Müəllif: Nurlanə QULİYEVA Bakı
Yaxşılıq et, at dəryaya, balıq bilməsə də Xaliq biləcək", - öz xeyirli əməllərini reklam etməməyi məsləhət görən Azərbaycan atalar sözlərində belə deyilir. Əlbəttə, fəlsəfi fikirlər tamamilə aydındır - insan yaxşlığı cəmiyyətin razılığını qazanmaq üçün deyil, ürəyinin və vicdanının səsinə görə etməlidir. Lakin faktdır: bu gün biz xeyriyyəçiliyin - özünü reklam imkanı və hətta biznesin irəliləməsinin bir hissəsi olan dünyada yaşayırıq. Amma işin mahiyyətinə görə bu heç də vacib deyil - əgər nəticədə ayrılıqda ehtiyac içində olan birisi yardım alırsa, onda məqsəd vasitəyə haqq qazandırır... Bu yaxınlarda reklam olunan mesenatlıq Azərbaycan şirkətləri üçün də açıldı və "korporativ sosial məsuliyyət" (KSM) anlayışı artıq heç də onlara yad deyil. Düzdür, heç də həmişə hələlik yerli iş adamları KSM-in qlobal vəzifələrini əhatə edə bilmirlər və bəzən onlar xərclərin bu sütununa praktiki olaraq özlərinin bütün sosial və xeyriyyə aksiyalarını yazırlar. Halbuki KSM - cəmiyyətə xeyir gətirən uzunmüddətli layihələrin şirkətlər tərəfindən dəstəklənməsi və maliyyələşməsidir.
Artan populyarlıq
Qərb mütəxəssislərindən biri Cinn Meyster hesab edir ki, bizim zamanımızda KSM-in populyarlığının səbəbi o faktdan ibarətdir ki, istehlakçılar məhsulların istehsalıçısına daha çox diqqət yetirirlər, müasir işçilər isə iş verəndən sadəcə maaşın ödənilməsindən də artığını istəyirlər. Onlara şirkətin gəlirləri üçün cəmiyyətə faydalı olmağı dərk etdirəcək qürur hissi və işlərindən məmnunluq duymaları lazımdır. Cəmiyyət isə öz növbəsində o müəssisələrin məhsullarına üstünlük verməlidirlər ki, sosial və ekoloji layihələrini onların köməkləri hesabına reallaşdırırlar. İdeyasına görə şirkətlərin könüllü istəyi olaraq, korporativ sosial məsuliyyət artıq çoxdan inkişaf etmiş dünyada uğurlu biznesin məcburi şərtinə çevrilib. "Bütün dünya KSM tərəfə dönəndən sonra hərəkəti saxlamaq çətindir. Hər il 9 mindən çox şirkət KSM üzrə 40 mindən artıq hesabat verir", - deyə C. Meyster qeyd edir.
KSM sadəcə ictimaiyyətlə əlaqə funksiyası deyil, korporativ idarə etmənin tərkib hissəsidir, onun prinsipləri düzgün tətbiq edildiyi halda strateji inkişafın güclü faktoruna çevrilir, işgüzar reputasiya və rəqabət qabiliyyətinin möhkəmlənməsinə, eləcə də şirkətin bazar kapitallaşmasının artmasına səbəb olur.
"KSM strategiyası çərçivəsində həyata keçirilən sosial innovasiyalar şirkətlərə nəinki vətəndaş mövqeyini nümayiş etdirməyə imkan verirlər, həm də seçilmək, yeni məhsullar və istiqamətlər inkişaf etdirmək imkanı verən, brendlə istehlakçı arasında emosional əlaqə yaratmaq və bununla da loyalılığın artımına səbəb olaraq mühüm marketinq alətinə çevrilirlər", - deyə KSM sahəsində olan ekspertlər hesab bildirirlər.
Onların fikrincə, şirkətlərə korporativ sosial məsuliyyətin verdiyi üstünlük özündə personalın məmnunluğunun artmasını, kadr dəyişkənliyinin azalması və brendin dəyərinin artmasını birləşdirir. Bu kompaniyada iştirak etməyənlər biznesdə imkanlarını əldən verirlər, rəqabət üstünlüklərini itirirlər və idarəetmədə geri qalırlar. KSM strategiyasının tətbiq etməyərək, onlar birinicsi, öz məhsullarının cəmiyyətə və ətraf mühitə təsirini izləmir və təsir etmirlər, ikincisi isə iqtisadi potensiallarını bütünlüklə reallaşdırmırlar.
