14 Mart 2025

Cümə, 20:50

AZƏRBAYCANIN "SƏS"İ

Rusiyanın məşhur musiqi telelayihəsinin iştirakçısı Fərid Əsgərov öz qələbəsinə inanırmı?

Müəllif:

10.12.2013

Ru­siy­a­nın Bi­rinci ka­na­lın­da üç ay əv­vəl start götürmüş "Səs" vo­kal lay­i­hə­si­nin ikinci möv­sü­mü ba­şa ça­tır. Məş­hur te­le­lay­i­hə­nin iş­ti­rak­çı­la­rı ara­sın­da azər­baycan­lı ifa­çı Fə­rid Əsg­ə­rov da var. O, xoş səs tem­bri və qey­ri-adi ifa tər­zi ilə həm ta­ma­şa­çı­la­rın, həm də münsi­f­lər hey­ə­ti üzvlə­ri­nin qəl­bi­ni fəth edə bi­lib. İn­di fi­na­la cə­mi bir ne­çə ad­dım qa­lır. Fə­rid Əsg­ə­rov "R+" jur­na­lı­na müsa­hi­bə­sin­də müsa­bi­qə­nin ən çə­tin tə­rə­fi, müəl­li­mi Di­ma Bi­lan və ai­lə­si ha­q­da da­nı­şıb.

- Fə­rid, "Səs" te­le­şo­u­su­na necə düşdünüz?

- "Səs" te­le­lay­i­hə­si­nin bi­rinci bu­ra­xı­lı­şı­na bax­dım və mən­də ora­da öz gücümü yox­la­maq is­təyi ya­ran­dı. Fi­k­ri­mi do­stla­rı­ma söy­lə­dik­də on­lar mə­ni də­s­tək­lə­di­lər. Əri­zə ver­dim,  ka­s­tin­q­dən keç­dim və... münsi­f­lər hey­ə­ti­nin qar­şı­sı­na çıx­dım. On­lar se­çi­mi "gözüyu­mu­lu" edir və qə­rar­la­rı­nı yal­nız iş­ti­rak­çı­nın sə­si­nə gö­rə ve­rir­di­lər. Mən Corc Ben­so­nun "In your eyes" və Stiv Uan­de­rin "Isn't she lovely" mah­nı­la­rı­nı ifa et­dim. Sə­si­mə dörd münsi­fin üçü çe­v­ril­di - Di­ma Bi­lan, Pe­la­g­eya və Le­o­nid Aqu­­tin. Ye­ri gəl­miş­kən, so­nra­dan bil­­dim ki, mən­dən baş­qa müsa­bi­qəyə da­ha iki azər­baycan­lı da əri­zə ve­rib­miş. La­kin on­lar ka­s­tin­qi ke­çə  bil­məy­ib­lər.

- Te­le­lay­i­hə­də ən çə­ti­ni nə ol­du?

- Səh­nəyə qalxdığın an. Mə­nim üçün lay­i­hə­də bu, ən dəh­şət­li mə­qam­dır. O an­da həy­əcan­dan, hət­ta boğa­zım­da spaz­ma baş­layır. Hal­bu­ki bu sa­hə­də ye­ni dey­i­ləm və ki­fay­ət qə­dər təcrübəm var. Fi­k­rimcə, səh­nəyə çı­xan an­da bütün müğən­ni­lər həy­əcan ke­çi­rir və na­ra­hat olur­lar. Bu, nor­mal­dır. O an­da vacib ola­nı özünü ələ al­maq, düz nə­fəs al­ma­q­dır. On­da çı­xı­şın da rə­van olacaq.

- Müəl­li­mi­niz Le­o­nid Aqu­tin si­zə "qır­mı­zı kart" gö­s­tər­dik­də, Bi­lan isə göz­lə­nil­mə­dən si­zi öz ko­man­da­sı­na də­vət et­dik­də nə hiss et­di­niz?

