14 Mart 2025

Cümə, 11:05

TÜRK ƏSRİ

Azərbaycan və Türkiyə böyük geosiyasi məkanda liderlik rolunu öz üzərlərinə götürdülər

Müəllif:

19.11.2013

Azər­baycan və Türkiyə li­der­lə­ri­nin ilk rə­s­mi sə­fər­lə­ri­ni qar­daş öl­kəyə et­mə­lə­ri xoş ənə­nəyə çe­v­ri­lib. Bu ba­xım­dan, Pre­zi­dent İl­ham Əliy­e­vin 5 il əv­vəl ol­duğu ki­mi, bu də­fə də növ­bə­ti müddə­tə döv­lət baş­çı­sı se­çil­dik­dən dər­hal so­nra ilk sə­fə­ri­ni qar­daş Türkiy­əyə et­mə­si tə­əccüblü dey­il­di. Bu sə­fər iki öl­kə ara­sın­da stra­te­ji tə­rəf­daş­lığın və sıx əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si­nin Ba­kı üçün əv­vəl­ki­tək pri­o­ri­tet ola­raq qal­dığı­nı nümay­iş et­dir­mə­li idi. Sə­fər sə­mi­mi və meh­ri­ban at­mo­sfer­də keç­di, işgü­zar və məh­sul­dar ol­du.

Pre­zi­dent İl­ham Əliy­e­vin bu sə­fə­ri Türkiyə və Azər­baycan mət­bu­a­tın­da ge­niş müza­ki­rəyə çı­xa­rıl­dı. Odur ki, sə­fə­rin əsas mə­qam­la­rı­nın qı­sa şər­hi ilə ki­fay­ət­lə­nəcəy­əm.

Sə­fər çər­çi­və­sin­də li­der­lə­rin iki öl­kə ara­sın­da stra­te­ji müttə­fiq­liy­in və qar­daş­lıq müna­si­bət­lə­ri­nin möh­kəm­lən­mə­sin­də­ki xid­mət­lə­ri­nə gö­rə, İl­ham Əliy­e­və Türkiy­ə­nin "Döv­lət ni­şa­nı", pre­zi­dent Ab­dul­lah Gü­lə isə "Hey­dər Əliy­ev" or­de­ni tə­q­dim edi­lib.

Döv­lət baş­çı­la­rı son il­lər­də böyük uğur­lar qa­zan­mış Türkiyə Ae­ro­ko­s­mik Sə­nay­e­si Şir­kə­ti­nə baş çə­kib­lər. Türkiy­ə­nin ilk hər­bi pey­k­lə­ri olan "Göytürk-1" və "Göytürk-2" məhz bu­ra­da is­teh­sal olu­nub. Bun­dan baş­qa, 1987-ci il­dən şir­kət Ame­ri­ka li­sen­ziy­a­sı əsa­sın­da müa­sir F-16 hər­bi təyya­rə­lə­ri, tə­lim təyya­rə­lə­ri, hər­bi ver­tolyot­lar, ANKA pi­lot­suz təyya­rə­lə­ri is­teh­sal edir. Tə­rə­f­lə­rin hər­bi-sə­naye kom­plek­s­lə­ri­nin in­ki­şa­fın­da sıx əmək­daş­lıq et­mək niyyət­lə­ri­ni açıq­la­dıq­la­rı­nı nə­zə­rə al­saq, Azər­baycan üçün qar­daş Türkiy­ə­nin bu sa­hə­də­ki na­iliyyət­lə­ri ilə, im­kan­la­rı ilə ta­nış­lıq böyük ma­raq kəsb edir­di.

Azər­baycan pre­zi­den­ti sə­fər çər­çi­və­sin­də Türkiy­ə­nin apa­rıcı siy­a­sət­çi­lə­ri və döv­lət rəh­bər­liy­i­lə görüşlər ke­çi­rib. Onun görüşdüyü şəx­slər ara­sın­da baş na­zir Rəcəb Tayyib Ər­doğan, Böyük Mil­lət Məcli­si­nin sə­d­­ri Cə­mil Çi­çək, xa­rici iş­lər na­zi­ri Əh­məd Da­vu­doğlu da var. Sə­fər çər­­­çi­və­sin­də Türkiyə pre­zi­den­ti Ab­dul­­lah Gül və xa­nı­mı Hayrünni­sə Gülün adın­dan Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­e­vin və xa­nı­mı Meh­ri­ban Əliy­e­va­nın şə­rə­fi­nə rə­s­mi na­har ve­ri­lib.

Sə­fər çər­çi­və­sin­də əsas təd­bir Pre­zi­dent İl­ham Əliy­e­vin və baş na­zir Rəcəb Tayyib Ər­doğa­nın sədrli-y­i­lə ke­çən Türkiyə-Azər­baycan Yüksək Sə­viyyə­li Stra­te­ji Əmək­daş­lıq Şu­ra­sı­nın üçüncü icla­sı olub. İcla­s­da re­g­i­o­nal mə­sə­lə­lər, iki­tə­rə­f­li iq­ti­sa­di əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si, qar­şı­lıq­lı tica­rət dö­v­riyyə­si­nin ar­tı­rıl­ma­sı ki­mi möv­zu­lar müza­ki­rə olu­nub.

Sə­fə­rin ge­di­şin­də tə­rə­f­lər yed­di hö­ku­mət­lə­ra­ra­sı sa­ziş im­za­layıb­lar. On­lar­dan ən vaci­bi­nə Pre­zi­dent İl­ham Əliy­ev və baş na­zir Rəcəb Tayyib Ər­doğan im­za atıb­lar. Söh­bət Azər­baycan Re­s­pub­li­ka­sı və Türkiyə Re­s­­pub­li­ka­sı ara­sın­da Yüksək Sə­viyyə­li Stra­te­ji Əmək­daş­lıq Şu­ra­sı­nın 2013-cü il 13 noy­abr ta­rix­li icla­sı­nın nə­ticə­lə­ri­nə da­ir Bi­rgə Bəy­a­nat­dan ge­dir. Müva­fiq na­zir­lik­lər ara­sın­da isə elm və tex­no­lo­g­iya sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da pro­to­kol, elm, tex­no­lo­g­iya, sə­naye və sa­hib­kar­lığın güclən­di­ril­mə­si­nə da­ir An­laş­ma Me­mo­ran­du­mu, bey­nəl­xalq kom­bi­nə edil­miş yük da­şı­ma­la­rı haq­qın­da Sa­ziş, təhlükə­siz­lik üzrə əmək­daş­lıq haq­qın­da Sa­ziş, iş­çi qüvvə­si­nin qar­şı­lıq­lı əmək fə­a­liyyə­ti­nə da­ir Sa­ziş və əmək, so­si­al müda­fiə və mə­şğ­ul­luq sa­hə­sin­də əmək­daş­lığa da­ir Sa­ziş im­za­la­nıb.

Azər­baycan-Türkiyə müna­si­bət­lə­ri yüksə­lən xətt üzrə in­ki­şaf et­mək­də­dir. Bu sə­bə­b­dən də, tə­rə­f­lər ara­sın­da mö­vcud olan hüqu­qi müqa­vi­lə ba­za­sı da­im tə­rəf­daş­lıq və müttə­fiq­liy­in da­ha yüksək tə­ləb­lə­ri­nə ca­vab ver­mə­si üçün ye­ni sə­nəd­lər­lə zə­ng­in­ləş­di­ri­lir. Ha­zır­da iki öl­kə ara­sın­da tica­rət dö­v­riyyə­si ina­nıl­maz həd­də yüksə­lib: 4,2 milyard dol­lar. 2020-ci ilə onun 15 milyard dol­la­ra çat­dı­rıl­ma­sı nə­zər­də tu­tu­lur. Qar­şı­lıq­lı in­ve­s­ti­siy­a­la­rın həcmin­də də ar­tım var. Pre­zi­dent İl­ham Əliy­e­vin söz­lə­ri­nə gö­rə, Azər­baycan qar­şı­da­kı beş il­də Türkiyə iq­ti­sa­diyya­tı­na 15-17 milyard dol­lar sər­mayə ya­tır­maq niyyə­tin­də­dir. Gə­lən il Ba­kı-Ti­f­lis-Qars də­mir yo­lu lay­i­hə­si­nin is­ti­s­ma­ra ve­ril­mə­si də plan­laş­dı­rı­lır, hə­m­çi­nin ar­tıq Türkiy­ə­nin İğdır bö­l­g­ə­si­ni Nax­çı­van­la bir­ləş­di­rəcək də­mir yo­lu­nun çə­ki­li­şi im­kan­la­rı nə­zər­dən ke­çi­ri­lir. 2014-cü il­də stra­te­ji bo­ru xət­ti olan TANAP-ın ti­kin­ti­si­nə baş­la­nı­lacaq. Xə­zər qa­zı­nın Bal­kan öl­kə­lə­ri­nə nəq­li, ey­ni za­man­da onun Türkiyə va­si­tə­si­lə Nax­çı­va­na da­şın­ma­sı im­kan­la­rı da nə­zər­dən ke­çi­ri­lir. Azər­bayca­nın Döv­lət Neft Şir­kə­ti Türkiy­ə­nin PETKİM neft-kimya kom­p­lek­sin­də nə­hə­ng in­ve­s­ti­siya lay­i­hə­lə­ri­ni uğur­la həy­a­ta ke­çi­rir.

