
"ƏLLƏR - QƏLBİN DAVAMIDIR"
Azərbaycanda "əl işi" məmulatlarına necə yanaşırlar?
Müəllif: Vəfa ZEYNALOVA Bakı
Hər birimiz daxilimizdə bir qədər rəssamıq. Lakin təəssüf ki, içimizdə səslənən musiqi heç də həmişə özünü ifadə edə bilmir. Biz fikrimizi axıra qədər açıb deməmək hissi ilə adi həyatımızı sürməli oluruq... Amma insanlar vardır ki, ilham mənbəyi kimi bütün ətraf aləmdən istifadə edərək, ideyalarını həyata keçirə bilirlər.
Əllər və qəlb
"Handmade" sözünün hərfi mənası əl işi deməkdir. Bu söz dilimizdə də, məişətdə də alınma sözdür. Əl işi anlayışına məktəbdə əmək dərsində xırda təmirlər də, gözəlliksevərlər – əməksevər qadınların sevgi ilə tikdikləri də, toxuduqları da, hördükləri də hər şeyə daxildirsə, "handmade" daha geniş mənaya malikdir.
"Handmade" bizi əhatə edən hər şeyi dəyişmək cəhdidir. Bu, sadəcə tətbiqi peşə deyil, bu, həm də incəsənətdir. Axı qəlbimizdə olan bütün gözəlliklər, əl ilə hazırlanmış əşyalarda öz təcəssümünü tapır.
Dekupaj, krakle, makrame (düyünlü hörgü sənəti), İrland krujevası, divar naxışı, vintaj, sabunbişirmə – bu sözlər bilməyənlər üçün anlaşılmaz qalır. Əslində isə bu bitib-tükənməyən fantaziya və təbin axdığı müxtəlif böyük, əlvan istiqamətlərin, məcraların dünyasıdır.
Bir dəfə məşhur rusiyalı aktrisa Lüdmila Çursinanın dediyi kimi, əllər - qəlbin davamıdır. Bu gözəl məcazı gənc rəssam Ülviyə Musayevanın işləri də əyani şəkildə sübut edir. Ülviyə – əmək stajı cəmi bir il olan rəssamdır. Amma bu müddət ərzində o, çox şeyə nail olub - üç şəxsi sərgisi, dörd ustad dərsləri və demək olar ki, bu qısa müddətdə mükəmməl rəssam kimi də formalaşıb.
Onun əsas özəlliyi əlləridir. Ülviyə fırça və ya başqa əşyalar olmadan, şəkil çəkir. Ona görə də cəsarətlə demək olar ki, onun (Ülviyə, şəkil çəkməkdən savayı, şərab şüşələrini də naxışlarla bəzəyir) əsərləri və əl işləri əllərinin istiliyini və enerjisini saxlayır.
Rəssamın dediyi kimi, bütün dünyaya baxışı, o, şəkil çəkməyə başla- yanda dəyişib. "Ətrafımda gördüyüm hər şeyə toxunub, onu dəyişmək istəyirdim", – deyə o, bildirir.
Sözgəlişi, son illər "handmade"ə münasibət dəyişib. İnsanlar da əllə hazırlanan hər şeyə böyük hörmətlə yanaşmağa başlayıblar. Əbəs yerə bütün dünyada əl işi – nə isə eksklüziv və son dərəcə bahalılar sırasında deyil. Azərbaycan da dünya tendensiyasından kənarda qalmır. Ürəklə hazırlanan hər şey çox yüksək qiymətləndirilir. Hərçənd burada daha çox trendi ictimaiyyətin münasibətinin dəyişməsi adlandırmaq olar. Çünki tikməçilər və bacarıqlı sənətkarlar bizdə həmişə olub.
