14 Mart 2025

Cümə, 11:02

ZÖVQLƏR DƏ MÜBAHİSƏ EDİLƏR

Bəstəkar Cahangir Zülfüqarov hesab edir ki, gözəl olanı qavramaq qabiliyyətini uşaqlıqdan aşılamaq lazımdır

Müəllif:

19.11.2013

Uşaq ki­çik yaş­la­rın­dan mütə­ma­di ola­raq yax­şı mah­nı­lar, mu­si­qi­lər eşi­dir­sə, onun incə zövqü for­ma­la­şır. Və ən çə­tin, mə­sə­lən, yet­kin­lik dö­nə­min­də ucuz, əy­ləncə­li mah­nıya rast gəl­dik­də onun im­mu­ni­te­ti bit­kin­ləş­miş olacaq ki, o, asan­lıq­la hə­qi­qi incə­sə­nə­ti sax­ta­sın­dan ayı­racaq. Bə­s­tə­kar Ca­ha­ng­ir Zülfüqa­rov be­lə he­sab edir. O, A. Os­t­rov­ski­nin "Qar qız", Ber­told Brex­tin "Ku­raj ana", A. S.Puş­ki­nin "Qı­zıl xo­ruz", Şarl Per­ro­nun "Qır­mı­zı pa­paq", Can­ni Ro­da­ri­nin "Çi­pol­li­no", Mir­zə Fə­tə­li Axun­do­vun "Pa­ri­si dağı­dan­lar" və di­g­ər ta­ma­şa­la­rın mu­si­qi­lə­ri­nin müəl­li­fi­dir. O, hə­m­çi­nin ani­ma­siya, sə­nəd­li, bə­dii filmlə­rin və çox say­da mah­nı və ro­man­s­la­rın da müəl­li­fi­dir. "R+"la müsa­hi­bə­si za­ma­nı Döv­lət Uşaq Fi­lar­mo­niy­a­sı­nın bə­dii rəh­bə­ri, Azər­baycan Döv­lət Kuk­la Te­a­t­rı­nın mu­si­qi his­sə müdi­ri, əmək­dar incə­sə­nət xa­di­mi Ca­ha­ng­ir Zülfüqa­rov mu­si­qi zövqü, uşaq mah­nı­la­rı, ilk aktyor təcrübə­si və di­g­ər bir çox mə­qam­lar  ha­q­da da­nı­şıb.

- Bu ya­xın­lar­da siz kri­mi­nal se­ri­al­da çə­kil­mi­si­niz. Özünüzü akt­yor ro­lun­da sı­na­maq qə­ra­rı­na gəl­di­niz?

- "Qa­nun na­mi­nə" tez­lik­lə yer­li ka­nal­la­rın bi­rin­də yayım­la­nacaq ye­ni se­ri­a­la mə­ni re­jis­sor Xan­lar Ağay­ev də­vət et­di. Filmdə  ha­di­sə­lər iz­ləy­i­ci­­lə­ri Ba­kıya ötən əs­rin 50-ci il­lə­ri­nin ortalarına gə­ti­rir. Ye­ri gəl­miş­kən, filmdə bütün ha­di­sə­lər Ba­kı Pro­­ku­ror­luğu­nun ar­xi­vin­dən götürü­lüb, re­al­dır. Mə­nə gör­kəm­li yə­hu­di ro­lu­nu - öz işi­ni qüsur­suz şə­kil­də həy­a­ta ke­çi­rən ən­tiq zə­rg­ər­lik mağa­za­sı­nın di­rek­to­ru ro­lu­nu hə­va­lə edib­lər. Bir də­fə mağa­za­ma Ay­gün Rə­hi­mo­va­nın oy­na­dığı gənc gö­zəl bir xa­nım gə­lir və mə­nim­lə dil­xoş­luq et­məyə baş­layır. Tə­bii, onun gö­zəl­liyi qar­şı­sın­da day­a­na bil­mi­rəm və dər­hal onu işə götürürəm. Da­ha so­nra qı­zı re­s­to­ra­na də­vət edi­rəm. Rəqs za­ma­nı Al­maz - baş qəh­rə­ma­nın adı be­lə­dir - giz­lincə ci­bim­dən zə­rg­ər­lik düka­nı­nın aça­rı­nı çı­xa­rır və onu əl­bir ol­duğu ada­ma ötürür. O isə öz növ­bə­sin­də, biz Al­maz­la re­s­to­ran­da əy­lə­nər­kən, 40 min rubl dəy­ə­rin­də zi­nət əşya­la­rı­nı oğur­lay­a­raq, mağa­za­nı tə­miz­ləy­ir - bu pul hə­min dövr üçün son də­rəcə böyük məb­ləğ idi! Yə­hu­di­ni müha­ki­mə edir­lər və onu böyük cə­za göz­ləy­ir... Bu kri­mi­nal ha­di­sə­nin nə ilə nə­ticə­lə­nəcəy­i­ni fil­mə ba­xan­da bi­ləcək­si­niz. Ar­tıq da­nış­may­acağam...

 - Filmdə çə­kil­mək xo­şu­nu­za gəl­di­mi?

- Bəy­ən­dim. Ta uşaq­lı­q­dan ki­no­filmlə­rə mu­si­qi yaz­mağı və heç ol­ma­sa, ki­çik bir epi­zo­dik rol­da çə­kil­məyi ar­zu­lay­ar­dım. Hər iki ar­zum həy­a­ta keç­di. Mən çox­lu azər­baycan­lı re­jis­sor­lar­la əmək­daş­lıq et­mi­şəm, on­la­rın filmlə­ri­nə mu­si­qi yaz­mı­şam. Son onil­lik­də ta­ma­şa­la­ra da mu­si­qi ya­zı­ram. 30 il­dən ar­tı­q­dır ki, Ab­dul­la Şa­iq adı­na Azər­baycan Döv­lət Kuk­la Te­a­t­rı­nın mu­si­qi his­sə müdi­riy­əm. Atam Oq­tay Zülfüqa­rov ki­mi uşaq­lar üçün bə­s­tə­ləy­i­rəm. Bu vaxt ər­zin­də 35-dən ar­tıq ta­ma­şaya mu­si­qi yaz­mı­şam. Te­a­t­ra qə­dər Azər­baycan Döv­lət Te­le­ra­dio Şir­kə­tin­də mu­si­qi  tər­ti­bat­çı­sı ol­mu­şam.

- Siz məş­hur uşaq bə­s­tə­ka­rı Oq­tay Zülfüqa­ro­vun ai­lə­sin­də ana­dan ol­mu­su­nuz, de­mə­li, lap er­kən yaş­la­rın­dan mu­si­qi ilə əha­tə olun­mu­su­nuz. Mə­g­ər, uşaq­lı­q­da təy­ya­rə­çi-ko­s­mo­navt və ya fut­bol­çu ol­maq  xəy­a­lı­na düşmə­mi­si­niz?

- Nə­dən­sə heç o ha­q­da düşün­mə­­mi­şəm də. Lap er­kən vax­t­la­rım­dan bi­lir­dim ki, mu­si­qi­çi ola­ca­ğam. Və bu da se­çi­mim ol­du. Mu­si­qi­ni hə­­mi­şə sev­mi­şəm. Tez-tez bi­zə mu­si­­qi­çi­lər, ata­mın do­stla­rı gə­lər­di­lər və on­la­rın nə cür il­ham­la mu­si­qi­dən da­nış­dıq­la­rı­na qu­laq asar­dım. Ar­tıq er­kən uşaq­lıq il­lə­rin­də atam ki­mi özümü mu­si­qi­çi tə­səvvür edir­dim. Yed­­di ya­şım ta­mam olar­kən, va­li­deyn­lə­rim mə­ni mu­si­qi mək­tə­bi­nə ve­rib­lər. Bir yer­də dur­may­an və xə­y­al­pə­rəst ol­mu­şam. Ya­dım­da­dır, 10-cu si­nif­də im­ta­han­da Fuq Ba­ha özümdən 16 takt əla­və edə­rək ifa et­miş­dim. Bütün müəl­lim­lər şok­da idi­lər. Düşündüm ki, "Niyə ha­mı bu qə­dər tə­əccüblə­nib? Mən ki sa­dəcə im­pro­vi­zə edi­rəm..." Bir ne­çə gün so­nra bu ha­di­sə­dən atam xə­bər tut­du və qə­ri­bə­dir ki, bu də­fə mə­nə heç bir öyüd ver­mə­di. Sən de­mə, anam xəl­vətcə ata­ma mə­nim  on­dan giz­lincə mah­nı bə­s­­tə­lə­diy­i­mi da­nı­şıb­mış. Qar­şı­ma məq­səd qoy­dum - for­te­pi­a­no kon­ser­ti yaz­maq. Atam bu əsə­ri ona gö­s­tər­məy­i­mi rica et­di.  Da­ha so­nra isə qı­saca de­di: "Düşü­nürəm ki, sən­dən bə­s­tə­kar çı­xar". Be­lə də ol­du. La­kin əmi­nəm ki, mu­si­qi duy­u­mum və po­ten­si­a­lım ol­ma­sa idi, atam heç vaxt mu­si­qi ilə mə­şğ­ul ol­mağı­ma im­kan ver­məz­di.

Bir ne­çə də­qi­qə­lik müsa­hi­bə­ni kə­s­mə­li olu­ruq. Ca­ha­ng­ir Zülfü­qa­­rov Uşaq Fi­lar­mo­niy­a­sın­da oxu­maq is­təy­ən iki yed­diy­aş­lı mək­təb­li qı­za qu­laq as­ma­lı­dır. Bə­s­tə­kar pi­a­no ar­xa­sı­na ke­çir və me­lo­diya ça­lır. "Mə­nə bu not­la­rı oxu­mağa ça­lı­şın", -  qız­la­ra dey­ir. On­lar isə səy­lə "do-mi-sol" ni­da­la­rı ilə səs­lə­ri­ni ucal­dır­lar. Qız­lar­la 15 də­qi­qə ünsiyyət­də ol­du­q­dan so­n­ra, Ca­ha­ng­ir müəl­lim po­ten­si­al gə­ləcək ar­tist­lə­rin va­li­deyn­lə­ri­nə hökmünü açıq­layır: "Hər şey əla­dır! Si­zi dər­slər­də göz­ləy­i­rik!"

- Uşaq­lar­la iş­lə­mək, böyüklər­dən asan­dır­mı?

- Əl­bət­tə. On­larya­landa­nı­şabil­mir­lər, tə­mizvə sa­də­lövhdürlər. On­­larnə­sə ye­ni­lik­lər öy­rən­məyə me­y­ilgö­s­tə­rir­lər. Ye­ni­lik­dənqor­x­mur­­larvə de­məkolarki, ha­mı­sı mu­­si­qiqa­bi­liyyə­tiolanuşaq­lar­dır­lar. On­lar­la  dil ta­pa bil­diy­im üçün çox şa­dam. Bu­nu atam­dan öy­rən­mi­şəm.

 - Gəncikənklas­si­ka­danbaş­qanəyidin­ləy­ər­di­niz?

- Hə­min vax­tlar biz mə­də­niyyət blo­ka­da­sın­da idik.  Qər­bdə nə­lə­rin baş ver­diy­in­dən xə­bər­siz idik. Kim­lər­sə qa­çaq­mal­çı­lıq yo­lu ilə Ba­kıya yüz də­fə­lər­lə "bo­bi­na"la­ra ya­zı­lan və əl­dən-ələ ötürülən xa­rici pla­s­tin­ka­lar gə­ti­rir­di­lər. O vax­tı "Rol­linq Sto­un" və "Bitlz" bi­zim üçün, ca­van­lar üçün əl­çat­maz idi. Qa­ra Qa­ray­ev ABŞ-a yol­la­nan­da, hə­min vaxt Bir­ləş­miş Ştat­lar­da çox po­pu­lyar olan "İsa Mə­sih - su­per­ul­duz" ope­ra­sı­nı yaz­mış­dı. Ba­kı­da bu ya­zı­nın üzünü, öz növ­bə­sin­də, özü üçün mə­­nim atam da köçürmüşdü, la­kin "bo­bi­na"ya to­xun­mağı cid­di şə­kil­də qa­dağan et­miş­di. Bir də­fə atam eza­miyyə­tə ge­dən­də, mən mək­təb­li yol­­daş­la­rı­mı rok-ope­raya qu­laq as­mağa də­vət et­dim. Əziz anam bi­zi çox­lu bu­ter­brod və dad­lı çaya qo­naq et­di. Nə­fəs al­ma­dan "De­ep Pur­p­le" qru­pu­nun vo­ka­li­s­ti İen Qil­la­nın oxu­ma­sı­na qu­laq asar­dıq və be­lə şey bə­s­tə­lə­məyi ar­zu­lay­ar­dıq.

- Ha­zır­kı mu­si­qi ürəy­i­nizc­ə­dir? Sizcə, çağdaş gəncliy­in mu­si­qi zöv­qünü necə tər­biy­ə­lən­dir­mək olar?

- Bu, asan dey­il. Efir - qor­xu­lu və güclü si­lah­dır.  Pul­la bir sa­a­tın için­də ul­duz ol­maq olar. Duy­um və is­te­da­dın ol­ma­sı isə mühüm dey­il.  Məğz mühüm dey­il.  Mah­nı­la­rın və klip­lə­rin bütün günü ra­dio və te­le­ka­nal­lar­da yayım­la­nacaq­sa, məş­hur olacaq­san. Bəs, bu, nə qə­dər da­vam edəcək? Efi­rə ye­ni çıx­maq is­təy­ən­lər olacaq və sən tez­lik­lə unu­du­lacaq­san. Həm də in­san duy­u­mu elə qu­ru­lub ki, o, qu­laq as­dığı mu­si­qiyə tez öy­rə­şir. Be­lə mu­si­qi ona doğma və ya­xın gə­lir. Bu­günkü prob­lem mu­si­qi zövqünün ol­ma­ma­sın­dan iba­rət­dir.  İn­di in­san­lar elə döv­rdə ya­şayır­lar ki, mu­si­qi­ni, de­mək olar ki, hər yer­də eşit­mək olar. Bu­na ra­dio, te­le­vi­ziya, eləcə də şə­bə­kə­də asan əl­də edi­lə bi­lən mu­si­qi ma­te­ri­al­la­rı im­kan ve­rir. Bu asan əl­ça­tan­lıq­la bi­r­gə mu­si­qi­nin dəy­ər­siz­ləş­mə­si də baş ve­rir. On­lar, de­mək olar ki, qə­bu­lo­lun­maz küyə çe­v­ri­lir­lər.  İn­san­lar sa­dəcə ola­raq mu­si­qiyə cid­di qu­laq as­mağı tə­rg­i­dir­lər. He­sab edi­rəm ki, efi­rə ancaq key­fiyyət­li mu­si­qi ve­ril­mə­li­dir, bu şə­kid­lə də din­ləy­i­ci­də mu­si­qi zövqü tər­biyə olun­muş olur. Təcrübəm­dən olan bir ha­di­sə­ni da­nı­şacam.  Bir də­fə mə­nə mah­nı yaz­dığı­nı dey­ən oğlan ya­naş­dı. O, mən­dən not­la­rı yaz­mağı rica et­di. Mə­g­ər, bu "bə­s­tə­kar" not­la­rı qə­tiy­yən ta­nı­mır? "Siz mu­si­qi­ni necə yaz­­mı­sı­nız?" - deyə on­dan so­ruş­dum.  "Onu dik­to­fo­na oxu­dum" - deyə o, bil­dir­di. Bu şə­kil­də müa­sir mahnıla­rın yax­şı his­sə­si ya­zı­lır. Mu­si­qi sə­nay­e­sin­dən böyük xa­os hökm sürür. Hər ye­ri toy biz­ne­si tu­tur. O, hət­ta te­le­viziyaya qə­dər gə­lib çı­xıb. Və bu­nu day­an­dır­maq çə­tin­dir.... Ya­dım­da­dır ki, kon­ser­va­to­riy­a­da müəl­li­mim Cö­vdət Hacıy­ev tez-tez tə­k­rar edər­di ki, bi­zim  eşit­mə apa­ra­tı­mız san­ki mi­k­ro­fon­dur, bütün həy­a­tı­mız boyu eşit­diy­i­miz mu­si­qi­ni yad­da sax­layır və yad­da­şa "ya­zır". Key­fiyyət­li mu­si­qi in­san or­qa­niz­mi­nə fay­da­lı ola bi­lər, al­çaq mu­si­qi isə ancaq bey­ni po­za bi­lər. Ona gö­rə də yax­şı, key­fiyyət­li mu­si­qiyə qu­laq as­mağa ça­lış­maq la­zım­dır.

- Ma­raq­lı­dır, asu­də vax­tla­rı­nız­damüa­sirifa­çı­lar­danki­mə qu­laqasır­sı­nız?

- AzərZey­na­lo­vungö­zəlifa­sı­nı xoş­layı­ram. Ay­gün Bəy­lər də çox gö­zəl oxuy­ur. Eyyub Ya­qu­bov şan­so­­nu çox ürək­dən oxuy­ur. La­lə Məm­­mə­do­va­nın sə­sin­də mə­la­hət­li  tembr var.  İl­qar Məm­mə­dov - həm gö­­zəl müğən­ni, həm də yax­şı in­san­­dır. Bril­li­ant Da­da­şo­va­nı səh­nə­mi­zin ən yax­şı müğən­ni­lə­rin­dən bi­ri he­sab edi­rəm.

- Ai­lə­niz­də ata­nı­zın işi­nin da­va­m­çı­sı kim olub?

- Qı­zım Əmi­nə. O, Döv­lət Sim­fo­nik Or­ke­s­t­rin­də fley­ta ça­lır. Onun həy­at yol­da­şı pi­a­no­çu­dur - Emil Əf­ra­siy­ab. 2 yaş ya­rım­lıq Əf­ra­siy­ab ad­­lı nə­vəm var. Uşaq məm­nu­niyyət­lə roy­al­da dın­qıl­da­dır və ümid edi­rəm, o da mu­si­qi­çi olar. Be­lə ol­du ki, biz­də ai­lə­də ha­mı mu­si­qi­çi­dir. Həy­at yol­da­şım 20 №li mu­si­qi mək­tə­bin­də dərs dey­ir, bal­dı­zım - Ba­kı Mu­si­qi Aka­de­miy­a­sın­da pro­fes­sor, pi­a­no­çu Hə­qi­qət Mə­hər­rə­mo­va­dır. Ha­mımız mu­si­qi ilə mə­şğ­ul olu­ruq və ha­mı­mız da uşaq­la­ra bağlıyıq...

 - Ca­ha­ng­ir müəl­lim, rəh­bər­lik et­diy­i­niz Uşaq Te­a­t­rı və Uşaq Fi­lar­mo­niy­a­sın­da iş­lər necə ge­dir? Ki­çik ta­ma­şa­çı­lar üçün ye­ni nə ha­zır­layır­sı­nız?

- Uşaq Filarmoniyası və Azər­baycan Döv­lət Kuk­la Te­a­t­rın­da iş­lə­rin qı­zğın vax­tı­dır. Ha­zır­da biz üç - "Qoğal", "Mə­lik Məm­məd" və "Çi­pol­li­no" ta­ma­şa­la­rı­nı ha­zır­layı­rıq. "Qoğal"ın tər­ti­ba­tı­nı Rus Kuk­la Te­a­t­rı­nın aktyo­ru Edu­ard Qay­daya hə­va­lə et­mək qə­ra­rı­na gəl­mi­şik. Hər üç ta­ma­şaya mu­si­qi­ni mən ya­zı­ram. Fi­lar­mo­niy­a­mız­da 300-dən ar­tıq uşaq mə­şğ­ul olur. Bi­zim çox­lu rəqs si­ni­f­lə­ri­miz, öz sim­fo­nik or­ke­s­t­ri­miz və mil­li alət­lər or­ke­s­t­ri­miz, mu­si­qi­li  te­atr, uşaq xo­ru, rəs­sam­lıq üzrə qrup­la­rı­mız, əlif­ba­mız var. Bi­zim Uşaq Fi­lar­mo­niy­a­mız öz çı­xış­la­rı ilə Azər­baycan uşaq­la­rı­nı se­vin­di­rir.



MƏSLƏHƏT GÖR:

487