icarəyə verilirdi».  Yazıda bildirilir ki, bunun o zaman müddətli hərbi xidmət çəkən əsgərlər də daxil olmaqla, çox sayda şahidi var. Alayın DQMV-dən çıxarılması prosesinə komandanlığı məhz general Ohanyan edib. O, alaya məxsus silah və zirehli texnikanın böyük hissəsinin hərbçi «həmqəbilələr»inin sərəncamında qalması üçün əlindən gələni edib.

366-nın çıxarılması» adlı məqalədən sitat: «Kənd təsərrüfatı anbarlarının çardağının altında şanlı 366-cı motoatıcı alayı coşqulu şəkildə yeyib-içirdi. Möhkəm içkili olan əsgər və zabitlər tonqalın ətrafında uzanıb ucadan mahnı oxuyurdu. Sərxoş zabit arvadı itmiş bir paçka dollara görə göz yaşı axıdırdı. Onu sakitləşdirirdilər, axtarış üçün əsgərləri düzüb zəhmətlə qazanılmış malın qaytarılacağına inandırırdılar“.

Xatırlatma: hadisə 1992-ci ildə o zaman «Stepanakert» adlanan Xankəndidə baş verir və burada «bir dəstə dollar» inanılmaz pul, görünməmiş məbləğ idi! O dövrdə hərbçilərin əməkhaqqı belə, vaxtında ödənmirdi. Belə bir vəziyyətdə zabit xanımında bu qədər dollar haradan imiş?

Daha bir sitat: «Bu alayın üçüncü batalyonunu ermənilər konyak şüşələri batareyaları, bol yeməklərlə, qardaş qucaqlaşmaları ilə yola salırdı. “Əzabkeşlərə” birbaşa minik avtomobillərinin kapotu üstündə süfrə açır, kabablıq ət, gecə ehtiyatları pay verirdilər. Nəyə görə? Bəlkə, bunun cavabı motoatıcıların “böyük torpağa” apardıqları pulla dolu əsgər çantalarında idi? Yaxud zabit arvadlarının dollar paçkaları ilə şişən geniş pul qablarında”

Şevçenkonun məqaləsindən daha bir sitat: «Desantçılar qətiyyən bilmirdi ki, bütöv motoatıcı batalyon özünün silahını, yeni texnikasını, döyük ehtiyatını itdiyini “görməyə” bilər. Ardıcıl beş saat desant zirehin üstündə Stepanakert rəhbərliyi ilə “bəzi məsələləri” uyğunlaşdırmalı olan Ohanyanın rəhbərliyi altında bir qrup generalı gözləyirdi. Bu müddət ərzində ikinci batalyona 366-cı alayın komandiri Yuri Zarviqorov gəlib. Generallar geri dönəndə batalyonun sərəncamında bir dənə də olsun hərbi maşın, bir dənə də atıcı lülə yox idi.

Batalyon nədir?! Yüzlərlə desantçı, bütün silah və texnikanı yaraqlılara təhvil verən 366-cı alayın rüsvayçı hərəkəri barədə hər kəs qarşısında ifadə verməyə hazırdır. Bu hadisə desantçıların təmin etdiyi "mütəşəkkil çıxış” kimi təqdim edildi. Əslində, nizam-intizamsız və hərbi şərəf anlayışını tamamilə itirmiş parçalanmış birliyin çıxışından danışmaq olar. Alayın yüz əlli zirehli texnikasının üçdə birindən az hissəsi hava ilə təxliyə edildi. Səkkiz ultramodern tank, yüzə yaxın döyüş maşını, özüyeriyən zenit qurğusu, haubitsa və döyüş sursatı, kiçik çaplı silahların dörddə üçü alayın səyləri ilə humanizmdən uzaq insanların əlində  qaldı”.

Daha sonra müəllif etiraf edir ki, onun yaza bilmədiyi «saysız-hesabsız biabırçı faktlar da var»: «Onları açıqlamaq mümkün deyil. Deyirlər ki, həmin faktlar üzərində səlahiyyətli orqanlar işləyir, istintaq gedir».

Amma heç bir istintaq olmadı. Alayı ləğv etmiş, qalmaqalın üzərini örtmüşdülər. Bədbəxt alayın silahları isə hələ də «danışır» və öldürürdü. Dinc azərbaycanlıları – uşaqları, qadınları, qocaları öldürürdü… 366-cı alayın zirehli texnikası dinc, silahsız insanların üzərinə şığıyırdı. Bu, Ermənistanın Birinci Qarabağ müharibəsində necə qələbə qazandığının aydın göstəricisidir.

İkinci Qarabağ müharibəsi isə tarixi ədaləti bərpa edib. Bu gün guman etmək olar ki, Bakıdakı Hərbi Qənimətlər Parkında «ömürlük cəza» çəkən texnikalar arasında 366-cı alayın vaxtilə Qarabağ kəndlərində dinc azərbaycanlılara atəş açmış tankları da var.

Məlumata görə, tərkibində 4-cü ordunun 23 diviziyasını birləşdirmiş 366-cı alaya 1985-ci ildə Xankəndiyə (o zaman Stepanakert) Gəncədən (o zaman Kirovabad) gətirilmişdi. Yeri gəlmişkən, alayın Xankəndyə köçü praktik olaraq Stavropol ermənilərin çörəyi ilə bəslənmiş Mixail Qorbaçovun baş katib olmasından dərhal sonraya təsadüf edir. Bu, çətin ki, təsadüf olsun.

Ştat cədvəlinə görə alayda 1800 hərbçi yer almalı idi. Lakin 1992-ci ilin fevralına şəxsi heyətdə faktiki olaraq, təxminən 630 nəfər qalmışdı. Onlardan 129-u zabit və gizir olub, bu insanların 49-u isə etnik ermənilər idi. Onun klassik ordu normalarına uyğun lazımi döyüş qabiliyyətinə malik olub-olmadığı böyük sual işarəsidir. Amma o dövr üçün bu, ciddi üstünlük sayılırdı.

1992-ci ilin fevralında Xocalıda soyqırım törədilən zaman Azərbaycanın milli güc strukturları yeni formalaşırdı, erməni yaraqlılarına yerli özünümüdafiə dəstələri müqavimət göstərirdi. O vaxt artıq Azərbaycanın faktiki nəzarəti altında yalnız Xocalı ilə Şuşa qalmışdı. 50 yaşayış məntəqəsinin sakinləri isə artıq doğma evlərindən qovulmuşdu. Yəni artıq Azərbaycan və Ermənistandakı Sovet qoşunları Moskvaya tabe idi, münaqişənin episentri olan Qarabağdakı qoşunlar isə artıq ermənilərin nəzarətinə keçmişdi. Belə bir vəziyyətdə ştatlı silahlara malik bir batalyonun peyda olması belə, vəziyyəti ciddi şəkildə ermənilərin xeyrinə dəyişirdi. 366-cı alay isə hələ Sovet İttifaqının dövründə azğınlıq edir, 1990-1991-ci illərdə dinc Azərbaycan kəndlərini atəşə tuturdu. Başqa sözlə, Xocalı ən sərt və ən qanlı hadisə olsa da, heç də yeganə epizod deyildi. Erməni silahlı birləşmələri məhz 366-cı alayın silahları, zirehli texnikası və bir çox hallarda şəxsi heyətinin köməyi ilə Meşəli, Malıbəyli, Kərkicahan, Qaradağlı kimi yaşayış məntəqələrini də ələ keçirmiş, bu zaman da dinc sakinlərə qarşı kütləvi qətliam törətmişdi.

Konkret Xocalı soyqırımına gəlincə, 366-cı alayın bu qətliamda iştirak etdiyinə dair çoxsaylı faktlar var.

«Memorial» cəmiyyətinin məruzəsində deyilir: «Xocalıdan qaçqın düşmüş şəxslərin praktik olaraq hər birinin dediyinə görə, şəhərə hücum əməliyyatında 366-cı alayın hərbçiləri də iştirak edib, onların bəziləri isə şəhərə daxil də olub».

«Krasnaya Zvezda»nın 11 mart 1992-ci il tarixli buraxılışında yer almış «Qarabağ: son qələbəyə qədər müharibə?» başlıqlı məqalədə isə deyilirdi: «…Dairə komandanlığının qəti əmrinə baxmayaraq, 366-cı motoatıcı alayın bəzi hərbçiləri fevralın sonlarıda Xocalıda aparılmış hərbi əməliyyatlarda qarabağlılar (ermənilər) tərəfdən döyüşüb. Hər halda, iki belə fakt qeydə alınıb. Alayın şəxsi heyətinin təxliyəsi zamanı isə desantçılar bəzi hərbçilərin üzərindən böyük məbləğdə pul, o cümlədən xarici valyuta aşkarlayıblar».

Daha bir sübut var: Azərbaycan Televiziyasının (AzTV) «Günün ekranı» verilişinin efirinə 2 çavuş (rus və qazax) soxularaq, 366-cı alayın sıralarını tərk edərək qaçdıqlarını demiş, bunu orada baş verənlərə dözə bilmədikləri ilə əsaslandırmışdılar – əsgərlərin bütün günü spirtli içki içməsi, gecələr hərbi texnikaların küçələrə çıxarılması, Azərbaycan kəndlərinin atəşə tutulması və s. Bu, Şevçenkonun yazdıqlarını bir daha təsdiqləyir, eyni zamanda, bu biabırçılıqda iştirak etmək istəməyən ləyaqətli insanların da olduğunu göstərir.

Təəssüf ki, 366-cı alay erməni yaraqlıların üçün heç də yeganə silah mənbəyi olmayıb. Rusiyalı ekspertlərin sonralar etiraf etdikləri kimi, 1988-1989-cu illərdə Ermənistana xaricdən də küllü miqdarda silah-sursat daşınıb. Bu, ölkədə baş vermiş dəhşətli zəlzələdən sonra mümkün olub – humanitar yük daşıyan təyyarələr gömrükdə yoxlanılmadığından, ermənilər bundan gen-bol istifadə ediblər.

Nəhayət, erməni terrorçularının daha bir əməli düşündürücüdür. 8 aprel 1991-ci ildə Rostovda erməni yaraqlılardan ibarət qrup DİN Daxili Qoşunlar İdarəsi rəisinin Şimali Qafqaz və Zaqafqaziya üzrə müavini, polkovnik Vladimir Blaxotini güllələmişdi. Rəsmi versiyaya görə, terrorçular «Stepanakert»in sabiq komendantı, general-mayor Aleksandr Safotnovu öldürmək istəyirmişlər və Blaxotin səhvən güllələnib. Lakin bu versiyanın şübhəli olduğunu təsdiqləyən bir neçə məqam var. Safonov ilə Blaxotin həqiqətən də bir binada, lakin fərqli girişlərdə yerləşən mənzillərdə yaşayırdılar. Terrorçular isə bir neçə cür məhz Blaxotinin yaşadığı mənzilin girişini izləmiş, məhz onun hərəkət xronometrajını hazırlamışdılar. Daha bir detal: polkovnik çox yaxın məsafədən güllələnmişdi. Belə vəziyyətdə hədəfi, xüsusilə Safonovun «UAZ»ı ilə Blaxotinin «Volqa»sını səhv salmaq mümkün deyildi.

Və ən maraqlısı: DİN Daxili Qoşunlar İdarəsi rəisinin Şimali Qafqaz və Zaqafqaziya üzrə müavini kimi, Qarabağda hərbi mülkün çıxarılmasına məhz Blaxotin cavabdeh idi. Yollara Daxili qoşunlar nəzarət edirdi və «yerlərdə» nələrin baş verdiyini onlar əla bilirdi. Bəli, Blaxotin arzuolunmaz şahid idi…

Sonralar müstəqil Ermənistanın tarixində çox «silah qalmaqalı» yaşanacaqdı. Lakin bu silah fırıldaqları Ermənistanı darmadağın olmaqdan xilas etməyəcəkdi…



MƏSLƏHƏT GÖR:

126