20 Dekabr 2024

Cümə, 05:52

TOPLANANLARIN YERİNİ DƏYİŞMƏKLƏ …

"Azərbaycanla sıx əlaqələrin dəstəklənməsi ənənəvi olaraq Gürcüstanın xarici siyasət strategiyasının bir hissəsidir"

Müəllif:

06.11.2013

Gürcüstan­da ke­çi­ri­lən pre­­zi­dent seç­ki­si nə­ticə­sin­də öl­kə ta­ri­xin­də ilk də­fə bir pre­zi­dent po­s­tun­dan tam sə­la­hiyyət müddə­ti­ni ba­şa vur­maq­la, ye­ri­ni sə­s­ver­mə ilə baş­qa­sı­na təh­vil ve­rə­rək get­di. Gürcüsta­nın Siy­a­sət İn­sti­tu­tu­nun di­rek­to­ru Kor­ne­li Ka­ka­çiya ye­ni pre­zi­den­tin fə­a­liyyə­ti döv­ründə öl­kə­də nə­lə­rin ya­şa­nacağı, Gürcüstan-Azər­baycan müna­si­bət­lə­rin­də bun­dan so­nra han­sı dəy­i­şik­lik­lə­rin baş ve­rə bi­ləcəyi ha­q­da fi­kir­lə­ri­ni "R+" jur­na­lı­na müsa­hi­bə­sin­də açıq­layıb.

- Gürcüstan­da ke­çi­ri­lən pre­zi­dent seç­ki­sin­də ha­kim "Gürcü ar­zu­su" ko­a­li­siy­a­sı­nın na­mi­zə­di Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li inam­lı qə­lə­bə qa­zan­dı. Sa­a­ka­ş­vi­li­ni əvəz­ləy­əcək bu şəx­sin pre­zi­den­t­liy­in­dən nə göz­ləy­ir­si­niz?

- Düşünürəm ki, ye­ni pre­zi­den­tin dö­nə­min­də Kon­sti­tu­siy­aya bə­zi də­y­i­­şik­lik­lər edil­mə­si mümkündür. Hə­­min dəy­i­şik­lik­lə­rə əsa­sən, Gür­cüs­ta­nın pre­zi­dent ida­rə­çi­liy­in­dən qa­­rı­şıq par­la­ment re­s­pub­li­ka­sı­na çe­v­ril­mə­si baş ve­rə bi­lər. Bu hal­da baş na­zir apa­ra­tı­na öl­kə­nin da­xi­li və xa­rici siy­a­sə­tin­də ge­niş sə­la­hiyyət­lər ve­ri­ləcək. Bu dəy­i­şik­lik­lər nə­ti­cə­­sin­də siy­a­si mey­dan­da ay­rı-ay­rı şəx­slə­rin do­mi­nat­lıq et­mə­si­nə son qo­y­u­lacaq və qüvvə­lər nis­bə­ti ya­ra­nacaq.

- Seç­ki­nin nə­ticə­si Gürcüsta­nın Cə­nu­bi Qaf­qaz­la bağlı siy­a­sə­ti­nə necə tə­sir gö­s­tə­rəcək?

- Gürcüsta­nın elan edil­miş xa­rici siy­a­si pri­o­ri­tet­lə­rin­dən tam şə­kil­də im­ti­na edəcəyi göz­lə­nil­mir. O, bun­dan so­nra da re­g­i­o­nal prob­lem­lə­rə hə­mi­şə­ki ba­lan­s­laş­dı­rıl­mış ya­naş­ma­sı­nı qo­ruy­ub sax­lay­acaq. Ye­ni hö­ku­mət Mos­k­va ilə müna­si­bət­lər­də­ki gə­rg­in­liyi azal­tmağa, qar­şı­lıq­lı ma­raq doğu­ran mə­sə­lə­lər­də Ru­siya ilə əmək­daş­lıq et­məyə ça­lı­şacaq. Bu­nun­la ya­na­şı, hö­ku­mət Ab­xa­ziya və Cə­nu­bi Ose­tiy­a­nı Gürcüsta­nın ay­rıl­maz his­sə­si he­sab edir. De­mək, nə qə­dər ki, Ru­siya bu re­g­i­on­la­rın müs­­tə­qil­liy­i­ni ta­nı­ma­q­dan im­ti­na et­məy­əcək, ye­ni hö­ku­mət, çə­tin ki, Mos­k­va ilə müna­si­bət­lə­ri tam dü­zəl­­də bil­sin. Qı­sa de­sək, Gürcüstan Cə­nu­bi Qaf­qaz­da re­g­i­o­nal sa­bit­liy­in də­s­tək­lən­mə­si­nə  yö­nəl­miş ənə­nə­vi siy­a­sə­ti­ni da­vam et­dir­mək is­təy­ir.

