14 Mart 2025

Cümə, 21:40

GERİYƏ ADDIM?

Türkiyəli politoloq və tarixçi, "Rusiya dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi" kitabının müəllifi Mehmet Perinçekin "R+"a müsahibəsi

Müəllif:

24.12.2013

- Mət­bu­at­da işğ­al al­tın­da olan Azər­baycan ray­on­la­rı­nın bə­zi­lə­rin­dən er­mə­ni or­du­su­nun çı­xa­rıl­ma­sı mü­qa­­bi­lin­də Türkiyə-Er­mə­ni­s­tan sər­həd­lə­ri­nin açıl­ma­sı­nın mümkünlüyü ba­rə­də xə­bər­lər yayıl­dı. Ar­dınca isə Əh­məd Da­vu­doğlu İrə­va­na sə­fər et­di. Son pro­ses­lə­ri və Türkiy­ə­nin Qa­ra­bağ prob­le­mi­nin həl­lin­də­ki ro­lu­nu necə dəy­ər­lən­di­rər­di­niz? Sizcə, sər­həd­lə­rin açıl­ma­sı eh­ti­ma­lı nə qə­dər­dir?

- Türkiyə-Er­mə­ni­s­tan sər­hə­di­nin açıl­ma­sı pla­nı Ame­ri­ka lay­i­hə­si­dir. ABŞ, Er­mə­ni­s­ta­nı Ru­siy­a­dan qo­pa­ra­raq Türkiyə va­si­tə­si­lə Va­şinq­to­na bağla­maq is­təy­ir. Bir ne­çə il əv­vəl Türkiy­ə­də or­taya atı­lan "er­mə­ni açı­lı­mı" və ar­dın­dan im­za­la­nan türk-er­mə­ni pro­to­kol­la­rı­nın əsas sə­bə­bi də bu idi. Ancaq türk xal­qı­nın sərt re­ak­siy­a­sı bu açı­lım və pro­to­kol­la­rı həy­a­ta ke­çir­məyə im­kan ver­mə­di. İn­di isə çox gü­man ki, ABŞ-dan gə­lən ye­ni bir təp­ki al­tın­da türk hö­ku­mə­ti ye­ni­dən bu is­ti­qa­mət­də hə­rə­kə­tə ke­çib. Görünür, Türkiy­ə­nin  Er­mə­ni­s­tan qar­şı­sın­da da­ha bir ad­dım ge­ri at­ma­sı­nı is­təy­ir­lər. Qa­ra­bağ müna­qi­şə­si tam həll olun­ma­mış,  Er­mə­ni­s­tan işğ­al et­diyi əra­zi­lər­dən çə­kil­mə­miş, sər­həd açıl­ma­ma­lı­dır. Ey­ni za­man­da, Er­mə­ni­s­tan "soy­qı­rı­mı" id­di­a­la­rın­dan və Türkiy­əyə qar­şı əra­zi id­di­a­la­rın­dan im­ti­na et­mə­dən be­lə bir ad­dım atıl­ma­ma­lı­dır. Tə­bii ki, Er­mə­ni­s­tan­la di­a­loq in­ki­şaf et­di­ril­mə­li və do­stluq qu­rul­ma­lı­dır. Ancaq bu­nun üçün İrə­va­nın Türkiy­əyə və Azər­bayca­na qar­şı düşmən siy­a­sə­ti­nə son qoy­ma­sı la­zım­dır. Hə­m­çi­nin An­ka­ra­nın bu pro­ses­lər ba­rə­də Ba­kı­nı müntə­zəm mə­lu­mat­lan­dır­ma­sı­nın vacib ol­duğu­nu düşünürəm. Bu, iki öl­kə ara­sın­da­kı qar­daş­lıq müna­si­bət­lə­ri­ni da­ha da möh­kəm­lən­di­rəcək­dir.

- Siz uzun müddət rus ar­xiv­lə­rin­də təd­qi­qat­lar apa­ra­raq, Bi­rinci Dünya müha­ri­bə­si dövründə baş ver­miş ha­di­sə­lər və qon­dar­ma er­mə­ni soy­qı­rı­mı haq­qın­da çox də-   y­ər­­li ki­tab­lar yaz­dı­nız. Bu təd­qi­qat­la­rın da­va­mı­nı göz­lə­mək olar­mı?

- Ru­siy­a­nın döv­lət ar­xiv­lə­ri er­mə­ni mə­sə­lə­si möv­zu­sun­da çox zə­ng­in­dir. Bu sə­bə­b­dən or­taya çı­xa­rıl­ma­sı və iş­lən­mə­si la­zım olan çox say­da sə­nəd var. Hət­ta be­lə dey­im, ha­zır­da əlim­də nəşr et­dir­dik­lə­rim sə­nəd­lər­dən çox da­ha ço­xu var.

İlk növ­bə­də, Qaf­qaz çar or­du­su­nun hər­bi məh­kə­mə pro­to­kol­la­rı­nı dərc et­di­rəcəy­əm. Rus çar ge­ne­ral­la­rı­nın və za­bit­lə­ri­nin yaz­dığı yüzlər­lə he­sa­bat və çar hər­bi məh­kə­mə­lə­ri­nin yüzlər­lə pro­to­kol və qə­ra­rı gö­s­tə­rir ki, Bi­rinci Dünya müha­ri­bə­si za­ma­nı işğ­al edi­lən bö­lg­ə­lər­də er­mə­ni könüllü bir­lik­lə­ri müsəl­man xal­qla­rı­na qar­şı vəh­şi qı­rğın­lar tö­rət­miş və mal­la­rı­nı ta­lan et­miş­lər. Bu sə­nəd­lə­rə gö­rə, qı­rğın və ta­lan siy­a­sə­ti si­s­tem­li şə­kil­də həy­a­ta ke­çi­ri­lib. Hət­ta rus za­bit­lə­ri be­lə er­mə­ni bir­lik­lə­ri­nin tö­rət­diyi vəh­şi­lik qar­şı­sın­da dəh­şə­tə gə­lib­lər. Bir çox er­mə­ni za­bit və əsg­ə­ri, bu sə­bə­b­dən hər­bi məh­kə­mə­lər­də müha­ki­mə olun­muş və edam cə­za­sı­na məh­kum edil­miş­di. Bu qı­rğın­lar və ta­lan­la­rın er­mə­ni­lə­rin de­por­ta­siy­a­sin­dan əv­vəl baş­la­ma­sı da ay­rıca əhə­miyyət da­şı­ma­q­da­dır. İn­di 800 sə­hi­fəyə ya­xın sə­nə­di nə­ş­rə ha­zır­la­ma­q­day­am.

- Uy­dur­ma soy­qı­rım­dan da­nı­şar­kən unut­maq ol­maz ki, rə­s­mi İrə­van və er­mə­ni di­a­s­po­ra­sı bu ha­di­sə­lə­rin 2015-ci ilə tə­sadüf edən 100-cü il­dönümü ərə­fə­sin­də "soy­qı­rım"ın bütün dünya, əsa­sən də Türkiyə tə­rə­fin­dən ta­nın­ma­sı üçün əl­lə­rin­dən gə­lə­ni edəcək­lər. Qlo­bal er­mə­ni fə­a­liyyət­lə­ri­nin qar­şı­sı­nı al­maq üçün Türkiyə nə­lər edə bi­lər və ha­zır­da edi­lən­lər, sizcə, ki­fay­ət­dir­mi?