Məsələn, şəhərin tanınmış tikməçilərindən biri, eləcə də Bakıda İrlandiya krujevalarının hörülməsi ilə məşğul olan yeganə sənətkar Alyona Səlimova danışır: "Tikmə dünyası ilə ilk tanışlığım 5 yaşımda ikən baş verib. Qonşumuz mənə mil ilə toxumağı göstərdi. Əyləncəmi görən nənəm, müxtəlif üsullarla mənə tikməyi öyrətdi. Daha sonra məktəbdə makrame toxumağı öyrəndim. Əlbəttə ki, məktəb vaxtı bu sadəcə əyləncə idi, lakin Sovet İttifaqının dağılmasından sonra, hətta çox karıma gəldi. Həmin çətin vaxtlarda ailəni dolandırmaq üçün çoxları satmaq üçün toxuyurdu, tikirdi. Yəqin, elə buna görədir ki, gənclərin "handmade"lə əyləncəsini böyük nəsil pis qəbul edir. Düşünürəm ki, hər birimiz ətrafdakların "Nəyinə gərəkdir bu, həyat yoldaşın sənə baxmır? Ailəmizi biabır eləmə" kimi bu cür suallarla qarşılaşıb. Necə izah edəsən ki, bu jurnal masasında kiçik süfrədir də, divarda gözəl çərçivədə orijinal əl işidir və öz əli ilə hörülmüş ahənrübadır da. Hələ yoldan ötənlər, heç yerdə almaq mümkün olmayan bəzək və zinət əşyaları görərkən, necə dönüb baxırlar! Bununla bağlı bir neçə dəfə gülməli hallar da olub. Məsələn, xüsusilə hər şeylə maraqlanan xanımlar, bunların harada satıldığını soruşmağa cəsarət etməzdən öncə, məni bir neçə məhəllə izləyiblər. Çox şadam ki, texnologiya və konveyer istehsalı əsrində, bizim çoxlu istedadlı qızlarımız var. Onların yaratdıqları unikal əşyaları, hətta art-obyekt adlandırmaq olar".
İşin qiyməti
Toxunmuş papaq və ya əllə tikilmiş süfrə nə vaxt "handmade" olur? Tikməçi bu suala dəqiq cavab verməkdə çətinlik çəkir: "Hər şeydə düzgün münasibət qurmaq lazımdır. Əl ilə hazırlanan hər şey "handmade"dir, amma buna münasibət cansıxıcıdır. Qərbdə insanlar əl işinə dəyər verirlər. Bir şey deyə bilərəm – işlərimin ancaq beş faizi Azərbaycanda satılıb. Qalanları isə Yer kürəsi boyunca Norilskdən Alyaskaya kimi, Dublindən və Hollivuddan İsrailə kimi uçub gediblər. Əl işlərimin olmadığı ölkələri saymaq, olanları saymaqdan daha asandır. Bu, qiymət məsələsi deyil, sadəcə, sadə muncuq iplərinin dünyada ən bahalı muncuqla tikilmiş kolyedən, sadə papağın əl işi olan zərif krujevadan fərqinin nə olduğunu anlayanlar azdır. Həmçinin uyğun olaraq ikincinin birincidən on dəfə niyə baha olduğunu da anlamırlar. Sualın maliyyə tərəfinə gəldikdə isə, "handmade" kifayət qədər bahalı səfadır. Axı özünə dəyər verən sənətkar, heç vaxt ucuz materialla işləməz. Buradan da hazır məmulatın böyük məbləği toplanır. Məsələn, zamanla ayaqlaşmaq üçün skrapbukinqdə sənətkarlar formalara, ştamplara, fiqurlu deşikaçanlara (alət), krujevalara, lentlərə, digər xırda əşyalara bir neçə yüz dollar xərc çəkirlər. Hazırda əşyaların qəsdən köhnəldiyini, məhz köhnəlik effektini yaradan şebbi-şik üslubu, bu cür vintaj üslubu çox dəbdədir. Lakin bizdə bunlardan yan keçirlər, hələ üstəlik, deyinirlər ki, əyri-üyrü səhifələr və ləkəli köhnə bloknotlar çıxarbılar. Bəs muncuq, daş-qaşlarla işləyənlərə nə deyəsən? Burada artıq xərc onlarca və yüzlərlə, hətta minlərlə dollardan gedir ki, materiallar sərf olunur. Həm də bu və ya digər layihəyə daha münasibi seçilməlidir.
Kənardan necə görünsə də, hər bir daş öz mühitini diktə edir, daşın rəsmi bəzəyin rəsmini yaradırır. Demək olmaz ki, sənətkarlar əl işi ilə maliyyə təminatsızlığına görə məşğul olurlar. Və təkcə bu bizim ölkəmizdə belə deyil. Brendlərə sevgini jurnallar və televiziyalar yayırlar, ona görə də məhv olmaq asan deyil. Mən Ukrayna və Rusiyadan olan sənətkarlar tanıyıram ki, məmulatları üçün tələb olunan satış bazarı tapa bilmədilər və məşhur kuturyelərə "satıldılar". İndi onların işinə dördrəqəmli məbləğ ödəyirlər və onun ən çox hissəsi brend sahibinə çatır. Alıcıdan başqa, hamı qazanır. Hərçənd birkadan razıdırlar".
"Serial"
Bəzən əyləncə bütün ömrün işinə çevrilir və bunun səbəbi də tam təsadüf olur. Misal üçün, sabunbişirmə üzrə sənətkar Svetlana Cəfərova danışır ki, ona əl işi olan qeyri-adi sabun parçaları hədiyyə etmişdilər. "Onlar gözəl və zövqverən idilər, hətta enerji baxımından adi sabunlardan seçilirdilər. Yaxınlarım və özüm üçün bu cür sabunlar hazırlamağa başladım. Həmçinin anladım ki, sabunda istənilən fantaziyanı, hətta bir formadan da artığını ifadə etmək olar".
Sənətkarın fikrincə, "handmade" incəsənətdir. Ona görə də sənətkar ilk növbədə öz işində gözəlliyi, daha sonra isə yararlılığı və ehtiyacı görür. Bunlar həmahəng olanda, ideal nəticə əldə edilir. Sabun bişirməyə və öz işlərini satmağa başla-yan, Svetlana xanım çox keçmir ki, artıq ustad dərslərinin və sabun köpüklü şənliklərin təşkili ilə məşğul olur. "Sabun hazırlamaq prosesinə başlayan və öz səylərinin nəticələri ilə fəxr edən xoşbəxt insanları görmək məni sevindirir", – deyə o, danışır.
Ən adi əşyalarda gözəlliyi təkcə qadınlar görə bilmirlər. Məsələn, Viktor Axundov (personajın xahişi ilə adı dəyişdirilib) öz işində nə isə fəlsəfi məna görərək, ağacdan müxtəlif əşyalar oyur. "Məşğul olduğum işi təmiz özünüifadə adlandırardım. Bu, daha çox sadəcə psixoloji yüngülləşmədir. İzləyicinin işimi necə qəbul edəcəyi haqda tamamilə düşünməməyə başlamışam. Lakin indi onların sayəsində mənə ruhən yaxın olan insanları tapa bilirəm. Məhz belə işlərin satılması çox xoş olur. Deməli, bir çoxları onlarda nəsə özünəməxsus, onlara yaxın olanı görürlər. Belə işlər elə də böyük gəlir gətirmir. Hansısa əşyalara olan tələbatı nəzərə alaraq, daha çox qazanmaq olar. Onda bütün fəaliyyət zövqdən adi işə çevriləcək".
Və sənətkar da ilhamını ən bəsit formalarda alır: "Layihə çox vaxt uğurlu rübai kimi bir neçə dəqiqə ərzində yaranır. Çox tez-tez gələcək işlərimin ümumi şəklini divarda, boyaların ləkələrindəki cizgilərdə görürəm. Rorşaxın nəzəriyyəsi qüvvədədir. Daha doğrusu, əvvəlcə forma, daha sonra material yaranır. Bu, ağac, dəri, metal, plastikdir... Müxtəlif ağacların hissələrindən nəsə hazırlamağı sevirəm. Bunda mənim üçün simvolik nəsə var. Heç vaxt bütöv ağac parçasından nəsə oymuram. Yəqin ki, nə qədər pafoslu səslənsə də, hər bir insanın həyatı, mənim işlərim kimi, rəngbərəng parçalar və anlaşılmaz detallardan ibarətdir. Tez-tez zahiri emosiyalara məhəl qoymuram, intuitiv olaraq təhtəlşüur sferasına fikrimi cəmləyirəm".
Yenə də, yəqin ki, "handmade"in əsas ideyasının - yaradıcılıq, harmoniya yaratmaq istəyi və özün üçün ətraf mühitin komfortluluğunu yaratmaq olduğunu demək olar. Gözəl olan da budur. Axı yaradıcılıq - hə-yatımızı dəyişir və onu daha parlaq və mənalı edir.
MƏSLƏHƏT GÖR: