14 Mart 2025

Cümə, 21:47

MÖHTƏŞƏM CAZ

Dünyaca məşhur şəxslər Bakı və Beynəlxalq Caz Festivalında səsləndirilən musiqi haqqında təəssüratlarını bölüşürlər

Müəllif:

12.11.2013

Caz de­mo­kra­tik­liyi  ilə gö­zəl­dir. O, au­di­to­riy­a­nı bir­ləş­di­rir". Məş­hur ame­ri­ka­lı sak­so­fon­çu Ken­ni Qar­ret Bey­nəl­xalq Caz Fe­s­ti­va­lın­da­kı çı­xı­şı­nı bu fi­kir­lə ta­mam­layıb. Hə­qi­qə­tən də bu ina­nıl­maz emo­si­o­nal və gö­zəl mu­si­qi 10 gün ər­zin­də - Ba­kı fe­s­ti­va­lı məhz bu qə­dər da­vam edib - həm çox­say­lı ta­ma­şa­çı­la­rı, həm də bir çox dünya öl­kə­lə­rin­dən Ba­kıya gəl­miş mu­si­qi­çi­lə­ri bir­ləş­dir­di. Fe­s­ti­va­lın açı­lış mə­ra­si­min­də çı­xış edən Azər­bayca­nın mə­də­niyyət və tu­rizm na­zi­ri Əbülfəs Qa­ray­ev son il­lər öl­kə­də caz mu­si­qi­si­nin təb­liği­nə xüsu­si diq­qət gö­s­tə­ril­diy­i­ni bil­di­rib.

Ba­kı­nın ən vacib mu­si­qi ha­di­sə­lə­rin­dən bi­ri olan bu fe­s­ti­va­lın qo­naq­la­rı ara­sın­da məş­hur fran­sız aktyo­ru Je­rar De­pardye də olub. "Mən bu­raya do­stla­rı­mı gör­mək üçün gəl­mi­şəm. Azər­baycan­da mə­nim çox­lu say­da ta­nış­la­rım var. Am­ma caz da əla­dır. Ca­zı çox se­vi­rəm. Odur ki, mə­nim Ba­kıya gəl­məy­im üçün bu cür sə­bəb­lər var", - deyə aktyor jur­na­list­lə­rə açıq­la­ma­sın­da bil­di­rib.

Ye­ri gəl­miş­kən,  fe­s­ti­val çər­çi­və­sin­də kon­ser­t­lər dörd mə­kan­da ke­çi­ri­lib: Hey­dər Əliy­ev Sa­rayı, Bey­nəl­xalq Muğam Mər­kə­zi, Ba­kı Caz Mər­kə­zi və Rə­şid Beh­bu­dov adı­na Döv­lət Mah­nı Te­a­t­rı.

 

Da­hi  im­pro­vi­za­tor­lar 

Fe­s­ti­val məş­hur te­nor-sak­so­fon­çu Co­şua Red­ma­nın rəh­bər­lik et­diyi ame­­ri­ka­lı kvar­te­tin çı­xı­şı ilə baş­la­yıb. Mu­si­qi­çi "R+" jur­na­lı­na açıq­la­ma­sın­da Ba­kı­nı çox bəy­ən­diy­i­ni söy­ləy­ib. "Bu­ra­da san­ki hər kəs mu­si­qi ilə nə­fəs alır", - deyə o, qeyd edib.

Kvar­te­tin tər­ki­bin­də Aa­ron Qold­berq (for­te­pi­a­no), Ru­ben Ro­qers (kon­t­ra­bas) və Qre­qo­ri Xat­çin­son (zərb) çı­xış edir­di­lər. On­lar ye­ni caz mu­si­qi­lə­ri və Co­şua Red­ma­nın an­sambl üçün yaz­dığı əsər­lə­ri, ey­ni za­man­da, ame­ri­ka­lı mu­si­qi­çi­nin bu il bu­ra­xıl­mış li­rik bal­la­da­lar­dan iba­rət "Walking shadow" al­bo­mun­dan olan se­ç­mə mah­nı­la­rı ifa edib­lər. Red­man 90-cı il­lər­də məşhur­laş­mış, bir çox improvi­za­tor­la ça­lış­mış, pub­li­ka və tən­qid­çi­lər tə­rə­fin­dən qə­bul edil­miş mu­si­qi­çi­lər­dən­dir.

