Müəllif: Sabirə MUSTAFAYEVA, Vəfa ZEYNALOVA Bakı
Saç düzümü, kəsilməsi, rənglənməsi, manikür, pedikür və sair. Bizgözəlliksalonlarına özümüzə "əlgəzdirmək" niyyəti ilə giririk. Ammaoradasağlamlığımızasondərəcə cidditəhlükələrlə qarşılaşırıq. Əksəriyyətimizgözəlliksalonlarının çoxununelementarsanitartələblərinə cavabvermədiyinibilsəkdə, gözəlliksənayesininqaydaları ilə hesablaşmağa, müəyyən əhəmiyyətlitədbirlərə, ənazı, saçımızı səliqə ilə darayaraqgetməyə məcburuq.
Niyə buqədər çətindir?
Azərbaycandakı gözəlliksalonları tibbsahəsindənyox, məişətxidmətlərisahəsindən ərsəyə gəlib. Sovet İttifaqı dövründə belə idi. İndi bütün postsovet ölkələrində eyni vəziyyət müşahidə olunmaqdadır. Odur ki, gözəllik və sevinc üçün buraya gələn insanlar öz səhhətlərinə problem yaratmaq təhlükəsi ilə üz-üzə qalırlar. Sizi salonda istifadə olunan bütün əşyaların dezinfeksiya və sterilizə olunduğuna əmin edə bilərlər. Amma onların bəzilərində alətləri mükəmməl şəkildə dezinfeksiya etmək əvəzinə, manikür qayçıları sadəcə spirtli pambıqla silinir, daraqların üzərindən isə sadəcə əvvəlki müştəridən qalmış saç kəpəyi təmizlənir. Və... yenidən istifadə.
Doğrudur, gözəllik salonunda, hətta QİÇS-ə yoluxmağın mümkün olduğuna inanmaq çətindir. Amma bu, həqiqətən belədir. Orada bir çox digər virus və stafilokkoklara da yoluxmaq olar. Göbələk, bit və digər xəstəliklər öldürücü təhlükə daşımır. Amma bu, heç də arxayınlaşmağa əsas vermir. Bakteriyalar və viruslar insan orqanizminə kəsici alətlər, məsələn, dırnaqtutan, qayçı, tatu iynəsi və ya pirsinq vasitəsilə yoluxa bilər. İnfeksiyanın bir insandan digərinə keçməsi üçün iynənin ucunda və ya manikür qayçısında qalmış cüzi qan damcısı kifayətdir. Əvvəlki müştəri xəstədirsə, bu halda həmin xəstəlik növbəti şəxsə də yoluxacaq. Bu sanitar savadsızlığı aradan qaldırmaq üçün deyəsən, hələ uzun zamana ehtiyac var. Məsələ ondadır ki, gözəllik salonlarının əksəriyyətinin rəhbərləri bu məsələyə ciddi yanaşmır, dezinfeksiya və sterilizı işlərində qənaət etməyə çalışırlar. Bəs səbəb nədir? Gözəllik salonu biznesinin təmsilçilərindən biri "R+" jurnalına açıqlamasında bildirib ki, sterilizə və dezinfeksiya normalarına tam əməl olunması həddindən artıq baha başa gədir və bu halda salon xeyli ziyana düşür.
Necə olmalıdır?
"Xüsusi avadanlıqlar - alətlər, mikrobları öldürən lampalar, dezinfeksiya vasitələri və digər kifayət qədər bahalı mayelər alınmalıdır. Bundan başqa, salonlarda sanitar normalara əməl olunması üçün ciddi işlərə və vaxta ehtiyac var. Məsələn, uçot və nəzarət jurnalı tutmaq, dezinfeksiya məhlullarının konsentrasiyasından baş çıxarmaq, məhlulların istehsal tarixinə dair qeydlər aparmaq və onun istifadə müddətini nəzarətdə saxlamaq lazımdır. Üstəlik, dezinfeksiya vasitələrinin özünün də istifadə müddəti var. Amma xərclər bununla da bitmir. Ustalar üçün bir neçə dəst alət almaq daha baha başa gəlir. Amma ustanın saç kəsməklə və ya manikürlə məşğul olduğu dövrdə bir yox, iki alət dəsti sterilizədən keçməlidir. Buna isə vaxt lazımdır. Yaxşı alətlər çox bahadır, onların sterilizə qurğusunda qızdırılması isə alətin daha tez sıradan çıxmasına səbəb olur. Qayçılar korşalır. Onların hər birinin itilənməsi 10 manat və daha bahadır", - deyə həmsöhbətimiz bildirir.
Bir çox gözəllik salonu rəhbərləri sanitar normalara riayət olunması problemini salonda çalışan ustaların üzərinə atırlar: "Alətlərinizin təmizliyinə özünüz riayət edin". Nəticədə bərbərlər və digər personal nəinki hər ay salon sahibinə icarə haqqı ödəməli olur, həm də dezinfeksiya və sterilizı üçün pul xərcləmək məcburiyyətində qalır. Aydındır ki, ustalar bahalı avadanlıqlar və alətlər almaq iqtidarında deyillər.
Salon biznesi nümayəndəsinin sözlərinə görə, belə obyektlərin rəhbərləri sanitar tələblərə əməl olunması konsepsiyasına tamamilə yenidən baxmalıdırlar. Hər bir salonda dezinfeksiya və digər sanitar işlərin aparılması üçün ayrıca otaq olmalıdır. Salon administrasiyası bu işi öz xərcləri sırasına daxil etməlidir. "Yeri gəlmişkən, işçilərdən hansınasa bu işin öyrədilməsi, ona bu işə görə bir az artıq əməkhaqqı vermək heç də çətin deyil. Bundan başqa, daxili reqlament müəyyənləşdirmək olar ki, orada antisanitariyanın yolverilməzliyi, belə hallara görə cəza və cərimələrin tətbiq olunacağı əksini tapsın. Axı salonlarda sanitar normalara əməl olunmamasına görə ciddi cəzalar - cərimələrdən tutmuş, salonun fəaliyyətinin dayandırılması və qapadılmasınadək - nəzərdə tutulur. Amma bu, əlbəttə ki, müvafiq strukturların ciddi nəzarətinin olduğu halda mümkündür", - deyə həmsöhbətimiz qeyd edir.
Alət və avadanlıqların hazırlanması alqoritminin şəklinə gəlincə, gözəllik salonlarına tez-tez baş çəkməyi sevənlərin nəzərinə çatdıraq ki, sıxaclar, biqudilər, örtüklər və saçların kimyəvi burulması üçün torlar sabunlu suda yuyulmalıdır. Daraqların, şotkaların, saç kəsmək üçün nəzərdə tutulmuş qayçıların da sabunlu su ilə təmizlənməsi, bir neçə saat ultrabənövşəyi şüa buraxan qutuda saxlanılması vacibdir. Kosmetik alətlər sabunlu su ilə yuyulmalı və həmin qutuda saxlanılmalıdır. Elektrodlar, fizioterapiya avadanlıqları və alətləri spirtlə təmizlənməlidir. Dərini zədələyə biləcək manipulyasiya alətləri (manikür, pedikür, üzün təmizlənməsi və digər kosmetik xidmətlərin göstərilməsində istifadə olunan alətlər) dezinfeksiya olunmalı, sterilizı edilməli və bu, hər müştəri ilə işdən sonra təkrarlanmalıdır. Yəni onlar suya qoyulmalı, axar su ilə yuyulmalı və sterilizı edilməlidir. Ən yaxşısı, birdəfəlik alətlərdən istifadədir. Amma onlar uzunmüddətli alətlər qədər keyfiyyətli olmur.
Yeri gəlmişkən, salon biznesi ilə məşğul olan şəxs hər bir müştəriyə ustadan istifadə edəcəyi alətlərin paketini onun gözü qarşısında açmasını tələb etməyi məsləhət görür. Müştəri salonda hansı ağdan, salfetdən istifadə edildiyinə də diqqət yetirməlidir - şübhəsiz ki, onlar birdəfəlik istifadə üçün nəzərdə tutulan olmalıdır. İstənilən halda, salona qiyməti onun təmir səviyyəsi və pərdələrinə görə vermək olmaz. Qiymət orada alətlərin sterilizısi, dezinfeksiyası ilə bağlı vəziyyətin necə olmasına, personalın hansı ehtiyat tədbirləri görməsinə görə verilməlidir.
Cərimələr və sanksiyalar
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya şöbəsinin mübiri Ziyəddin Kazımov "R+" jurnalına açıqlamasında bildirib ki, Bakının gözəllik salonları və bərbərxanalarında mütəmadi olaraq monitorinqlər aparılır. Nəticədə bir sıra pozuntular üzə çıxır. "Məsələn, təcrübəli ustaların yanında gənc şagirdlərin olduğunu tez-tez görürük. Onların elementar tibbi baxışdan keçməsinə heç kim nəzarət etmir", - deyə Kazımov bildirir. Onun sözlərinə görə, bu gün salonlardakı əsas problem gigiyena normalarına əməl olunmamasıdır. Bu, hələ də hepatit, QİÇS, müxtəlif dəri xəstəlikləri və pedikulez (başqa sözlə, bitlər) yoluxma hallarının yaşanmasına imkan verir. Bunun üçün daim xüsusi sterilizə olunmuş vasitələrdən istifadə edilməlidir. Əksər salonlarda dezinfeksiyanın aparılması üçün lazımi vasitələr olsa da, işçilər və gənc şagirdlər əksər hallarda onlardan istifadə qaydalarını belə, bilmirlər. Bu da yalnız müştərilərin deyil, onların özlərinin də müxtəlif xəstəliklərə yoluxma riskini artırır.
Gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir. Amma bununla yanaşı, artıq gigiyena qanunlarını kobud şəkildə pozan bir neçə salon üzə çıxarılıb. Onlardan səkkizi artıq qapadılıb. Belə salonların rəhbərlərinə qarşı sanksiyalar və cərimələr tətbiq olunur.
Təcrübə göstərir ki, təmizliyə riayət olunmaması bir müddət heç bir problem yaratmasa da, uzun perspektivdə ciddi ziyanla sonuclana bilər. Sanitar qaydaları pozan salonlara, ən azı, müştəri bir də getməyəcək.
MƏSLƏHƏT GÖR: