15 Mart 2025

Şənbə, 00:30

"MƏN BUNU SOYQIRIMI ADLANDIRMAZDIM…"

Suallarımızı Tennesi Texnologiya Universitetinin (ABŞ) siyasi elmlər professoru Maykl Günter cavablandırır

Müəllif:

03.09.2013

-Ermənistan və erməni diasporu 1915-ci ildə guya baş vermiş "erməni soyqırımı"nın 100-cü ildönümü ərəfəsində genişmiqyaslı tədbirlər keçirməyə hazırlaşır. Ermənilərin baş verənləri insanlıq əleyhinə cinayət adlandırılmasıyla  bağlı iddiaları nə qədər əsaslıdır?

 -Mən deyərdim ki, həmin dövrdə erməniləri qətlə yetirən ayrı-ayrı insanlar tərəfindən yol verilmiş hərbi cinayət olub. Eyni zamanda ermənilərin özləri də hərbi cinayətlər törədiblər. Amma mən bunu soyqırımı adlandırmazdım. Çünki soyqırımın hüquqi tərifi özündə niyyəti ehtiva edir. Lakin Osmanlı məmurlarının erməni xalqını məqsədli olaraq məhv etdiklərini əsaslı şəkildə sübut edən heç nə yoxdur. Faciəvi qətliamı inkar etmədən, erməniləri Birinci Dünya müharibəsinin qurbanları saymaq olar. Məsələyə bu konteksdə baxmaq lazımdır. "Soyqırımı termini bu faciəvi hadisələrlə uzlaşmır. Çünki Türkiyənin əməlləri nə birtərəfli, nə də qabaqcadan düşünülmüş şəkildə həyata keçirilib. Birinci Dünya müharibəsindən sonra Ermənistanın ilk baş naziri olmuş Ovanes Kaçaznuninin dəlilləri açıq şəkildə göstərir ki, bəzi ermənilər müstəqillik qazanmaq kimi yanlış məqsədlərinə çatmaq üçün bacardıqları qədər türk öldürüblər. Bundan başqa, Luiz Nalbandyan, Ceyms Mandalyan və Armen Qaro kimi erməni yazıçılar bəzi ermənilərin Birinci Dünya müharibəsi dövründəki kütləvi qırğından xeyli əvvəl türklərə qarşı necə vuruşduqlarını təfərrüatı ilə yazıblar. Uilyam Langer, A.Toybni və Uolter Laker kimi məşhur qərbli alimlər də bu fikirlərlə razılaşırlar.

- Dünya erməniliyinin "soyqırımı"n dünya tərəfindən tanınması istiqamətində kampaniyanı nəinki dayandırmadığı, əksinə, getdikcə gücləndirdiyi bir şəraitdə Ermənistanla Türkiyə arasında tezliklə barışıq olacağına inanırsınızmı?

 - Bəli, mən erməni-türk barışığı prosesinin gələcəyinə inanıram. Amma eyni zamanda ermənilər arasında bu kampaniyanı davam etdirmək istəyənlər həmişə olacaq. Həm də ona görə ki, bu kampaniyanın arxasında transmilli erməni birliyi dayanır. Bu birlik isə başqa cür hərəkət edə bilmir, çünki erməni diasporu çox ölkələrə yayılıb. Bundan başqa, özlərini heç bir halda günahkar saymayan türklər də var. Həqiqət ondan ibarətdir ki, hər iki tərəf qan töküb və onlar bunu etiraf etməlidirlər.

 - Ermənistanın rəsmi statistikası son zamanlar ölkədə demoqrafik problemin ölkənin milli təhlükəsizliyi üçün ən ciddi maneəyə çevrildiyini etiraf edir. Bu problem Ermənistanın siyasi kursuna təsir göstərə bilərmi?

 - Ermənistan ciddi təcrid vəziyyətindədir və yoxsuldur. Amma Rusiyadan çox vacib dəstək alır. Bundan başqa, müəyyən dərəcədə beynəlxalq ictimaiyyət ermənilərin "soyqırım" adlandırdığı hadisələrlə tanışdır. Yəni, dünyada ermənilərin Birinci Dünya müharibəsi zamanı iztirab çəkdiklərini bilirlər.

 - Belə olan halda, Dağlıq Qarabağ münaqişəsinin perspektivini necə görürsünüz? 

 -  Kipr probleminin az qala 40 ildir - 1974-cü ildən davam etdiyini nəzərə alsaq, qorxuram ki, Qarabağda da vəziyyətin yaxın gələcəkdə düzələcəyini düşünmək üçün əsas yoxdur. Qarabağ münaqişəsi kimi problemlər adətən uzun illər davam edir.


MƏSLƏHƏT GÖR:

581