- Sa­a­ka­ş­vi­li­nin dövründə Gür­cüstan­la Azər­baycan stra­te­ji tə­rəf­daş­lıq siy­a­sə­ti­ni möh­kəm­lən­di­rib­lər. İn­di bu iki öl­kə­ni nə­hə­ng ener­ji, nəq­liyyat lay­i­hə­lə­ri, re­g­i­o­nal təhlükə­siz­lik mə­sə­lə­lə­ri bir­ləş­di­rir. Ye­ni pre­zi­den­tin dövründə Ba­kı ilə Ti­f­li­sin müna­si­bət­lə­ri­nin necə olacağı­nı düşünürsünüz?

- Azər­baycan­la sıx əla­qə­lə­rin də­s­­­­tək­lən­mə­si ənə­nə­vi ola­raq Gür­cüsta­nın xa­rici siy­a­sət stra­te­g­iy­a­sı­nın bir his­sə­si­dir. İki­tə­rə­f­li müna­si­bət­lə­rin da­im in­ki­şaf­da ol­duğu­nu, iq­­­ti­sa­di və hər­bi əla­qə­lər də da­xil ol­­­maq­la, get­dikcə da­ha çox sek­tor­la­rı əha­tə et­diy­i­ni nə­zə­rə al­saq, Ba­kı ilə Ti­f­lis üçün praq­ma­tik­lik özünə­məx­sus tica­rət mar­ka­sı­dır. O, möh­kəm tə­rəf­daş müna­si­bət­lə­ri­nin əsa­sı­­nı təş­kil edir. Bu­nun­la əla­qə­dar ola­­raq, Azər­baycan­la Gürcüsta­nın ye­ni pre­zi­den­tin dövründə də yük­sək sə­viyyə­də əmək­daş­lığı da­vam et­di­rəcək­lə­ri­ni göz­lə­mək olar.

- Azər­baycan­la Gürcüstan əra­­zi bütövlüyü mə­sə­lə­sin­də da­im bir-bi­ri­nə də­s­tək ve­rib və bu, bey­­nəl­xalq təş­ki­lat­lar çər­çi­və­sin­də də edi­lib. Gürcüsta­nın ye­ni rəh­­bər­liyi dövründə də bu qar­şı­lıq­lı də­s­təy­in da­vam et­di­ri­ləcəy­i­ni göz­lə­mək olar­mı?

- Azər­baycan­la Gürcüsta­nın xa­rici və müda­fiə siy­a­sə­ti, bir qay­da ola­raq, har­mo­nik, hər han­sı cid­di zid­­diyyət­lər ol­ma­dan in­ki­şaf edir. Tə­rə­f­lə­rin bu cür ra­zı­laş­dı­rıl­mış möv­­qeyi on­la­rın ara­sın­da də­qiq an­laş­ma­nın, ko­or­di­na­siy­a­nın, hət­ta "don­du­rul­muş müna­qi­şə­lər" və di­g­ər bey­nəl­xalq prob­lem­lər­lə bağlı bey­nəl­xalq sə­viyyə­də bi­rgə möv­qe nümay­i­şi stra­te­g­iy­a­sı­nın mö­vcud­lu­ğu­­nu gö­s­tə­rir. Düşünürəm ki, Gür­cüs­ta­nın ye­ni rəh­bər­liyi dövründə də bu əmək­daş­lıq da­vam et­di­ri­lə­cək və get­dikcə da­ha da möh­kəm­lə­­nəcək.

- Mi­xa­il Sa­a­ka­ş­vi­li Gürcüstan və­tən­da­şı olan 500 min azər­bay­can­­lı­nın prob­lem­lə­ri­nə ki­fay­ət qə­­­dər diq­qət gö­s­tə­rir­di. Ye­ni rəh­bər­liy­in mil­li siy­a­sə­tin­də dəy­i­şik­lik göz­ləy­ir­si­niz­mi?

- Bu mə­sə­lə­də hər han­sı dəy­i­şik­liy­in olacağı­nı düşünmürəm. Gür­­cüstan çox­mil­lət­li döv­lət­dir. O, de­mo­kra­tik in­sti­tut­lar ya­ra­dır, və­tən­daş cə­miyyə­ti for­ma­laş­dı­rır. Bu sə­bə­b­dən də, Gürcüstan­da is­tə­ni­lən hö­ku­mə­tin mil­li az­lıq­la­ra müna­si­bə­­ti xüsu­si qayğıya əsas­la­nacaq. Bu, azər­baycan­lı az­lığa da aid­dir.


MƏSLƏHƏT GÖR:

462