26 Dekabr 2024

Cümə axşamı, 20:59

ATALAR ÜÇDƏN DEYİB

Azərbaycanın qadınlardan ibarət voleybol yığması üçüncü dəfə Dünya Çempionatına vəsiqə qazanıb

Müəllif:

14.01.2014

2014-cü ilin ilk günlə­rin­də Azər­bayca­nın qa­dın­lar­dan iba­rət vo­ley­bol yığma­sı bu ilin payı­zın­da İta­liy­a­da ke­çi­ri­ləcək Dünya Çem­pi­o­na­tı­na və­si­qə qa­za­nıb. Ba­kı­da təş­kil olu­nan 3-cü se­ç­mə mər­hə­lə oy­un­la­rı­nı qə­lə­bə ilə ba­şa vu­ran mil­li 3-cü də­fə mun­di­al həy­ə­ca­nı ya­şa­maq im­ka­nı qa­zan­dı.

Təs­ni­fat mər­hə­lə­si­nin püşkü atı­lan­da mil­li­nin baş məşqçi­si Fa­iq Qa­ray­e­vin ye­tir­mə­lə­ri­nin müəyyən mə­na­da bəx­ti­nin gə­tir­diyi söy­lə­ni­lir­di. Çünki Azər­baycan mil­li­si üçün İs­ra­il və Es­to­niy­a­nı məğlub et­mək prob­lem ol­ma­ma­lı idi. Qrup­da bi­rinci yer uğrun­da müba­ri­zə isə sözsüz, Av­ro­pa­nın elit ko­man­da­la­rın­dan sayı­lan Ser­biya ilə ol­ma­lı idi. Vo­ley­bol­çu­la­rı­mız de­dik­lə­ri­mi­zi tə­s­diq­lə­di. İs­ra­il­lə Es­to­niya üzə­rin­də qə­lə­bə qa­za­nan ko­man­da­mız son­da Ser­biya ilə üz-üzə gəl­di. Fa­iq Qa­ray­e­vin ko­man­da­sı bu du­el­də fa­vo­rit sayıl­ma­sa da, sen­sas­siya et­mək mümkün ol­du. Bal­kan­lar üzə­rin­də­ki zə­fər­lə J qru­pu­nu li­der ki­mi ba­şa vu­ran yığma Av­ro­pa Çem­pi­o­na­tın­da­kı fi­a­s­ko­dan so­nra bə­ra­ət qa­zan­dı. Azər­baycan-Ser­biya görüşündə hər şey tay-brek­də həll olun­du. He­sab 2:2 ol­duğu hal­da, həl­le­dici his­sə­də da­ha yax­şı oy­nay­an vo­ley­bol­çu­la­rı­mız görüşü qə­lə­bə ilə ba­şa vur­du.

Ko­man­da­mı­zın oy­u­nun­da müsbət dəy­i­şik­lik­lə­rin ol­ma­sı məşqçi­lə­rin doğ­ru yol­da ol­duğu­nu gö­s­tər­di. Əv­vəl­ki il­lər­də vacib ya­rış­lar­da Fa­iq Qa­ray­ev da­im 6-7 oy­un­çu­nun ümi­di­nə qa­lır, be­lə­də əsas hey­ət üzvlə­ri er­kən yo­ru­lur­du. Üstə­lik, hücum pla­­nın­da da stan­dart zər­bə­lər görür­dük. Na­talya Məm­mə­do­va­nın ko­man­da­nı ar­xa­sınca da­şı­ma­sı­na adət et­miş­dik. Ancaq bu də­fə Ana­s­ta­siya Qur­ba­no­va, Ya­na Ağay­e­va, Kse­niya Ko­va­len­ko və Ay­şən Ab­du­lə­zi­mo­va da sözünü de­di. Gənc Cey­ran Əliy­e­va­nın uğur­lu debütünü və Ok­sa­na Ki­selyo­va­nın əlin­dən gəl­diyi qə­dər Va­le­riya Ko­ro­ten­ko­nun yox­luğu­nu unut­dur­mağa ça­lış­dığı­nı da se­vinclə söy­lə­mə­liy­ik. Xüsu­sən, Ser­biya ki­mi prin­si­pi­al rə­qib­lə matçda bütün oy­un­çu­la­ra oy­na­maq şan­sı ya­ra­dan Qa­ray­e­vin bu ad­dı­mı­nı al­qış­la­mağa dəy­ər. Hey­ət­də ən az yer alan vo­ley­bol­çu ko­man­da­nın ən yaş­lı oy­un­çu­su - bu il 32 ya­şı­nı qeyd edəcək Ye­le­na Par­xo­men­ko ol­du.

Qar­şı­da 8 ay vaxt var. Bu müd­dət ər­zin­də hey­ə­tə ye­ni vo­ley­bol­çu­la­rın cəlb olu­nacağı inan­dı­rıcı gö­rün­mür. Le­g­i­o­ner li­mi­ti tət­biq olun­ma­dığın­dan, su­per­li­qa­nın qar­şı­da­kı mər­hə­lə­lə­rin­də han­sı­sa yer­li oy­un­çu­nun mil­li sə­viyyə­sin­də ye­tiş­mə­si mümkünsüzdür. Ancaq ən azı, yığ­ma­nın oy­un üslu­bu­nu da­ha da tək­mil­ləş­dir­mək olar.

Azər­baycan yığma­sı­nın Dünya Çem­pi­o­na­tı­na və­si­qə qa­zan­ma­sı və mö­tə­bər ya­rış­da­kı şan­s­la­rı ba­rə­də fi­kir­lə­ri ilə mil­li­nin baş məşqçi­si, Azər­baycan Vo­ley­bol Fe­de­ra­siy­a­sı­nın vit­se-pre­zi­den­ti Fa­iq Qa­ray­ev "R+"a müsa­hi­bə­sin­də bölüşüb.

- Mil­li­mi­zin Dünya Çem­pi­o­na­tı­na və­si­qə qa­za­nacağı­nı göz­ləy­ir­di­niz­mi?

- Baş məşqçi ki­mi hər za­man ko­man­da­ma inan­mı­şam. Bi­zim mun­di­a­la və­si­qə qa­zan­mağı­mız tə­sadüfi dey­il, gə­rg­in zəh­mə­tin bəh­rə­si­dir. May­dan baş­lay­a­raq yığma tə­lim-məşq top­la­nış­la­rın­da iş­ti­rak edir. Əsas hə­dəf Dünya Çem­pi­o­na­tın­da iş­ti­rak et­mək idi. Bu gün fəxrlə söy­ləyə bi­lə­rik ki, Azər­baycan mun­di­a­la və­si­qəyə lay­iq idi. Bu uğur­da fe­de­ra­siy­a­nın və ko­man­da­nın hər bir üzvünün böyük əməyi var. Sözsüz ki, bu qə­lə­bə­də böyük ro­lu olan, vo­ley­bol­çu­la­rı­mı­za gö­zəl şə­ra­it ya­ra­dan döv­lət baş­çı­sı İl­ham Əliy­e­vin qayğı­sı­nı da qeyd et­mə­liy­əm.

- Ser­biya ilə oy­un­da ko­man­da­mız əzmkar oy­na­dı. Bu mə­na­da bəx­tin də bi­zim tə­rə­fi­miz­də ol­ma­sı fi­k­riy­lə ra­zı­sı­nız?