- Bu fə­a­liyyət­lə­rin iki as­pek­ti var: ta­ri­xi və siy­a­si. Möv­zu ət­ra­fın­fa ta­rix ça­lış­ma­la­rı­nı də­rin­ləş­dir­mək, bun­la­rı fər­q­li dil­lər­də çap et­mək, əks fi­kir­lər­lə di­s­kus­siya üçün ümu­mi plat­for­ma­lar ya­rat­maq la­zım­dır. Di­g­ər tə­rəf­dən, er­mə­ni mə­sə­lə­si ta­rix­dən bu gü­nə qə­dər Qərb döv­lət­lə­ri­nin əlin­də Türkiy­əyə siy­a­si təzyiq va­si­tə­si­dir. Möv­zu­nun uni­ver­si­tet­lər­dən, ta­rix in­sti­tut­la­rın­dan çox par­la­men­t­lər­də müza­ki­rə­si və müva­fiq qə­rar­la­rın qə­bul edil­mə­si bu­nun ən əhə­miyyət­li gö­s­tə­rici­si­dir. Bu sə­bə­b­dən, bütün bun­la­ra siy­a­si bir ca­va­bın da ol­ma­sı la­zım­dır. Müstə­qil və güclü xa­rici siy­a­sə­ti­ni­zin ol­ma­dığı tə­q­dir­də, ta­ri­xi hə­qi­qət­lər nə qə­dər si­zin tə­rə­fi­niz­də olur­sa-ol­sun, is­tə­diy­i­ni­zi qə­bul et­di­rə bil­məy­əcək­si­niz. ABŞ-ın təzyi­qi ilə baş­la­nan və  bər­pa­sı­na cəhd edi­lən er­mə­ni açı­lı­mı, ilk növ­bə­də, Türkiy­ə­nin öz xa­ici siy­a­sət kur­su­nu təh­lükəyə at­ma­q­da­dır. Er­mə­ni­s­tan qar­şı­sın­da ge­riyə atı­lacaq hər bir ad­dım dır­na­qa­ra­sı soy­qı­rı­mı id­di­a­la­rı­nı güc­lən­di­rəcək­dir.

- Türkiyə hö­ku­mət rə­s­mi­lə­ri­nin  öl­kə­nin Gömrük İt­ti­fa­qı­na və ya Şan­xay Əmək­daş­lıq Təş­ki­la­tı­na da­xil ol­maq is­təyi ilə bağlı  bəy­a­nat­la­rı­nı necə şərh edər­di­niz? Bu, yal­nız Qər­bə qar­şı bir təh­did va­si­tə­si­dir, yox­sa Türkiy­ə­nin hə­qi­qə­tən də yu­xa­rı­da gö­s­tə­ri­lən təş­ki­lat­la­ra üzv ol­ma­sı mümkündür?

- Ar­tıq ABŞ-ın məş­hur si­ma­la­rı be­lə iq­ti­sa­di güc mər­kə­zi­nin At­lan­tik höv­zə­dən Sa­kit oke­a­na doğru keç­diy­i­­ni qə­bul et­mək­də­dir­lər. Biz ha­mı­mız təkqütblü si­s­te­min dağıl­ma­sı, pro­ses­lə­rin Av­ra­siya is­ti­qa­mə­tin­də get­diy­i­ni  müşa­hi­də edi­rik. Bu­nun­la ya­na­şı, "Böyük Or­ta Şərq"  lay­i­hə­si çər­çi­və­sin­də Türkiy­ə­nin bölünmə təhlükə­si var. Türkiy­ə­nin qərb­yö­nüm­lü siy­a­sə­ti onun  qon­şu­la­rı ilə olan müna­si­bət­lə­ri­nə xə­ləl gə­ti­rir. Di­­g­ər tə­rəf­dən, Av­ro­pa İt­ti­fa­qı nağı­lı da so­na çat­ma­q­da­dır. Türkiy­ə­nin mil­li təhlükə­siz­liyi, əra­zi bütövlüyü, iq­ti­sa­diyya­tı ba­xı­mın­dan qon­şu­la­rı və Av­ra­siya döv­lət­lə­ri ilə yax­şı əla­qə­lər in­ki­şaf et­dir­mə­si vaci­b­dir. Bu sə­bəb­lər­dən Türkiy­ə­də av­ra­siy­a­çı­lıq idey­a­sı sürət­lə in­ki­şaf et­mək­də­dir. Ar­tıq bu mey­lin qar­şı­sı­nı al­maq mümkün dey­il. Bu­nu gö­rən ha­kim eli­ta pro­se­sin içi­nə gi­rib onu nə­za­rət al­tın­da sax­la­maq və ya sa­bo­taj edə bil­mək üçün bə­zən be­lə bəy­a­nat­lar ve­rir.

- Siz, Türkiy­ə­də Ru­siy­a­nı və rus xa­rici siy­a­sə­ti­ni çox ya­xın­dan ta­nı-y­an na­dir siy­a­sət­çi­lər­dən bi­ri­si­niz. Ru­siy­a­nın bö­lg­ə­də­ki siy­a­sə­ti­ni necə tə­s­vir edər­di­niz? Re­g­i­o­na tə­sir uğrun­da Qər­blə ya­şa­nan müba­ri­zə nə də­rəcə­də kə­s­kin­dir və bu müba­ri­zə bö­lgə öl­kə­lə­ri üçün necə nə­ticə­lə­nə bi­lər?

- Qor­ba­çov və Yeltsin dövründə, Ru­siya Qər­bin qar­şı­sın­da al­çal­dıcı bir möv­qe­də idi. Pu­tin­lə bir­lik­də sil­kə­lə­nib mil­li ma­raq­la­rı­nı qo­ru­maq möv­zu­sun­da əhə­miyyət­li in­ki­şaf gö­s­tər­di. Məhz bu döv­rdə Ru­siya gücünü top­la­dı. Am­ma də­qiq möv­qe tut­ma­q­dan, bə­zi ad­dım­la­rı  at­ma­q­dan çə­ki­nir­di. 2008-ci il Gürcüstan müha­ri­bə­si dönüş nöq­tə­si ol­du. Qərb ilə ba­rı­şıq müddə­ti da­ha cə­sa­rət­li çı­xış­lar­la əvəz olun­du. Su­riya mə­sə­lə­sin­də­ki möv­qe və xa­rici siy­a­sət­də  əl­də edi­lən mü­vəf­­­fə­qiyyət­lər bu ar­qu­men­t­lə­ri tə­s­diq­ləy­ir. 

Bil­diy­i­miz ki­mi, ABŞ-ın stra­te­ji hə­də­f­lə­rin­dən bi­ri Or­ta Asiy­a­dır. Məq­səd, ora­da­kı ener­ji mən­bə­lə­ri­ni və nəql yol­la­rı­nı nə­za­rət al­tı­na al­ma­q­dır.  Bu­ra­da Qaf­qaz da əhə­miyyət­li rol oy­nayır. ABŞ-ın di­g­ər prob­le­mi - on­la­rın iş­ti­rak et­mə­diyi ye­g­a­nə zo­na olan Qa­ra də­niz höv­zə­si­nə gi­rə bil­mək­dir. Baş­qa söz­lə, ABŞ və Ru­siya ara­sın­da kon­sen­su­su mümkün ol­ma-y­an bir mən­fə­ət qar­şı­dur­ma­sı var. Va­şinq­ton öz stra­te­ji məq­səd­lə­ri­nə ça­ta bil­mək üçün Mos­k­va­nın öh­də­sin­dən gəl­mə­li­dir. La­kin ABŞ, əhə­miyyət­li bir ça­tış­maz­lığa ma­lik­dir. Am­bis­siy­a­la­rı ilə gücü ara­sın­da cid­di fərq var. Bun­dan əla­və, bütün dünya­nı nə­za­rə­tə al­ma məq­sə­di onu əhə­miyyət­li güclər­lə üzləş­di­rir. Ru­siya, Çin, İran, Türkiyə, Or­ta Şərq öl­kə­lə­ri, fak­ti­ki ola­raq bütün Av­ra­siy­a­nın ma­raq­la­rı ABŞ-la zid­diyyət təş­kil edir. ABŞ təh­di­di də Av­ra­siya öl­kə­lə­ri­ni bir­lik­də hə­rə­kət et­məyə məc­bur edir. Be­lə bir si­tu­a­siy­a­da  Ru­siya di­g­ər re­g­i­on öl­kə­lə­ri ilə bə­ra­bər­hüquq­lu əla­qə­lər əsa­sın­da əmək­daş­lıq qur­sa, bun­dan həm özü, həm də re­g­i­on qa­zanclı çı­xacaq.


MƏSLƏHƏT GÖR:

561