26 Dekabr 2024

Cümə axşamı, 20:02

AZƏRBAYCANLI "MAUQLİ"

K-1 döyüşçüsü Zabit Səmədovun "R+"a müsahibəsi

Müəllif:

04.02.2014

Elə in­san­lar var ki, ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­may­a­raq, ürəyi da­im Və­tən­lə döyünür, hər uğu­run­da öl­kə­si­nin adı­nı uca tu­tur. Be­lə in­san­lar­dan bi­ri də soy­da­şı­mız Za­bit Sə­mə­dov­dur. Be­la­ru­s­da ya­şay­an K-1 döyüşçüsü hər qə­lə­bə­sin­də rin­q­də Azər­bayca­nın bay­rağı­nı qal­dı­rır, hər müsa­hi­bə­sin­də Və­tə­nin adı­nı fəxrlə söy­ləy­ir. Za­bit ge­niş kütləyə məş­hur K-1 döyüşlə­riy­lə ta­nı­nıb. Ötən il "Qı­zıl oğlan" lə­qəb­li Badr Ha­ri üzə­rin­də qə­lə­bəy­lə Sə­mə­dov dünya­nın diq­qə­ti­ni özünə cəlb et­di.

"R+"a müsa­hi­bə­sin­də Za­bit Sə­mə­dov Badr Ha­ri üzə­rin­də qə­lə­bə­dən, gə­ləcək plan­la­rın­dan və növ­bə­ti döyüşündən  da­nış­dı.

- Söh­bə­tə son ya­rı­şın­dan baş­la­maq is­tər­dik. Mos­k­va­da ke­çi­ri­lən nüfuz­lu "Le­g­en­da" tur­ni­rin­də Mel­­­vin Man­huf üzə­rin­də çə­tin qə­lə­bə qa­zan­san da, fi­nal görüşündə iş­ti­rak edə bil­mə­din. Sə­bəb nə idi?

- Bu tur­nir­də təş­ki­lat­çı­lar tə­rə­fin­dən də­vət olu­nan 4 güclü id­man­çı iş­ti­rak et­di. İlk görüşdə hol­land id­man­çı Mel­vin Man­hu­f­la qar­şı­laş­dım. Görüşü iz­ləy­ən­lər hər iki­mi­zin çı­xı­şı­nı görüb. Bir qə­dər eh­tiy­at­lı da­v­ra­nır­dıq. Risk et­mək is­tə­mir­dik. Ba­şa düşürdüm ki, səhv et­səm, o bun­dan is­ti­fa­də edə bi­ləcək. Mel­vin ki­mi rə­qib­lər səh­vi bağış­la­mır. Güclü zər­bə­lə­ri var idi. Ça­lı­şır­dım ay­aq­la da­ha çox iş­ləy­im. Se­vi­ni­rəm ki, görüşü qə­lə­bəy­lə ba­şa vur­dum. Di­zim­dən al­dığım zə­də cid­di ol­du. Ağrı­lar­la ya­­na­şı, əzil­mə də var idi. Ona gö­rə hə­kim­lər görüşü da­vam et­dir­məyə im­kan ver­mə­di. Tə­əssüflən­mi­rəm, çün­ki əsas görüşdə qa­lib gəl­dim. Bəl­kə də, çox­la­rı mə­nim Qran-pri­nin qa­li­bi ol­mağı­mı is­təy­ir­di. On­la­ra tə­şəkkür edi­rəm. Sa­dəcə, bə­zi mə­qam­lar mə­ni Mel­vin­lə görüşə da­ha cid­di ha­zır­laş­mağa va­dar et­di. Görüş za­ma­nı zə­də­lən­səm də, so­na qə­dər müba­ri­zə apa­ra bil­dim. Am­ma fi­nal­da çı­xış et­mək alın­ma­dı. İs­tər­dim, hə­min görüşdə mə­nə də­s­tək olan in­san­la­ra tə­şəkkür edim. Azər­bayca­nın Ru­siy­a­da­kı sə­fi­ri Po­lad Bülbüloğlu, eləcə də Ar­zu xa­nım Əliy­e­va və Sə­məd Qur­ba­no­va "çox sağ ol" dey­i­rəm. Bu in­san­lar mə­nə də­s­tək ol­maq üçün are­naya gəl­miş­di.

- K-1-in məş­hur si­ma­la­rın­dan olan Badr Ha­ri üzə­rin­də qə­lə­bən­lə bütün dünya­nın diq­qə­ti­ni özünə cəlb et­din. Bu­na qə­dər ona məğlub ol­muş­dun...

