15 Mart 2025

Şənbə, 00:28

BÖYÜK ÖLÇÜDƏ

Makroçəkilişə həvəs göstərən fotoqraf, fotoaparatın obyektivində nə görmək mümkün olduğundan danışır

Müəllif:

16.07.2013

Dünyaya böyüdücü şüşədən baxsan nə olar? Həm də gözə görünməyən dünyaya? Diqqətlə baxmağı bacarmaq üçün səbir və dəli həvəs lazımdır. Şəhər şərtlərində güllər və həşəratların makroçəkilişi ilə məşğul olan gənc fotoqraf Oleq Popovu bundan məhrum etmək olmaz.  Makro - gözün reallıqda görə bilmədiyini sənin şəkildə görməyindir. Şəklin dəyərini, ilk növbədə, süjet müəyyən edir. İri böyüdülmələr zamanı makroçəkiliş şəkildə və ya ekranda, təkcə, görünən tərəfi deyil, həm də obyektin adi gözlə ayırdedilməz detal və strukturlarını göstərmək qabiliyyətinə malikdir.  Bu, təkcə, fotosevərlərə deyil, həm də tədqiqat məqsədləri ilə elm və texnikanın müxtəlif sahələrində fəal tətbiq üçün alimlərə də maraqlıdır. Popov da şəkildə məhz bu istiqaməti seçib. "Ətrafda hər şey şəkildə qarışıb, lakin nəsə xüsusi, başqalarının etmədiyi bir şeyi yaratmaq istəyirsən. Makroçəkiliş kifayət qədər uzun prosesdir", - deyə o, bildirir. Jurnal çıxarkən mən son dərəcə orijinal nəticə əldə edirəm-böyük, bütöv bir jurnal səhifəsində gül üzərində dəfələrlə böyüdülmüş həşərat. "Məsələn, bu hörümçək, - Oleq orijinalda ölçüsü cəmi 5 millimetr olan şəkli göstərir - çox balaca hörümçəkdir, burda isə biz 50 dəfə böyüdülmüşünü görürük".

 

Peşədən də artıq 

Demək olmaz ki, bu həvəs elə belə yaranıb. Uşaqlıqda, digərləri kimi "makrofotoqraf" heyvanlar və bitkilər haqqında kitabları, Darell və başqa müəllifləri sevirdi, makrofotoçəkilişlə isə artıq məktəbin yuxarı siniflərində, daha doğrusu, hələ doxsanıncı illərdə məşğul olmağa başlayıb. Nadir hallarda nəsə başqa bir şey çəkib. "Cansız olanı çəkmək sadəcə maraqlı deyil, canlı təbiət maraqlıdır. Yaxşı fotoqrafın vəzifəsi digərlərinin görmədiyini görməkdir. Mənim vəziyyətimdə söhbət şəhərdəki təbiətdən, yanından keçdiyimiz və hətta bunu görmədiyimiz -şalbanın üzərindəki  cırcırama, yarpaqdakı isə kəpənəkdən gedir", - deyə o, bildirir.

Fotoqraf etiraf edir ki, makroçəkiliş reallıqdan uzaq durmağa yardım edir: "Bəziləri problemlərdən kompyuter oyunlarında qaçırlarsa, mən elə bu cür şəffaf fotoaparatın obyektivinə baxıram". 

Popov doğru çəkməyə çalışır, çünki makroçəkilişdə bəzi hiylələr var ki, o, bunlardan qaçmağa çalışır.  Maraqlısı odur ki, Oleq ancaq plyonkaya çəkir. Bu gün internetdə şəkillərin dəbli filtrləri və kompyuterdə şəkillərin proqram vasitəsilə düzəldilməsi peşəkarlıqdan xəbər vermir. "Proqramlardan istifadə eləmirəm, şəkli korretkə etmirəm, hər şeyi olduğu kimi, şəkildə necədirsə, elə də qalır. Bircə dəfə olub ki, mən şəkli düzəltmişəm, özü də azca, o da plyonkada kiçik cızıq tapılmışdı ona görə", - deyə o, danışır.

Bəziləri həşəratları çəkərkən, sadəcə olaraq onları əl toru ilə tuturlar, bağlı yerdə saxlayırlar və çəkirlər. O isə həşəratları təbii şərtlərdə çəkməyi üstün tutur.

 

 

 

"Gözəllik dünyanı xilas edəcək!"

Şəhərin hansı hissəsində olmağın mühüm deyil, hər yerdə gözəlliyi müşahidə etməli və görməlisən. Budur, əslində, fotoqrafın əsas sirri. "Yaxşı şəkillər çəkmək üçün çoxlu gəzmək və diqqətlə baxmaq lazımdır" - deyə o, danışır. Oleq deyir ki, bulvarda da, Bakının mərkəzində də, tələbə vaxtı universitetin ərazisində də çəkib. Bəzən fotoqrafın etiraflarına görə,  boş yerdə də nəsə çox gözəl bir şey tapmaq olar. Əsas müşahidə etməkdir! "Bəzən olur ki, alaq otu bitir, amma heç kim onun fərqinə varmır", - deyə fotoqraf  bölüşür. Tutaq ki, çoban çantası sarı və qəşəngdir, sən bilirsən ki, onun üzərində həşərat kadrda çox yaxşı görünəcək. Burda, necə deyərlər, əsas kadrı əldən verməməkdir, tez fotoaparatın çıxartmaq, halqanı vintləmək, işığı qoşmaq və çəkməkdir. "Mən boş yerə belə gəlirəm və müşahidə etməyə başlayıram", - deyə Oleq danışır. Kənardan elə görünür ki, orda heç nə yoxdur, lakin diqqətlə baxanda isə bütöv bir "itirilmiş aləm" tapmaq olar - böcək, parabüzən, tırtıl, kəpənək". Texniki sirlərdən danışan fotoqraf hesab edir ki, keyfiyyətli işıqda çəkmək ən yaxşısıdır - belə rəngötürmənin dərinliyi yüksək və materialın qaralması isə az olur.

Popov həşəratları Azərbaycanın regionlarında çəkib, əsasən, Şamaxı və Pirquluda, eləcə də meşə zonalarında: "Əlbəttə ki, regionlardakı bitkilər də, həşəratlar da şəhərdəkilərdən fərqlənir. Axı, əslində, Bakının öz bitkiləri, demək olar ki, yoxdur. Burda olan hər şey - aparılıb. Məsələn, regionlardakı güllər yabanıdır, onlar şəhərdəkilər kimi iri və parlaq deyillər".

Həşəratlara gəldikdə isə Popov deyir ki, regionlarda həşəratlar şəhərlə müqayisədə daha çoxdur: "Şəhərdə admiral, sarı kəpənək, ağ kəpənək, hələ kələm kəpənəyi, çuğundur kəpənəyi adlandırılan kəpənəklər var. Lakin insanların dediyi kimi qabaq kəpənəklər daha çox idilər". Regionlarda isə kameraya bəzən çox nadir növlər tuş gəlir. "Şamaxıya yaxın kiçik meşələrdə mən endemik böcəklər, taxtabitinin növləri palıd uzunbığı (böcək), nadir cırcıramanı  görmüşəm. Təəssüf ki, şəhərdə belə həşəratlar yoxdur, burda, ümumiyyətlə, cırcırama yoxdur. Hətta vəhşi arılar regionda müxtəlifliyi ilə fərqlənirlər",- deyə o, iddia edir.

Azərbaycanın Qırmızı kitabına hər şeydən savayı, ancaq bizim ölkədə yaşayan 11 həşərat növü daxil edilib. Fotoqraf bu haqda görün nə deyir: "Əslində, nadir həşərata rast  gəlmək - böyük uğurdur. Məsələ burasındadır ki, baxmayaraq ki, məsələn, məməlilərin sayı cəmi 5 mindir, həşəratların isə cəmi milyondan artıq növləri var. Təsəvvür edin ki, hər gün hansısa növ  izsiz itir və bunu izləmək çox çətindir. Ümumiyyətlə, nadir həşəratı görmək və xüsusən də, çəkmək üçün regionda xeyli vaxt keçirmək lazımdır".

 

Makroçəkilişin xüsusiyyətləri 

Həşəratlara öyrəşmək lazımdır və Oleqdə bu alınıb. "Əvvəlcə obyektivdə iri planda hörümçək və ya cırcıramanı tükcükləri və bığları (hörümçək və onun kimilərin ağız əlavələri - müəl.) ilə görəndə adam birtəhər olur", - deyə fotoqraf xatırlayır. İlk vaxtlar kifayət qədər çətin idi. Məsələn, mən baramadan sürünərək çıxan tırtılı çəkmişəm. Sizə deyim ki, obyektivdən iri planda baxanda, barama sadəcə iyrənc görünür. Bundan sonra Oleqin dediyi kimi heç bir hörümçək qorxulu deyil.

Bakıda əsas problem - küləkdir.  Məsələ burasındadır ki, makroçəkiliş zamanı şəkil hərəkətə qarşı çox həssas olur. Yəni əlin azca yerindən oynasa, obyekt tez kadrdan çıxır.

Güclü küləkdə isə lazımi təsviri tutmaq çətindir. Belə bir anlayış var - "sahə dərinliyi". Bu, obyektin dəqiq görsəndiyi məsafə diapazonunun özüdür. Güclü küləkdə markoçəkiliş zamanı bu diapazonu tutmaq çətindir. Bunun üçün çox cəld bir-birinin ardınca halqanın lazımi say qədər fırlatmaq, fotoaparatı sazlamaq lazımdır (fotoçəkilişin plyonka üçün xüsusiyyətləri - müəl.), bu vaxt ərzində isə kəpənək də uça bilər, hörümçək də qaça bilər. "Plyonkaya çəkəndə, həmişə dəqiq bilmirsən, şəkil necə alınacaq, lazımlı ölçü üçün kifayət edirmi? Hərdən rəqəmsal aparatla çəkirəm. Əlbəttə ki, rəqəmsal aparatla belə problemlər olmur".



MƏSLƏHƏT GÖR:

639