
"RƏ-ŞİD! RƏ-ŞİD!"
Azərbaycanda unudulmaz Rəşid Behbudovun anadan olmasının 98-ci ildönümü qeyd edildi
Müəllif: Məhərrəm ZEYNAL Bakı
1960-cı illər idi. Rəşid Hindistanda inanılmaz populyarlığa malik idi. Qatar sovet mədəniyyət xadimlərindən ibarət heyəti Heydər-abad şəhərinə konsertə aparırdı. Onların arasında Turqunbayev, Maslennikov, Mixaylov, Pliset-ski, Behbudov və başqaları var idi. Səhər tezdən qatar son məntəqəyə çatmamış gözlənilmədən qəza duruşu etdi. Belə hallarda həmişə olduğu kimi, qatarda işıqlar söndü. Bu məqamda qatardakı insanlar kütlənin qeyri-müəyyən uğultusunu eşitməyə başladılar. Getdikcə artmaqda olan səs sonda aydın eşidilirdi: "Rə-şid! Rə-şid!". İnsanlar Rəşidin qatardan çıxmasını və onlar üçün mahnı ifa etməsini istə-yirdilər. Rəşid qatarın pilləsindən hindistanlı pərəstişkarları üçün oxudu.
Hindistanda Rəşidə qibtə edirdilər. Bundan böyük həvəslə yararlanan Sovet İttifaqı bu "qardaş" ölkədə tez-tez konsertlər təşkil edir, bütün gəliri özünə götürür və Rəşidə bütün digər ifaçılara olduğu kimi, çıxışına görə 16 manatlıq qonorar verirdi.
Rəşid Behbudov Bolqarıstanda, İranda, Türkiyədə, Efiopiyada, Misirdə, İtaliyada, hətta sanki mədəni baxımdan bizdən uzaq olan Belçikada, Macarıstanda, Finlandiyada, Çilidə də böyük populyarlığa malik idi. O, uzun, məhsuldar yaradıcılıq karyerası boyunca bütün dünyanı gəzib, tez-tez Avropada, Asiyada, Latın Amerikasında olub. "Onun mahnıları hələ də yalnız Azərbaycanda deyil, digər ölkələrdə də populyarlığını qoruyub-saxlayır", – deyə "R+" jurnalına açıqlamasında musiqiçi və müğənni Elxan Çələbiyev bildirib: "Biz Moskvada olarkən mən və duet həmkarım Samir Rəcəbov tez-tez Behbudovun mahnılarına müraciət edirik. Məni fərəhləndirən əsas məqam ziyalı gənclərin Behbudovun mahnılarını yaxşı bilmələri və sevmələridir".
"Bir dəfə gənclərdən ibarət qrup səhvən bizdən onun "Arşın mal alan" filminin yazıldığı diski götürmüşdü. Onda bir qız məni mətni başdan-ayağa rus dilinə tərcümə etdirdi. Çünki filmin rus dilində olan versi- yası bizdə yox idi", – deyə Samir Rəcəbov danışır. – "Biz onun mahnılarını Gürcüstanda da ifa etmişik. Behbudovun mahnılarının Tiflisdə də çox yaxşı xatırlandığını, tanındığını bilirik".
"Uşaq olduğum vaxt Behbudov mənim üçün Allah idi. Bakıda o mənim ailəmin yaşadığı "professorlar evi"ndə, lakin beşinci mərtəbədə yaşayırdı. Yəqin ki, ailəmizdə ona olan xüsusi münasibətin səbəbi bu idi", – deyə Samir danışır.
Böyük məktəb
Azərbaycanın əksər məşhur musiqiçiləri, müğənniləri və bəstəkarları kimi, Tiflisdə doğulmuş Rəşid Behbudov da əslən Şuşadan idi. Onun atası, peşəkar tarzən Məcid Şuşada doğulmuşdu.
"O dövrün – XX əsrin əvvəllərinin əksər azərbaycanlıları üçün Şuşa əsl incəsənət ocağı, məktəb idi. Orada hamı bir-birindən öyrənirdi", – deyə sənətşünas Laçın Səmədzadə "R+" jurnalına açıqlamasında bildirib. - "Həmin şəraitdən Rəşid və bir çox digər bəstəkarların, musiqiçilərin, müğənnilərin meydana çıxması bu üzdən təəccüblü deyil". Behbudovların Tiflisdəki evlərində daim musiqi səslənirdi. Mahnıları məşq edir, hətta yaxınlar, tanışlar üçün həvəskar tamaşalar, operettalar qoyulurdu. Sonralar Rəşid məktəbdə, daha sonra isə tələbə orkestrində təcrübə topladı. Onun xarakterinin vacib xüsusiyyətlərindən biri müxtəlif musiqi cərə- yanlarına açıq olması idi. Rəşidin dünyada populyarlıq qazanmasının, həmçinin özünəməxsus ifa tərzinin sirri də məhz bundadır.
Rəşid üçün xalq musiqisi məktəbindən başqa da təhsil alacağı məkanlar var idi. İstər hərbi orkestrlər olsun, istər həvəskar teatrlar və peşəkar estrada kollektivləri. Ordudan İrəfvana yollanan Rəşid, çoxları kimi caza meyil göstərirdi. O, caz orkestrinin üzvü və tezliklə solisti oldu.
O zaman Rəşid Sovet İttifaqında çox qastrollara gedir, təcrübə toplayır, tez-tez müxtəlif məşhur musiqiçilər və kollektivlərlə görüşürdi. Onların arasında dövrün ən populyar qrupu – Utesovun caz orkestri də var idi. Bütün bunlar R.Behbudov üçün yaxşı məktəb idi və bu, ona peşəkarlaşmağa imkan verirdi.
1941-ci ilin yayında Moskvada növbəti ümumittifaq estrada müsabiqəsi keçirilməli idi. O vaxt Behbudov hələ gənc olsa da, estradada kifayət qədər məşhurlaşmışdı. Rəşid müsabiqəyə cidd-cəhdlə hazırlaşırdı. Amma Böyük Vətən müharibəsinin başlanması ilə, digər ifaçılarla yanaşı, o da cəbhədə, hərbi hissələrdə çıxış etməyə başladı. Krımda o, səngərlərdə, dəyələrdə, bəzən tam əlverişsiz şəraitdə çıxış edirdi. Cəbhə xətlərində konsert sutkanın istənilən vaxtında, istənilən hava şəraitində ola bilərdi. Lap "Əsgər atası" filmində olduğu kimi.
Bakı uğuru
Rəşid əsl şöhrəti Bakıya köçdükdən sonra qazanıb və bunda müəyyən qanunauyğunluq var. 1943-cü ildə o, respublikanın başçısı - Azərbaycan KP MK-nin birinci katibi Mircəfər Bağırovla görüşüb. Şahidlərdən biri həmin görüşü belə nəql edir:
"Sən kimsən?" - deyə Bağırov soruşdu. "Müğənni", - Behbudov cavab verdi. Bağırov: "Bilirəm... Adın nədir?". Behbudov: "Rəşid. Aşıq Beybutalının nəvəsiyəm. Xanəndə Məcidin oğlu". "Bəs niyə afişalarda Rafael yazılır?" - deyə Mircəfər Bağırov soruşdu və fikrini belə davam etdirdi: "Get və yadda saxla - sən azərbaycanlısan və Bakıda yaşamalı, Bakıda oxumalısan. Azərbaycan üçün...".
Rəşidin həqiqətən bir vaxtlar belə təxəllüsü var idi. Lakin Behbudov ondan imtina etdi və Bakıda öz adı ilə çıxış etməyə başladı. Bu qərar onun həyatında dönüş nöqtəsi oldu.
Məsələ ondadır ki, həmin uzaq, kasıb müharibə illərində Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının çəkilişlərinə hazırlıq gedirdi. Filmdə baş rol Rəşid Behbudova təklif olunmuşdu. Əvvəlcə Əs-gər roluna bir neçə bakılı aktyorun namizədliyi irəli sürülmüşdü. Lakin quruluşçular Behbudovun Zabitlər Evindəki çıxışını gördükdən sonra məhz onun üzərində dayanmışdılar.
"Həmin anda bu, Üzeyirin ən məşhur işi idi. Rəşid, güman ki, filmin nə qədər böyük əhəmiyyət qazanacağını anlayırdı. Əlbəttə, o, filmin, xüsusilə oynayacağı rolun yaxşı alınmayacağı təqdirdə daşıyacağı məsuliyyəti də yaxşı başa düşürdü", – deyə Laçın Səmədzadə bildirir.
Rəşid Əsgər partiyasını hələ uşaqlıqdan bilirdi; hələ Tiflisdəki dövrlərdən, uşaq vaxtı evdə təşkil olunmuş səhnəciklərdən bu partiya ilə tanış idi. Amma bununla yanaşı, uzun-uzadı, gərgin məşqlərdən də qalmırdı. Çünki indi Rəşid sadəcə oxumaqla kifayətlənməməli, həm də qəhrəmanın dramatik obrazını yaratmalı idi. Sonralar R.Behbudov danışırdı ki, ilk çəkildiyi film çox çətin olub. Çünki bu, teatrda oynamaqdan çox fərqlənirdi: əvvəlcə sonuncu, sonra isə ilk səhnə çəkilə bilərdi. Bundan başqa, mənəvi cəhətdən öz qəhrəmanının həyatını yaşamaq lazım idi.
Çəkilişlərin getdiyi bütün Azərbaycana məlum idi. Nəhayət, hamının səbirsizliklə gözlədiyi film 1945-ci ildə kinoteatrlarda nümayiş olunmağa başlandı. Hər nümayiş böyük növbələrlə müşahidə olunurdu. İnsanlar filmi təkrar-təkrar izləməyə çalışırdılar. Tezliklə kinoteatrların qarşısında "Arşın mal alan"dan səhnələrin fotoları satılmağa başlamışdı.
"Əlbəttə ki, filmin bu cür uğur qazanmasında Rəşidin rolu böyük idi", - deyə sənətşünas bildirir. "Behbudov özü də filmdən sonra dərhal populyar aktyora çevrildi. Onu küçədə hər kəs tanıyırdı, onun ariyaları isə xalqın dilindən düşmürdü".
Film Rəşidə əsl şöhrət gətirdi. O, tezliklə Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Bundan sonra Behbudovun karyerası yalnız yuxarı getməyə başladı.
Bu gün Behbudovun həyatına nəzər saldıqda anlayırsan ki, Bakıda qalmasaydı, onun həyatı tam fərqli ola bilərdi. Onda həmin hind qatarı da "Rə-şid! Rə-şid!" qışqıran pərəstişkarlar da olmaya bilərdi.
MƏSLƏHƏT GÖR: