13 Mart 2025

Cümə axşamı, 17:03

UĞUR HƏR ZAMAN YANINIZDADIR

Rəssam Vüqar Muradovun üsulu sadədir: "Yaratmaq istəyirsənsə, molbertə əyləş və rənglə"

Müəllif:

10.09.2013

Vüqar Məm­mə­dov lap uşaq­lı­q­dan rəs­sam ola­cağı­na əmin idi. O, de­mək olar ki, bütün gü­nünü şə­kil çək­mək­lə ke­­çi­rir­di. Or­ta mək­tə­bi bi­tir­dik­dən so­nra, Ə.Əzim­za­də adı­na Rəs­sam­lıq Mək­tə­bi­nə qə­bul ola­n Vüqa­rın əl iş­lə­ri­ni 1998-ci il­də Or­ta vəVŞər­qi Av­ro­pa İncə­sə­nət Fon­du­nun di­rek­to­ru Me­da Mla­dek görür və bir an be­lə tə­rəddüd et­mə­dən gənc rəs­sa­ma müa­sir Azər­baycan rəs­sam­la­rı­nın ABŞ-da təş­kil olu­nan sə­rg­i­sin­də iş­ti­ra­kı tək­lif edir. So­nra­dan onun rəsmlə­ri "AzerbaijanInternational" (ABŞ) jur­na­lın­da dərc olu­nur. Bir müddət so­nra isə Ame­ri­ka­nın məş­hur "TheBaltimoreSun" qə­ze­tin­də Mu­ra­dov ilə müsa­hi­bə çap olu­nur. Onun əsər­lə­ri Al­ma­niya, ABŞ, Da­ni­mar­ka, Ya­po­niya, Fran­sa və bir çox di­g­ər öl­kə­lər­də sə­rg­i­lə­nib. Bu gün Vüqa­rın əsər­lə­ri­nə yal­nız Ba­kı­da Müa­sir İncə­sə­nət Mu­zey­in­də yox, Nyu-York­da, Va­şinq­ton­da - "So­lo­monR. GuggenheimMuseum", MoMA (TheMuseumofModernArt), "Cent­­ralandEasternEuropeanArtFoun­dation"da rast gəl­mək müm­kün­dür.

- Vüqar, po­pulyar­lığı­nı­zın ha­zır­kı mər­hə­lə­si nə ilə baş­layıb?

- Mə­nim iş­lə­ri­mi ilk gö­rən və qiy­mət­lən­di­rən Or­ta və Şər­qi Av­ro­pa İncə­sə­nət Fon­du­nun di­rek­to­ru xa­nım Me­da Mla­dek olub. So­nra­dan on­lar fran­sız­la­rın da diq­qə­ti­ni çək­di. Mə­nim do­stum, Fran­sa sə­fi­ri­nin sa­biq məs­lə­hət­çi­si Ti­bo Furye rəsmlə­ri­mi gördü və bu ha­q­da do­stla­rı­na da­nış­dı. On­lar­dan bə­zi­lə­ri şəx­si kol­lek­siy­am­dan şə­kil­lər götürdülər. Bu in­san­la­rın ara­sın­da rə­s­mi sə­fər­lə Ba­kıya gəl­miş fran­sa­lı se­na­tor­lar Jan Boye və Am­bros Dyu­pon da var idi. On­lar stu­diy­am­da ol­du­lar və bir ne­çə əsə­ri­mi öz­lə­ri ilə götürdülər. Mə­­nim­lə ta­nış­lığın tə­si­ri altında olan Am­bros Dyu­pon və­tə­ni­nə qa­yıt­­dı­q­dansonra  atı­na mə­nim adı­mı ve­­rib. Arg­en­ti­na­da­kı fər­di kol­lek­siy­a­lar­da 20-dən ar­tıq işim var. Əv­vəl­lər əsər­lə­rim­lə, əsa­sən əcnə­bi­lər ma­­­raq­la­nır­dı­lar­sa, bu gün on­la­rı həm­­və­tən­lə­ri­miz də alır­lar. Mən ru­hu­mu sa­kit­ləş­dir­mək üçün iş­ləy­i­rəm. Bu, həy­at tər­zim­dir və özümü baş­qa cür tə­səvvür edə bil­mi­rəm. Əv­vəl­lər şə­kil­lə­ri­mi sat­maq is­tə­mir­dim. On­lar­dan ay­rıl­mağa heyfsi­lə­nir­dim. İn­di sa­tı­ram. Çünki əsər­lər bir küncdə toz­lan­maq üçün dey­il. On­la­ra ta­ma­şa­çı la­zım­dır.

- Si­zi ruh­lan­dı­ran idey­a­lar ha­ra­dan mey­da­na gə­lir?

- İdeya hər tə­rəf­dən gə­lir. Mə­nim tə­xəyyülüm san­ki filtrdir. Ora­da və şüu­rum­da olan nə var­sa götürür, bölüşdürmək və da­ha ma­raq­lı for­ma­lar­da tə­q­dim edir. Bütün rəs­sam­lar ki­mi­sə tə­k­rar­la­maq­la baş­layır. Uşaq­lı­q­da Rem­bran­dı və di­g­ər da­hi us­tad­la­rı yam­sı­la­mağa ça­lı­şır­dım. İşi­mi bu cür qey­ri-adi üsul­la öy­rən­mi­şəm. Va­li­deyn­lə­rim hə­lə də "rep­li­ka"la­rım­dan bə­zi­lə­ri­ni sax­layır­lar. Odur ki, rəs­sa­mın ek­s­pe­ri­ment apar­dığı hər bir şey onun işi­ni da­ha yax­şı edir.

- Təb si­zin üçün nə­dir?

- Təb "ye­tiş­miş", ar­tıq özündə sax­­laya bil­məy­əcəy­in bir şey­dir.  Han­sı ki, bu "ye­tiş­miş" bütöv bir mə­­ka­nı qar­şı­sı­a­lın­maz ener­ji ilə dol­du­rur və nə­ticə­də ya­ra­dıcı­lıq pro­se­sin­dən qə­ri­bə şad­lıq hi­i­si doğu­lur.

 - Vüqar, uşaq­lı­q­dan çə­kir­si­niz. Rəs­sam ol­maq fi­k­ri­nə nə vaxt düşmüsünüz? Si­zin üçün şə­kil çək­mək pe­şə­dir, qa­zanc va­si­tə­si­dir, yox­sa ya­ra­dıcı pro­ses, ya­xud əy­ləncə?

- Rəs­sam­lıq mə­nim həy­a­tım­dır. Bu, həm pe­şəm, həm də ya­şam üçün qa­zanc va­si­təm­dir. Bu, mə­nim üçün ətrafla danışmaq üçün ən təbii dil­dir. Lap uşaqlıqdan daim nəsə çə­kir­dim: kömürlə divarlarda, dəftərdə, əlimə düşən hər şeyin üzərində. Bu­na görə də təbii ki, valideynlərim tə­rəfindən danlanırdım. Sonradan 12 yaşında olarkən valideynlərim məni Qaqarin adına Pionerlər Evində yer­ləşən rəsm dərnəyinə yazdırdılar. Deyəsən, həmin andan qəti qərar qə­bul etdim - rəssam olacağam! Atam filoloq, anam kitabxanaçıdır. Onlar mənim seçimimə qarşı çıxma­dılar. Həyatım boyunca özümü rəs­samdan başqa peşə sahibi kimi görə bilməmişəm. Rəssam daha çox peşə yox, düşüncə tərzi, həyat tərzi, əh­val-ruhiyyədir.

- Naturanızı bir neçə sözlə necə xarakterizə edərdiniz?

- Açığı, bilmirəm. Sadəcə rəssa­mam. Yalnız onu deyə bilərəm ki, qapalı insanam. Təkliyi sevirəm. Səs-küyə, şəhərdəki çaxnaşmaya dözə bilmirəm. Bəlkə də atelyem məhz buna görə 17-ci mərtəbədədir. Oraya işləməyimə mane olan artıq səslər çatmır.

- Rəsm ustası kimi tanınırsınız. Bir qədər yaradıcılıq üsulunuz haqda danışın...

- Üsulum sadədir. Yaratmaq is­tə­yirsənsə, molbertə əyləş və rənglə. Çəkmək, yaratmaq üçün hər gün atelyemə çəkilirəm. Artıq həyatımı bunsuz təsəvvür edə bilmirəm. Hesab edirəmi, oxumaq rəssamın il­lə­rini yox, onilliklərini alır - hər gün işləsən. Yoxsa həftədə bir dəfə iş­ləyəcəksənsə, başlamasan daha yax­şıdır. Demək ki, insan buna daxili tələbat hiss etmir. Özüm haqda da­nışsam, hələ də özümü tələbə sa­yı­ram. Fikrimcə, rəssam üçün bu, nor­mal haldır.

- "Yaradıcılıq böhranı" sizə tanışdırmı?

- Baxır nəyi böhran hesab edir­sən. Qolların boşalması, fırçanı ələ almağa həvəsin olmaması kimi hal­lar yaşamamışam. İşin çətin getdiyi, bir hissəni dəfələrlə yenidən çək­məli olduğum hallar isə çox olub. Mən, əsasən seriya ilə işləyir və hər­dən elə olur ki, hansısa şəkil üzərində iş ləngiyir. Bu halda onu bir həftəliyinə, bəzən bir aylığına kənara qoyub başqa şəkil üzərində çalışıram. Sonradan yenidən onun üzərinə qayıdaraq işi tamamlayıram.

- Hansı rəssamların işlərindən saatlarla həzz ala bilərsiniz?

- Hər dəfə müxtəlif muzeylərə, qalereyalara baş çəkdikdə dahi rəs­sam­ların işləri  ilə tanış olmaq im­kanından məftun oluram. Rembrand, Sezann, Matiss, Van Qoq kimi rəs­samların əsərləri qarşısında saatlarla dayanaram. Onlar həqiqətən mü­kəm­məldir!

- Əsərlərinizi satdıqda heysilə­nirsinizmi?

- Əlbəttə. Hərdən lap çox heyf­si­lə­nirəm. Amma həyat belədir. Axı rəssamın əsərlərini insanlar görmə­lidir. Əslində, biz elə tamaşaçılar üçün çalışırıq. Bir yandan əsərdən ayrılmaq hansısa mənada özünü itir­məkdir. Çünki rəssam istər-istəməz öz əsərlərinə bənzəyir. Digər yan­dan, irəli getmək üçün keçmişdə gö­rülmüş işlərə çox bağlı qalmaq ol­maz. Köhnə işlərdən ayrılmaq həya­tında hansısa yeni səhifə açmaq üçün şansdır. Mən 600-dən artıq şə­kil satmışam. Qalan rəsmlərim atel­yemdə və valideynlərimin evindədir. Onların hamısı mənimçün eyni də­rə­cədə dəyərlidir.

- Əsərləriniz arasında digərlə­rindən üstün tutduğunuz rəsm varmı?

- Bəli, "Adəm və Həvva". Çox­ları onu almaq istəsə də, satma­mı­şam. Amma artıq o, mənə məxsus de­yil. Xanımıma təklif etdiyim on­larca əsər arasından o, məhz həmin rəs­mi seçdi. Belə çıxır ki, xüsusi qiymət verdiyim əsər yenidən özü­mə qayıtdı.

- Vüqar, siz art-dekorasiya ilə də məşğulsunuz - adi butulkaları bədii əsərə çevirirsiniz...

- Ən adi əşyada da gözəlliyi, harmoniyanı göstərməyi xoşlayıram. Adi şüşədə rənglərnecə də canlı görunur. Demək olar ki, mənim əh­va­lım dasanki onun üzərində "əks olu­nur".

- Son zamanlar fotolarla ma­raq­landığınızı eşitmişik...

- Şəkil çəkəndə ruhum sakitləşir. Əvvəllər qarşıma çıxanı çəkirdim. İndi kameranı hiss etməyi, məqamı tutmağı öyrənmişəm. Çəkdiyim fo­to­lardan biri beynəlxalq Incognito sər­gisinin ekspozisiyasına daxil edi­lib. Orada dünyanın 20 ölkəsindən olan, foto sənətinə maraq göstərən rəs­samların əl işləri sərgilənib. Neypls­da təşkil olunmuş sərgidə Argentina, Kuba, Avstriya, Fransa, Böyük Britaniya, Gürcüstan, Alma­niya, İsrail və digər ölkələrdən olan rəssamların işləri var idi. Mən sər­gi­yə "Şur" fotosunu təqdim etmişdim. Şəkli Muğam Mərkəzində çəkmiş­dim. Müxtəlif ölkələrdə və şəhər­lər­də lentə aldığım çoxsaylı şəkillərim var. Artıq fotosərgi də təşkil edə bi­lə­rəm və son zamanlar bu haqda düşünməyə başlamışam.

- Uğurunuzun "firma resepti"ni açıqlaya bilərsinizmi?

- Mənim "firma reseptim" çox sa­də­dir: çox işləmək lazımdır. Diqqəti "perspektivdə nəsə verə biləcək" görüşlərə, tədbirlərə yönəltmək la­zım deyil. Reklama pul xərcləməyə də ehtiyac yoxdur. Həmin pullara bö­yük, rahat atelye almaq və ya ica­rəyə götürmək lazımdır ki, orada iş­lə­mək xoş olsun. İşin keyfiyyəti yük­­səkdirsə, uğur hər zaman yanı­nız­da olacaq.



MƏSLƏHƏT GÖR:

514