Azər­baycan və Türkiyə siy­a­sət­çi­lə­ri, dip­lo­mat­la­rı, ana­li­tik­lə­ri və KİV-i bey­nəl­xalq are­na­da ümu­mi ma­raq­la­rın müda­fi­ə­si üçün fə­al şə­kil­də əmək­daş­lıq edir, hər iki döv­lə­tin bəd­xah­la­rı­na qar­şı bi­rgə müba­ri­zə apa­rır­lar. Nə­ticə­də, alim­lər, iş adam­la­rı, jur­na­list­lər, tə­lə­bə­lər, id­man­çı­lar sə­viyyə­sin­də əla­qə­lə­rin in­ten­siv­liy­in­də ar­tım müşa­hi­də olu­nur. Bu ba­xım­dan, Azər­baycan bu ka­te­qo­riy­a­dan olan şəx­slər üçün vi­za­sız re­ji­min tət­bi­qi­nə ha­zır­la­şır. Bu­nu Rə­cəb Tayyib Ər­doğan­la bi­rgə ke­çi­ri­lən mət­bu­at kon­fran­sın­da İl­ham Əliy­ev bəy­an edib. Vi­za­sız re­ji­min tət­bi­qi ilə bağlı ilk mər­hə­lə­də bun­dan ya­rar­la­na bi­ləcək in­san­la­rın ka­te­qo­riy­a­sı, on­la­rın öl­kə əra­zi­sin­də qal­ma müddə­ti və di­g­ər mə­qam­lar ya­xın za­man­lar­da müva­fiq na­zir­lik­lər və qu­rum­lar tə­rə­fin­dən müəy­yən­­ləş­di­ri­ləcək.

Türkiy­əyə sə­fə­ri­nə ye­kun vu­ran İl­ham Əliy­ev dey­ib: "XXI əsr türk dünya­sı­nın əs­ri olacaq. Bi­zi gə­ləcək­də böyük uğur­lar göz­ləy­ir".

Azər­baycan gə­ləcəyə inam­la ba­xır və bu, yal­nız onun öz uğur­lu in­ki­şa­fı ilə yox, həm də qar­daş öl­kə­nin uğur­la­rı ilə bağlı­dır. İl­ham Əli-y­ev dey­ib: "Türkiy­ə­nin gücü bi­zim gücümüzdür. Türkiyə böyük və şə­rə­f­li yol ke­çib. Bu gün dünya miqya­sın­da Türkiyə güclü döv­lət­lər sı­ra­sın­da­dır. Dünya­da ge­dən pro­ses­lə­rə Türkiy­ə­nin tə­sir im­kan­la­rı get­dikcə ar­tır. Türkiy­ə­nin ra­zı­lığı ol­ma­dan bö­lg­ə­miz­də heç bir tə­şəbbüs həy­a­ta ke­çi­ri­lə bil­məz. Biz ça­lış­ma­lıyıq ki, döv­lət­lə­ra­ra­sı əla­qə­lər, in­san­lar ara­sın­da olan bağlı­lıq da­ha da sıx ol­sun. Yet­miş il ər­zin­də biz bir-bi­ri­miz­dən ay­rı düşmüşdük. Ancaq xal­qla­rı­mı­zın qəl­bin­də olan se­vg­i­ni o ay­rı­lıq söndürə bil­məy­ib".

Tə­bii ki, sə­fər çər­çi­və­sin­də müza­ki­rə olu­nan re­g­i­o­nal və bey­nəl­xalq prob­lem­lər ara­sın­da Dağlıq Qa­ra­bağ müna­qi­şə­si əsas ye­ri tu­tub. Rəcəb Tayyib Ər­doğan Dağlıq Qa­ra­bağ prob­le­mi­nin "Azər­baycan qə­dər Türkiyə üçün də vacib ol­duğu­nu, An­ka­ra­nın müna­qi­şə­nin sülh yo­lu ilə həl­lin­də Azər­bayca­na qeyd-şərt­siz də­s­tək ver­diy­i­ni" söy­ləy­ib: "Biz müda­fiə sə­nay­e­si sa­hə­sin­də bi­rgə ad­dım­lar ata bi­ləcəy­ik. Biz siy­a­si qə­rar­la­rı bir mil­lət prin­si­pi­nə əsa­sən qə­bul edi­rik". Bu, Azər­baycan-Tür­kiyə müttə­fiq­liy­in­də par­ça­lan­ma ar­zu­lay­an­la­ra, An­ka­ra­nı Er­mə­ni­s­tan­la mü­na­si­bət­lə­ri Ba­kı­nın möv­qey­i­ni nə­zə­rə al­ma­dan yax­şı­laş­dır­mağa sövq et­məyə ça­lı­şan­la­ra, bu mə­sə­lə­nin er­mə­ni qüvvə­lə­ri­nin işğ­al al­tın­da­kı Azər­baycan tor­paq­la­rın­dan çı­xa­rıl­ma­sı ilə əla­qə­lən­di­ril­mə­si­ni ar­zu­la­may­an­la­ra bir­mə­na­lı ca­va­b­dır.

Türkiyə Qa­ra­bağ müna­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­si­ni ha­zır­kı da­lan­dan çı­xar­maq üçün əla­və im­kan­lar­dan is­ti­fa­də et­məyə ça­lı­şır. Türkiy­ə­nin "To­days Za­man" qə­ze­ti­nin yaz­dığı­na gö­rə, An­ka­ra İs­ve­ç­rəyə müraci­ət edə­rək on­dan Er­mə­ni­s­­tan­la Azər­baycan ara­sın­da müna­qi­şə­nin həl­li­nə yar­dım gö­s­tər­mə­si­ni is­təy­ib, bu­nun An­ka­ra-İrə­van müna­si­bət­lə­ri­nin bər­pa­sı­na im­kan ya­ra­dacağı­nı bil­di­rib. Qə­zet Türkiy­ə­nin xa­rici iş­lər na­zi­ri Əh­məd Da­vu­d­oğlu­nun fi­k­ri­nə is­ti­nad­la ya­zır ki, İs­ve­ç­rə İrə­va­nı Azər­baycan tor­paq­la­rı­nı işğ­al­dan azad et­məyə ra­zı sa­la bi­lər­sə, An­ka­ra Er­mə­ni­s­tan­la sər­həd­lə­ri açacaq.

Türkiyə xa­rici siy­a­sət ida­rə­si tə­rə­fin­dən bu cür bəy­a­na­tın səs­lən­di­ril­mə­si­nə əsas var. Ro­ta­siya prin­si­pi­nə əsa­sən, 2014-cü il­də ATƏT-ə sədrlik İs­ve­ç­rəyə ke­çəcək. Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­lin­də va­si­tə­çi­liyi isə bu təş­ki­la­tın Minsk Qru­pu həy­a­ta ke­çi­rir. İs­ve­ç­rə­nin xa­rici iş­lər na­zi­ri ar­tıq bəy­an edib ki, ATƏT-ə sədrlik za­ma­nı onun öl­kə­si üçün pri­o­ri­tet­lər­dən bi­ri Cə­nu­bi Qaf­qaz­da­kı müna­qi­şə­lə­rin di­a­loq və qar­şı­lıq­lı ina­mın bər­pa­sı yo­lu ilə həl­li­nə na­il olun­ma­sı olacaq. İs­ve­ç­rə­nin ATƏT-də Cə­nu­bi Qaf­qaz üzrə xüsu­si nümay­ən­də təy­in et­mə­si bu niyyə­tin cid­di­liy­i­nin gö­s­tə­rici­si sayı­la bi­lər. Bu po­s­tu Ce­ne­v­rə­də fə­a­liyyət gö­s­tə­rən Hu­ma­ni­tar Di­a­loq Mər­kə­zi­nin ta­nın­mış ek­s­per­ti, ox­şar müna­qi­şə­lə­rin həl­li sa­hə­sin­də böyük təcrübəyə ma­lik Ance­lo Qna­di­ng­er tu­tub.

Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin ni­zam­lan­ma­sı möv­zu­su­nun Ru­siya-Türkiyə Yüksək Sə­viyyə­li Əmək­daş­lıq Şu­ra­sı­nın dördüncü icla­sı çər­çi­və­sin­də apa­rı­lacaq Mos­k­va-An­ka­ra da­nı­şıq­la­rın­da da əsas möv­zu­lar­dan bi­ri olacağı şübhə doğur­mur. İcla­s­da Su­riya, İran prob­lem­lə­ri, ener­ji mə­sə­lə­lə­ri də müza­ki­rə edi­ləcək. Baş na­zir Rəcəb Tayyib Ər­doğan noy­a­b­rın 21-də iki­günlük rə­s­mi sə­fər­lə Ru­siy­aya yol­la­nacaq. Sə­fər çər­çi­və­sin­də o, re­g­i­o­nal və bey­nəl­xalq mə­sə­lə­lə­ri müza­ki­rə edəcək. Ər­doğa­nın Mos­k­va­da Ru­siya pre­zi­den­ti Vla­di­mir Pu­tin­lə görüşü də göz­lə­ni­lir.

Bu ara­da va­si­tə­çi Minsk Qru­pu, Türkiyə və Av­ro­pa İt­ti­fa­qı­nın Er­mə­ni­s­tan-Azər­baycan müna­qi­şə­si­nin sülh yo­lu ilə həl­li­nə müsbət im­puls ver­məyə ça­lış­dıq­la­rı bir vaxtda İrə­van xır­da siy­a­si oy­un­lar və tə­x­ri­bat­lar­la mə­şğ­ul­dur. Noy­a­b­rın 13-də Er­mə­ni­s­tan par­la­men­tin­də İrə­va­nın Dağlıq Qa­ra­bağın müstə­qil­liy­i­ni ta­nı­ma­sı­nı nə­zər­də tu­tan qa­nun lay­i­hə­si sə­sə qoy­u­lub. Qa­nun lay­i­hə­si sə­s­ver­məyə "İrs" par­tiy­a­sı frak­siy­a­sı­nın rəh­bə­ri Za­rui Po­stancyan tə­rə­fin­dən irə­li sürülüb. La­kin tə­şəbbüsə yal­nız 10 de­pu­tat də­s­tək ve­rib. Nə­ticə­də, mə­sə­lə ilk də­fə ol­duğu ki­mi, bu də­fə də gündə­lik­dən çı­xa­rı­lıb. Şübhə­siz ki, Er­mə­ni­s­tan de­pu­tat­la­rın­dan kon­struk­tiv­lik göz­lə­mək ol­maz. Sa­dəcə İrə­van­da söz­üg­e­dən qə­ra­rın qə­bul olu­nacağı tə­q­dir­də, öl­kə­nin bey­nəl­xalq bir­lik tə­rə­fin­dən sərt tən­qid olu­nacağı­nı an­layır­lar. Bu hal­da, bir qay­da ola­raq, er­mə­ni­lə­rə hi­may­ə­dar­lıq edən öl­kə­lər be­lə, İrə­va­nı qə­ra­rın ləğvi­nə çağır­mağa məcbur olacaq­lar. Çünki o, müna­qi­şə­nin sülh yo­lu ilə həl­li pro­se­si­nə ma­neə he­sab olu­nacaq. Nə­ticə­də, ha­zır­da da­nı­şıq­lar pred­me­ti olan və qey­ri-müəyyən sta­tu­sa ma­lik Dağlıq Qa­ra­bağın Azər­bayca­na məx­sus­luğu bey­nəl­xalq struk­tur­lar (AŞPA, Av­ro­pa Par­la­men­ti, BMT TŞ) tə­rə­fin­dən tə­s­diq­lə­nəcək. Da­nı­şıq­la­rın po­zul­ma­sı və hət­ta mümkün hər­bi əmə­liyyat­la­ra gö­rə bütün mə­su­liyyət isə er­mə­ni­lə­rin üzə­rin­də qa­lacaq.

Er­mə­ni­lər is­tə­ni­lən for­ma­da si- y­a­­si tə­x­ri­ba­tın, ter­ror ak­t­la­rı­nın, ta­ri­xi sax­ta­laş­dır­ma­nın və mi­f­lər ya­rat­ma­nın us­ta­la­rı­dır. Am­ma on­la­rın bu kə­s­kin­liyi də, bə­zi föv­qəl­döv­lət­lə­rin er­mə­ni­lə­rə hi­may­ə­dar­lığı da vaxt keç­dikcə Azər­bayca­nın və müttə­fiq Türkiy­ə­nin ar­tan qüdrə­ti qar­şı­sın­da ge­ri­lə­mə­li olacaq. Vacib ola­nı in­ki­şaf yo­lun­da inam­la ad­dım­la­mağa da­vam et­mək, türk bir­liy­i­ni da­ha da möh­kəm­lən­dir­mək­dir. Pre­zi­dent İl­ham Əliy­e­vin Türkiy­əyə sə­fə­ri iki qar­daş öl­kə­nin və on­la­rın rəh­bər­liy­i­nin bi­rgə gə­ləcək qur­maq niyyət­lə­ri­ni bir da­ha açıq şə­kil­də or­taya qoy­muş ol­du.



MƏSLƏHƏT GÖR:

677