14 Mart 2025

Cümə, 21:47

KUKLALAR VADİSİ

Rəssamların "Fusion Doll" II beynəlxalq kukla byennalında kuklalarına verdikləri həyat

Müəllif:

12.11.2013

Ek­s­po­zi­siya zal­la­rı­na "səy­a­hət"in lap baş­la­nğıcın­dan elə tə­əssürat ya­ra­nır ki, don­muş nağı­lın sehrli alə­mi­nə düşürsən. Kuk­la­lar can­lı emo­siy­a­lar­la gö­zəl li­bas­lar­da ən müxtə­lif, ma­raq­lı, kon­sep­tu­al, klas­sik, art-obyek­t­lər­dir; fen­te­zi aləm­lə­rin qə­ri­bə kom­po­zi­siy­a­la­rı­dır - obyek­t­lə­rin re­al­lığı­nın və can­lı ol­ma­sı­nın bütöv illüziy­a­sı­dır. Hər­çənd on­la­rı obyekt ad­lan­dır­mağa in­sa­nın di­li gəl­mir: öz­lə­ri kuk­la, la­kin əsl sə­ma­lar­dan gəl­miş mə­lək­lər ki­mi, incə­sə­nət pə­ri­lə­ri ki­mi­dir­lər.

Bu­dur, sul­ta­nın fa­vo­ri­ti, süzgün və ca­zi­bə­dar kur­ti­zan­ka; yo­ru­la­raq, zə­ng­in na­xı­şı­lı ba­lı­şın üzə­rin­də ot­urub; bu­dur, son də­rəcə hə­qi­qi qə­mg­in ba­xış­lı qız yum­şaq ayı­sı­nı köksünə sı­xır; sir­li in­sancıq si­zi onun­la ha­va gə­mi­sin­də sə­hay­ət et­məyə də­vət edir; nar-qı­za ba­xan­da isə in­sa­nın ağzı büzüşür, san­ki in­dicə nar də­nə­lə­ri­nin min­lər­lə zər­rə­si par­t­la­dı; bu­dur, sa­at­saz xey­ir­xah və xəy­al­­pə­rəst si­ma­sı ilə sa­a­tın qar­şı­sın­da day­a­nıb və  san­ki əlin­də əbə­di­liyi sax­layır... Və bütün sə­rg­i­də siz təkcə bir-bi­ri­ni tə­k­rar­lay­an­la­rı dey­il, heç bir-bi­ri­nə ox­şay­an­la­rı be­lə tap­may­a­caq­sı­nız. On­la­rın ha­mı­sı əl işi­dir, ha­mı­sı uni­kal­dır və öz­lə­rin­də us­tad­la­rı­nın, müəl­li­f­lə­ri­nin iz­lə­ri­ni gəz­di­rir­lər. Eol ar­fa­la­rı­nın mu­si­qi­si­ni xa­tır­la­dan sehrli me­lo­diya al­tın­da, böyük ek­ran­lar­da bütün gö­zəl­lə­rin və nağıl per­so­naj­la­rı­nın ye­ni­dən qar­şı­mız­da müxtə­lif ra­kur­slar­da "tən­tə­nə ilə ye­ri­mə­lə­ri" nümay­iş olu­nur.

Ar­tıq  ikinci də­fə­dir ki, ba­kı­lı­lar və pay­tax­tın qo­naq­la­rı­na qey­ri-adi mə­də­niyyət təd­bi­ri­nə baş çək­mək im­ka­nı tə­q­dim olu­nur - ikinci bey­nəl­xalq Ba­kı kuk­la byen­na­lı. Təd­bir təş­ki­lat­çı­la­rı Mə­də­niyyət və Tu­rizm Na­zir­liyi, Mu­zey Mər­kə­zi, Kuk­la Art-Qa­le­rey­a­sı olub.  

Byen­nal tə­sadüfən "Fu­si­on" ad­lan­dı­rıl­mayıb - bu ter­min bi­zə caz­dan ke­çib. Bu, özlüyündə ek­lek­ti­ka­nı, Şərq və Qərb mu­si­qi­si­nin, qə­dim və müa­sir alət­lə­rin bir­ləş­mə­si­ni sim­vo­li­zə edir və bu ad öz­lə­ri san­ki mu­si­qiyə çe­v­ri­lən ek­s­po­nat­la­ra da­ha çox ya­ra­şır­dı. La­kin üslub­la­rın bütün bu qa­rı­şıq­lıq­la­rın­da ay­rıca müəl­li­f­lə­ri səhv sal­maq ol­maz, çünki on­la­rın hər bi­ri öz­lə­ri­nin tə­k­ra­ro­lun­maz ma­ne­ra­la­rın­da iş­ləy­ir və öz­lə­ri­nə ya­xın olan ob­raz­la­rı təcəssüm et­di­rir­lər.

