14 Mart 2025

Cümə, 11:02

ÜMİDVERİCİ BAŞLANĞIC

Azərbaycan qarışıq döyüş növləri üzrə 1-ci Dünya Çempionatının iki medalını qazanıb

Müəllif:

30.10.2013

Sankt-Pe­ter­bur­q­da start ve­ri­lən qa­rı­şıq döyüş növ­lə­ri üzrə 1-ci rə­s­mi Dünya Çem­pi­o­na­tı Azər­baycan id­man­çı­la­rı­nın uğur­lu nə­ticə­lə­ri ilə yad­da qal­dı. 38 öl­kə­nin iş­ti­rak et­diyi ya­rış­da Azər­baycan MMA Li­qa­sı­nı təm­sil edən döyüşçülər 1 qı­zıl və 1 gü­müş me­dal qa­zan­dı.

70 kq-a qə­dər ka­te­qo­riy­a­da çı­xış edən Eti­qad Ata­ki­şiy­ev ar­dıcıl 5 görüşdə qə­lə­bə qa­zan­maq­la öl­kə­mi­zə id­ma­nın bu növündən ilk qı­zıl me­da­lı gə­tir­di. 93 kq çə­ki də­rəcə­sin­də ya­rı­şan Za­ur Hacı­ba­ba-y­ev isə yal­nız fi­nal­da uduz­maq­la gümüş me­dal­la ki­fay­ət­lən­di.

Öl­kə­miz­də ye­ni ya­ra­nan Azər­baycan MMA Li­qa­sı­nın ilk rə­s­mi Dünya Çem­pi­o­na­tın­dan 2 me­dal­la qayıt­ma­sı yüksək nə­ticə­di. Çünki qa­rı­şıq döyüş növ­lə­rin­də rə­qa­bət çox böyükdür.

Bütün görüşlə­ri­ni qə­lə­bəy­lə ba­şa vu­ran Eti­qad Ata­ki­şiy­ev "R+"a bun­la­rı söy­lə­di: "Ya­rış­da rə­qa­bət göz­lə­diy­i­miz­dən çox ol­du. Ru­siya və Uk­ray­na güclü id­man­çı­lar­la təm­sil olu­nur­du. Bi­zim qə­lə­bə­miz lay­iq­li ol­du. Hə­lə Ba­kı­da məş­qlər za­ma­nı məşqçi­lər yal­nız qı­zıl me­dal ba­rə­də düşünməyi tap­şır­mış­dı. Çox se­vi­ni­rəm ki, Azər­bayca­na qı­zıl me­dal­la qayıt­dım. Bu­na gö­rə id­ma­na qayğı gö­s­tə­rən döv­lət baş­çı­sı İl­ham Əliy­e­və min­nət­dar­lıq et­mək is­tər­dim. Azər­baycan­da bütün id­man növ­lə­ri in­ki­şaf et­di­ri­lir. Heç bir ay­rı-seç­ki­lik yox­dur. Həm olim­piya, həm də qey­ri-olim­piya id­man növ­lə­ri­nə diq­qət gö­s­tə­ri­lir."

Eti­qad Ata­ki­şiy­ev ya­rım­fi­nal­da zə­də­lən­mə­si ba­rə­də da­nış­dı. İd­man­çı­mız zə­də­lən­sə də, bu ba­rə­də heç ki­mə de­məy­ib: "İlk də­fə si­zə da­nı­şı­ram. Ya­rım­fi­nal­da əlim­dən cid­di zə­də al­dım. Hə­min əlim­də köh­nə zə­dəm də var idi. Bu çox cid­di prob­lem idi. Am­ma məşqçi­lə­rə heç nə de­mə­dim. On­la­ra hiss et­dir­mə­dən fi­na­la çıx­dım və görüşümü qə­lə­bəy­lə ba­şa vur­dum. Rə­qi­bə zər­bə en­di­rən­də ağrı­lar hiss edir­dim. Əlim bərk ağrıyır­dı, am­ma dözürdüm. Bi­lir­dim ki, he­sa­b­da ön­dəy­əm. Ha­kim əli­mi qal­dı­ran­da ar­tıq heç nə hiss et­mə­dim. Qə­lə­bə is­tə­ni­lən ya­ra­nı sağal­dır. Xoş­bəx­təm ki, Və­tə­ni­min bay­rağı­nı yüksəl­də bil­dim".

İd­man­çı­mı­zın yüksək döyüş qa­bi­liyyə­ti təş­ki­lat­çı­la­rı yax­şı mə­na­da tə­əccüblən­di­rib. Ar­dıcıl 5 qə­lə­bə qa­za­nan Ata­ki­şiy­e­vin lay­iq­li ola­raq dünya çem­pi­o­nu ol­duğu qeyd olu­nub.

Azər­baycan da­ha bir qı­zıl me­da­lı 93 kq çə­ki də­rəcə­sin­də qa­za­na bi­lər­di. Gənc Za­ur Hacı­ba­bay­ev fi­na­la qə­dər məğlu­biyyət­siz irə­li­lə­sə də, son­da təs­lim ol­mağa məcbur olub. Ru­siya təm­sil­çi­si Zna­ur Ze­ta­qu­rov­la görüşdə id­man­çı­mız özünü to­par­laya bil­məy­ib. Za­ur Hacı­ba­bay­ev məğlu­biyyə­ti be­lə iz­ah edib: "Düzünü dey­im ki, fi­nal­da ar­tıq gücümün tükən­diy­i­ni hiss et­dim. Əv­vəl­ki görüşlə­rə çox­lu güc sərf et­diy­im­dən, fi­nal­da zə­i­f­lə­diy­i­mi gör­düm. De­mə­li, gücümü düzgün is­ti­fa­də et­mə­mi­şəm. Rə­qib güclü idi və lay­iq­li qə­lə­bə qa­zan­dı. Ona güclü zər­bə vur­ma­q­da çə­tin­lik çə­kir­dim. Gümüş me­­dal qı­zıl dey­il, am­ma ko­man­da­mız­da ar­tıq bir qı­zıl var. Do­stum Eti­qa­dın uğu­ru­na çox se­vin­dim".

Za­ur məşqçi­lər hey­ə­ti  ilə səh­vlər üzə­rin­də ça­lı­şacağı­nı bil­dir­di. 1 həf­tə­lik is­ti­ra­hət­dən so­nra ko­man­da ye­ni­dən ha­zır­lığa baş­lay­acaq. Onun söz­lə­ri­nə gö­rə, tə­lim-məşq Sankt-Pe­ter­bur­q­da­kı ya­rı­şın təh­li­li  ilə start götürəcək: "Biz ilk ola­raq səh­vlər üzə­rin­də iş­ləy­əcəy­ik. Uğur­lu çı­xış et­mək üçün səh­vlə­ri öy­rən­mə­liy­ik. İlin so­nun­da da­ha bir mö­tə­bər ya­rı­şı­mız olacaq. Hə­min tur­nir­də də lay­i­qincə çı­xış et­mək la­zım­dır".

Qeyd edək ki, Azər­baycan­da id­ma­na gö­s­tə­ri­lən diq­qə­ti, ey­ni za­man­da, yer­li MMA Li­qa­sı­nın fə­a­liyyə­ti­ni yüksək qiy­mət­lən­di­rən Ümumdünya Qa­rı­şıq Döyüş Növ­lə­ri As­so­si­a­siy­a­sı ilin son mö­tə­bər ya­rı­şı­nı ke­çir­məyi bi­zə hə­va­lə et­mək is­təy­ir. Söh­bət Dünya Ku­bo­ku­nun son mər­hə­lə­sin­dən ge­dir. De­kab­r­da baş tu­tacaq mö­tə­bər ya­rış­da çox­lu say­da əcnə­bi id­man­çı­lar da iş­ti­rak edəcək. Azər­baycan MMA Li­qa­sı­nın fə­x­ri pre­zi­den­ti Röv­şən Hə­sə­no­vun söz­lə­ri­nə gö­rə, bey­nəl­xalq qu­ru­mun öl­kə­mi­zə eti­mad gö­s­tər­mə­si tə­bii hal­dır: "Ümumdünya Qa­rı­şıq Döyüş Növ­lə­ri As­so­si­a­siy­a­sı (WMMAA) Azər­baycan­da görülən iş­lər­dən xə­bər­dar­dır. Qu­rum rəh­bə­ri Va­dim Fin­kel­şteyn Ba­kıya sə­fə­ri za­ma­nı bir sı­ra id­man kom­plek­s­lə­rin­də ol­du. Öl­kə­də id­ma­na gö­s­tə­ri­lən diq­qət onu çox se­vin­dir­di. Dünya Ku­bo­ku­nun Azər­bayca­na ve­ril­mə­si tə­s­diq­lə­nən­dən so­n­ra tə­rə­fi­miz­dən təş­ki­lat ko­mi­tə­si ya­ra­dı­lacaq. Bütün iş­lər plan üzrə apa­rı­lacaq və tur­ni­ri yüksək sə­viyyə­də ke­çir­məyə ça­lı­şacağıq. Sankt-Pe­ter­bur­q­da 2 me­dal qa­zan­mağı­mız bi­zim üçün böyük uğur­dur. Ona gö­rə Azər­baycan MMA Li­qa­sı re­g­i­on­lar­da işi da­ha da güclən­dir­məyi düşünür. Gənc id­man­çı­la­rı üzə çı­xar­maq üçün se­lek­siya iş­lə­ri da­vam et­di­ri­ləcək."

Ümumdünya Qa­rı­şıq Döyüş Növ­lə­ri As­so­si­a­siy­a­sı­nın pre­zi­den­ti Va­dim Fin­kel­şteyn də id­man­çı­la­rı­mı­zın uğu­ru ba­rə­də fi­kir­lə­ri­ni "R+" söy­lə- y­ib: "Qı­sa za­man­da ya­ra­nan Li­qa­nın təm­sil­çi­lə­ri 1 qı­zıl və 1 gümüş me­dal qa­zan­dı­lar. Ona gö­rə bütün məşqçi­lə­ri tə­b­rik edi­rəm. Siz düzgün yol­da­sı­nız. Azər­baycan bütün id­man növ­lə­ri ki­mi qa­rı­şıq döyüş növ­lə­ri də yüksə­liş­də­dir. İna­nı­ram ki, uğur­la­rı­nız da­vam­lı olacaq".

Azər­baycan MMA Li­qa­sın­dan bil­dir­di­lər ki, qa­rı­şıq döyüş növ­lə­ri üzrə 2 ye­ni klub ya­ra­dı­lıb. Bun­lar "Ba­ku AzFigters" və "Nax­çı­van Fi­g­ters" ko­man­da­la­rı­dır. Hər iki klu­b­da yüksək ha­zır­lıq­lı id­man­çı­lar top­la­şıb.



MƏSLƏHƏT GÖR:

629