13 Mart 2025

Cümə axşamı, 17:03

BOLQAR FƏNDİ

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi hansı yeniliklər gətirəcək?

Müəllif:

19.11.2013

Azər­baycan Gü­ləş Fe­de­ra­siy­a­sı sər­bəst gü­ləş üzrə mil­li ko­man­daya ye­ni baş məşqçi təy­in edib. Ti­f­li­s­də ke­çi­ri­lən Av­ro­pa Çem­pi­o­na­tın­da cə­mi iki bürünc me­dal qa­za­nan yığ­ma­nın baş məşqçi­si Say­pul­la Ab­sa­i­dov is­te­fa ver­miş­di.

Bu və­zi­fəyə yığma­da as­si­s­tent ki­mi ça­lı­şan bol­qa­rı­s­tan­lı mütə­xəs­sis Semyon Şte­rev təy­in olu­nub. Onun­la bi­ril­lik rə­s­mi müqa­vi­lə bağ­la­nı­lıb, an­laş­ma­nın müddə­ti bir il də uza­dı­la bi­lər. 

S.Şte­rev "R+"a müsa­hi­bə­sin­də Azər­­baycan gü­ləş­çi­lə­ri­nin po­ten­si­a­lı, yığma ko­man­da qar­şı­sın­da day­a­nan mə­sə­lə­lər ba­rə­də söh­bət açıb.

- Təy­i­na­tı­nızbirqə­dərgöz­lə­nil­məzalın­dı. Yox­sana­mi­zəd­liy­i­ni­zinmüza­ki­rə olun­duğu­nubi­lir­di­niz?

- Hər şey qı­sa za­man­da tə­s­diq­lən­di. Mən Azər­bayca­na kö­mək­çi məşqçi ki­mi də­vət olun­mu­şam. 5 ay hə­min və­zi­fə­də ça­lış­dım. Bir ne­çə gün öncə isə fe­de­ra­siya rəh­bər­liyi mə­ni baş məşqçi po­s­tun­da gör­mək is­tə­diy­i­ni bil­dir­di. Mən də bu tək­li­fi qə­bul et­dim. Hər məşqçi nə vaxtsa ko­man­daya rəh­bər­lik et­mək is­təy­ər. Ona gö­rə dər­hal ra­zı­laş­dım.

- Baş­qa tək­lif var idi?

- İnan­may­acaq­sı­nız, da­ha bir tək­­lif var idi. Düşündükdən so­nra Azər­bayca­nı seç­dim.

- Am­ma bu ri­s­k­li qə­rar da ola bi­lər. Azər­baycan Gü­ləş Fe­de­ra­siy­a­sı hər ya­rış­dan mak­si­mum nə­ticə tə­ləb edir.

- Əg­ər tək­li­fi qə­bul et­mi­şəm­sə, de­mə­li, özümə ina­nı­ram. Ge­ne­ral ol­maq is­tə­məy­ən əsg­ər yax­şı əsg­ər dey­il. Sər­bəst gü­ləş­çi­lər Dünya Çem­pi­o­na­tın­da 1 qı­zıl me­dal qa­za­nıb. Bu kim­lər üçünsə uğur sayı­la bi­lər. La­kin Azər­baycan üçün zə­if nə­ticə­dir. Bi­li­rəm ki, bu nə­ticəy­lə ra­zı­laş­mır­lar. Da­ha yax­şı nə­ticə göz­­ləy­ir­lər.

- Ko­man­da üzvlə­ri­ni ta­nıyır­sı­nız, sizcə bu hey­ət­lə han­sı hə­də­f­lər uğrun­da müba­ri­zə apar­maq olar?

- Azər­baycan ko­man­da­sı­nın po­ten­si­a­lı yüksək­dir. Bir qə­dər ça­lış­maq la­zım olacaq. Yığma­da yüksək rə­qa­bət var. Sa­dəcə məşq et­mək və da­ha çox me­dal qa­zan­maq la­zım­dır.

- Bol­qar məşqçi üçün Ba­kı­da ya­şa­maq çə­tin­dir?

- Ba­kı gö­zəl şə­hər ol­duğu­nu söy­lə­mək ar­tı­q­dır. Ha­mı bi­lir ki, pay­tax­tı­nız necə dəy­i­şib. Hündür, me­mar­lıq cə­hət­dən gö­zəl bi­na­lar göz ox­şayır. Mə­nə bur­da ya­şa­maq və iş­lə­mək çə­tin dey­il. Də­niz­kə­na­rı par­ka va­leh ol­mu­şam. Ora çox gö­zəl­dir. Ba­kı Av­ro­pa­nın ən gö­zəl şə­hər­lə­rin­dən bi­ri­dir. Mə­nə nə­dən­sə Ma­d­ri­di xa­tır­lat­dı. 

- Fe­de­ra­siy­a­nın tək­li­fin­də hansı cəhət sizi cəlb etdi?

- Azər­baycan­da pe­şə­kar­la­ra, yüksək işə böyük hör­mət var. Fe­de­ra­siya mə­nim pe­şə­kar­lığı­ma hör­mət­lə ya­na­şır. Hər bir mütə­xəs­sis is­təy­ir ki, ona hör­mət et­sin­lər və inan­sın­lar. Bu cə­hət­lər ol­duğu üçün tək­li­fi qə­bul et­dim.

- Yə­qin, ma­liyyə şər­t­lə­ri də yax­şı olub?

- Ma­liyyə məşqçi­lə­ri ma­raq­lan­dı­ran ən so­nuncu mə­qam­dır. Axı, nə­ticə ol­ma­lı­dır. Əg­ər nə­ticə yox­dur­sa, heç nə ol­may­acaq. Ha­zır­da mil­­li ko­man­da ilin son ya­rış­la­rı­na ha­zır­la­şır. Bun­dan so­nra ye­ni möv­süm baş­la­nacaq. Biz ko­man­da­nın fi­zi­ki dözümlülüyünü ar­tır­maq ba­rə­də düşünürük.

- Adə­tən, ye­ni məşqçi ko­man­daya ye­ni id­man­çı­la­rı cəlb edir. Si­zə mə­lum­dur ki, Azər­baycan­da da­ha çox yer­li id­man­çı­lar se­vi­lir?

- Heç kim le­g­i­o­ner id­man­çı­la­rın mil­liyə cəlb olun­ma­sı ba­rə­də da­nış­mayıb. İna­nın, çox əsas­sız fi­kir­lər­dir. Bə­zi mət­bu or­qan­lar­da Azər­baycan mil­li­si­nə le­g­i­o­ner­lə­rin cəlb olu­nacağı ya­zı­lıb. Elə bir mə­sə­lə gündəm­də dey­il.

- Ai­lə­ni­zi Ba­kıya gə­tir­məyi düşünürsünüz?

- Biz id­man­çı­lar hər ay sə­fər­lər­də olu­ruq. Tə­lim-məş­qlər, so­nra ya­rış­lar. Ar­dınca ye­ni­dən məş­qlər. Ona gö­rə ai­lə­mi Ba­kıya gə­tir­mək ba­rə­də düşünmürəm. Ya­xın­la­rım­la hər gün "Skype" va­si­tə­si­lə da­nı­şı­rıq.

- Yə­qin bi­lir­si­niz ki, öl­kə­də gü­lə­şə xüsu­si rəğbət bəs­lə­ni­lir?

- Gü­lə­şin Azər­baycan­da çox se­vil­diy­i­ni bi­li­rəm. Ona gö­rə də hər za­man id­man­çı­la­rı­nız böyük ya­rış­lar­da inam­lı çı­xış edib. Gü­ləş mil­li id­man növüdür. Öl­kə­niz­də çox­lu say­da ye­niy­et­mə gü­ləş­lə mə­şğ­ul olur. Məşqçi se­çi­mi­nə gə­lincə fe­de­ra­siya təy­i­nat­dan əv­vəl na­mi­zəd ha­q­­da ət­ra­f­lı mə­lu­mat top­layır. Öy­rə­nir bil­sin ki, məşqçi kim­dir və har­da iş­ləy­ib. Yə­qin ki, mə­nim ha­q­da da la­zı­mi in­for­ma­siya top­la­nıb.

- Azər­baycan­da gü­lə­şin ha­zır­kı və­ziyyə­ti ba­rə­də nə deyə bi­lər­si­niz?

- Gü­ləş hər za­man Azər­baycan­da əsas id­man növ­lə­rin­dən sayı­lıb. Da­im öl­kə­ni­zin pəh­lə­van­la­rı mö­tə­bər ya­rış­la­rın fa­vo­rit­lə­ri siy­a­hı­sın­da olub. İn­di gü­ləş çox po­pulyar­dır. Öl­kə­nin hər ye­rin­də gü­ləş­lə mə­şğ­ul olur­lar. Lon­don Yay Olim­piya Oy­un­­la­rı­nın nə­ticə­lə­ri de­dik­lə­ri­mi tə­s­diq­­ləy­ir. Azər­bayca­nın 2 gü­ləş­çi­si qı­­zıl me­dal qa­zan­dı. İd­man­çı­lar­da po­ten­si­a­lı­nız böyükdür. Gənc və per­s­­pek­tiv­li gü­ləş­çi­lə­ri­niz az dey­il. Müəy­yən çə­ki­lər­də prob­le­min ol­ma­sı tə­bii hal­dır. Heç bir ko­man­da bütün çə­ki­lər­də güclü ol­mur. Azər­baycan­da hə­mi­şə güclü gü­ləş mək­tə­bi olub və olacaq. Çünki bu id­man növü mil­li­dir və nə­sil­dən-nəs­lə ötürülür.


MƏSLƏHƏT GÖR:

487