- Se­vinc. Əl­bət­tə, ya­rıy­ol­da qal­maq mə­nim üçün ağır idi. Di­ma mə­nə özümü gö­s­tər­mək üçün da­ha bir şans ver­di. Hər kə­sə ya­şa­nan­la­rın əbəs ol­ma­dığı­nı sübut et­məyə ça­lı­şı­ram.

- Di­ma Bi­lan­la iş­lə­mək necə­dir? Ümu­mi dil tap­maq çə­tin ol­ma­dı ki?

- Biz bir-bi­ri­mi­zi əla ba­şa düşü­rük. Bə­zən müba­hi­sə edir, di­s­kus­si­y­a­la­ra gi­rir, am­ma hər za­man da kom­pro­mi­sə gə­li­rik. Onun­la asan­dır. Mu­si­qi­ni əla bi­lir. On­da mu­si­qi duy­ğu­su var. Bi­lan səh­nə­də han­sı mah­nı­nın "səs sa­lacağı­nı", han­sı­nın di­- g­ər­lə­ri­nin fo­nun­da "itəcəy­i­ni" də­qiq bi­lir. Di­ma zəh­mət­keş­dir - o, bi­zim­lə, tə­lə­bə­lə­ri­lə fa­si­lə­siz iş­lə­məyə ha­zır­dır.

- Son du­el­də Al­la Pu­qa­ço­va­nın re­per­tu­a­rın­dan "Lö­bovğ, po­xo­jaə na son" mah­nı­sı­nı ifa et­di­niz. Bu, öz se­çi­mi­niz idi?

- Eti­raf edi­rəm ki, bu, mə­nim se­vim­li mah­nım­dır. Hər za­man onu böyük səh­nə­lər­də ifa et­mək is­tə­mi­şəm. "Lö­bovğ, po­xo­jaə na son" qa­dın mah­nı­sı­dır. La­kin düşünürəm ki, mə­nim ifam­da o, heç də pis alın­mayıb. Di­maya bu mah­nı­nı oxu­maq is­tə­diy­i­mi de­dik­də o, mə­ni dər­hal də­s­tək­lə­di. Hər iki­miz bu ifa­nın mün­si­f­lə­rin xo­şu­na gə­ləcəy­i­nə əmin idik. Ya­nıl­ma­dıq da...

- Si­zə tam sər­bəst­lik ve­ril­səy­di, "Səs" te­le­lay­i­hə­sin­də da­ha han­sı mah­nı­nı ifa edər­di­niz?

- Müslüm Ma­qo­may­e­vin re­per­tu­a­rın­dan olar­dı. Onun ya­ra­dıcı­lığı­nı çox bəy­ə­nir, mah­nı­la­rı­nı çox tez-tez din­ləy­i­rəm. On­lar müvəq­qə­ti yox, öl­məz mah­nı­lar­dır. Bi­lan­la bu fi­k­ri­mi müza­ki­rə et­mi­şik. Ma­qo­may­ev­dən nə­sə oxuy­acağam.

- Si­zin çox şən, meh­ri­ban də­s­tək qru­pu­nuz var. Bu, kö­mək edir­mi?

- Ko­man­dam­da ya­xın do­stla­rım Mu­rad Da­da­şov, Emin Kə­rim­li, Ar­çi Pur­se­lad­ze və xa­nı­mım Ay­gün yer alır­lar. Səh­nə­də mə­ni pi­a­no­çu Sa­mir Sul­ta­nov müşay­i­ət edir. Əl­bət­tə ki, do­stla­rı­mın də­s­təyi mə­nə çox kö­mək edib. Azər­baycan­dan mə­nə azar­keş­lik edən həm­və­tən­lə­rim­dən də çox il­ham­la­nı­ram.

- Te­le­lay­i­hə­nin fi­na­lı­na çox az qa­lır. Necə düşünürsünüz, qə­lə­bə qa­za­na bi­ləcək­si­niz­mi?