Qeyd etmək lazımdır ki, hazırda dünyada KSM sahəsində təxminən 30 beynəlxalq standart mövcuddur. Onlar qiymətləndirilmənin aparılması və KSM tədbirlərinin idarə olunması, eləcə də korporativ səviyyədə bu sahədə hesabatlılığın təqdim olunması üçün təyin olunublar. Bu standartlara uyğun olmaq heç hətta məşhur iri şirkətlər üçün də asan deyil, lakin onların yerinə yetirilməsinə edilən cəhd bu gün xeyriyyəçi imicinin dəstəklənməsinin əsas şərtidir.
Xeyriyyəçilikdən məsuliyyətə
Azərbaycanda "korporativ sosial idarəetmə" terminini bir neçə şirkətlər press-relizlərində hələ 2000-ci ilin əvvəllərindən qeyd etməyə başlayıb. Burada pionerlər xarici sərmayədarların iştirakı ilə yaradılmış iri şirkətlər olublar. Lakin əvvəldən, bu tendensiya da, təəssüf ki, bu gün də izlənilir, Azərbaycan şirkətləri xeyriyyəçiliklə bağlı olanlara daha çox üstünlük verməyə başladılar. Belə ki, bayram günlərində qocalar evində, uşaq evində və s. maddi yardıma ehtiyacı olanlar üçün ziyarətlər asan şəkildə "KSM" sütununa yazılır və cəmiyyətə korporativ məsuliyyət üzrə öhdəliklərin yerinə yetirilməsi kimi təqdim edilir.
Hərçənd, əslində, xeyriyyəçilik ilə KSM arasında prinsipial fərq mövcuddur. "Düzdür, ağaclar əkən, bazarda vəziyyət haqda hesabat hazırlayan, kiçik layihələr həyata keçirən şirkətlər var idi, amma onlar sistem xarakterli irəliləyiş yaratmadılar", - deyə KSM-in öyrənilməsi və tətbiqi ilə məşğul olan "CSR Azerbaijan" şirkətinin direktoru Rəşad Camal qeyd edib.
Halbuki korporativ sosial məsuliyyətin əsaslı prinsipləri vardır ki, onlardan birincisi layihəyə qoyulan vəsaitlərin (dərhal deyil, zamanla, artan satış, məhsula etibarın artması və s. qismində, yəni son nəticədə şirkətin gəlirinin artması qismində) qayıdışıdır. İkinci və üçüncü şərtlər isə şirkət əməkdaşlarına qarşı hüquqi qaydalar və etik normalara əməl olunmasından ibarətdir ki, bu da uyğun olaraq korporativ idarə etmənin əsasını təşkil edir. Yəni ilk əvvəlcə menecment öz təşkilatı daxilində qaydaya salmalı, müəssisənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyanın minimuma endirilməsini təmin etməli, mövcud olan resurslardan qənaətli şəkildə istifadə etməli, əməkdaşların əmək hüquqlarına əməl etməli və s. ancaq bundan sonra cəmiyyətə əlavə sosial layihə ilə çıxmaq olar.
"Deyək ki, Azərbaycanda istehsal fəaliyyəti ətraf mühitə ciddi ziyan vuran müəssisə çalışır. O, ağacların əkilməsi ilə bağlı aksiya keçirdi və elan etdi ki, bunu KSM çərçivəsində edir, yəni zərərin kompensasiyası üzrə cəmiyyət qarşısında öz məsuliyyətini sosial layihə kimi təqdim edir. Bu, kökündən düz deyil", - deyə R. Camal iddia edir. "Xaricdə belə hallara olduqca diqqətlə yanaşırlar, istehsalçı tərəfindən "zərərli" hallar, əməkdaşların hüquqlarının pozulmasını aşkara çıxarılmasına görə milyonlarla kompensasiyaların alınmasına dair nümunələr mövcuddur. Lakin bizdə hələlik bu cür fəallıq müşahidə olunmur", - deyə ekspert qeyd edir.
KSM-in dördüncü mühüm prinsipi layihələrin mütləq davam etdirilməsidir. Yəni heç bir halda bir hədiyyə və yardım paylanması ilə bağlı bir dəfə keçirilən aksiya olmamalıdır - bu xeyriyyəçilikdir, cəmiyyətə də belə təqdim olunmalıdır. "Bundan başqa, əminliklə deyə bilərəm: bu cür mesenatlıq bəzən cəmiyyətə ziyan vurur. Deyək ki, uşaq evlərinin sakinlərini təmənnasız hədiyyələrə öyrədərək, biz onlarda psixoloji əminlik formalaşdırırıq ki, cəmiyyət həmişə onların qayğısına qalmalıdır. Bununla da, internat divarlarını tərk etdikdən sonra onlar sadəcə olaraq - qida, geyim, yaşayış yeri - bunları qazanmaq lazım olduğunu təsəvvür belə etmirlər. Nəticədə isə çox tez-tez cinayətkar aləmin asan qənimətinə çevrilirlər", - deyə R. Camal hesab edir.
Başqa məsələ, əgər bir şirkət uşaq evindən yuxarı məktəb yaşında olan 10 uşağın təhsil haqqının ödənilməsinə dair üzərinə öhdəlik götürür, deyək ki, tikiş işini, digər bir şirkət yaxşı şəkil çəkə bilən istedadlı uşaqların müəyyənləşdirilməsinə dair müsabiqə keçirəcək və onların təhsil haqqlarını ödəyəcək, işlərinin sərgisini keçirəcək və cəmiyyətə təqdim edəcəklər. Uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi üçün oyunlardan başqa, gigeyena qaydalarna əməl olunması, xəstəliyin qarşısının alınmasına dair vasitələr və s. oyun və aksiyaların keçirilməsi daha məqsədyönlü olardı. "KSM çərçivəsində 5 il müddətində layihə reallaşdırmaq və nəticədə cəmiyyətə istedadlı rəssamlar, musiqiçilər, həkimlər vermək olar - bu da vəsaitlərin bəraətverici yatırımı olacaq", - deyə ekspert bildirib.
Haqlı reklam
Bu halda şirkətlərin KSM sahəsində layihələrinin fəaliyyətinin təbliğinə sahibkarlıq subyektlərinin daha çox sayını buna cəlb etmək nöqteyi nəzərindən tamamilə haqq qazandırmaq olar.
Qeyd etmək lazımdır ki, dünyada KSM-in qavranılma və tətbiq olunma formulu var. Ümumilikdə, ən azı 10 il lazımdır ki, cəmiyyət, biznes dairələr həqiqətən də cəmiyyətə faydalı olan layihələrin reallaşması və irəli çəkilməsinə qədər "yetişməlidirlər". Azərbaycanda da bu baş verdi, hərçənd KSM prinsiplərini tətbiq etmə prosesinə cəlb edilmiş şirkətlər bu gün o qədər də çox deyil, amma onlar arasında layihələrə görə rəqabət yaranıb ki, bu da öz-özlüyündə bu hərəkatın inkişafı üçün kifayət qədər yaxşı stimuldur.
"Əsasən telekommunikasiya sektorunda olan şirkətlər və banklar rəqabət aparırlar və mühüm olan odur ki, artq rəqabət predmeti təkcə reallaşan layihələrin sayı deyil, həm də onların cəmiyyətə nə qədər xeyir gətirəcəkləridir", - deyə R. Camal qeyd edib.
Lakin mövcud problemləri nəzərə alaraq, KSM çərçivəsində layihələrin məğzi və effektivliyi üzərində istər ictimai, istərsə də müəyyən mənada inzibati nəzarətin labüdlüyü yenə də mövcuddur. Və onda KSM tədricən bir çox inkişaf etmiş ölkələrdə baş verdiyi kimi korporativ idarəetmə və menecmentliyin baza ideologiyası olacaq. Onda bu hərəkata hazırda hələ ki müşahidə edilməyən kiçik və orta biznes nümayəndələrini cəlb olunmasını gözləmək lazım gələcək. Və ən əsası - bu şəkildə dövlətin müdaxiləsi olmadan olduqca labüd ekoloji, sosial və iqtisadi problemləri həll etmək mümkün olacaq.
MƏSLƏHƏT GÖR: