14 Yanvar 2025

Çərşənbə axşamı, 01:11

MƏSUL İL

Gənclər və idman naziri Azad RƏhimovun "R+"a müsahibəsi

Müəllif:

07.01.2014

2013-cü il Azər­baycan id­ma­nın­da da uğur­lu il­lər­dən bi­ri ol­du. Ötən mövsümlə müqa­y­i­sə­də id­man­çı­la­rı­mız da­ha çox me­dal qa­zan­dı. Uni­ver­si­a­da, İs­lam Oy­un­­la­rı və di­g­ər ya­rış­lar­da ko­man­da­mız id­man imici­ni lay­i­qincə qo­ru­du.

Bun­dan baş­qa, ad­mi­ni­s­t­ra­tiv iş 2015-ci il­də Ba­kı­da ke­çi­ri­ləcək I-ci Av­ro­pa Olim­piya Oy­un­la­rı­na ha­zır­lıq­la bağlı idi.

2013-cü ilin ye­kun­la­rı, 2014-cü ilin plan­la­rı ba­rə­də "R+"a müsa­hi­bə­sin­də gənclər və id­man na­zi­ri Azad RƏHIMOV bölüşüb.

- Sözsüz ki, 2013-cü il Azər­baycan id­ma­nı üçün bir sı­ra uğur­lar­la əla­mət­dar ol­du. Si­zin fi­k­ri­niz­cə, ən yad­da­qa­lan id­man ha­di­sə­si nə ol­du?

- Hər za­man Olim­pi­a­da­dan so­n­ra­kı il me­dal sa­rı­dan ka­sad olur. Ancaq 2013-cü il me­dal­lar­la zə­ng­in ol­du. 800-dək me­dal qa­zan­dıq. Da­ha də­qiq, id­man­çı­la­rı­mız Və­tə­nə 782 me­dal gə­ti­rib. Olim­piya növü üzrə 4 dünya çem­pi­o­nu­muz ol­du. Ənə­nə­vi id­man növ­lə­ri ilə ya­na­şı, di­g­ər sa­hə­lər­də də in­ki­şaf ol­du. Şah­mat­çı­la­rı­mız Av­ro­pa Çem­pi­o­na­tın­da qı­zıl me­dal qa­zan­dı. İd­man­çı­la­rı­mız Uni­ver­si­a­da və İs­lam Oy­un­la­rın­da Azər­bayca­nı lay­i­qincə təm­sil et­di. Ca­ri il da­ha çox me­dal qa­za­nan id­man­çı­la­rı­mız öl­kə­də bütün id­man növ­lə­ri­nin in­ki­şaf­da ol­duğu­nu sübut et­di.

- Av­ro­pa Oy­un­la­rı ba­xı­mın­dan 2014-cü il bi­zim üçün da­ha mə­su­liyyət­li olacaq...

- 2015-ci il­də Ba­kı­da ilk Av­ro­pa Oy­un­la­rı ke­çi­ri­ləcək. Azər­baycan pay­tax­tı qi­tə­nin ən nüfuz­lu ya­rı­şı­nın ta­ri­xi­ni ya­zacaq. İn­diyə qə­dər bu oy­un­lar ke­çi­ril­məy­ib. Fi­k­rimcə, ilk Av­ro­pa Oy­un­la­rı­nın məhz Ba­kı­da təş­ki­li öl­kə­mi­zin id­man­da böyük uğur qa­zan­ma­sı­na ve­ri­lən böyük qiy­mət­dir. 2014-cü il Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­lat­çı­lığı ba­xı­mın­dan çox əhə­miyyət­li­dir. Bir sı­ra id­man növ­lə­rin­də li­sen­ziya ya­rış­la­rı ke­çi­ri­ləcək. Mö­tə­bər ya­rış üçün ha­zır­la­nan id­man qu­rğ­u­la­rı­nın in­şa­sı ba­şa çat­dı­rı­lacaq. Bu­nun­la ya­na­şı, Ba­kı 2014-cü il­də bir sı­ra mö­tə­bər ya­rış­la­ra ev sa­hib­liyi edəcək.

- Av­ro­pa Oy­un­la­rı üçün in­şa edi­lən id­man qu­rğ­u­la­rı­nın in­şa­sı nə vaxt ba­şa ça­tacaq?

- Biz ça­lı­şı­rıq, bütün obyek­t­lər 2015-ci ilin əv­və­li­nə qə­dər ha­zır ol­sun. Nə­zə­ri­ni­zə çat­dı­rım ki, bə­zi id­man qu­rğ­u­la­rı Av­ro­pa Oy­un­la­rı Ba­kı­da ol­ma­say­dı be­lə, in­şa edi­ləcək­di. Çünki cə­nab pre­zi­dent İl­ham Əliy­ev dünya stan­dar­t­la­rı­na ca­vab ve­rən are­na­la­rın ti­kil­mə­si­nə böyük önəm ve­rir. Olim­piya sta­di­o­nu, Ba­kı Gim­na­s­ti­ka Mər­kə­zi­nin in­şa­sı əv­vəlcə­dən plan­laş­dı­rı­lır­dı. De­diy­im obyek­t­­lə­rin in­şa­sı uğur­la da­vam et­di­ri­lir. Ey­ni za­man­da, Boks Evi, Şah­mat Sa­rayı, Su İd­man Növ­lə­ri Sa­rayı ti­ki­lir. Ba­kı İd­man Sa­rayı, Hey­dər Əliy­ev adı­na İd­man-Kon­sert Kom­plek­sin­də əsas­lı tə­mi­rə baş­la­nı­lıb. Re­g­i­on­lar­da id­man mər­kəz­lə­ri­nin in­şa­sı da­vam et­di­ri­ləcək. Biz bütövlüklə öl­kə­də id­ma­nın in­ki­şaf sürə­ti­ni da­vam et­dir­mək is­təy­i­rik.

- Cə­nab na­zir, Ba­kı­nın Av­ro­pa Oy­un­la­rı­na ev sa­hib­liyi edəcəyi də­qiq­lə­şən­də ha­mı təş­ki­la­ti iş­lər üçün az vaxt qal­dığı­nı dey­ir­di. Siz­cə, vax­tın az ol­ma­sı əla­və prob­lem ya­ra­da bi­lər?

- Biz əv­vəlcə­dən vax­tın az ol­duğu­nu bi­lir­dik. Am­ma pe­şə­kar və güclü ko­man­da­nın say­ə­sin­də əmə­li işə baş­la­dıq. Bu gün ar­tıq hər şey plan üzrə ge­dir. Obyek­t­lə­rin in­şa­sı, oy­un­la­rın tə­q­vi­mi və sa­ir üzrə iş­lər da­vam et­di­ri­lir. Ba­kı tə­ləb olu­nan vax­ta Av­ro­pa Oy­un­la­rı­nı ke­çir­məyə ha­zır olacaq. Öl­kə­miz bu ya­rı­şı yük­sək sə­viyyə­də ke­çir­mək­lə dünya id­ma­nın­da ye­ni sə­hi­fə açacaq.

- Ya­xın­lar­da Av­ro­pa Oy­un­la­rı ilə bağlı Ko­or­di­na­siya Ko­mi­tə­si­nin icla­sı ba­şa çat­dı. Görülən iş­lə­rə han­­sı rəy ve­ril­di?

- Ko­mi­tə görülən iş­lə­ri yüksək qiy­mət­lən­dir­di. Ko­or­di­na­siya Ko­mi­tə­si­nin ilk icla­sı, təx­mi­nən, 200 gün əv­vəl olub. Azər­bayca­nın 200 gün ər­­zin­də bu qə­dər iş­lə­ri həy­a­ta ke­çir­mə­si müsbət qar­şı­lan­dı. Bu günlər ər­zin­də Təş­ki­lat Ko­mi­tə­si ya­ra­dı­lıb. Av­ro­pa Oy­un­la­rı­nın lo­qo­su tə­q­dim olu­nub. Ey­ni za­man­da, bə­zi tö­v­siy­ə­lər ol­du. İn­di­ki mə­qam­da ya­rış­da iş­ti­rak edəcək id­man­çı­lar üçün gö­zəl şə­ra­i­tin ya­ra­dıl­ma­sı vaci­b­dir. On­la­rın Ba­kı­da qa­lacaq­la­rı müddət­də ya­şa­ma­sı və məşq et­mə­si üçün yüksək sə­viyyə­də şə­ra­it ya­ra­dı­lacaq. Di­g­ər mə­qam nəq­liyyat­la bağlı­dır. Pay­taxt­da ya­şay­an əha­li­nin sayı çox­dur. Biz ya­rış günlə­rin­də yol­la­rı yüklə­mək is­tə­mi­rik. Tı­xacla­rın ol­ma­sı və hər han­­sı bir yol­da prob­lem ya­ran­mam­sı üçün iş­lər görüləcək.

- Ba­kıya 5400 id­man­çı gə­ləcək. Üstə­lik, id­man qu­rğ­u­la­rı­nın yer­ləş­­diyi Olim­piya kən­di mər­kəz­dən kə­nar­da olacaq. Bu za­man yol­da hər han­sı prob­le­min ol­may­acağı dey­i­lir­di...

- Si­zin­lə ra­zıy­am. Am­ma mən ve­­loyürüş və tri­at­lon ya­rı­şı­nın ke­çi­ri­ləcəyi günlə­ri nə­zər­də tu­tu­ram. Biz ve­loyürüş və tri­at­lon za­ma­nı mər­kə­zi küçə­lə­ri bağla­ma­lıyıq. Be­lə hal­lar yer­li əha­li üçün hər za­man prob­lem ya­ra­dır. Biz elə et­mək is­təy­i­rik ki, icti­mai nəq­liyya­tın işi­nə tə­sir et­mə-y­ək. Üstə­lik, id­man­çı­lar və ta­ma­şa­çı­lar ya­rış ye­ri­nə vax­tın­da çat­sın.

- Oy­un­la­rın yayı­mı ilə bağlı mə­­sə­lə necə həll olu­nacaq?

- Av­ro­pa Oy­un­la­rı üzrə Əmə­liyyat Ko­mi­tə­si (BAOƏK) Av­ro­pa Oy­un­la­rı­nı yayım­lay­acaq Bey­nəl­xalq İd­man Yayı­mı Te­ley­ayı­mı Şir­kə­ti (In­ter­na­ti­o­nal Sports Bro­adc­a­s­ti­ng, ISB) ilə sa­ziş im­za­layıb. 16 gün da­vam edəcək Av­ro­pa Oy­un­la­rı za­ma­nı Bey­nəl­xalq İd­man Yayı­mı Te­le­- y­ayı­mı yüksək də­qiq­lik­lə göz­lə­ni­lən 1,200 sa­at­lıq yüksək key­fiyyət­li te­ley­ayı­mı tə­min edəcək, bu­ra bütün ya­rım­fi­nal və fi­nal­la­rın can­lı yayı­mı və gündə­lik əsas gö­s­tə­rici­lər ba­rə­də mə­lu­ma­tın ve­ril­mə­si da­xil­dir. Te­le-y­ayım şir­kə­ti ol­maq­la ya­na­şı, ISB 2015-ci il Av­ro­pa Oy­un­la­rı üzrə te­ley­ayı­mı hüquq­la­rı­nın Av­ro­pa­da və onun hüdud­la­rın­dan kə­nar­da sa­tı­şı­nı ida­rə edəcək qu­rum ola­raq təy­in edi­lib. ISB hə­m­çi­nin, 2015-ci il Av­ro­pa Oy­un­la­rı üçün Bey­nəl­xalq Te­ley­ayı­mı Mər­kə­zi­nin lay­i­hə­si­ni iş­ləy­ib ha­zır­lay­acaq və hə­min mər­kə­zi ida­rə edəcək.

- Av­ro­pa Oy­un­la­rı­nın ar­dınca Ba­kı bir sı­ra di­g­ər ya­rış­la­ra ev sa­hib­liyi edəcək. Ona gö­rə qar­şı­da­kı il­lər öl­kə id­ma­nı üçün əla­mət­dar ha­di­sə­lər­lə zə­ng­in olacaq...

- 2015-ci il­də Ba­kı­da şah­mat üzrə Dünya Ku­bo­ku, 2016-cı il­də Şah­mat Olim­pi­a­da­sı, 2017-ci il­də İs­lam Hə­m­rəy­liyi Oy­un­la­rı­nı ke­çir­mək Azər­bayca­na hə­va­lə olu­nub. Bütün bu iş­lə­ri yüksək sə­viyyə­də həy­a­ta ke­çir­mək üçün Mil­li Olim­piya Ko­mi­tə­si, Gənclər və İd­man Na­zir­liyi və fe­de­ra­siy­a­lar ara­sın­da qar­şı­lıq­lı əmək­­daş­lıq var. Bu gün biz va­hid ko­man­da ki­mi ça­lı­şı­rıq. Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­e­vin diq­qət və qayğı­sı nə­ticə­sin­də bütün id­man növ­lə­ri­nə ey­ni şə­ra­it ya­ra­dı­lıb. İl ər­zin­də qa­lib olan id­man­çı­lar döv­lət baş­çı­sı tə­rə­fin­dən mən­zil­lə müka­fat­lan­dı­rı­lır. Mən ina­nı­ram ki, öl­kə­miz mö­tə­bər ya­rış­la­rı di­g­ər öl­kə­lər üçün nümu­nə olacaq sə­viyyə­də ke­çi­rəcək. Biz ey­ni za­man­da, Av­ro­pa Oy­un­la­rın­da iş­ti­rak edəcək id­man­çı­la­rı­mı­zı da unut­mu­ruq. Təş­ki­lat­çı­lıq­la ya­na­şı, hə­min tur­nir­də id­man­çı­la­rı­mı­zın iş­ti­ra­kı da bi­zim üçün vaci­b­dir.


MƏSLƏHƏT GÖR:

462