Byen­nal­da dünya­nın 13 öl­kə­sin­dən sə­nət­kar­lar iş­ti­rak edir­di­lər  - Azər­baycan, Ru­siya, Ukray­na, Be­la­rus, Gürcüstan, İs­ra­il, Al­ma­niya, Bel­çi­ka, Qa­za­xı­s­tan, Çe­xiya, İta­liya, Lat­viya və Es­to­niya.

Azər­baycan üç sə­nət­ka­rın işi ilə təm­sil olu­nur­du: öl­kə­də bə­dii kuk­la­la­rın əsa­sı­nı qoy­an El­mi­ra Ab­bas­lı, 20 il­lik sta­jı olan hey­kəl­tə­raş və kuk­la us­ta­dı Ta­mil­la Qur­ba­no­va və  müa­sir incə­sə­nət is­ti­qa­mə­tin­də ça­lı­şan cütlük - Pər­viz Hüsey­nov və İri­na Qun­do­ri­na.

 

El­mi­ra Ab­bas­lı: "Bə­dii kuk­la­lar va­si­tə­si­lə biz mə­nə­viyya­tın ye­ni sə­viyyə­si­nə ke­çi­rik" 

El­mi­ra xa­nım Ab­bas­lı­nın - Azər­baycan­da müəl­lif kuk­la­sı­nın ya­ra­dıcı­sı, ilk növ­bə­də, de­tal­laş­dır­ma və təf­si­lat­lı­lığı ilə, o cümlə­dən də hər bir kom­po­zi­siy­a­sı­na ver­diyi də­rin mə­nə­vi və fəl­sə­fi mə­na­sı ilə hey­rət­lən­di­rir. Bu da heç tə­əccüblü dey­il, be­lə ki, müəl­lif - SSRİ, in­di isə Azər­baycan Rəs­sam­lar İt­ti­fa­qı­nın üzvüdür, Ru­siya pe­şə­kar rəs­sam­la­rı­nın üzvü və Kra­kov şə­hə­rin­də fol­k­lor kuk­la­la­rı­nın ikinci bey­nəl­xalq byen­na­le­si­nin tunc müka­fat­çı­sı­dır; eləcə də bir çox bey­nəl­xalq müsa­bi­qə­lər­də dip­lom­la­ra lay­iq görülüb - sev­diyi işi­nə ömrünün 30 ili­ni ve­rib. Öz iş­lə­ri­ni o, mə­nə­viyyat­la do­lu Şərq, fəl­sə­fi əsər­lər ki­mi səciyyə­lən­di­rir. La­kin ey­ni za­man­da, İçə­ri­şə­hər­də doğu­lan və böyüyən El­mi­ra xa­nım - öl­kə­mi­zin tə­k­ra­ro­lun­maz  ko­lo­rit­lə do­lu və bütün mə­də­ni, ta­ri­xi, in­tel­lek­tu­al və mə­nə­vi ir­si­nin ini­ka­sı­nın, san­ki mi­ni­atürdə hər bir kuk­la­nın re­al in­san nümu­nə­si ol­duğu Köh­nə Ba­kı­nın on iki ob­ra­zı­nın müəl­li­fi­dir. 

El­mi­ra xa­nım öz kom­po­zi­siy­a­la­rı­nı hə­qi­qə­tən klas­sik tər­z­də, özü de­diyi ki­mi, "əsrlik" ya­ra­dır. Do­rğur­dan da, de­tal­laş­ma­dan sa­vayı, onun iş­lə­ri ma­te­ri­al­la­rı­nın key­fiyyə­ti ilə səciyyə­vi­dir. Rəs­sam qay­nar pla­s­tik üsul­dan is­ti­fa­də edir və ma­te­ri­a­lı hiss et­mək, hə­m­çi­nin əl və pla­s­ti­kin ener­ji­si­nin qar­şı­lıq­lı əla­qə­si­ni da­ha yax­şı duy­maq üçün hök­mən əl ilə iş­ləy­ir. Onun kuk­la­la­rı­nın aş­qar­la­rı - yüksək key­fiyyət­li, eko­lo­ji və tə­bi­i­dir - pam­bıq, ağac, tə­bii saç­lar. Kom­po­zi­siy­a­la­rı­nın bütün de­tal­la­rı­nı - pal­tar­la­rı, ak­ses­su­ar­la­rı, bə­zək əşya­la­rı­nı, hət­ta kuk­la­lar üçün al­tlıq və ot­uracaq­la­rı da El­mi­ra xa­nım özü ha­zır­layır, çünki onun söz­lə­ri­nə gö­rə, han­sı­sa de­tal­lar si­fa­riş­lə "kə­nar­da" edi­lər­sə, əmək hə­qi­qə­tən müəl­lif işi ol­maz.

"Mə­nim il­ham mən­bəy­im - Ya­ra­dan­dır", - deyə o bil­di­rir. He­sab edir ki, bütün ob­raz­lar ona yu­xa­rı­dan gə­lir, o isə - sa­dəcə, on­la­rın təcəssümü üçün baca­rıq­lı əl­lər­dir. Rəs­sa­mın söz­lə­ri­nə gö­rə, Azər­bayca­nın, dey­ək ki, Ya­po­niy­a­dan fər­q­li ola­raq kuk­la ənə­nə­si yox­dur, odur ki, hər şeyi özü öy­rən­mə­li olub. İn­di çat­dığı sə­viyyəyə gəl­mək üçün səh­vlər və sı­naq­lar­la do­lu uzun və çə­tin bir yol ke­çib, la­kin o, nə­in­ki ek­s­po­nat­la­rı­nın "tu­tar­lı­lığı­nı", həm də zə­ng­in da­xi­li alə­mi­ni ötürə bi­lir. El­mi­ra Ab­bas­lı­nın çox iş­lə­ri həm Hey­dər Əliy­ev Mər­kə­zin­də, həm mu­zey­lər­də, həm də bu cür iş­lə­rə qiy­mət ve­rən məş­hur şəx­slə­rin şəx­si kol­lek­siy­a­sın­da ar­tıq çox­dan öz­lə­ri­nə möh­kəm "yer ta­pıb"lar.

El­mi­ra xa­nı­mın söz­lə­ri­nə gö­rə, əsas məq­səd - dünyaya təkcə öz kuk­la­la­rı­nı nümay­iş et­dir­mək dey­il, həm də on­la­rın təm­sil et­dik­lə­ri öl­kə­nin mə­də­niyyə­ti­nin zə­ng­i­li­niyini gö­s­tər­mək­dir.  

 

Ta­mil­la Qur­ba­no­va: "Ruh­lan­maq üçün təcrid olun­maq la­zım­dır" 

Ta­mil­la xa­nım Qur­ba­no­va­nın iş­lə­ri ilk ba­xış­dan ra­hat­lığı, yüngüllüyü, incə­liyi və bir qə­dər cil­və­liyi - bir söz­lə, hə­qi­qi qa­dın ob­ra­zı­nın zə­ru­ri at­ri­but­la­rı ilə diq­qə­ti cəlb edir. Hə­qi­qə­tən də, onun kuk­la­la­rı, da­ha doğru­su, füsun­kar, zə­rif, ca­zi­bə­dar, incə­ləş­di­ril­miş gə­lincik­lə­ri - qa­dın­da olan ən cəl­be­dici cöv­hər­lər­dir. 

Əbəs ye­rə, san­ki yu­xu­nun ağu­şun­dan çı­xan və dünyaya açıq və zə­rif gülüşünü nümay­iş et­di­rən və süzgün gö­zə­li əks et­di­rən iş­lə­rin­dən bi­ri­ni elə be­lə də ad­lan­dı­rıb: "Qa­dın­lığın oy­an­ma­sı".   

İx­ti­sas üzrə hey­kəl­tə­raş və di­zay­ner Ta­mil­la xa­nım üçün 1993-cü il bə­dii kuk­la­lar üçün ye­ni dövrün gəl­mə­si­dir. "İn­di kuk­la­la­ra ma­raq çox ar­tıb, əv­vəl­lər biz sa­dəcə, ruh yüksək­liyi ilə iş­lə­mə­li olur­duq", - deyə o, bil­di­rir. Bax­may­a­raq ki, onun kuk­la­la­rı­nın ob­raz­la­rı klas­sik ənə­nə­lə­rə mey­il­li­dir­lər, Ta­mil­la xa­nım ra­zı­la­şır ki, son vax­tlar müa­sir incə­sə­nət və hər han­sı bir idey­a­nın ifa­də­si olan kon­sep­tu­al kuk­la­lar xüsu­si önəm kəsb edir­lər.

İdey­a­la­ra gəl­dik­də isə o, dey­ir ki, is­tə­ni­lən ya­ra­dıcı­lığın ma­hiyyə­ti məhz on­lar­dır. Be­lə ki, bə­dii kuk­la incə­sə­nə­ti son vax­tlar çox in­ki­şaf edib, həm KİV-də, həm in­ter­net­də, həm də sə­rg­i­lər­də ən müxtə­lif ideya və kon­sep­siy­a­la­rı təcəs­süm et­di­rən çox­lu ob­raz­la­ra rast gəl­mək olar. "Əg­ər baş­qa­la­rı­nın ya­ra­dıcı­lığı­na həd­din­dən çox bax­san və öy­rən­sən, on­da da­xi­lin­də xa­os ya­ra­nar. Odur ki, mən ət­raf­da­kı­lar­dan, mə­nim ruh­lan­mağı­ma bu və ya di­g­ər şə­kil­də tə­sir gö­s­­tə­rə bi­ləcək yayın­dı­rıcı amil­lər­dən təcrid olun­mağa ça­lı­şı­ram. Mə­nim hə­də­fim - ta­ma­mi­lə hə­qi­qi ob­raz­lar ya­rat­ma­q­dır", - deyə rəs­sam bil­di­rir. Ta­mil­la xa­nı­mın iş­lə­diyi əsas ma­te­ri­al - özüdo­nan pla­s­tik­dir. Di­zay­ner ki­mi də kom­po­zi­siya və ob­raz­la­rı­nın zə­rg­ər­lik his­sə­si­ni özü ha­zır­layır. Bun­dan baş­qa, təcrübə ke­çə­rək, tez-tez ye­ni ma­te­ri­al­lar və tex­ni­ka­nı sı­na­q­dan ke­çi­rir. Bax­may­a­raq ki, onun ya­rat­dığı hər bir kuk­la tə­k­ra­ro­lun­maz və uni­kal­dır, Ta­mil­la xa­nım tə­əssüflə eti­raf edir ki, əs­lin­də, çox ge­ri qa­lan su­rət­lər ha­zır­la­maq üçün onun ya­rat­dığı ob­raz­la­rı mə­nim­səy­ən­lər də olur. Hər­­çənd, əl­bət­tə ki, be­lə su­rət­lər, əsl əsər ki­mi qiy­mət­li ol­may­acaq - Ta­mil­la xa­nı­mın iş­lə­ri Hey­dər Əliy­ev Fon­du, Azər­baycan Te­atr Mu­zeyi, Döv­lət Gömrük Ko­mi­tə­si­nin mu­zey­in­də, ay­rıca ola­raq YUNESKO pre­zi­den­ti­nin kol­lek­siy­a­sın­da, Ro­s­t­ro­pov­çi­nin ai­lə­si­nin ma­li­ka­nə­sin­də qo­ru­nur.

Bun­dan baş­qa, Ta­mil­la xa­nım - bir çox por­t­ret - kuk­la­la­rın da us­tad və müəl­li­fi­dir. Onun ya­rat­dığı ob­raz ara­sın­da - məş­hur siy­a­sət­çi­lər, mə­də­niyyət, incə­sə­nət xa­dim­lə­ri var. Əsas yer­lər­dən bi­ri­ni Nə­si­bə xa­nım Zey­na­lo­va­nın por­t­ret-kuk­la­sı tu­tur. 

 

İri­na Qun­do­ri­na: "Stim­pank - se­vim­li is­ti­qa­mət­lər­dən bi­ri­dir" 