- Badr Ha­ri çox təcrübə­li və məş­hur id­man­çı­dır. Onun­la iki də­fə görüşmüşdüm və hər iki­sin­də o se­vin­miş­di. Sayca 3-cü du­e­li­miz may­da baş tut­du. Bu də­fə məğlub ol­mağı ağlı­ma da gə­tir­mir­dim. Əg­ər ye­nə uduz­say­dım, bu mə­nə çox pis tə­sir edəcək­di. Üstə­lik, Ha­ri döyüşdən əv­­vəl qa­lib gə­ləcəy­i­ni əmin­lik­lə söy­­lə­mək­lə his­slə­ri­mə to­xun­muş­du. Çox ar­xayın idi. Bu­nun­la be­lə, gö­rüşümüz asan ol­ma­dı. No­ka­ut­la qə­lə­bə qa­zan­dım. Rin­q­də ol­duğum müd­dət­də yal­nız qə­lə­bə ha­q­da düşü­nür­düm.

- Bir ay əv­vəl ver­diyi müsa­hi­bə­də Badr Ha­ri sə­nin tə­sadüfən qə­lə­bə qa­zan­dığı­nı dey­ib. Onun fi­k­­rincə, sa­dəcə, bəx­tin gə­ti­rib...

- Onu ba­şa düşürəm. Böyük id­man­çı­lar məğlu­biyyə­ti qə­bul edə bil­­mir­lər. O, hə­lə də may­da­kı məğ­lu­biyyə­tin tə­si­ri al­tın­da­dır. Ona gö­rə də hə­min gün uduz­duğu­nu eti­raf et­mək is­tə­mir.

- Ye­ri gəl­miş­kən, Badr Ha­ri sə­nin Mel­vi­nə də udu­zacağı­nı  de­miş­di...

- Məhz, onun söz­lə­ri­nə gö­rə çox acıq­lıy­dım. Badr Ha­riyə sübut et­mək is­təy­ir­dim ki, Mel­vin Man­hu­fa qa­lib gə­lə bi­lə­rəm. Mən on­lar sə­viyyə­sin­də döyüşçüyəm. Badr mə­nim haq­qım­da çox kə­s­kin da­nış­mış­dı. Ona ca­va­bı rin­q­də ver­mək is­təy­ir­dim. Bu­na gö­rə də fi­nal ba­rə­də heç düşünmürdüm. Tə­səvvür edin, zə­də­li hal­da fi­na­la çı­xa bil­məy­əcəy­i­mi an­layır­dım. La­kin Mel­vin­lə görüşü ya­rı­m­çıq qoya bil­məz­dim.

- Hər görüşdən so­nra rin­q­də Azər­baycan bay­rağı­nı da­lğ­a­lan­dı­rır­san. Bu­nun özəl mə­na­sı var, yox­sa...

- Azər­baycan mə­nim Və­tə­nim­dir. Bi­li­rəm ki, hər görüşümü Və­tən­də diq­qət­lə iz­ləy­ir­lər. Qə­lə­bə­dən so­nra Ba­kı­dan çox­lu say­da tə­b­rik alı­ram. Ey­ni za­man­da hər ya­rış­da Azər­bayca­nı təm­sil et­diy­i­mi fəxrlə söy­lə­mi­şəm. Be­la­ru­s­da ya­şa­sam be­lə, ürəy­im Azər­baycan­la döyünür.

- Uşaq­lıq il­lə­rin ma­raq­lı­dır. İd­ma­na gə­li­şin tə­sadüf idi, yox­sa böyük hə­və­sin var idi?

- Uşaq­lıq il­lə­ri­miz in­di­kin­dən çox fər­q­lə­nir. O vaxt bütün uşaq­lar döyüş filmlə­ri­nin tə­si­ri al­tın­da idi. Məş­hur Jan Klod Van Dam­mın filmlə­ri­ni hə­vəs­lə iz­ləy­ir­dik. Mən də hə­min uşaq­lar­dan bi­ri ki­mi döyüş növ­lə­ri­nə böyük hə­və­sim ya­ran­dı. Atam mə­ni id­man­la mə­şğ­ul ol­maq üçün za­la apar­dı. Beləcə, böyük və çə­tin yol­da ad­dım­la­mağa baş­la­dım. Van Dam­mın filmlə­rin­dən so­nra özümə niyə mən də döyüşçü ol­mayım su­a­lı­nı ve­rir­dim.

- Van Damm bir çox filmlə­rə çə­ki­lir­di. Sən, necə, bu ba­rə­də düşünürsən?

- (gülür) Düzü, bir ne­çə tək­lif olub. Am­ma yax­şı sse­na­ri və ma­raq­lı tək­lif ol­sa düşünmək olar. Fil­mə çə­kil­mək xə­t­ri­nə ki­no­da görünmək is­tə­mi­rəm. Sə­viyyə­li lay­i­hə olar­sa, müza­ki­rə et­mək mümkündür.

- Hər bir id­man­çı­nın se­vim­li zər­bə­si olur..

- Rin­q­də olan­da han­sı zər­bə­ni vur­maq mümkünsə, on­dan is­ti­fa­də edi­rəm. Karye­ram­da sağ ay­ağım­la ba­şa çox­lu say­da zər­bə vur­mu­şam. Ək­sə­ri no­ka­ut­la ba­şa ça­tıb.

- Döyüşlə­rin za­ma­nı ya­xın­la­rın sə­ni zal­da də­s­tək­ləy­ir, yox­sa ek­ran qar­şı­sın­da...

- Ai­lə üzvlə­rim zal­da olan­da çox həy­əcan­la­nı­ram. Bu, mə­nim çı­xı­şı­ma da tə­sir edə bi­lər. Ona gö­rə çox vaxt ek­ran qar­şı­sın­da iz­ləy­ir­lər.

- Döyüşdən əv­vəl həy­əcan­la necə müba­ri­zə apa­rır­san...

- Rin­qə çıx­maz­dan əv­vəl ai­lə üzvlə­ri­mi düşünürəm. Mə­ni se­vən in­san­la­rı xa­tır­layı­ram. On­lar hər za­man mən­dən qə­lə­bə göz­ləy­ir­lər. Bu his­s­lər al­tın­da döyüşə ha­zır­la­şı­ram.

- Karye­ran­da ən yad­da­qa­lan no­ka­ut han­sı olub?

- Mar­sel­də təş­kil edi­lən K-1 üzrə tur­ni­rin fi­na­lın­da. To­ni Qre­qo­riy­lə görüş çox çə­tin alın­dı. Bu­na bax­may­a­raq, son­da no­ka­ut­la qə­lə­bə qa­zan­dım.

- Za­bi­tin növ­bə­ti döyüşü nə vaxt olacaq?

- Bu ba­rə­də da­nı­şıq­lar ge­dir. Me­necer­lər mə­nə iki va­ri­ant tək­lif edib. Türkiy­ə­də və ya ABŞ-da ola bi­lər. Fe­v­ra­lın so­nu­na qə­dər görüşün ta­ri­xi, ye­ri və rə­qib müəyyən­lə­şəcək.

- İd­man­çı karye­ra­sı­nı ba­şa vur­du­q­dan so­nra Za­bit han­sı iş­lə mə­ş­ğ­ul olacaq...

- Hə­lə vi­da­laş­ma­mı­şam. Bəl­kə, məşqçi ol­dum, bəl­kə, me­necer ki­mi ça­lış­dım.

- Son­da gə­ləcək plan­la­rı­nı öy­rən­mək is­tər­dik...

- Gə­ləcək­də Azər­baycan­da K-1 üzrə güclü ko­man­da for­ma­laş­dır­maq is­tər­dim. Bi­zim MDB öl­kə­lə­rin­də çı­xış edən çox­lu say­da həmyer­li­miz var. On­la­rı bir ye­rə yığmaq olar. İs­tər­dim ki, K-1 öl­kə­də in­ki­şaf et­sin və çox­lu güclü id­man­çı­la­rı­mız ol­sun. 

 

ONUN HAQQINDA  

Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçüb. Yeniyetməlik dövründə karate, sonra isə kikboksinq, muay-tayla məşğul olub. Kikboksinq və muay-tay üzrə dünya və Avropa çempionudur. 2007-ci ildə Fransada keçirilən K-1 üzrə mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülür. Həmin il Las-Veqasda keçirilən K-1 Dünya Qran-Prisində ikinci yeri tutub. 2008-ci ildə Səmədov K-1-in ən məşhur döyüşçülərindən biri olan Ray Sefoyla ilə qarşılaşır və gərgin keçən görüşdə layiqli qələbə qazanır. 2009-cu ildə Zabit Səmədov Polşada mötəbər beynəlxalq turnirdə iştirak edir və yarışın qalibi olur. 2010-cu ildə Belarusun paytaxtı Minskdə "K-1 World Max 2010 East Europe" turniri keçirilib. KOK versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşə çıxan soydaşımız hollandiyalı Rodni Qlanderlə qarşılaşıb. "Mauqli" ləqəbli Səmədov "Sakit qatil" ləqəbli Qlanderi vaxtından əvvəl yenərək, KOK versiyası üzrə dünya çempionu olub. 2013-cü ilin mayında K-1-in məşhur döyüşçülərindən olan Badr Harini nokautla məğlub edib. Ardınca Moskvada "Legenda" yarışında Melvin Manhuf üzərində qələbə qazanıb. 

 

BİZİM ARAYIŞ 

K-1 - professional, döyüş növlərinə (muay-tay, karate, taekvondo, kikboksinq, boks və digər) əsaslanan bir yarışdır. Döyüşçülərinin təhlükəsizliyini təmin etmək üçün əlcəklərdən istifadə olunur, hücumlar isə əl və ayaq zərbələri ilə məhdudlaşdırılır. Dirsək və başla zərbələr qadağandır. 1993-cü ildən, K-1 Yaponiyada dövlət səviyyəsində döyüş növlərinə marağı artırmaqla, ən məşhur idman növünə çevrilib.

K-1-in presedentsiz nailiyyətlərinin əsas elementi onun gözlənilməzliyidir. Rəqibindən fiziki cəhətdən üstün olan döyüşçü bir zərbə ilə nokauta düşə bilər. Bir çox hallarda texnika və sürət gücdən üstün olur. 



MƏSLƏHƏT GÖR:

539