
QEYRİ-ADİ ELEMENT
Azərbaycanda fantastika ədəbiyyatı dirçəlir
Müəllif: Zeynal MƏMMƏDOV Bakı
Azərbaycan fantastika ədəbiyyatı - bu, ədəbiyyatımızın o janrlarındandır ki, hazırda, təəssüf ki, haqsız olaraq çox az oxunur və demək olar ki, heç xatırlanmır. Halbuki vaxtı ikən bizim fantastika ədəbiyyatımız regionda Moskva və Peterburqdan sonra ən yaxşılardan idi. Vaxtilə olduqca populyar yazıçı adları və onun fanatları və ya fantastikasevənlər arasında deyildiyi kimi, "fan"lar var idi. Bu həmmüəlliflər Voyskunski və Lukodyanov, Pavel Amnuel, Henrix Altov, Olqa Juravlyova və əlbəttə ki, Maqsud İbrahimbəyovdur.
Hər şey necə başladı?
Fantastika - səciyyəvi janrdır, odur ki, dünyanın hər yerində fantastikasevərlərin öz klublarını yaratması təəccüblü deyil. Bizdə bu hərəkat FSK- fantastikasevərlər klubu, Avropa və ABŞ-da isə "fan- klublar" adlandırılırdı. İlk bakılı FSK-lar mülayim dövr adlandırılan 1960-cı illərdə yaranıb. Hazırda İsraildə yaşayan yazıçı Pavel Amnuel həmin vaxtı belə xarakterizə edir: "Elə olmuşdu ki, mədəniyyətin ittifaq mərkəzlərindən son dərəcə uzaq olan şəhərdə - Bakıda - yazıçı-fantastların sayı Moskva və Leninqraddan, əhalinin adambaşı sayına görə daha çox idi".
Klubun ilk sədri, artıq həmin dövrə kimi Azərbaycan ədəbiyyatına xeyli töhfə vermiş Azərbaycan Yazıçılar İttifaqının üzvü Lvoviç Voyskunski olub. Azərbaycan dilini yaxşı bilən və duyan yazıçı rus dilinə bir çox azərbaycanlı müəllifləri, əsasən də realist və hərbi nəsr yazarlarını tərcümə edib. Buna baxmayaraq, o, azərbaycanlı yerli müəlliflərin də iki fantastika yığmasının nəşrində iştirak edib. Bundan başqa, onun təşəbbüsü ilə Stanislav Lem, Ayzek Əzimov, Rey Bredberi kimi yazıçılar Azərbaycan dilinə tərcümə olunublar.
Voyskunski realist əsərlər müəllifi kimi başlayıb: Böyük Vətən müharibəsi haqda romanlar və s. Keçmiş dövr haqda onun deyəcəkləri var idi - o, donanmada vuruşub, Xanko adasının müdafiəsində iştirak edib. "Viktor Nekrasovun hərbi əsərləri haqda "səngər həqiqəti" danışırdısa, Yevgeni Lvoviç Voyskunskinin romanlarına tamamilə "hərbi-dəniz həqiqəti" demək olardı", - deyə onun haqqında Amnuel yazır. Bu gün Voyskunski Moskvada yaşayır, 91 yaşı var və rusdilli fantastikanın qocaman məşhur müəllifidir. Bakı fantastikasının ilk yığması "Mümkünsüzün formulası" 1964-cü ildə işıq üzü görüb, ikinci "Bu qəribə ulduzlar" isə iri, hətta o vaxt üçün (ələlxüsus da, respublika nəşriyyatı üçün) 200 min nümunə tirajla çıxmışdı. Bakı fantastikasının üçüncü yığması - "Riskin üstünlüyü" 1970-ci ildə nəşr edilib, orada bakılı müəlliflərdən savayı, həmin vaxt məşhur olan Georgi Qureviç də iştirak edib.
Həmin dövrün digər məşhur aktyoru Pavel Amnuel idi. "Xatırladığım qədərilə onun oxuduğum ilk kitabı "Gec açılan bomba" olub. Məhz bu povesti ilə Pavel Amnuel mənim diqqətimi cəlb etdi", - deyə "R+"la müsahibəsində məşhur ədəbiyyat redaktoru və fantastikasevərlərin ümumukrayna birliyinin sədri İrakli Vaxtanqişvili danışıb. Onun sözlərinə görə, müəlliflərin dəyər qrafasında Pavel Rafaeloviç xüsusi yer tutur. Çox nadir olur ki, daha çox məhz elmi fantastika üslubunda yazan müəllif, yazıçı-fantastda bu qədər elmi biliklər və ədəbiyyat dilinin bilikləri həmahənglik təşkil edir.
"Rusiya, o vaxt hələ Sovet fantastikasında ancaq üç mükəmməl ədəbiyyat üslubçularını fərqləndirirdim - Loginov, Praşkeviç və Amnuel. Müstəsna dil və bu elmi mövzunun biliklərinə, nadir rast gəlinir. Amnuel yeganə müəllif idi ki, onun işini birbaşa çap olunmağa verirdim - redaktora, korrektora deyil, birbaşa çapa, çünki Pavel Amnuelin yazılarında, demək olar ki, düzəldiləcək heç nə yox idi!" - deyə Vaxtanqişvili danışır.
