5 Dekabr 2025

Cümə, 19:08

OYUNDANKƏNAR

"R+" Premyer-liqanın 13 turundan sonra ümidləri doğrultmayan legionerlərin siyahısını tərtib edib

Müəllif:

19.11.2013

Fut­bol üzrə Azər­baycan Çem­pi­o­na­tın­da dünya miq­yas­lı id­man­çı­la­ra rast gəl­mək çə­tin­dir. Bu sə­bə­b­dən, han­sı­sa klub azacıq ta­nı­nan bir le­g­i­o­ne­ri hey­ə­ti­nə qa­tan­da bu, azar­keş­lə­rin böyük ma­rağı­na sə­bəb olur.

Am­ma xa­rici oy­un­çu­lar heç də bütün hal­lar­da ümid­lə­ri doğrul­tmur. Bu­nun obyek­tiv sə­bəb­lə­ri də var - bə­zən on­lar­la bağlı göz­lən­ti­lər hə­min id­man­çı­la­rın po­ten­si­a­lın­dan çox yüksək olur. Am­ma bə­zən le­g­i­o­ner­lə­rin öz­lə­ri də aşağı sə­viyyə­li oy­un sə­rg­i­ləy­ir­lər. Son­da be­lə oy­un­çu ya gününü eh­tiy­at oy­un­çu­lar skamya­sın­da, ya da əvə­ze­dici hey­ət­də ke­çi­rir. R+ Premyer-li­qa­nın 13 tu­run­dan so­nra ümid­lə­ri doğrul­tmay­an le­g­i­o­ner­lə­rin siy­a­hı­sı­nı tər­tib edib.

 

Ma­ri­us Pe­na

Ru­mın for­vard zo­laq­lı for­ma­da çıx­­dığı ilk oy­un­dan sə­viyyə­li hü­cu­m­çu ol­duğu­nu gö­s­­tər­məyi bacar­dı. Yaya qə­dər "Ba­kı"nın rə­qib­lə­ri­nə ba­şağrı­sı olan Ma­ri­u­sun 2013/14 mövsümünə ye­ni ça­lış­dı­rıcı ilə baş­lay­an pay­taxt təm­sil­çi­si­nin əsas si­ma­la­rın­dan bi­ri ola­raq qa­lacağı­na şübhə edən az idi. Ancaq "Qa­ra­bağ"ı "Ba­kı"ya dəy­i­şən hücu­m­çu Ra­uf Əliy­e­vin rə­qa­bət­də Pe­naya udu­zacağı­nı söy­ləy­ən­lər ya­nıl­dı. Ağdam ko­man­da­sın­da da çiy­in-çiy­nə oy­na­dığı Əf­ran İs­mayı­lov­la yax­şı tan­dem təş­kil edən ("zo­laq­lı­lar"ın vur­duğu 21 qol­dan onu­na bu iki fut­bol­çu im­za atıb) Ra­u­fun bu ge­diş­lə ye­ri­ni ki­mə­sə ver­məy­əcəyi mə­lum­dur. Ödə­niş­li le­-g­i­o­ner bu gün əvəz­­ləy­ici oy­un­çu sta­tu­su­nu da­şıyır.

 

Ju­ni­or Vil­son

Ağıl­lı oy­u­nu, də­qiq zər­bə­lə­ri ilə ney­tral azar­keş­lə­rin də rəğbə­ti­ni qa­za­nan Vil­so­nun "yo­xa çıx­ma­sın­da" baş məşqçi­lə­ri əlcək ki­mi dəy­i­şən "Ba­kı" rəh­bər­liy­i­nin gü­na­hı az dey­il. Bu gün pay­taxt ko­man­da­sın­da on­dan da­ha yax­şı­la­rın oy­na­dığı­nı de­mək düzgün ol­maz. Sa­dəcə, Pan­tiç oy­un prak­ti­ka­sı­nı iti­rib for­ma­dan düşən bra­zi­liy­a­lıya ko­man­da­da yer tap­mır.

 

Edin Nu­re­di­no­s­ki

Ma­ke­do­niy­a­lı qa­pı­çı da Pan­ti­çin "qur­ban­la­rın­dan­dır". Düzdür, Ka­m­ran Ağay­ev pay­taxt ko­man­da­sı­na trans­fer edi­lən­də Edi­nin eh­tiy­at­da da­ha çox vaxt ke­çir­mək eh­ti­ma­lı art­dı. Am­ma serb ça­lış­dı­rıcı ma­ke­do­niy­a­lı qa­pı­çıya heç eh­tiy­at skam­ya­sın­da da yer ayır­mır. Ka­m­ran Ağa­y­ev­lə El­xan Əh­mə­do­vun xid­mə­tin­­dən ya­rar­lan­mağı üstün tu­tan baş məşq­çi Nu­re­di­no­s­ki­nin adı­nı oy­un pro­to­ko­lu­na sal­mağa eh­tiy­ac duy­mur.

 

Ad­ri­an Pits

Sa­biq "ro­ma"lı­nı öl­kə­mi­zə gə­lib-get­miş ən sə­viyyə­li əcnə­bi­lər­dən bi­ri ad­lan­dır­maq ye­ri­nə düşər. Mir­ça Red­nik dö­nə­min­də Azər­bayca­na tə­ş­rif buy­u­ran Ad­ri­an Yu­nis Hüsey­no­vun qı­sa ha­ki­miyyə­ti dövründə də "gə­mi­çi­lər"in si­ma­sı­nı müəyyən­ləş­di­rən fut­bol­çu­lar­dan idi. Uel­sli ça­lış­dı­rıcı Con To­şak­la ul­du­zu ba­rış­may­an Ad­ri­an ha­zır­da əvə­ze­dici ko­man­da­da­dır. Za­man "Xə­zər-Lən­kə­ran"ın uğur­suz­luğu­nun sə­bə­bi­nin Pits ol­ma­dığı­nı, To­şa­kın oy­un fəl­sə­fə­si­nin özünü doğrul­tma­dığı­nı sübut edib. Klub rəh­bər­liy­i­nin ye­ni iş ye­ri ta­pa bil­mə­diyi ru­mın ya­rımmüda­fi­ə­çi ba­şı­nı gi­rə­ləy­ib ma­a­şı­nı alır.

 

Dey­an Kel­har

Yu­ri Syo­mi­nin "Qə­bə­lə"nin "süka­nı ar­xa­sı­na" gə­li­şin­dən so­nra Slo­ve­niya mil­li­si­nin müda­fi­ə­çi­si "11-lik"də­ki ye­ri­ni itir­di. Müda­fi­ə­nin sol ci­na­hın­da inam­lı oy­u­nu ilə se­çi­lən Kel­har Ni­ko­la Va­len­ti­çin necə oy­na­dığı­na ta­ma­şa et­mək­lə ki­fay­ət­lə­nir. Əl­bət­tə, yığma üzvü üçün iş­lə­rin be­lə axar­la get­mə­si mil­li karye­ra­sı ba­xı­mın­dan da yax­şı nə­sə vəd et­mir. Dey­an ya müqa­vi­lə­si­ni qar­şı­lıq­lı ra­zı­lıq əsa­sın­da po­zub get­mə­li, ya da fut­bol­da­kı gə­ləcəy­i­ni təhlükə al­tın­da qoy­ub du­rum­la ba­rış­ma­lı­dır.

 

Kri­s­ti­an Pul­hak

Syo­mi­nin "qa­ra siy­a­hı­sı­na" dü­şən­lər­dən bi­ri də Pul­hak­dır. Vla­di­mir Le­vin və El­nur Al­lah­ver­diy­ev ki­mi yer­li­lə­rin möh­kəm­lən­diyi mü­da­fiə xət­tin­də ona yer ta­pıl­may­acağı yay­dan mə­lum­dur. 12 il Bu­xa­rest "Di­na­mo"su­nun şə­rə­fi­ni qo­ru­muş fut­bol­çu əvə­ze­dici ko­man­da­da top qo­van gənclə­rə yol­daş­dır. Xid­mə­tin­də ma­raq­lı olan baş­qa klub yox­dur­sa, de­mə­li, müqa­vi­lə­si­nin müd­də­ti bi­tə­nə­dək mə­vaci­bi­ni alacaq.

 

Mi­ro Var­vo­diç

"Qa­ra­bağ"ın xor­vat qa­pı­çı­sı 2012/13 mövsümündə ol­duğu ki­mi, yay­da­kı Av­ro­pa macə­ra­sı za­ma­nı da əsas qol­ki­per fun­k­siy­a­sı­nı ye­ri­nə ye­ti­rir­di. Ca­ri mövsüm Fər­had Və­liy­e­və gü­və­nən Qur­ban Qur­ba­no­vun bos­niy­a­lı İb­ra­him Şe­hi­çi hey­ə­tə cəlb et­mə­si isə cid­di si­qnal idi. Bu­dur, Mi­ro­nun adı­na son iki çem­pi­o­nat oy­u­­­nu­nun pro­to­ko­lun­da rast gəl­mi­rik.

Qeyd olu­nan fut­bol­çu­lar, gü­man ki, yan­var­da Azər­bayca­nı tərk edəcək. Məşqçiy­lə yo­la get­məy­ən və ya ək­si­nə fi­zi­ki ha­zır­lığı zə­if olan­lar uzun müddət ko­man­da­da qa­la bil­məz. Azər­baycan klub rəh­bər­lə­ri də so­na qə­dər oy­na­may­an fut­bol­çuya qar­şı­lıq­sız pul ver­məy­əcək. Bu­ra­da, əs­lin­də, prob­lem hə­min le­g­i­o­ner­lə­ri öl­kə­mi­zə gə­ti­rən me­necer­lər­də­dir. On­lar Azər­baycan Çem­pi­o­na­tı­nın zə­if ol­duğu­nu və bu­ra­da cid­di rə­qa­bət­lə qar­şı­laş­may­a­caq­la­rı­nı de­mək­lə fut­bol­çu­da ar­xa­yın­lıq ya­ra­dır. Trans­fer­dən so­nra gə­lir fa­i­zi­ni (adə­tən, 20 % olur) götü­rən me­necer le­g­i­o­ne­rin so­nra­kı ta­leyi ilə ma­raq­lan­mır. Di­g­ər mə­qam sə­viyyə­li fut­bol­çu­nun 6 ay­dan so­nra ge­ri­lə­mə­si­dir. San­ki, le­g­i­o­ner­lər bu­ra fut­bo­lu­mu­zu in­ki­şaf et­dir­məyə gə­lir, əvə­zin­də öz­lə­ri bi­zim oy­un­çu­la­rın sə­viyyə­si­nə düşürlər.



MƏSLƏHƏT GÖR:

661