20 Dekabr 2024

Cümə, 02:52

ƏRAZİ BÜTÖVLÜYÜNƏ ZİYAN VURMADAN

"Qarabağ problemi xalqların müqəddəratını təyinetmə məsələsi deyil " - Roma Universitetinin professoru Natalino Ronzitti

Müəllif:

10.12.2013

Ke­ç­miş 6 So­vet re­s­pub­li­ka­sı­nın Aİ ilə tə­rəf­daş­lı­q­da nə qə­dər qə­rar­lı ol­duğu­nu gö­s­tə­rən Vil­nüsdə­ki "Şərq tə­rəf­daş­lığı" sam­mi­ti ar­tıq  ba­şa ça­tıb. Bəs, Azər­bayca­nın av­ro­in­te­q­ra­siya per­spek­tiv­lə­ri necə­dir? Əra­zi bütöv­lüyü və xal­qla­rın öz müqə­ddə­rat­la­rı­nı təy­i­net­mə hüqu­qu ki­mi prin­sip­lər əsa­sın­da müna­qi­şə­lə­rin, xüsu­si­lə də  Dağlıq Qa­ra­bağ kon­flik­ti­nin həl­li nə də­rəcə­də mümkünsüzdür? Bütün bu su­al­la­rı  “R+”la söh­bə­ti za­ma­nı Ro­ma­nın LUİS-Qvi­do Kar­li Bey­nəl­xalq Uni­ver­si­te­ti­nin fə­x­ri pro­fes­so­ru Na­ta­li­no Ron­zit­ti ca­vab­lan­dı­rıb.

- Cə­nu­bi Qaf­qaz re­s­pub­li­ka­la­rı­nın ye­tə­rincə müxtə­lif xa­rici si-y­a­si kur­su var. Qər­bə mey­il­lən­miş xa­rici siy­a­sət han­sı üstünlüklər ve­rə bi­lər?

- Soy­uq müha­ri­bə hə­lə 80-ci il­lə­rin so­nun­da ba­şa ça­tıb. Odur ki, iki ideo­lo­g­iya ara­sın­da se­çim et­mək ar­tıq gündəm­də dey­il. Qərb de­mo­k­ra­tiya, in­san haq­la­rı ki­mi dəy­ər­lə­rə əsas­la­nır və bu dəy­ər­lər hər kəs, o cümlə­dən də Cə­nu­bi Qaf­qaz öl­kə­lə­ri­nin də əsas döv­lət siy­a­sə­ti­nə çe­v­ril­mə­li­dir. Bu öl­kə­lər­dən iki­si Sülh na­mi­nə tə­rəf­daş­lıq pro­qra­mı va­si­tə­silə NATO ilə əmək­daş­lıq edir, Gürcüstan isə Şi­ma­li At­lan­ti­ka al­yan­­sı­na üzv ol­mağa cəhd gö­s­tə­rir. ATƏT-in prin­sip­lə­ri­nə gö­rə  xa­rici siy­a­sət  hər bir döv­lə­tin azad se­çi­mi əsa­sın­da müəyyən­ləş­di­ril­mə­li­dir. Di­­g­ər vacib amil isə Av­ro­pa İt­ti­fa­qı və onun qon­şu­luq siy­a­sə­ti, asso­si­a­siya ba­rə­də an­laş­ma­nın əl­də olun­ma­sı­dır.

- Ay­dın­dır ki, Cə­nu­bi Qaf­qaz coğra­fi möv­qeyi, ener­ji eh­tiy­at­la­rı və di­g­ər mə­qam­la­rıy­la Qər­bin stra­te­ji ma­raq­la­rı da­i­rə­si­nə da­xil­dir. Siz Aİ-nin bu bö­lg­ə­də­ki siy­a­sə­ti­ni necə dəy­ər­lən­di­rər­di­niz?

- Vilnüs sam­mi­ti gö­s­tər­di ki, Aİ ilə Cə­nu­bi Qaf­qaz öl­kə­lə­ri ara­sın­da, xüsu­si­lə də Azər­baycan­la  müna­si­bət­lər  aktv in­ki­şaf dövründə­dir. Di­g­ər vacib amil isə Azər­bayca­nı Qər­b­lə, xüsu­si­lə də İta­liya ilə da­ha da bər­ki­dəcək Trans­ad­ri­a­tik qaz kə­mə­ri­dir.

- Çox­la­rı Dağlıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin hə­lə də həll olun­ma­mış qal­ma­sı­nı əra­zi bütövlüyü ilə xal­qla­rın öz müqə­ddə­rat­la­rı­nı tə-y­i­net­mə haq­qı ki­mi prin­sip­lə­rin üst-üstə düşmə­mə­si ilə əla­qə­lən­di­rir­lər. Be­lə­dir, ya yox? Sizcə, kütlə­vi qı­rğın, hər­bi təcavüzdən, əra­zi­lə­rin işğ­alı və et­nik tə­miz­lə­mə­dən so­nra müqə­ddə­ra­tın təy­in edil­mə­si prin­si­pi­nə nə də­rəcə­də haqq qa­zan­dır­maq olar? Qa­ra­bağ prob­le­mi­nin həl­li per­spek­ti­vi ha­q­da Siz nə düşünürsünüz?

- Hər iki prin­sip - öz müqəd­də­ra­tı­nı təy­i­net­mə və döv­lə­tin əra­zi bütövlüyü  vacib mə­sə­lə­dir və qa­nun on­la­rın heç bi­ri­nə zə­rər to­xun­dur­ma­dan  uz­laş­ma yol­la­rı­nı ay­dınca gö­s­tə­rir. Am­ma biz az­lığın dey­il, bütöv bir xal­qın öz müqə­ddəra­tı­nı təy­in et­mə­si­ni nə­zər­də tu­tan bu prin­si­pi səhv sal­ma­ma­lı, onun düz­gün an­la­şıl­ma­sın­da bir qə­dər eh­ti- y­at­lı ol­ma­lıyıq. Təy­i­net­mə hüqu­qu  bey­nəl­xalq ci­nay­ət­lər tö­rət­mək üçün siy­a­si alə­tə çe­v­ril­mə­mə­li­dir. Odur ki, zən­nimcə, Qa­ra­bağ mə­sə­lə­si mil­li az­lıq mə­sə­lə­si­dir, xal­qla­rın öz müqə­ddə­ra­tı­nı təy­i­net­mə yox.

- Ye­ri gəl­miş­kən, İta­liya mil­li az­lıq­la­rın hüquq­la­rı mə­sə­lə­sin­də xey­li təcrübəyə ma­lik­dir. Mən İta­liy­a­nın şi­ma­lın­da­kı ger­man­dil­li çox­luğun ya­şa­dığı Cə­nu­bi Ti­rol    (ita­lyanca - “Al­to Adidca”) bö­lg­ə­si­ni nə­zər­də tu­tu­ram. Zən­nimcə, öl­kə­nin əra­zi bütövlüyünü po­zma­dan mil­li az­lıq­la­rın is­təy­i­nin də tə­min olun­ma­sın­da Cə­nu­bi Ti­rol özünüi­da­rə mo­de­li yax­şı nümu­nə ola bi­lər. Bəl­kə, bu mo­del Dağlıq Qa­ra­bağda da tət­biq olu­na bi­lər?

- Cə­nu­bi Ti­rol (Al­to Adi­dja) mil­li az­lıq­lar üçün yax­şı nümu­nə­dir. Az­lıq­lar öl­kə­nin əra­zi bütövlüyünü təhlükə al­tı­na qoy­a­raq müstə­qil­lik tə­ləb edə bil­məz­lər. Cə­nu­bi Ti­rol mo­de­li ATƏT-in mil­li az­lıq­la­rın iş­lə­ri üzrə Ko­pen­ha­g­en top­lan­tı­sı­nın va­si­tə­çi­liyi ilə qə­bul olu­nub. Av­ro­pa Şu­ra­sı­nın hi­may­ə­si al­tın­da  ha­zır­la­nan mil­li az­lıq­lar üzrə bu Çər­çi­və Kon­ven­siy­a­sı diq­qə­tə­lay­iq bir alət­dir.

- Am­ma tə­əsüf ki, biz Ko­so­va, Ab­xa­ziya və Cə­nu­bi Ose­tiy­a­nın tim­sa­lın­da görürük ki, bey­nəl­xalq icti­ma­iyyə­tin bu cür prob­lem­lə­rə va­hid ya­naş­ma­sı yox­dur. Si­zə elə gəl­mir­mi ki, ay­rı-ay­rı bö­lg­ə­lə­rin bu cür bir­tə­rə­f­li qay­da­da "ta­nın­ma­sı" bütün bey­nəl­xalq müna­si­bət­lə­rə məh­ve­dici tə­sir gö­s­tə­rir?

- Hər bir olayın öz ta­ri­xi, ma­raq­lı öl­kə­lə­rin iş­ti­ra­kı ilə özünə­məx­sus həll yol­la­rı var. Am­ma Bey­nəl­xalq hüquq, BMT prin­sip­lə­ri və ATƏT hər cür bey­nəl­xalq müba­hi­sə­lə­ri sülhlə yo­lu­na qoy­maq üçün ye­tə­rincə va­si­tə və yol­lar gö­s­tə­rir. Han­sı­sa subyek­tin bey­nəl­xalq sə­viyyə­də  ta­nın­ma­sı ona dünya icti­ma­iyyə­ti­nin də­s­təy­i­ni ifa­də edən ən yax­şı alət­dir. Əg­ər be­lə bir də­s­tək yox­dur­sa, de­mə­li, hə­min subyekt bey­nəl­xalq hüqu­q­da müstə­qil sayı­la bil­məz. 

 

 

MİLLİ AZLIQLARIN İŞLƏRİ ÜZRƏ ÇƏRÇİVƏ KONVENSİYASI 

Avropa Şurasının Çərçivə Konvensiyası 1995-ci il fevralın 1-də imzalanıb və üç il sonra qüvvəyə minib. Milli azlıqların haqlarının qorunmasına həsr olunmuş ilk hüquqi sənəd  kimi o böyük əhəmiyyətə malikdir. Konvensi- yaya görə, milli azlığa mənsubluq baxımından istənilən diskriminasiya qadağan edilir, milli azlıq və çoxluğa aid şəxslər arasında tam və həqiqi bərabərlik təşviq edilir. 

 

CƏNUBİ TİROL MÜNAQİŞƏSİNİN HƏLLİ 

Cənubi Tirol (Alto Adige - ital., Südtirol - alm.) İtaliyanın şimalında yerləşən almandilli əyalətdir. Trentino-Alto-Adidje/Züdtirol muxtar bölgəsinin bir hissəsidir. Sahəsi 7 400 kv.km, əhalisi 500 mindən artıqdır. Paytaxtı Boltsano (Botsen) şəhəridir. 

Əhalisinin əksəriyyəti alman dilinin Avstriya-Bavariya dialektində, dörddə biri italyan dilində, kiçik bir hissəsi isə ladin dilində danışır.  

Əsrlər boyu Tirol avstriyalı habsburqlar və bavariyalı vittelsbaxlar arasında mübahisə mənbəyi olub. XIX əsrin əvvəlində Tirol Avstriya imperiyasının tərkibinə daxil olub, Birinci dünya müharibəsindən sonra isə İtaliyaya verilib.  1947-ci il sülh müqaviləsi İtaliya ilə Avstriya arasında 1919-cu ilə olan  sərhədləri təsdiqləyib. Tirolun almandilli azlığına ölkənin italyandilli əhalisi ilə tam bərabərlik təminatı verilib. Trentino-Alto-Adidje/Züdtirol muxtar bölgəsi yaradılıb və Cənubi Tirol şimal əyaləti onun tərkibinə daxil edilib. Lakin Avstriya İtaliyada almandilli azlıqların ayrı-seçkiliyə məruz qalması barədə bə-yanatlar verməkdə davam edirdi. İtaliya isə öz növbəsində, Avstriyanı panalman və nasist qüvvələri dəstəkləməkdə, 1960-cı illər boyu Cənubi Tirolda terror aktları törətmiş terrorçulara yardımçı olmaqda günahlandırırdı. 1969-cu ilin sonunda İtaliya və Avstriya razılıq əldə ediblər və bu razılığa görə, "böl-gəyə geniş muxtariyyət hüququ verilib, tirolluların əyalətdə milli siyasətdə təsir imkanları artırılıb, alman dili müvafiq status alıb, ərazinin alman adı - Cənubi Tirol qəbul edilib". Son olaraq Cənubi Tirol məsələsi 1992-ci ildə həllini tapıb. 1992-ci ildə Avstriya hakimiyyəti BMT-də Cənubi Tirol məsələsi ilə bağlı İtaliya ilə ziddiyyətlərinin aradan qaldırıldığını bəyan edib. 2001-ci ildə isə Cənubi Tirol ayrıca almandilli əyalət statusu alıb. Trentino-Alto-Adidje/Züdtirol bölgəsinin statusuna görə, hökumət ayrı-ayrı etnik qrupların mədəniyyət və dil fərqlərinin qorunmasına təminat verir. Bundan başqa, 70 seçilən deputatdan ibarət regional parlament yaradılıb. Parlament regional qanunverici hakimiyyət olmaqla yanaşı, muxtariyyətin prezidentini, iki vitse-prezidentini və nazirləri də seçir. Bu zaman parlamentin səlahiyyət müddəti bitənədək bölgənin prezidenti postunu növbə ilə alman və italyan icmasının təmsilçiləri tutmalıdır. 


MƏSLƏHƏT GÖR:

596