Müəllif: İrina XALTURİNA
Bir çox ekspert və rəsmilər ehtimal edir ki, bu il, güman ki, koronavirus pandemiyasının başa çatacağı il olacaq. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus, Ağ Еvin baş tibbi müşaviri, ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi, həmçinin çox sayda avropalı infeksionist və virusoloq belə hesab edir. Hətta bütün pandemiya dönəmində əsas fiqurlardan biri olan “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts belə, bu fikirdədir.
Tədricən zəifləyən mikrob
Həqiqətən, koronavirus xüsusən, son həftələrdəki geosiyasi sarsıntılar fonunda tədricən həyatımızdan çıxır. İndi üfцqdə III Dünya müharibəsi görünən zaman zəifləyən pandemiya o qədər də qorxulu görünmür. Doğrudur, yeni “Оmikron” ştaмmı əvvəlki COVID-19 ştaмmları ilə müqayisədə daha yoluxucudur. Amma “Оmikron” ştaмmı daha yüngül keçir və bu ştama yoluxanlarda ölüm halı yüksək deyil. Eyni zamanda, xüsusən, insanların koronavirusa adaptasiyası və imмunitetinin yaranması – insanların əksəriyyəti peyvənd olunub, çoxu koronavirusa yoluxub, hətta bir neçə dəfə – kimi amillər uzun zamandır gözlənilən pandemiyanın başa çatmasına töhfə verir. Ən əsası çox sayda insan artıq bu xəstəlikdən qorxmur. Üstəlik, ağlabatan ehtiyat tədbirlərinə riayət edilməsi, şübhəsiz, çox müsbət və ümidverici məqamdır.
Beləliklə, əvvəllər insanların özlərinin və ya yaxınlarının, tanışlarının koronavirus testinin cavabının müsbət olduğu haqda xəbərlər eşidən zaman təlaşlanırdılar. Lakin indi COVID-19 daha çox adi qrip kimi qəbul edilir. Yəni insanlar təşvişə düşmədən ehtiyat tədbirləri görürlər.
Bu arada, hazırda qapanma və məsafədən işləməklə bağlı qərar daha çox yerli səviyyədə, “ştatlı rejim”də tətbiq olunur. Bundan başqa, COVID-19-a yoluxma statistikası hava proqnozu və valyuta məzənnəsi ilə bağlı xəbərlər kimi adiləşib. Digər tərəfdən insanların xəstəliyə adaptasiyası ilə yanaşı, digər amil də özünü göstərir. Söhbət insanların yorulmasından gedir. Hər kəs karantin tədbirlərindən, daimi fövqəladə vəziyyət rejimindən yorulub. Onlar öyrəşdikləri həyat tərzinə qayıtmaq, yəni ictimai məkanlara getmək,
əyani şəkildə təhsil almaq, səyahət etmək və idmanla məşğul olmaq istəyirlər. Biz indi vacib siyasi, iqtisadi və mədəni tədbirlərin tədricən reallığa qayıtdığını görürük. Məsələn, bu yaxınlarda Pekində Qış Olimpiya Oyunları keçirilib. Azarkeşlərin əksəriyyəti Qış Olimpiya Oyunlarını stadionlardan izləyə bilməsə də, beynəlxalq idman bayramı baş tutub.
Yeri gəlmişkən, Böyük Britaniya, Almaniya, Norveç, İsveçrə, İtaliya və digər Avropa ölkələri koronavirusla bağlı mövcud olan ən son məhdudiyyətləri ləğv edir. Avstraliya isə son iki ildə ilk dəfə olaraq xarici turistlər üçün sərhədlərini açıb. Azərbaycana gəlincə, ölkəmizdə pandemiyadan əvvəlki həyat tərzi geri qayıdır.
Risklər qalır
Əlbəttə, rahat olmaq üçün hələ tezdir. Axı, virus tamamilə yox olmayıb. Çin, Cənubi Koreya, Sinqapur və Honkonqda COVID-19 yenidən yayılır. Üstəlik, pandemiyanın başlamasından 2 il keçməsinə rəğmən, dünya əhalisinin yarısı, xüsusilə kasıb dövlətlərin vətəndaşları hələ də peyvənd olunmayıb. Bu, yeni ştamların yaranması riskini artırır. Mütəxəssislər isə yeni ştamların necə olacağını dəqiqliklə proqnozlaşdıra bilmir. Lakin güman ki, 2022-ci ilin sonunda koronavirus adi mövsümi xəstəliyə çevriləcək. Digər tərəfdən yeni ştamların bundan əvvəl qarşılaşdığımız ştamмlardan daha təhlükəli və yoluxucu olacağı istisna edilmir...