Bundan başqa, Amnuel təkcə gözəl yazıçı-fantast deyil, həm də gözəl tənqidçi və elmi populyarlaşdırandır. "Onun müxtəlif elmi mövzularda çoxlu maraqlı və məşhur məqalələri var. Və ən əsası isə diqqətindən yayınmayan odur ki, Amnuel olduqca insanpərvərdir. O, istənilən işdə humanistdir, hətta fantastika detektivdə belə", - deyə Vaxtanqişvili bildirir.
"O, görünür və hiss olunur ki, insanları sevir və onların hiss və arzuları ilə hesablaşır, bir çox işlərində bizə bu haqda danışır. Əsası isə bu mətnaltı fikirləri buraxmır və görür. Əminəm ki, Pavel Amnuelin əsərlərini bəyənənlər, onu müntəzəm oxuyanlar bunu buraxmayacaqlar!" - deyə yazıçı əlavə edib.
Azərbaycan fantastikasından danışarkən, görkəmli yazıçı və ixtiraçı Henrix Altovu (Altşuller) xatırlamamaq olmaz. Altov mürəkkəb taleyi olan insan olub. 1948-ci ildə SSRİ-də ixtiraçılıq işlərinin vəziyyəti ilə bağlı İ.V. Stalinə kəskin tənqidedici məktub yollamışdı. 1950-ci il 28 iyulda həbs olunub və məhkəməsiz 25 il azadlıqdan məhrum edilib. Düşərgədə olarkən bir neçə ixtira edib. Bundan sonra 1954-cü ildə reabilitasiya olunub. Yazıçı-fantast kimi o, 1958-ci ildə "İkar və Dedal" hekayəsi ilə debüt edib.
60-70-ci illərdə Bakı fantastikasını "R+"a söhbətində rusiyalı tərcüməçi, redaktor, naşir, antologist və fantastikasevərlər klubları hərəkatının fəalı Andrey Çertkov belə xatırlayır. "Həmin vaxt mən nə ekspert, nə də naşir deyildim, hələ gənc yazıçı idim. Təbii ki, bütün Bakı fantastlarını uşaqlıqdan oxuyurdum, xüsusən həmin vaxt olduqca populyar olan Altov və Lukodyanovla Voyskunskini yüksək qiymətləndirirdim", - deyə Çertkov danışır.
Çertkov deyir ki, "Gözdən düşmüş zəka" yığmasındakı hekayələri kiçik şah əsərləri hesab edirəm, eyni sözlər Juravlyovun Kir psixologiyası haqda hekayələri və onun "Sıldırım üzərində qar körpüsü" povestinə də şamil edilir.
Çertkov qeyd edir ki, Voyskunski və Lukodyanovun romanları "Mekonq heyəti", "Qara sütun", "Ur, Şamanın oğlu" həmin dövrün ən yaxşı fantastika nümunələrindəndir: "Amnuelə "Ural kəşfiyyatçısı" nəşrinə görə 70-ci illərdə fikir vermişəm, lakin təəssüf ki, onu az nəşr edirdilər, o, bütün şanslarının olmasına baxmayaraq, elmi fantastikanın super-ulduz ola bilmədi, 70-80-ci illərin bütün nəsillərində olduğu kimi, onun da zaman baxımından bəxti gətirmədi".
Bu gün fantastika
Müasir müəlliflərdən realist nəsr sahəsindən bir çox ədəbiyyat mükafatlarının laureatı, həmçinin "Zlata Kan" nüfuzlu Avropa fantastika müsabiqəsinin qalibi Laçın Səmədzadəni xatırlatmaq olar. Onun hekayələri fantastikasevərlərin ilk Azərbaycan klubu "Cənub üçbucağı" tərəfindən buraxılan "Başqa zamanlar" və "Dünyanın kaleydoskopu" adlı yığmalarında işıq üzü görüblər.
Klubun sədri və təşkilatçısı yazıçı Yan Kandova olub. Klubda mütəmadi olaraq görüşlər keçirilirdi və iştirakçıların hekayələri müzakirə olunurdu. Klubun nəşr etdirdiyi yığmalar arasında, həmçinin Aleksandr Hakimov, Yana Kandov, Leyla Məmmədova, Dmitri Zaxarov, Məhərrəm Zeynalov, İqor Revvi, Vasili Silçenkonun da hekayələri işıq üzü görüb.
"Bu, Azərbaycan fantastikasevərlərinin müasir tarixində ilk klub və yerli fantastikanın uzun illər ərzində ilk yığmaları idi", - deyə bizimlə söhbəti əsnasında yazıçı-fantast Aleksandr Hakimov xatırlayır.
Bu illər ərzində Aleksadr Hakimov beş müəllifin fantastika kitabını nəşr edib, tezliklə altıncıya hazırlaşır. Aleksandr Hakimov danışır ki, kitab "Fantastik milliyyətin siması" adlanacaq. "Bu, yeni, əvvəllər nəşr olunmayan hekayələrimin, həmçinin məqalə və oçerklərin yığması olacaq. Ümumilikdə, tendensiyanı izləyərək, bütün peripetiyalara və guya, ədəbiyyatın dəbdən çıxmasına baxmayaraq, Azərbaycan fantastikası mövcud olmaqda davam edir".
Bu, həqiqətən də, belədir. Artıq iki ildir ki, Bakıda fantastikasevərlərin yeni klubu - "Fantastika Bakı" mövcuddur. O, müəlliflərin əsərlərini öz saytında yerləşdirir, hekayələrin müzakirə olunduğu mütəmadi görüşlər keçirir, stolüstü fantastik rol oyunları təşkil edilir, həmçinin birgə fantastik kinoya da baxılır.
MƏSLƏHƏT GÖR: