15 Mart 2025

Şənbə, 00:36

KURORT MÖVSÜMÜ

Yay yerli turizmdə pozitiv dəyişikliklər və xarici səfərlərin ucuzlaşmasını vəd edir

Müəllif:

09.07.2013

Son on il ərzində Azərbaycan turizm sənayesinin baza elementlərini formalaşdırmaq mümkün olub: müasir istirahət zonaları və mehmanxanalar işə salınıb, əlavə rekreasiya xidmətləri yaradılıb, bu sahə üçün ixtisaslı kadrların hazırlanması sistemi formalaşdırılıb. Bütün dünyadan olan turistlərin ölkəyə marağı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda son illər xaricdə istirahət edən azərbaycanlıların sayı da nəzərəçarpacaq dərəcədə çoxalıb.

 

Özünü göstərmək

Yerli rekreasiya sisteminin inkişaf templəri son dərəcə təsirlidir: bu gün ölkədə 514 otel və otel tipli obyektlər var, son 5 il ərzində onlarda yerlərin sayı 35 mini keçərək, üç dəfəyə kimi artırılıb. Keçən ilin sonunda Şahdağ dağ-xizək turizm komplek- sinin bir sıra obyektləri işə başladı, həmçinin ötən 2 ildə paytaxtda məşhur brendlərin 7 beşulduzlu otelləri işə düşdü.

 Maraqlıdır ki, ötən il nəinki paytaxta, həm də ölkənin regionlarına xarici turistləri cəlb etmək üçün son dərəcə məhsuldar oldu. Hər yerdə, demək olar ki, turist axının artımı 10-12% müşahidə olunurdu. Turizm Nazirliyinin mütəxəssislərinin qiymətləndirmələrinə əsasən, əldə edilən uğurlar, ilk növbədə, regionda geniş yayılmış rekreasiya sənayesinin formalaşmasına əsaslanır.

Ölkədə tikilmiş mehmanxana və istirahət zonalarının ümumi həcminin dörddəüçü bu gün ətraf yerlərin payına düşür. "Keçən il görülən tədbirlər ölkəyə gələn əcnəbilərin sayının - 2,4 mln - rekord həddə çatmasına kömək etdi. Onların 19 mln.-u bilavasitə turizm məqsədi ilə gəliblər. Bunun vasitəsilə xarici turist axınının həcmi keçən il ondan əvvəlki illə müqayisədə 16% artıb. Turizm sənayesinin qızğın inkişafını nəzərə alaraq, yaxın 5-6 il ərzində biz ölkəmizə xarici turist axınının artımını 70-80% proqnozlaşdırırıq", - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Bir sözlə, ölkədə turizmin mükəmməl inkişafı üçün möhkəm infrastruktur bazası yaradılıb və bu günün əsas məqsədi - xidmətin səviyyəsini qaldırmaq və qiymətləri dünya standartlarına uyğunlaşdırmaqdır. Artıq 4 il ardıcıl olaraq Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları regionlarda turizm obyektlərinin ümumi kompleks monitorinqlərini həyata keçirirlər. Bu cür yoxlamaların əsas məqsədi - məzuniyyət mövsümünün lap başlanğıcında turistlərə xidmət sahəsindəki çatışmazlıqları vaxtında aşkar etmək və kənarlaşdırmaqdır. Lakin monitorinq təkcə xidmətin yaxşılaşmasına deyil, dolayısı ilə qiymətlərin enməsinə də səbəb olur. Məsələn, keçən il mövsümün qızğın vaxtında bir sıra populyar istirahət mərkəzlərində istirahət üçün yerlər çatışmırdı, lakin buna baxmayaraq, Turizm Nazirliyi tərəfindən nəzarətin olması qiymətlərin normal həddə qalmasını təmin etdi.

Cari ilin may ayının ikinci yarısında məzuniyyətlər mövsümünün başlanğıcında start götürən növbəti yoxlamalar ölkənin 38 rayon və şəhərini əhatə etdi. Monitorinqin ilkin nəticələrindən anlaşıldığına görə, istirahət zonaları ötən yay mövsümü ilə müqayisədə qiymətləri 10-20% aşağı salmağa hazırdırlar.

Yerli otellərin tariflərin enməsinə dair hazırlığı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) məlumatları ilə də sübut olunur. "Cari ildə bizim mütəxəssislər şəxsi mövsümi monitorinqlərə başladılar: müvafiq yoxlamalar artıq Quba, Qəbələ və Qusarda aparılıb və hazırda Lənkəran, Astara və Masallıda davam etdirilir. Qeyd etmək lazımdır ki, turizm xidmətlərinin qiymətləri orta hesabla keçən illə müqayisədə qalxmayıb",- deyə AzTA-nın rəhbəri Nahid Bağırov bildirib.

Builki mövsümün aparıcı turizm trendi, çox güman ki, ölkənin cənub regionlarında istirahət olacaq: təkcə Lənkəran rayonuda turizm mövsümünün başlanğıcından 13 yeni istirahət bazası fəaliyyətə başladı, Masallı və Lerik rayonlarında da rekreasiya sahəsi dinamik şəkildə inkişaf edir. Cənub regionlarının mehmanxana xidmətlərində 20 %-lik qiymət endirimi qeydə alınıb, burada da yerli və xüsusilə xarici turistlərin böyük axını müşahidə olunur. Kotteclərin orta qiyməti 60 manatdan 40 manata qədər ucuzlaşıb, otellərdə nömrələrin günü 30-50 manat arası başlayır, lakin 3 gündən artıq istirahətə gələnlərə isə əlavə endirimlər təqdim olunur.

 

Başqalarına da baxmaq

Ölkədə xarici turizm də dinamik inkişaf edib: əhalinin gəlirlərinin dinamik artımı və ölkədə fəaliyyət göstərən 170 turizm agentliklərinin xidmətlərinin ardıcıl ucuzlaşması xaricdə azərbaycanlı turistlərin sayının artmasına səbəb olub. Belə ki, Turizm Nazirliyinin məlumatlarına görə, keçən il xaricdə 3,8 mln Azərbaycan vətəndaşı olub, onların 2,8 milyonu və ya təxminən, 74%-ni turist kateqoriyasına aid etmək olar. Mərkəzi Bankın məlumatlarına görə, ötən ildə turizm bazarının ümumi dövriyyəsinin yarısından azca çoxu- daha dəqiq - 2, 477 mlrd.-ı xaricdə azərbaycanlı turistlərə göstərilən xidmətin payına düşüb. Müqayisə üçün: 2011-ci ildə bu göstərici 1,689 mlrd dollar, 2010-cu ildə isə 745 mln dollar təşkil edib. Bu məlumatlar xarici turizmin populyarlığını, ən əsası isə - orta sinfin nümayəndələri üçün xaricdə kütləvi istirahəti mümkün edən daxili bazarda pozitiv canlanmanı parlaq şəkildə sübut edir.

Xarici turizmdən danışarkən, etiraf etmək lazımdır ki, azərbaycanlı turistlər üçün daha populyar istiqamət hələ də Türkiyədir. Bu ölkəyə gedənlərin sayı 42%-i ötür. Daha sonra Rusiya gəlir - 14%, və nisbətən son vaxtlar populyarlıq qazanan Gürcüstandır ki, oraya, təxminən, 10% turist axını düşür. Türkiyəyə maraq yüksək keyfiyyətlə birgə münasib qiymətlərin ənənəvi uyğunluğu, eləcə də iki ölkənin ümumi dil və mədəniyyət ənənələri ilə izah olunur. Rusiya səmti uzun illər dalbadal xarici trafikin əhəmiyyətli həcmini cəlb edir ki, bu da həmin ölkədə böyük Azərbaycan diasporunun olması ilə izah olunur. Amma Gürcüstana turist axını isə istər nisbətən ucuz qiymətlər hesabına, istərsə də nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldan coğrafi yaxınlığa görə artır. Populyar ölkələrin beşliyində Almaniya - 4,6%, Birləşmiş Ərəb Əmirlikləri, daha dəqiq aparıcı mərkəz - Dubay-4,1%, Ukrayna 3,3%, Fransa-2,5% qeyd olunur. Bizim ölkədən istirahət edənlərin qalan hissəsini isə İtaliya, İspaniya, Çexiya, Böyük Britaniya, İran, Misir və cüzi dərəcədə Cənub-Şərqi Asiyanın son dərəcə uzaq dövlətləri bölüşdürürlər.

Cari ildə xarici turizmin perspektivinə gəldikdə isə məzuniyyətçilərimizi xoş sürprizlər gözləyir. Onların arasında bir sıra populyar marşrutların qiymət endirimidir - bu il qiymətlər ötənilkilərdən ən azı yüksək olmayacaq. Bu, Məğrib (Qərb) ölkələri, Şərqi Avropanın bir sıra dövlətləri və qismən də Türkiyədə otel şəbəkələrinin ziyana düşməsi ilə bağlıdır ki, onlar qiymətləri qaldırmayacaqlar. Xüsusilə bizim ölkədə Türkiyə və Misirdə populyar olan marşrutların qiymətləri tur-agentliklərin internet saytlarında yerləşdirilən qiymətlərinə əsasən qalxmayıblar, bəzi hallarda isə düşüblər. Hələ yazda bir sıra Türkiyə otelləri bizim tur-operatorlara, təxminən, 30%-lik endirim verdilər. Qonşu ölkədə İstanbul və Mərmərə dənizinin kurortlarında istirahətə marağa artıq mənfi təsir göstərmiş bitməyən siyasi dalğanı nəzərə alaraq, Türkiyə tərəfdə ucuz qiymətlərin yay mövsümünün sonuna qədər qalacağına ümid etmək olar. Bir nəfərin bu ölkədə bir həftəlik istirahəti orta hesabla 500 manata baş gəlir. Artıq ikinci ildir ki, Şərqi Avropann tur-operatorları və aviaşirkətləri arasında davam edən endirimlər "savaşı" tur-agentliklər üçün lap yerinə düşdü. "Azərbaycanda aviaşirkətlər-diskaunterlərin mövcudluğu Avropadan turist axınına effektli təsir göstərəcək və yerli tur-agentliklərə vətəndaşlarımıza daha ucuz istirahət təklif etməsinə imkan verəcək",- deyə AzTA-nın rəhbəri Nahid Bağırov bildirib.

Bir sözlə, məzuniyyətlərin yeni mövsümünün startı son illər hökumətin öz cəhdlərində yerli iqtisadiyyatı diversifikasiyası etmək üçün sərmayə yatırdığı əsas sektorlardan birinin - turizm sənayesinin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşacağını vəd edir.



MƏSLƏHƏT GÖR:

468