- Bu, əla olar­dı! Əl­bət­tə ki, "Səs"in hər bir iş­ti­rak­çı­sı ki­mi, mən də qə­lə­bə qa­zan­maq is­təy­i­rəm. Am­ma... Fi­na­la yüksəl­mə eh­ti­ma­lım az­dır.

- Niyə? Lay­i­hə­nin əv­və­lin­də gücünüzə əmin idi­niz...

- Mən in­di də özümə əmi­nəm. Am­ma in­di şo­u­da ta­ma­şa­çı­la­rın ve­rəcək­lə­ri səs­lər nə­zə­rə alı­nacaq. Son ha­di­sə­lə­rin fo­nun­da isə azər­baycan­lıya səs ve­rən­lər o qə­dər də çox ol­may­acaq. Yə­qin ki, ta­ma­şa­çı­lar ara­sın­da Ru­siya KİV-nin azər­baycan­lı­la­ra qar­şı apar­dığı tə­x­ri­bat­çı təb­liğa­ta uy­an­lar az dey­il. Mən la- y­i­həyə qo­şul­du­q­da bütün rus­la­ra azər­baycan­lı­la­rın is­te­dad­lı, yüksək mə­də­niyyə­tə ma­lik xalq ol­duğu­nu sübut et­mək is­təy­ir­dim. Ümid edi­rəm ki, "Səs"də iş­ti­rak et­diy­im döv­r­də bu­nu edə bil­mi­şəm... Heç ol­ma­sa, on­lar­la ta­ma­şa­çı­nın ürəy­i­nə to­xu­na bil­mi­şəm­sə, de­mək, lay­i­hə­də iş­ti­ra­kım bo­şa get­məy­ib.

- Fi­na­la necə ha­zır­la­şır­sı­nız?

- Ha­zır­da mah­nı se­çi­rik. Bir ne­çə günlüyə Ba­kı­da ol­duğum ha­zır­kı günlər­də də Di­ma Bi­lan­la te­le­fon­la da­nı­şır, fi­kir­lə­ri­mi­zi, ye­ni idey­a­la­rı­mı­zı bir-bi­ri­miz­lə bölüşürük...

- Fi­na­la "Səs"in han­sı iş­ti­rak­çı­sı ilə qal­maq is­tər­di­niz?

- Alyo­na Toy­min­se­va və ya An­ton Belyay­ev ilə. On­la­rın ifa­sı­nı çox bəy­ə­ni­rəm. On­lar güclü yad­da­qa­lan sə­sə ma­lik uşaq­lar­dır­lar. Fi­nal­da on­lar­la ya­rış­maq çox ma­raq­lı olar­dı.

- "Səs"in qa­li­bi ol­sa­nız həy­a­tı­nız­da nə dəy­i­şəcək?

- Hər şey. Üfüqlər, hə­də­f­lə­rə çat­ma yol­la­rı dəy­i­şəcək. Böyük səh­nə­lər­də oxu­maq is­təy­i­rəm. İs­təy­i­rəm ki, mə­ni ha­mı ta­nı­sın. Am­ma bun­lar mə­ni dəy­iş­məy­əcək. Bu, bir­mə­na­lı­dır. Mən ye­nə də hə­mi­şə­ki sa­də ba­kı­lı oğlan ola­raq qa­la­ca­ğam...

- İlk də­fə səh­nəyə ne­çə ya­şın­da çıxdığı­nı­zı xa­tır­layır­sı­nız­mı?

- 19 ya­şın­da. İlk də­fə doğma in­s­ti­tu­tu­nun səh­nə­si­nə çıx­mı­şam. O za­man po­pulyar olan "Kar­van" qru­pu­nun re­per­tu­a­rın­dan mah­nı ifa et­miş­dim. O qə­dər pis oxu­muş­dum ki, az qa­la mə­ni po­mi­dor atə­şi­nə tu­taca­q­dı­lar. Təcrübə­siz idim. Or­du­da xid­mə­ti ba­şa vur­du­q­dan so­nra mü­ğən­ni ol­maq qə­ra­rı­na gəl­dim. Ha­mı bu­nun mən­də alın­may­acağı­nı dey­ir­di. "Bu fi­kir­dən əl çək və baş­qa iş­lə mə­ş- ğ­ul ol. Oxuya bil­mə­diy­i­ni an­la" de-y­ir­di­lər. Ki­min­sə tə­sadüfi bir fi­k­ri mə­nə tə­kan ver­di və mən bun­la­rın ək­si­ni sübut et­mək qə­ra­rı­na gəl­dim. Üzə­rim­də iş­lə­məyə baş­la­dım. Ela Ci­ro­u­nu, Corc Ben­so­nu min də­fə din­lə­dim. On­la­rı yam­sı­la­mağa ça­lı­şır­dım. Günlər­lə oxuy­ur­dum və tə­d­ricən alı­nır­dı. İlk də­fə ta­ma­şa­çı­lar qar­şı­sın­da çı­xış et­dik­də hər kə­sin al­qı­şı­nı al­dım. Ye­ri gəl­miş­kən, mə­nim mu­si­qi təh­si­lim yox­dur.

- Bu gün ar­tıq öz au­di­to­riy­a­nız var...

- Bə­li. "Ka­ver" və "An­qel" ki­mi so­lo di­s­k­lə­ri­mi bu­rax­mağa macal tap­mı­şam. Ha­zır­da üçüncü disk üzə­rin­də ça­lı­şı­ram. Ba­kı­da də­fə­lər­lə so­lo kon­sert ver­mi­şəm.

- Bə­zi din­ləy­ici­lə­rin fi­k­rincə, si­zin ifa tər­zi­niz, san­ki, Leps ilə Pav­li­a­ş­vi­li­nin ifa tər­z­lə­ri ara­sın­da ox­şar bir şey­dir. Bu fi­k­rə müna­si­bə­ti­niz?

- (gülür) Bə­zi­lə­ri­sə mə­ni oxuy­an Havyer Bar­dem ad­lan­dı­rır­lar. Bu­na nə dey­ə­sən? Hə­rə mu­si­qi­ni bir cür görür. Mən düşünürəm ki, mə­nim öz üslu­bum var.

- Ar­tıq üç il­dir ki, Mos­k­va­da ya­şayır, iş­ləy­ir­si­niz. Necə ol­du ki, xa­nı­mı­nız si­zi bu qə­dər uzağa bu­rax­dı?

- Do­stla­rım mə­nə müvəq­qə­ti ola­raq Mos­k­vaya kö­ç­məyi, ora­da iş­lə­məyə cəhd gö­s­tər­məyi tək­lif et­dik­də biz Ay­günlə bir­lik­də Ru­siy­a­ya get­məy­in vacib ol­duğu qə­ra­rı­na gəl­dik. Həy­at yol­da­şı ba­xı­mın­dan bəx­tim gə­ti­rib. O, mə­ni hər za­man ba­şa düşür və də­s­tək­ləy­ir. Ay­gün caz ifa­çı­sı­dır və mu­si­qi­çi üçün işin, ya­ra­dıcı­lığın nə qə­dər vacib ol­duğu­nu an­layır. Üç oğlu­muz var. Böyük oğlum Maq­sud 12, or­tancıl Ri­ad 11, ki­çik oğlum Sə­id isə 2 ya­şın­da­dır.

- Uşaq­lar­dan si­zin yo­lu­nuz­la ge­­dən var­mı?

- Maq­sud pi­a­no­çu­dur. Mə­nim "Səs" lay­i­hə­sin­də iş­ti­ra­kım­dan so­n­ra or­tancıl oğlum Ri­ad ana­sı­na və mə­nə ata­sı ki­mi oxu­maq is­tə­diy­i­ni dey­ib. Mən əley­hi­nə dey­i­ləm. Bi­zim mu­si­qi­çi ai­lə­miz var...



MƏSLƏHƏT GÖR:

692