-  Pe­şə­kar id­man­da tə­sadüf ol­mur. Bir ne­çə ko­man­da­nı məğlub edə­rək çem­pi­on ol­maq tə­sadüf dey­il. Hər şey məş­qlər­dən və özünə­i­nam­dan ası­lı­dır. Ser­biya ilə tay-brek­də 4 xal fər­qi ilə ge­ri­də ol­mağı­mı­za bax­may­a­raq, his­sə­ni uğur­la bi­tir­dik. Biz ba­şa düşürdük ki, Ser­biy­a­nı məğlub edə bi­lə­rik və bu­nu et­mə­liy­ik. Doğma azar­keş­lər önündə baş­qa nə­ticə bi­zim üçün qə­bu­lo­lun­maz idi.

- De­mək olar ki, Ser­biya ilə görüşdə rə­qi­bi yax­şı öy­rən­məy­i­niz on­la­ra qar­şı da­ha yax­şı ha­zır­laş­mağa kö­mək ol­du...

- Ser­biy­a­nın hey­ə­ti­ni çox­dan ta­nıyı­rıq. On­la­rın bir ne­çə vo­ley­bol­çu­su bi­zim çem­pi­o­nat­da çı­xış edir. Hə­m­çi­nin Türkiyə klub­la­rın­da oy­nay­an si­ma­la­rı var. Qrup mər­hə­lə­si­nin ilk 2 tu­run­da da rə­qi­bi yax­şı təh­lil edə bil­dik. Be­lə oy­un­lar­da böyük gə­rg­in­lik olur. So­nuncu görüş idi və hər iki ko­man­da qə­lə­bəyə id­di­a­lıy­dı. Ar­tıq 2 se­ti qa­za­nan­da bi­lir­dik ki, Dünya Çem­pi­o­na­tı­na 99 fa­iz və­si­qə əl­də et­mi­şik. Çünki di­g­ər qrup­lar­da da xal­la­rın və set­lə­rin bə­ra­bər olacağı re­al görünmürdü. Qar­şı­laş­ma­dan öncə ko­man­da­nın qar­şı­sın­da məq­səd qoy­muş­duq ki, ən azı, 2 se­ti al­ma­lıyıq. Be­lə­də tay-brek­də qız­lar ra­hat və təzyiq­siz oy­na­mağa baş­la­dı­lar.

- 5-ci set­də 4 xal ge­ri­də idik. He­­sa­b­da 8:12 ge­ri düşdük və rə­qi­bi qə­lə­bə­dən cə­mi 3 xal ayı­rır­dı. Bu za­man, yə­qin, qə­lə­bəyə inam azal­mış­dı?

- Hə­min də­qi­qə­lər çox həy­əcan­lı idi. La­kin biz ina­nır­dıq. Vo­ley­bol­da 4 xal o qə­dər böyük fərq dey­il. Vo­ley­bol­çu­la­rı­mız so­na qə­dər müba­ri­zə apar­dı və rə­qi­bin yax­şı oy­na­ma­sı­na im­kan ver­mə­di. Çə­tin­lik­lə əl­də olu­nan qə­lə­bə da­ha şi­rin olur.

- Dünya Çem­pi­o­na­tın­da şan­s­la­rı­mız necə­dir?

- Mun­di­al sentyabr-oktyabr ay­la­rın­da İta­liy­a­da ke­çi­ri­ləcək. Ha­zır­lıq üçün müəyyən vax­tı­mız var. Ko­man­daya ye­ni ad­la­rın cəlb olu­nacağı göz­lə­nil­mir. Ki­fay­ət qə­dər eh­tiy­at qüvvə­miz var və on­lar­la iş­lə­mək la­zım­dır. Mun­di­al­da pla­ne­tin ən güclü 24 ko­man­da­sı müba­ri­zə apa­racaq. Hə­lə ki­min­lə qar­şı­la­şacağı­mı­zı bil­mi­rik. Püşkdən əv­vəl şan­s­lar ba­rə­də da­nış­maq düzgün dey­il. Güclü rə­qib­lər­lə yol­daş­lıq görüşü ke­çir­məyi plan­laş­dı­rı­rıq. Yax­şı ha­zır­lıq uğu­run ya­rı­sı de­mək­dir. Ey­ni za­man­da, hey­ət­də­ki vo­ley­bol­çu­la­rı­mı­zı qo­ru­ma­lıyıq. On­la­rın zə­də­lən­mə­si bi­zə prob­lem ya­ra­da bi­lər. 

- Bə­zən dey­ir­lər ki, qa­dın­la­rın ko­man­da­sı­na rəh­bər­lik et­mək çə­tin­dir. Doğru­dan da xa­nım­lar­la iş­lə­mək çə­tin­lik ya­ra­dır?

- Ki­şi­lər­lə ça­lış­maq qa­dın­lar­la iş­lə­mək­dən asan­dır. Xa­nım­lar his­siyyat­lı­dır, emo­si­o­nal­dır. Xa­nım­lar da­im ev qayğı­la­rı ilə ya­şayır. Əg­ər ev­də prob­lem var­sa, bu, mütləq onun oy­u­nu­na tə­sir edəcək. Ona gö­rə biz ça­lı­şı­rıq ki, vo­ley­bol­çu­la­rı­mı­zın heç bir prob­le­mi ol­ma­sın.

- Yığma­da ye­ni yer­li vo­ley­bol­çu­la­rın ol­ma­sı yax­şı hal­dır. Am­ma su­per­li­qa­da le­g­i­o­ner li­mi­ti­nin tət­biq olun­ma­sı vaci­b­dir. Çünki be­lə­də yal­nız əcnə­bi vo­ley­bol­çu­lar mey­da­na çı­xır. Azər­baycan­lı vo­ley­bol­çu­lar oy­na­ma­sa, bu, gə­ləcək­də yığma­nın güclən­mə­si­nə prob­lem ya­ra­dacaq...

- Si­zin­lə tam ra­zıy­am. Ar­tıq fe­de­ra­siya da le­g­i­o­ner li­mi­ti­nin tət­biq olun­ma­sı üçün iş apa­rır. Hər bir klu­b­da yer­li vo­ley­bol­çu­la­ra da­ha çox şans ve­ril­mə­li­dir. Əg­ər on­lar çem­pi­o­nat­da oy­na­mır­sa, on­da ha­ra­dan təcrübə top­lay­acaq­lar? Klub­lar mil­li ko­man­da­nı da düşünmə­li­dir. Li­mit ol­sa, yer­li vo­ley­bol­çu­la­rın in­ki­şa­fı­na tə­kan olacaq.

 

 

AZƏRBAYCANIN VOLEYBOL ÜZRƏ DÜNYA ÇEMPİONATLARINDA İŞTİRAKI 

 

Yığmamız ilk dəfə 1994-cü ildə Dünya Çempionatında çıxış edib. Debütdə yalnız Peruya qalib gələn milli, sonradan çempionluq sevinci yaşayan Kubaya və Hollandiyaya uduzub. Nəticədə B qrupunda 4 xalla (o vaxt məğlub olan komanda 1, qalib gələn isə 2 xal qazanırdı) üçüncü yeri tutub. Braziliyadakı mundialda Faiq Qarayevin yetirmələri 16 komanda arasında 10-cu olub. 

Növbəti DÇ həyəcanını 12 il sonra Yaponiyada yaşamışıq. Bu dəfə 24 komandanın qatıldığı turnirdə yığma B qrupunda yer alıb. Rusiya, Almaniya və Çinlə bacarmayan voleybolçularımız Dominikan Respublikası və Meksikanı yenib. Qrupda 4-cü pillədə qərarlaşan yığma növbəti qrupda mübarizəni davam etdirib. F qrupunda milli Braziliya və Hollandiyaya yenilib, ABŞ-la Puerto-Rikonu məğlub edib. Nəticədə, komandamız Koreya ilə 13-14-cü yerləri bölüşüb. İtaliya səfəri millinin 3-cü cəhdidir.


MƏSLƏHƏT GÖR:

679