Bir sözlə, COVID-19 pandemiyasının bundan sonra necə yayılacağı, əslində, insanların immunitetinin virusa hansı səviyyədə müqavimət göstərməsindən və səhiyyə sistemlərinin nə dərəcədə hazır olmasından asılı olacaq. Lakin bununla bağlı vəziyyət o qədər də yaxşı deyil. Təəssüf ki, insanlıq nə keçmişdə, nə də ki indi xəstəliklərin qlobal miqyasda yayılmasına hazırdır. 2021-ci il üçün “Qlobal Sağlamlıq Təhlükəsizliyi İndeksi” hesabatına əsasən, hazırda dünyanın heç bir dövlətinin yeni epidemiyalara lazımi və effektli cavab üçün kifayət qədər imkanı yoxdur. “The New York Times” nəşrində dərc edilmiş məqalədə isə bildirilir ki, dövlətlərin 90%-dən çoxunun fövqəladə hallarda peyvənd və dərmanların paylanması ilə bağlı planı yoxdur. Üstəlik, ABŞ nəşri qeyd edir ki, ölkələrin 70%-nin xəstəxana, klinika və tibbi mərkəzləri lazımi çarpayı tutumuna malik deyil. Bundan başqa, digər mənfi məqamı qeyd etmək yerinə düşər: inkişaf etmiş və zəngin dövlətlər daxil olmaqla, əksər ölkələrdə tibb işçilərinin koronavirusa qarşı mübarizə aparması üzündən digər xəstəliklərdən əziyyət çəkən pasiйentlər zərər görüb. Belə xəstələrə bəzən təkcə planlı qaydada yardımdan deyil, həm də təcili tibbi yardım göstərilməsindən belə, imtina olunub.
Nəticələrin özünü göstərməsi
Bundan əlavə, bütün ekspertlər hesab edirlər ki, pandemiyanın sosial, siyasi və iqtisadi nəticələri hələ uzun müddət özünü göstərəcək. Axı, koronavirus pandemiyası hər bir insanın həyat tərzində dəyişikliyə səbəb olub. Odur ki, pandemiya bir andaca yox ola bilməz. Məsələn, nüfuzlu tibb jurnalı olan “The Lancet”də ötən ilin oktyabrında dərc edilmiş araşdırmada deyilir ki, koronavirusun insanların psixi sağlamlığına ziyan vurması nəticəsində yaranan fəsadlar bütöv nəsildə qala bilər.
Yeri gəlmişkən, hazırda 200-dən ölkədə əhalinin psixoloji vəziyyəti kəskin şəkildə pisləşib. Bu, əsasən özünü depressiya və həyəcan pozuntuları şəklində büruzə verir. Hətta bəzi insanlar üçün sadəcə ictimai məkanlara getmək belə, fobiйaya çevrilib. Bundan başqa, insanların əksəriyyəti maska taxmağa öyrəşiblər. Odur ki, onlar maskasız rahat olmurlar və maska taxmadıqda isə belə bir hiss keçirirlər: sanki paltarsız qalıblar.
Bu arada, “Nature” nəşrində dərc edilən məqalədə qeyd olunub ki, pandemiya dövründə anadan olan uşaqlarda intellektin zəifləməsi müşahidə olunur. Bu problem əsasən, verbal və motorik qabiliyyətlə bağlıdır. Bunun əsas səbəbi kimi uzun müddətdir ki, stress keçirən valideynlərin uşaqlara diqqətsizliyi göstərilir. Valideynlər evdən işləməyə, eyni vaxtda həm iş, həm də evlə bağlı öhdəliklərini yerinə yetirməyə, bəzən isə övladlarının distant dərslərinə nəzarət etməyə məcbur olublar.
COVID-19-un ən böyük nəticələrindən biri odur ki, pandemiya bəzi məsələlərdə ciddi müzakirələrə səbəb olub. Söhbət bizim nələri fərdi azadlıq kimi nəzərdən keçirdiyimizdən, həmçinin azadlıq və təhlükəsizlik kimi əsas anlayışlar arasında tarazlığı necə saxlayacağımızdan gedir. İlk baxışdan elə görünürdü ki, bu prinsiplər uzun müddət qabaq müəyyən edilib, beynəlxalq hüquqla bağlı müxtəlif sənədlərdə və milli konstitusiyalarda təsbit olunub. Lakin bu prinsiplərin real şəraitdə sınaqdan keçirilməsi onu göstərib ki, onlar real böhran şəraitində kifayət qədər ikitərəfli və etibarsızdır.
Yeri gəlmişkən, pandemiyanın ikinci ilinin sonlarında koronavirus tədbirlərinə qarşı etirazlar yeni mərhələyə çatıb. Üstəlik, heç kəsin gözləmədiyi ölkədə – Kanadada. Nisbətən sakit və firavan dövlətdə yük maşınları sürücüləri üsyana qalxıb və geniş dəstək qazanıblar. “Azadlıq uğrunda karvan” adlı etiraz aksiyası bu il yanvarın 23-də Kanadanın qərb sahilində yerləşən Vankuver şəhərində başlayıb. Paytaxt ilə bu şəhər arasında məsafə 4400 kilometrdir. Yük maşınları karvanı isə paytaxt Ottavaya uzanan yolda dayanıb. Onlara daha çox yeni etirazçılar qoşulub. Bu etiraz aksiyası xüsusilə İtaliya və Almaniya daxil olmaqla, bundan qabaq da antikovid etirazların keçirildiyi bəzi Avropa ölkələrinə də yayılıb. Maraqlıdır ki, etirazçılara müqavimət göstərən hakimiyyət nümayəndələri bunu belə izah edir: yük maşınları sürücülərinin və onlara rəğbət bəsləyən şəxslərin nümayişləri əhalinin təhlükəsizliyinə təhdid yaradır. Və bu, düşünmək üçün çox ciddi səbəbdir. Belə ki, bu kimi hallar gələcəkdə də presedent ola bilər. Məsələn, həm alimlərin, həm də siyasətçilərin son vaxtlarda bəhs etdiyi iqlim dəyişikliyi şəraitində.
Belə vəziyyətdə narahatedici məqam odur ki, bir çox kasıb ölkələrdə koronavirusun yayılması əvvəllər mövcud olan problemləri daha da dərinləşdirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının regional nümayəndəsi Xulio Berdeqe bəyan edib ki, Latın Amerikasında pandemiyanın yayıldığı birinci il aclığa qarşı mübarizə ilə bağlı 20 illik səylərin, investisiyaların və dövlət proqramlarının üzərindən xətt çəkməyə kifayət edib. Eyni vəziyyət Afrika və Asiyanın kasıb ölkələrində də müşahidə olunur. Bu ölkələrdə COVID-19 pandemiyası ilə yanaşı, tibbi xidmətin, qida və təmiz suyun, elementar gigiyenanın çatışmazlığı və ya ümumiyyətlə olmaması nəticəsində meydana gələn xəstəliklər var. Bundan əlavə, hazırda daha qlobal məsələ odur ki, pandemiya insanlıq üçün tibbin və biologiyanın siyasiləşdirilməsi kimi problemlər yaradıb.
Beləliklə, sadalanan problemlər bir çox suallar doğurur, elmdə sıçrayışa səbəb olacaq araşdırmaları və kəşfləri qeyri-mümkün edir, cəmiyyəti radikallaşdırır. Üstəlik, bu problemlər insanların qəsd nəzəriyyələrinə, ezoterizmə inanmasına, saxta xəbərlərin geniş şəkildə yayılmasına səbəb olur. Bu da son deyil. Eyni zamanda həkimlərə, alimlərə, dövlət institutlarına və rəsmi xəbərlərə də inamsızlıq yaranır.
Lakin nikbin əhvalи-ruhiyyədə olan alim və politoloqlar inanır ki, pandemiya insanlığı güclü texnoloji sıçrayışa hazırlayıb. Söhbət xüsusilə, tibb, nanobiotexnologiya, onlayn texnologiya, süni intelлekt və digər elm sahələrindən gedir. Əlbəttə, bütün bunlar istər-istəməz cəmiyyətdaxili münasibətlərə, hətta dövlətin özünə belə, təsir göstərəcək. Odur ki, bu proseslərin “ağrısız” olması mümkün deyil. Üstəlik, bu proseslər sosial gərginliklərin müxtəlif formalarına səbəb olacaq. Bir sözlə, cərəyan edən hadisələrə bu nöqteyi-nəzərdən baxan zaman, COVID-19 pandemiyasının yalnız başlanğıc olduğunu söyləyə bilərik.
MƏSLƏHƏT GÖR: