13 Mart 2025

Cümə axşamı, 17:37

"İKİQÜTBLÜ DÜNYA KEÇMİŞDƏ QALDI"

Beynəlxalq Strateji Araşdırmalar Assosiasiyasının (Vaşinqton) prezidenti Qreqori Koplinin "R+" jurnalına müsahibəsi

Müəllif:

19.11.2013

Xa­ricdə hə­lə də in­san­la­rın Azər­baycan haq­qın­da ki­fa-y­ət qə­dər mə­lu­mat­lı ol­ma­dıq­la­rı müşa­hi­də edi­lir. Necə düşünürsünüz, Azər­baycan özü ha­q­da in­for­ma­siy­a­nı dünya icti­ma­iyyə­ti­nə nə də­rəcə­də çat­dı­ra bi­lib?

- Azər­baycan 1990-cı il­dən bən­zər­siz­liy­i­ni ar­tı­rır, bey­nəl­xalq are­na­da müstə­qil su­ve­ren obyekt ki­mi da­ha ge­niş ta­nı­nır, uzun il­lər Ru­siya, SSRİ və ya İra­nın hök­m­ran­lığı al­tın­da ya­şa­ma­sı­na rəğ­mən, qon­şu­la­rın­dan tam fər­q­lə­nir. Hey­dər Əliy­ev və İl­ham Əli­y­ev ad­mi­ni­s­t­ra­siy­a­la­rı­nın Azər­bayca­nın qon­şu­la­rı­na qar­şı müna­si­bə­ti­ni düşünülmüş şə­kil­də qur­duq­la­rı­na şübhə yox­dur. On­lar ey­ni za­man­da Av­ro­pa, ABŞ və Asiya-Sa­kit oke­an re­g­i­o­nu ilə də əla­qə­lər qu­rub­lar.

Əl­bət­tə ki, neftdən gə­lən gə­lir­lər Azər­bayca­na bey­nəl­xalq plan­da güclü, müstə­qil xa­rak­ter nü­may­iş et­dir­mək üçün me­xa­nizmlə­rin ya­ra­dıl­ma­sı­na im­kan ve­­rib. Bu­raya "Eu­ro­vi­si­on" mah­nı müsa­bi­qə­si ki­mi po­pulyar təd­bi­ri, Bey­nəl­xalq Hu­ma­ni­tar Fo­rum ki­mi nüfuz­lu dip­lo­ma­tik mə­ra­si­mi də aid et­mək olar. Re­s­pub­li­ka bu cür təd­bir­lə­rin he­sa­bı­na müa­sir, müstə­qil, sa­bit və çi­çək­lə­nən döv­lət ki­mi ta­nı­nır. Bi­rinci Av­ro­pa Olim­piya Oy­un­la­rı­nın Ba­kı­da ke­çi­ril­mə­si də yal­nız id­man təd­bi­ri ki­mi əhə­miy­yət da­şı­mır.  O, həm də Azər­bay­ca­nın Av­ro­paya is­ti­qa­mət al­dığı­nın gö­s­­­tə­rici­si­dir.

Növ­bə­ti və­zi­fə bütünlükdə re­g­i­on­da stra­te­ji dəy­i­şik­lik­lə­rin ya­şa­nacağı za­man öl­kə­nin irə­li apa­rıl­ma­sı olacaq. Ola bil­sin ki, biz Ame­ri­ka ilə İran ara­sın­da müna­si­bət­lə­rin ya­ran­ma­sı ərə­fə­sin­dəy­ik. Bu hal­da Azər­bayca­nın dəy­ə­ri Va­şinq­to­nun və Teh­ra­nın, ey­ni za­man­da Mos­k­va­nın gözündə xey­li dəy­i­şə­cək. Azər­baycan dip­lo­ma­tiy­a­sı ya­ra­­nacaq ye­ni və­ziyyət­dən mak­si­mum ya­rar­lan­ma­lı olacaq.

 - Er­mə­ni­s­tan prak­ti­ki ola­raq, Ru­siy­aya, Gürcüstan Qər­bə ar­xa­la­nır. Azər­baycan isə föv­qəl­döv­lət­lər və re­g­i­on öl­kə­lə­ri ilə müna­si­bət­lə­rin­də ba­lan­sı qo­ru­mağa ça­lı­şır. Cə­nu­bi Qaf­qa­zın ki­çik re­s­pub­li­ka­la­rı üçün ən yax­şı­sı han­sı­dır: bir stra­te­ji tə­rəf­daş, yox­sa çox­şa­xə­li siy­a­sət?

- Dünya ta­ri­xin­də bir müttə­fi­qə üstünlük ve­ril­mə­si təcrübə­si ye­ni dey­il. İkiqütblü dünya ar­tıq ke­ç­miş­də qa­lıb. Bir­ləş­miş Ştat­lar ye­g­a­nə föv­qəl­döv­lət sta­tu­su­nu itir­mək­də­dir və biz ar­tıq çoxqütblü dünya­nın ya­ran­ma­sı­na cid­di eh­tiy­ac hiss edi­rik. Nə­ticə­də, bu gün Azər­baycan ki­mi öl­kə­lə­rin ma­raq­la­rı­nı müda­fiə edə bi­lən bircə  tə­rəf­daş  be­lə  yox­dur. Müəyyən prob­lem­lər ya­şay­an Qər­bi Av­ro­pa və ABŞ in­di fər­q­li pri­o­ri­tet­lə­rə üstünlük ver­məyə məcbur­dur­lar. On­lar, əl­bət­tə ki, Azər­baycan üçün əv­vəl­ki­tək vaci­b­dir­lər. Am­ma in­di Ba­kı Ru­siya və Türkiyə ilə, hə­m­­çi­nin Çin­lə da­ha ba­lan­s­laş­dı­rıl­mış müna­si­bət qur­maq ba­xı­mın­dan da­ha əl­ve­riş­li möv­qe­də­dir. O, yet­kin, iq­ti­sa­di ba­xım­dan vacib və ge­o­s­t­ra­te­ji döv­lə­tə çe­v­ri­lib. Azər­baycan əda­lət­li­liyə sa­diq ol­duğu­nu nümay­iş et­di­rir. Ya­xın bir ne­çə il­də bun­la­rın çox böyük əhə­miyyə­ti olacaq.

Müstə­qil Azər­bayca­nın müa­sir­ləş­di­ril­mə­si­nin vacib as­pek­t­lə­rin­dən bi­ri pe­şə­kar, yax­şı ma­liyyə­ləş­di­ri­lən mil­li təhlükə­siz­lik in­sti­tut­la­rı­nın ya­ra­dıl­ma­sı olub. Söh­bət, ilk növ­bə­də, Xa­rici İş­lər və Müda­fiə na­zir­lik­lə­rin­dən ge­dir. Üstə­lik, Azər­baycan ener­ji sa­hə­sin­də zə­ng­in ol­ma­sın­dan, ener­ji re­sur­sla­rı­nın müx­tə­lif ix­rac va­ri­an­t­la­rın­dan fay­da­la­na­raq bu gün, mə­sə­lən, Mos­k­va və An­ka­raya qar­şı da­ha ba­lan­s­laş­dı­rıl­mış siy­a­sət yürüdə bi­lir. Azər­baycan dip­lo­ma­tiy­a­sı­nın gə­ləcək­də da­ha da güclən­mə­si üçün bütün əsas döv­lət­lər­lə müna­si­bət­lər­də böyük diq­qə­tə, pe­şə­kar­lığa eh­tiy­ac var.

- Bütün bun­la­rın fo­nun­da ABŞ-ın Azər­bayca­nın yer­ləş­diyi re­g­i­o­na la­zım olan­dan az diq­qət gö­s­tər­diy­i­ni düşünmürsünüzmü? Bəs, Ba­kı-Va­şinq­ton müna­si­bət­lə­ri­nin gə­ləcəyi ha­q­da han­sı fi­kir­də­si­niz?

 - ABŞ-ın Cə­nu­bi Qaf­qaz siy­a­sə­ti ha­zır­da, hə­qi­qə­tən də, zə­if­dir. Va­şinq­ton çox­say­lı prob­lem­lə­ri da­ha az re­sur­sdan is­ti­fa­də et­mək­lə, nüfu­zu­na mümkün qə­dər az xə­ləl gəl­mə­si­lə çöz­məyə ça­lı­şır. Ame­ri­ka-İran müna­si­bət­lə­rin­də­ki can­lan­ma isə ABŞ və Qər­bin Fars kör­fə­zi re­g­i­o­nun­da­kı ro­lu­nu cid­di şə­kil­də ar­tı­racaq və ya bər­pa edəcək, Xə­zər və Mər­kə­zi Asiya re­g­i­on­la­rı ilə əla­qə üçün ye­ni im­kan­lar açacaq.

Görünən odur ki, qlo­bal stra­te­ji ba­lan­sın dəy­iş­mə­si nə­ticə­sin­də İran ge­o­s­t­ra­te­ji ba­xım­dan, mə­sə­lən, Türkiy­ə­dən da­ha vacib öl­kəyə çe­v­ri­ləcək. Bu, xüsu­si­lə Teh­ra­nın dünya ilə müna­si­bət­lə­ri­nin "nor­mal­laş­ma­sı­nın" Ara­lıq də­ni­zi va­si­tə­si­lə tica­rə­tə im­kan ya­ra­dacağı tə­q­dir­də be­lə olacaq. Söh­bət Su­riya və İra­q­dan İran va­si­tə­si­lə Xə­zər re­g­i­o­nu­na, Mər­kə­zi Asiy­aya və Çi­nə çı­xı­şın əl­də olun­ma­sın­dan ge­dir.

Bütün bun­lar­la ya­na­şı, Azər­baycan Va­şinq­ton və Av­ro­pa üçün apa­rıcı ro­lu­nu qo­ruy­ub sax­la­ma­lı­dır.

- ABŞ ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­rin­dən bi­ri­dir. Va­şinq­to­nun re­g­i­o­nal təhlükə­siz­lik mə­sə­lə­lə­rin­də, ilk növ­bə­də, Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin ni­za­ma sa­lın­ma­sı pro­se­sin­də da­ha fə­al iş­ti­rak­dan çə­kin­mə­si nə ilə bağlı­dır?

- ABŞ-ın Dağlıq Qa­ra­bağ prob­le­mi­lə bağlı siy­a­sə­ti Ame­ri­ka­da­kı er­mə­ni di­a­s­po­ru­nun fə­a­liyyə­tin­dən ası­lı­dır. Bu di­a­s­por iki məq­sə­də na­il ol­mağa ça­lı­şır: ilk növ­bə­də, türk­lə­rin er­mə­ni­lə­rə qar­şı "soy­qı­rı­mı" tö­­rət­dik­lə­ri­nin ta­nın­ma­sı­na, ikinci­si, Dağlıq Qa­ra­bağda sta­tus-kvo­nun qo­ru­nub sax­la­nıl­ma­sı­na. Nə­ticə­də, Ame­­ri­ka­da­kı bütün ad­mi­ni­s­t­ra­siy­a­lar, o cümlə­dən Kon­qres Qa­ra­bağ prob­le­mi­nin ni­zam­lan­ma­sın­da ney­tral­lığı itir­mə­mə­si üçün cid­di təzyi­qə mə­ruz qa­lır­lar.

Bu­nun­la ya­na­şı, Xə­zər re­g­i­o­nu və Mər­kə­zi Asiy­aya tica­rət çı­xı­şın­da ABŞ-a və ümu­mi­lik­də Qər­bə ən böyük kö­mək­lik Azər­baycan­dan gə­lir. Er­mə­ni­s­ta­nın isə bu cür stra­te­ji əhə­­miyyə­ti yox­dur.

Be­lə­lik­lə, görürük ki, ABŞ da­xi­li siy­a­si tə­ləb­lə­rin əsi­ri­nə çe­v­ri­lib. Bu isə, əs­lin­də, Ame­ri­ka­nın mil­li ma­raq­la­rı­na zid­dir.

Am­ma bu, Azər­bayca­nın əsas müttə­fi­qi olan ABŞ-ın ona da­ha az də­s­tək ve­rən Er­mə­ni­s­ta­nın tə­rə­fin­də ol­duğu­nu düşünmə­si üçün əsas da dey­il.

- Bu ya­xın­lar­da Ru­siy­a­nın Er­mə­ni­s­tan­da­kı hər­bi ba­za­sı­nın ko­man­da­nı bil­di­rib ki, Azər­baycan Dağlıq Qa­ra­bağ üzə­rin­də nə­za­rə­ti­ni hər­bi yol­la bər­pa et­məyə ça­lı­şar­sa, onun rəh­bər­lik et­diyi ba­za KTMT-nin şər­t­lə­ri­nə əsa­sən, Qa­ra­bağ müna­qi­şə­si­nə müda­xi­lə et­mə­li olacaq. Bu açıq­la­ma­nı necə şərh edər­di­niz?

- Əg­ər bu bəy­a­nat kon­tek­s­dən çı­xa­rıl­mayıb­sa, çox yer­siz və təhlükə­li açıq­la­ma­dır. Onun er­mə­ni au­di­to­riy­a­sı­na də­s­tək məq­sə­di­lə səs­lən­di­ril­diy­i­nə şübhə yox­dur. Ha­zır­kı şə­ra­it­də Azər­bayca­na qar­şı hər­bi əmə­liyyat­lar­da iş­ti­rak Ru­siy­a­nın ma­raq­la­rı­na uyğun dey­il. Əl­bət­tə ki, bu, cid­di nə­ticə­lər ve­rə bi­lər. Mos­k­va­nın də­s­tək­lə­diyi hər­bi sse­na­ri­lə­rin nə­ticə­lə­ri pis olur.

Ru­siy­a­nın ma­raq­la­rı­na uyğun olan sa­bit qar­şı­lıq­lı tica­rət, Xə­zər re­g­i­o­nun­dan həm Ru­siy­aya, həm də onun əra­zi­sin­dən ke­ç­mək­lə Av­ro­paya ener­ji axı­nı­nın tə­mi­ni­dir. Hər­bi əmə­liyyat­lar bütün bun­la­rın ziy­a­nı­na iş­ləyə bi­lər. Mos­k­va bu­nu an­layır. Am­ma Er­mə­ni­s­tan­da­kı Ru­siya hər­bi ba­za­sı­nın ko­man­da­nı tə­rə­fin­dən səs­lən­di­ril­miş bəy­a­nat er­mə­ni tə­rə­fi­ni avantüraya sürükləyə, onun kon­struk­tiv da­nı­şıq­lar­da iş­ti­rak is­təy­i­ni yox edə bi­lər. Ru­siy­a­lı ko­man­da­nın bəy­a­na­tı­nın (əg­ər be­lə bəy­a­nat olub­sa) nə­ticə­si yal­nız dip­lo­ma­tik pro­se­sin çə­tin­ləş­mə­si­dir.


MƏSLƏHƏT GÖR:

619