On il ça­lı­şan və 2006-cı il­dən brend ki­mi mö­vcud olan Pər­viz Hüsey­nov - İri­na Qun­do­ri­na cütlüyü, ar­tıq özünü incə­sə­nə­tin bə­dii kuk­la sa­hə­sin­də ta­nı­dıb.  Bu cütlüyü kon­sep­tu­al incə­sə­nə­tin əsl ek­s­pe­ri­men­ta­to­ru və flaq­ma­nı ad­lan­dır­maq olar. Axı on­la­rın iş­lə­ri təkcə kuk­la­lar dey­il, bu, nağıl, qey­ri-re­al ob­raz­lar və görünmə­miş var­lıq­lar­dır və fan­ta­s­tik hey­van­lar və qey­ri-adi me­xa­nizmlər­dir. Hüsey­no­vun söz­lə­ri­nə gö­rə, həy­at yol­da­şı­nın se­vim­li is­ti­qa­mə­ti tə­sadüfən - stim­pank dey­il (bu­xar ma­şın­la­rı və ha­va gə­mi­lə­ri­nin yo­lu ilə si­vi­li­za­siy­a­nın al­ter­na­tiv in­ki­şa­fı­nı nə­zər­də tu­tan is­ti­qa­mət), fan­ta­ziya süje­ti­nin çər­çi­və­lə­ri­nə "so­xul­muş", müxtə­lif me­xa­nizmlər­dən əca­ib de­tal­lar­la səciyyə­lə­nən üslu­b­dur. Ey­ni za­man­da, kon­sep­tu­al incə­sə­nət sa­hə­sin­də iş­ləy­ə­rək, rəs­sam­lar iş­lə­ri­nin ma­te­ri­al­la­rı və icra­sın­da da ya­ra­dıcı­dır­lar. Papye-ma­şe, pla­s­tik, köh­nə sa­at­la­rın la­zım­sız me­xa­nizmlə­ri, köh­nə şüşə­lər, fla­kon­lar - bütün bu ya­ra­dıcı "zi­bil" on­la­rın əl­lə­rin­də tə­k­ra­ro­lun­maz incə­sə­nət əsə­ri­nə çe­v­ri­lir, uzun müddət üzə­rin­də çə­ki­lən zəh­mət isə on­la­ra ta­mam­lan­mış görünüş bəxş edir. "Əməy­in bölünmə­si" tan­de­min­də, hə­m­çi­nin onun ef­fek­t­liyi və nə­ticə­si də yüksə­lir: kar­kas və əsas obyek­t­lə­ri İri­na xa­nım ya­ra­dır, ob­raz­la­ra tam­lıq və əsas idey­a­nı ve­rən de­tal­la­rın də­qiq ək­si isə - ix­ti­sa­sca me­mar olan Pər­vi­zin zəh­mə­ti­dir. Tex­ni­ka­nın özü, da­ha doğru­su, müxtə­lif tex­ni­ka­lar­dan is­ti­fa­də kuk­la­nı han­sı­sa idey­a­nı ifa­də edən art-obyek­tə çe­vi­rir.

İri­na xa­nı­mın söz­lə­ri­nə gö­rə, bə­dii kuk­la incə­sə­nə­ti bi­zə, əsa­sən, Qər­bdən gə­lib, da­ha so­nra isə çox say­da is­te­dad­lı kuk­la sə­nət­kar­la­rı­nın ol­duğu Ru­siy­aya ke­çib. Rəs­sa­mın fi­k­rincə, is­te­da­dın in­ki­şaf et­di­ril­mə­si üçün müəl­li­fə kuk­la sə­nət­kar­la­rı­nın cə­miyyə­ti ilə sıx əmək­daş­lıq zə­ru­ri­dir: "Rəs­sam di­g­ər­lə­ri ilə ünsiyyət­də ol­ma­dan, in­ki­şaf edə bil­məz. Tək­lik­də o, öz suy­un­da "bi­şir". İn­di  isə ün­siyyət, təcrübə müba­di­lə­si, məs­lə­hət­lər üçün çox im­kan­lar, ümum­dün­ya şə­bə­kə­sin­də çox­lu in­for­ma­siy­a­lar var. Bütün bun­lar rəs­sa­mın in­ki­şaf et­mə­si­nə im­kan ve­rir". 

İncə­sə­nə­tin is­tə­ni­lən növü ki­mi, bə­dii kuk­la incə­sə­nə­ti özünə qar­şı böyük həs­sas­lıq tə­ləb edir. Kuk­la­lar xud­bin olur, diq­qət­siz­lik və la­qey­d­liyə dözmür. Bu cür gö­zəl­liy­in ya­ra­dıl­ma­sı - təkcə böyük za­man tə­ləb edən zəh­mə­tin nə­ticə­si dey­il, həm də se­vg­i­nin məh­su­lu­dur - va­li­dey­nin öv­la­dı­na, rəs­sa­mın əsərinə, Piqmalio­nun - Qalateyaya sevgisidir.



MƏSLƏHƏT GÖR:

485