
EV TAPŞIRIĞI
"Biz Cənubi Qafqazda daha aktiv olmaq üçün çox iş görməliyik"
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin müzakirə olunduğu görüş keçirilib. Qarşıda Azərbaycanı, Ermənistanı və daha 4 postsovet ölkəsini digər vacib hadisə gözləyir. Söhbət Vilnüsdə keçiriləcək, bu ölkələri Avropa İttifaqı ilə daha da yaxınlaşdırmaq məqsədi daşıyan "Şərq tərəfdaşlığı" sammitindən gedir. Yeri gəlmişkən, Aİ Bakı ilə İrəvanın barışdırılması prosesinə cəlb olunmasına marağını gizlətmir. Litva Parlamentinin deputatı Yuras Pojela baş verənlər, o cümlədən Azərbaycanla Aİ arasında əməkdaşlığın perspektivləri haqda fikirlərini "R+" jurnalına müsahibəsində açıqlayıb.
- Çoxtezliklə sizinvətəninizdə - Litvada "Şərqtərəfdaşlığı" sammitikeçiriləcək. Bu görüşdən nə gözləyirsiniz?
- İlknövbədə, Azərbaycanınsammitdə yüksəksəviyyədə təmsilolunacağına çox ümidedirəm. Düşünürəmki, Prezident İlham Əliyevintədbirə qatılması Azərbaycanın, ŞərqregionununAvropa İttifaqınınqalanhissəsiilə münasibətlərinindərinləşməsində böyükroloynayacaq.
- Azərbaycan Avropaya inteqrasiyanı xarici siyasətinin prioritet istiqamətlərindən sayır. Azərbaycan-Avropa münasibətlərinin gələcəyi haqda nə düşünürsünüz?
- Düşünürəm ki, Azərbaycan hər zaman Avropaya aid olub və gələcəkdə də o, Avropa ailəsinin üzvü olacaq. Siz Şərqlə Qərbin kəsişməsində yerləşməklə, Avropada və regionda çox vacib rol oynayırsınız. Azərbaycanın böyük üstünlüyü həm də bununla bağlıdır. Bizim regionda çox etibarlı tərəfdaşa ehti-yacımız var. Azərbaycan bu rolun öhdəsindən əla gəlir.
- Bəs avropalıların bizim re-gionumuzla bağlı böyük maraqlarının olmasına rəğmən, Avropa İttifaqının buraya kifayət qədər maraq göstərmədiyini düşünmürsünüzmü?
- Mənim üçün Aİ-nin xarici si-yasətini tənqid etmək çox çətindir. Amma həqiqətən də, hesab edirəm ki, Cənubi Qafqaz regionunda daha fəal olmamız, daha çox nəzərə çarpmamız üçün daha çox ev tapşırığı etməliyik. Aİ anlamalıdır ki, o, birliyə daxil olan dövlətlərin siyasi sərhədləri ilə məhdudlaşmır. Biz digər regionlarda da mövcud olmalı, öz dəyərlərimizi orada da ifadə etməliyik.
- Azərbaycanın inkişaf perspektivləri haqda nə düşünürsünüz?
- Son onillikdə Azərbaycan son dərəcə sürətli inkişaf yolu keçib. İqtisadiyyatın inkişafı, yoxsulluq və işsizliyin azalması sizin fəxr etməli olduğunuz qələbələrdir. Aİ-nin bir sıra ölkələrində tənəzzülün yaşandığı bir vaxtda, ölkəniz inkişafın mümkün olduğunu hər kəsə nümayiş etdirir. Düşünürəm ki, bir çoxumuz problemlərin həlli yollarını Azərbaycandan öyrənməliyik. Əlbəttə ki, uğurların əldə olunması böyük ölçüdə təbii resurslardan da asılıdır. Amma müdrik rəhbərlik, strateji baxış olmadan bu, mümkün deyil. Dünyada təbii resurslar baxımından zəngin olan bir çox ölkə var. Amma onlar çox yoxsul yaşayır, bu dövlətlərdə sosial təbəqələr arasında ciddi uçurum var. Belə ölkələr üçün Azərbaycan ən yaxşı nümunədir.
- Dağlıq Qarabağ münaqişəsi və onun həlli perspektivləri haqda nə düşünürsünüz?
- Bir tərəfdən, bu sualın cavabı çox sadədir - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Burada hər hansı başqa kompromisin müzakirəsinə ehtiyac yoxdur. Söhbət beynəlxalq hüquqdan gedir. Amma digər yandan, bəzi ölkələrin bunu inkar etmək cəhdlərini görürəm. Bu, yolverilməzdir. Mən Azərbaycan vətəndaşlarının Qarabağ regionundakı evlərinə qayıdacağı günü gözləyirəm.
- Aİ Avropanın Şərq sərhədlərində uzun illərdir davam edən bu münaqişənin aradan qaldırılmasında hansısa rol oynaya bilərmi?
- Bu problem uzun illərdir ki, həll olunmur. Biz indiki təkliflərin nə qədər məhsuldar olduğuna, onların niyə işləmədiyinə baxmalıyıq. Aİ-nin edə biləcəyi bu məsələyə son qoyulması yollarının daha fəal axtarılması ola bilər. İnsanlar bu qədər çox gözləyə bilməzlər.
MƏSLƏHƏT GÖR: