25 Noyabr 2024

Bazar ertəsi, 05:31

QARA İLAN İLİNDƏN UĞUR ZOLAĞI

Ötən il Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru ili oldu

Müəllif:

07.01.2014

2013-cü il Azərbaycan iqtisadiyyatının neft-qaz faktorundan asılılığının azalmasına real şəkildə səbəb olan hadisələr ili oldu. Bununla belə, məhz bu dövrdə Azərbaycan qazının Avropaya nəql olunması sahəsində mühüm müqavilələr imzalandı. Belə ki, Azərbaycanda (bu rəqəmlər 2013-cü ilin yanvar-no-yabr aylarını əhatə edir), təxminən, 6%-lik ümumi iqtisadi artımın fonunda, qeyri-neft sektoru 10% artdı. Ötən il qeyri-neft sektorunda mühüm layihələrə başlanıldı. Onlar artıq dövlət xəzinəsinə gəlir gətirməyə başlayıblar, gələcəkdə isə tərəddüdsüz iqtisadi balansı davam etdirəcək. 

 

İKT İli: Azərbaycan kosmik dövlətə çevrildi 

Məlum olduğu kimi, 2013-cü il Azərbaycan Prezidenti İlham Əli- yev tərəfindən "İnformasiya-Kommunikasiya Texnologiyaları İli" elan edildi. Ona görə də təsadüfi deyil ki, ötən il  iqtisadiyyatın qeyri-neft sektorunda ən gözəçarpan nailiyyət məhz bu sahənin payına düşüb. Bu sahə üzrə ümumi artım səviyyəsi 20% təşkil edib.   

Əlbəttə, əsas olay fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace/Africasat-1a"nın Fransa Qvianasının "Kuru" kosmodromundan buraxılması oldu. Peykin xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.  

Azərbaycanın peykin kommutasiya imkanlarının istifadə olunmasında tələbat 20%-ı ötməyəcək, kosmik aparatın qalan resursları icarəyə veriləcək. Bugünkü gündə onların əsas icarıçısı Malayziyanın "Measat Satellite Systems" operatorudur. O, peykin təxminin 42% resusrlarına malikdir. 

İlkin hesablamalara görə, peyk layihəsinə qoyulan investisiyaların xərci 5-7 il istimardan sonra çıxacaq. "AzerSpace"in istismar prosesi zamanı gəlirlərin həcmi 495 mln. manat təşkil edəcək, xalis gəlir isə 176 mln. manat hədinddə proqnozlaşdırılır. Eyni zamanda, Azərbaycanın ilk peyk proqramının icrasından əldə olunan gəlirlər 2013-cü ildə artıq 10 mln. dollar təşkil edib. Peyk vasitəsilə, təxminən, 70 tele-radiokanal yayımlanır ki, onlardan 19-u yerlidir. 

Yaxın üç ildə Azərbaycan kosmosa, ən azı, iki peyk də göndərəcək: 2015-ci ildə Yerin səthinin tədqiqi üçün aşağıorbitli peyk, 2016-cı ildə isə ikinci telekommunikasiya aparatı buraxılacaq. 

Peykin buraxılması - ötən il Azərbaycanın telekommunikasiya sahəsində heç də yeganə böyük hadisə deyildi. Hər şeydən savayı, keçən il İnformasiya Texnologiyaları Universitetinə ilk abituriyent qəbulu da keçirildi. O cümlədən Azərbaycan İnformasiya Texnolo-giyalarının İnkişafı Dövlət Fondunun Əsasnaməsi təsdiq olundu. Bu qurum İKT sahəsində fəaliyyətin stimullaşdırılması üçün qrant və güzəştli kreditlər təqdim edəcək. 

Bakıda, həmçinin Yüksək Texnologiyalar Parkının biznes-inkubasiya mərkəzi yaradıldı. İKT sahəsi üzrə layihələrin qəbulu elə bu günlərdə başlayacaq. Parkın özünün tikintisi isə Bakının Pirallahı rayonunda nəzərdə tutulub. 

Keçən il RİTN (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi) geniş miqyaslı və kapitaltutumlu "fiber to home" layihəsinin reallaşdırılmasına başlayıb. Bu layihə İP-kanalların ölkənin bütün regionlarında paylayıcı sistemlərin əsaslı şəkildə təkmilləşdirilməsini nəzərdə tutur. 2015-ci ilə qədər layihəyə cəmi 400-450 mln. manat investisiya yatırılması nəzərdə tutulur. Üç ildən sonra rabitə qurumu Naxçıvan MR də daxil olmaqla, ölkənin bütün yaşayış məntəqələrini, eləcə də  çətinliklə gedilə bilən ucqar kəndlərdə "Hər evə optika" prinsipi üzrə genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulmasını planlaşdırır.  

Ötən ilin sonuna yaxın "BakuTel" böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Trans-Avrasiya Super-İnformasiya Magistralı (TASİM) layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu layihə Avropa və Asiyanın 20-dən artıq ölkəsinin yüksəksürətli informasiya şəbəkəsi ilə birləşdirilməsini nəzərdə tutur. Layihə BMT Baş Assambleyasında üç dəfə yekdilliklə dəstəklənib. Hər üç qətnamədə qeyd edilir ki, layihə "Eurasian Link Alliance" çərçivəsində beynəlxalq əməkdaşlığın sadələşdirilməsi üçün ideal platformadır: "O, telekommunikasiya kanallarının müasirləşdirilməsi və diversifikasiyasına töhfə verəcəyi, İKT sahəsinin dayanıqlı inkişafına, o cümlədən geniş Avrasiya məkanında "rəqəmsal bərabərsizliyin" aradan qaldırılmasına kömək edəcək". Bu layihənin reallaşdırılması həm Cənubi Qafqazda, həm də bütünlükdə geniş Avrasiya regionunda rəqəmsal boşluq probleminin həllinə imkan verəcək.

 

ASAN sahəsi: Azərbaycan brendi 

Özünə görə dünya miqyasında misilsiz və unikal hadisə, keçən ilin 15 yanvar tarixindən etibarən əhaliyə "ASAN xidmət" mərkəzinin xidmət göstərməsi oldu. Bu mərkəz Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü əsasında təsis edilib. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçirilir. Mərkəzlərin xidmətlərindən artıq 900 mindən artıq respublika vətəndaşı yararlanıb. Bu günə qədər Bakıda cəmi 3, regionlarda isə 2 "ASAN xidmət" mərkəzi açılıb; 2013-cu ildə iritutumlu avtobuslar sayəsində "ASAN xidmət"in səyyar xidmətlərindən təxminən ölkənin 40 rayonunun 60 mindən artıq vətəndaşı istifadə edib. 

"ASAN xidmət", Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bredinə çevrilib. Onun tətbiqi sayəsində ölkədə korrupsiya ilə mübarizə daha səmərəli şəkil alıb, sənədlərin rəsmiləşdirilməsi və s. zamanı bürokratiya və məmur özbaşınalığının səviyyəsi azalıb. Bu cür xidmətin yaradılmasını, demək olar, bütün beynəlxalq təşkilatlar alqışladılar. Bu, iqtisadi siyasətin şəffaflığının tərəfdarı kimi ölkənin nüfuzunun yüksəldilməsi işində mühüm faktora çevrildi. Əbəs yerə ötən ilin dekabr ayında Azərbaycan, həmçinin Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında Müqaviləyə tərəf dövlətlərin Assambleyasının Büro üzvü seçilib. Bununla yanaşı, "ASAN xidmət"in əsas məqsədi - əhalinin dövlət orqanlarının xidmətlərindən istifadə etməyi sadələşdirməkdir. Bunun üçün 2013-cü ilin əvvəlində RİTN-in Məlumat-Hesablayıcı Mərkəzi tərəfindən daha mühüm bir layihə təqdim olundu: mobil qurğulardan istifadə etməklə, "Elektron hökumət" portalına giriş üçün identifikasiya sistemi. Söhbət m-government ("mobil hökumət") platformasının tətbiqindən gedir. Yəni məqsəd operativliyə yeni keyfiyyət səviyyəsinin gətirilməsi, vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərdə və dövlət orqanlarının fəaliyyətinə dair informasiya əldə etməsində rahatlığın təmin olunmasıdır. Məlum olduğu kimi, elektron xidmətlərdən istifadə edilməsi üçün elektron-rəqəmsal imzaya (ERİ) ehtiyac var. Vergilər Nazirliyi və "ASAN xidmət"in birgə layihəsi mobil rəqəmsal imzaların verilməsi xidmətini nəzərdə tutur. Qeyd edək ki, yeni mobil imza mərkəzi platforması (ASAN-imza) Azərbaycanda fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru ilə inteqrasiya olunub.

 

Sənayeləşmə və strateji layihələr 

Keçən il irimiqyaslı strateji mühüm layihələrin sənayeləşməsi və reallaşması ilə bağlı olduqca ciddi addımlar atıldı. Belə ki, Taxtakörpü su anbarı və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanalı istifadəyə verildi. Onlar suvarma, meliorasiya sisteminin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi, vətəndaşların içməli su ilə təmin olunmasına xidmət edir. Sentyabrın 20-də Bakıda gəmiqayırma zavodu istismara verildi. Gəmiqayırma zavodunun birinci fazasının dəyəri 405 mln. dollar, ikincisi isə 60 mln. dollar təşkil edir. Tərsanə ilə kompleksdə  Xəzər dənizində ən böyük üzən quru dok tikildi. Bu, gəmilərin tikintisi və təmiri üçün olduqca vacib idi. İkinci üzən dok, o cümlədən yeni istehsal məntəqələri və körpülərin tikintisi gəmiqayırma zavodunun növbəti fazasının reallaşması çərçivəsində planlaşdırılır. Artıq 2014-cü ilin sonundan tərsanədə hər il 15 min ton yükqaldırma qabiliyyəti olan dörd tanker istehsalı mümkün olacaq.

Həmçinin ikinci mərhələdə isə bu gün Xəzərdə ən çox tələbatın hiss olunduğu yükgötürmə qabiliyyəti 70 min tonadək olan neftdaşıma gəmilərinin istehsalına başlanılacaq. Zavodun gücü yeni gəmilərin istehsalı ilə paralel olaraq, ildə müxtəlif tonnajlı və təyinatlı 80-100 gəminin təmirinə və servis xidmətlərinin göstərilməsinə imkan verəcək. Tankerlərlə yanaşı, zavodun digər stapellərində hər il dəniz neft donanmalarının işində istifadə edilən 4 ədəd təchizat-yedəkləmə gəmisi tikmək də mümkün olacaq.

Həmçinin ötən ilin payızında Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi keçirildi. Sahəsi, təqribən, 200 ha ərazidə 40-a yaxın müəssisənin yerləşdirilməsi nəzərdə tutulur.

Bu sırada qonşu ölkələrdə baş vermiş, lakin Azərbaycanda iqtisadi layihələrin reallaşması üçün böyük əhəmiyyətə malik daha iki mühüm hadisəni qeyd etmək istərdim. Məhz 2013-cü ilin 29 oktyabrında Türkiyənin İstanbul şəhərində "Marmaray" tunelinin istismara verilməsi baş tutdu. Bu, Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək minlərlə kilometr uzunluğunda nəqliyyat sisteminin yaradılmasında sonuncu və mühüm daşdır. Ona artıq bədii ad da tapıblar - dəmir İpək yolu. Bu dəmir yolu London ilə Pekini birləşdirəcək və zaman keçdikcə Transsibir magistralına alternativ olacaq. Bu, bu il Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istismara verilməsindən sonra mümkün olacaq.

Bu arada Azərbaycan, Gürcüstan və Türkiyə də enerji körpüsü yaradırlar. Bu, "Qara dəniz ötürücü şəbəkəsi" layihəsinin əsası olacaq. Dekabrın 11-də Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirən 500 kilovoltluq elektrikötürücü xəttinin açılışı olub. Ümumilikdə, "Qara dəniz ötürücü şəbəkəsi" layihəsi elektrik enerjisini Türkiyə bazarına və daha sonra Cənubi Qafqaza ixrac etməyi nəzərdə tutur.  

 

İmic reytinqləri

Azərbaycan iqtisadiyyatında bütün müsbət tendensiyalar nüfuzlu beynəlxalq təşkilatların hesabatları, rəyləri və reytinqlərində öz əksini tapıb. Ötən ilin ortalarında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti Azərbaycana səfəri zamanı bildirmişdi ki, Azərbaycan ciddi keçid dövrünü keçib. Bunun nəticəsi olaraq, 2001-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 50%-dən hazırda 6%-ə qədər düşüb. "Yoxsulluğun azaldılmasının bu cür böyük tempi - bəşəriyyət tarixində ən nadir nümunələrdən biridir", - deyə S. Çakrabarti bildirib.

Ən mühüm fakt isə onu hesab etmək olar ki, Azərbaycan artıq beş il ardıcıl olaraq dünya iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqində MDB ölkələri arasında lider mövqeyi tutur.  Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2013-2014-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan əvvəlki göstəricilərlə müqayisədə öz mövqeyini 7 bənd yaxşılaşdıraraq, dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasında 148 ölkə arasında 39-cu olub. Bununla belə, Şərqi Avropa ölkələri arasında və keçmiş sovet məkanında Azərbaycan ancaq Estoniyadan (32-ci yer) geri qalır. 2005-ci ildən MDB ölkələri arasında Azərbaycandan savayı, ancaq Qazaxıstan, Rusiya, Gürcüstan və Tacikistan mövqelərini yaxşılaşdıra bilib. Xüsusən, Azərbaycan 2005-ci ildə 69-cu yerdən başlayaraq, 30, Qazaxıstan 11 və Rusiya da 11 pillə qalxıb. Bəzi əlavə göstəricilərə əsasən Azərbaycan ölkələrin ilk iyirmiliyinə daxil olub. İllik inflyasiyanın səviyyəsinə görə ölkə birinci, ümumimilli gəlirin ÜDM nisbətində 10-cu, ümumi xarici borcun ÜDM nisbətdə 13-cü, dövlət tərəfindən qabaqcıl texnologiya məhsullarının alınmasına görə 14-cü yeri tutub. ÜİF-in reytinqində Azərbaycan makroiqtisadi sabitlik üzrə ilk onluqda (səkkizinci yer) yerləşir. Ölkəmiz mövqeyini 10 pillə yaxşılaşdırıb ki, bu da olduqca böyük nailiyyətdir. 

Bundan başqa, Azərbaycan ÜİF-in "Turizm sahəsində rəqabət-2013" (The Travel & Tourism Competitiveness Report 2013) adlı hesabatına görə turizm sahəsində öz rəqabətə davamlılığını artırıb. İki ildən bir nəşr olunan hesabatda Azərbaycan 83-cü pillədən 78-ci pilləyə yüksəlib. Bundan başqa, ÜİF-in məlumatına görə, Azərbaycan turizm sahəsində qanunvericilik bazası üzrə dünyada 46-cı, biznes mühiti və infrastruktura görə 87-ci, turizm sahəsində insan, mədəniyyət və təbiət ehtiyatlarına görə isə 96-cı pillədə qərarlaşıb.

Sözgəlişi, məhz keçən il ilk növbədə Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi də yekunlaşıb. Bu məkanın açılışı elə bu il yanvarın 3-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Qeyd edək ki, dağ-xizək kompleksi gün ərzində 3 min insana xidmət etmək imkanına malikdir. Bu layihənin Qusar rayonunda "Şahdağ" yay-qış turizm kompleksi ilə birgə reallaşdırılması respublikada dağ-xizək və idmanın digər qış növlərinin inkişafı üçün imkanlar açır.

 

Nəticə olaraq...

Göründüyü kimi, keçən il Azərbaycan iqtisadiyyatının məhz qeyri-neft sektorunun inkişafına yardım edən hadisələrlə zəngin olub. Bu və ya digər şəkildə büdcənin cari ilə olan əsas dəyişikliyi onun neft faktorundan asılılığının azalması oldu. Lakin hökumətin planlarına əsasən, Azərbaycanın qeyri-neft sektorunun illik artım tempi ən azı 7% təşkil etməlidir. Məqsəd 2021-ci ilə qədər onun xüsusi çəkisini ÜDM-in 80%-ə çatdırmaqdır.  

Həmçinin ölkədə iqtisadi proseslərə təsir edən bir sıra hadisələri da xatırlamaq olar. Onların arasında Mərkəzi Bankın kapitallaşma üzrə banklara normaların yerinə yetirilmə müddətinin uzadılmasını, keçmiş SSRİ Əmanət Bankında əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinin yekunlaşması, əmək haqqı, pensiya, sosial müavinətlərin artırılması, bir sıra mühüm qanunvericilik aktlarının hazırlanması və s. yer alıb. Bütün bunlar ümumilikdə ölkədə əhval-ruhiyyəyə və istehlak proseslərinə təsir edib. Bununla yanaşı, ötən ildə ölkədə makroiqtisadi stabilliyi saxlamaq üçün kifayət qədər səy göstərilib. Bu tendensiyanın bu il də davam edəcəyini güman etmək üçün bütün əsaslar mövcuddur.



MƏSLƏHƏT GÖR:

546