Sən de­mə, Mo­sar­t­la Şo­pen caz mah­­nı­la­rı ilə bir-bi­ri­nə əla uyğun gə­­lir. Bu­nu Mirca­vad Cə­fə­ro­vun rəh­­bər­liyi  ilə "Cə­ngi" "caz-band"ı nümay­iş et­dir­di. "Mən caz və muğa­mın bən­zər ol­duğu­nu an­la­dı­q­da ağlı­ma be­lə bir kon­sert pro­qra­mı ilə çı­xış et­mək idey­a­sı gəl­di. On­la­rın hər iki­sin­də improvi­za­siya var. Oğlum tar­­da klas­sik mu­si­qi­lər ifa et­dik­də mə­nə elə gəl­di ki, san­ki o, caz ifa edir", - deyə "R+" jur­na­lı­na açıq­la­ma­­sın­da Mirca­vad Cə­fə­rov bil­di­rib.

Ba­kı Bey­nəl­xalq Caz Fe­s­ti­va­lı çər­­çi­və­sin­də Bey­nəl­xalq Muğam Mər­kə­zin­də azər­baycan­lı və al­man mu­si­qi­çi­lə­rin kon­ser­ti də olub. Kon­sert­də Əf­qan Rə­sul (fortepi­a­no), Rus­lan Hüsey­nov (bas-gi­ta­ra) və Sa­mu­el Ro­re­ra (zərb) çı­xış edib­lər. Qeyd edək ki, "BMW Jazz Award 2013" müka­fa­tı­nın sa­hi­bi olan ba­ra­ban­çı Sa­mu­el Ro­rer di­g­ər lay­i­hə­lə­rin tər­ki­bin­də "ECM Records" al­bom­la­rı da bu­ra­xır. Bu, kvar­te­tin di­g­ər üzvlə­ri­nə də aid­dir. Əl­bət­tə ki, bu­nu yüksək key­fiyyət və pe­şə­kar­lığın gö­s­tə­rici­si say­maq olar.

Əf­qan Rə­sul IV Re­s­pub­li­ka Pi­a­no­çu­lar Müsa­bi­qə­si la­u­re­a­tı­dır (2004-cü il, 1-ci yer). Pi­a­no­çu ta­ma­şa­çı­la­rın ya­dın­da 2005-2012-ci il­lər­də Ba­kı Bey­nəl­xalq Caz Fe­s­ti­val­la­rın­dakı çı­xış­la­rı ilə qa­lıb. 2011-ci il­də o, Perm­də (Ru­siya) ke­çi­ri­lən caz fe­s­ti­va­lın­da iş­ti­rak edib, 2012-ci il­də isə "Montreux jazz festival"da ya­rım­fi­nal­çı olub.

Ba­kı­da "Qrem­mi" müka­fa­tı la­u­re­a­tı Ken­ni Qar­ret də çı­xış edib. O, Ba­kıya dünya tur­ne­si çər­çi­və­sin­də gə­lib. Qar­re­tin so­nuncu "Pushing the world away" al­bo­mu tə­zə­likcə çı­xıb. "Hər şey dəy­i­şir. Mu­si­qi də dəy­i­şir, dünya da, in­san­lar da. Dyuk El­linq­ton, Maylz De­vis ki­mi da­hi­lər olub. Am­ma bu, ke­ç­miş­də qa­lıb. Bu gün on­la­rın va­ris­lə­ri var - şöh­rət, ənə­nə, us­ta­lıq. Mə­nə elə gə­lir ki, bu gün mu­­si­qi is­ti­qa­mət­lə­ri­ni müəyyən­ləş­dir­mək­də se­çim im­kan­la­rı var. Caz da is­tis­na dey­il - o, möh­tə­şəm­dir! Caz­da baş­lıca­sı ener­ji­nin zal ilə səh­nə ara­sın­da ax­ma­sı­dır. Caz­da ram­pa­lar yox­dur. Odur ki, improvi­za­siy­a­lar­da hər kəs iş­ti­rak edir. Caz de­mo­kra­tik­liyi  ilə gö­zəl­dir. O, au­di­to­riy­a­­nı bir­ləş­di­rir", - deyə Ken­ni Qar­ret tə­əssürat­la­rı­nı "R+" ilə bölüşər­kən bil­di­rib.

 

Ca­zın əf­sa­nə­lə­ri 

Hey­dər Əliy­ev Sa­rayın­da ke­çi­ri­lən möh­tə­şəm kon­sert fe­s­ti­va­lın son ak­kor­du olub. Ba­kı­lı­lar və pay­tax­tın qo­naq­la­rı qar­şı­sın­da müa­sir ca­zın əsas ro­man­tik­lə­rin­dən olan Bob Ceyms və caz mu­si­qi­si­nin əf­sa­nə­si De­vid Sen­born çı­xış edib­lər. Məş­hur ame­ri­ka­lı caz pi­a­no­çu­su, bə­s­tə­kar, aran­jman­çı, prodüser Bob Ceyms jazz fusion, crossover jazz, smooth jazz is­ti­qa­mət­lə­ri­nin əsa­sı­nı qoy­an­lar­dan­dır. O, müntə­zəm ola­raq caz fe­s­ti­val­la­rın­da çı­xış edir, "Four play" kvar­te­ti­nin tər­ki­bin­də qastrol­la­ra yol­la­nır. Ceymsin hər bir ye­ni işi müa­sir caz dünya­sın­da ha­di­səyə çe­v­­ri­lir.

De­vid Sen­bor­na gə­lincə, o da bütün dövrlə­rin ən da­hi sak­so­fon­çu­la­rın­dan­dır. Ame­ri­ka­lı mu­si­qi­çi al­tı­qat "Grammy Awards" müka­fat­çı­sı­dır. Son bir ne­çə onil­lik­də o, sak­so­fon­da ifa və ən müxtə­lif is­ti­qa­mət­lə­rə məx­sus çox­say­lı mu­si­qi­çi­lər üçün is­ti­qa­mət­ve­rici olub.

Fe­s­ti­val çər­çi­və­sin­də dünyaca məş­hur mu­si­qi­çi­lər Avi­şai Ko­hen, Mar­kus Mil­ler, Kri­s­tof Çex, Alek­sandr Ma­şin və di­g­ər­lə­ri­nin iş­ti­ra­kı ilə kon­ser­t­lər ke­çi­ri­lib. Kon­sert pro­qra­mı ilə çı­xış edən­lər ara­sın­da ta­nın­mış Azər­baycan ifa­çı­la­rı Sal­man Qəm­bə­rov, Emil Əf­ra­siy­ab və di­g­ər gənc və is­te­dad­lı caz mu­si­qi­çi­lə­ri də olub­lar.

Azər­baycan ca­zı­nın əsa­sı ötən yüzil­liy­in 30-cu il­lə­ri­nin son­la­rın­da da­hi mu­si­qi­çi­lər Ni-y­a­zi və To­fiq Qu­liy­ev tə­rə­fin­dən ya­ra­dıl­mış, "Döv­lət caz or­ke­s­t­ri" ki­mi ta­nı­nan Döv­lət Es­t­ra­da Or­ke­s­t­ri ilə qoy­u­lub. Or­ke­s­t­rin ilk kon­sert pro­qra­mı­na klas­sik caz mu­si­qi­lə­ri  ilə ya­na­şı, Niy­a­zi və To­fiq Quliy­e­vin mah­nı­la­rı da əla­və edil­miş­di. 1941-1945-ci il­lər­də və müha­ri­bə­dən so­nra­kı döv­rdə Döv­lət Caz Or­ke­s­t­ri­nə bə­s­tə­kar Ra­uf Hacı-y­ev rəh­bər­lik edib. 50-60-cı il­lər­də isə SSRİ-nin Qər­bə qar­şı yö­nəl­miş təb­liğat ma­şı­nı öl­kə­də bu mu­si­qi ja­n­rı­nın in­ki­şa­fı­na cid­di zər­bə vur­du. 1960-cı il­lər­də Qa­ra Qa­ray­ev, Niy­a­zi, To­fiq Qu­liy­ev və Ra­uf Hacıy­ev ki­mi mu­si­qi­çi­lə­rin də­s­təyi və rəh­bər­liyi  ilə Azər­baycan­da es­t­ra­da və caz mu­si­qi­si ikinci ömrünü ya­şa­ma­ğa baş­la­dı. Hə­min il­lər­də Ra­fiq Ba­bay­ev tə­rə­fin­dən "Qaya" vo­kal kvar­te­ti ya­ra­dıl­dı, nə­hay­ət, Va­qif Mu­s­ta­fa­za­də­nin era­sı baş­la­dı.



MƏSLƏHƏT GÖR:

427