12 Mart 2025

Çərşənbə, 13:09

"NABUCCO"nun ŞANSLARI YOX İDİ

"R+"un Türkiyənin enerji və enerji təhlükəsizliyi araşdırmaları mərkəzinin rəhbəri Tuğçe Varol Sevimlə müsahibəsi

Müəllif:

09.07.2013

“Şahdəniz” yatağının işlənməsi üzrə konsorsium bu yaxınlarda Azərbaycan qazının Avropaya nəql olunmasında əsas marşrut qismində Transadriatik boru kəməri layihəsi seçildi. Bu variant  Nabucco West layihəsi ilə rəqabətdə seçilib. TAP,əsasən Yunanıstan,İtaliya və daha sonra Qərbi Avropa bazarlarına istiqamətlənib. Boru kəmərinin tikintisi 2015-ci ildə başlayacaq ki, 2019-cu ildən qaz nəql etmək mümkün olsun.

Yaxın vaxtlarda Yunanıstan, İtaliya və Bolqarıstandan olan alıcılarla uzunmüddətli (25 illik) razılaşmanın bağlanması gözlənilir. Hər üç ölkəyə nəql olunacaq qazın ümumi həcmi ildə 10 mlrd kubmetr qaz təşkil edəcək. TAP layihəsinin perspektivi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlərini “R+”a Türkiyənin enerji və enerji təhlükəsizliyi üzrə tədqiqatlar mərkəzinin rəhbəri, İstanbul “Aydın” universitetinin politologiya və beynəlxalq əlaqələr kafedrasının dosenti Tuğçe Varol Sevim bölüşüb.

- Siz Azərbaycanın seçimini Transadriatik qaz kəmərinin (TAP) xeyrinə necə qiymətləndirirsiniz? 

- İlk növbədə qeyd etmək lazımdır ki, TAP layihəsi alternativ Nabucco West layihəsi ilə müqayisədə daha az ölüçüyə və maliyyətə malikdir. Bu faktorlar layihənin reallaşması üçün önəmli əhəmiyyətə malikdirlər. TAP-ın güclü iqtisadiyyatları olan ölkələrin cəmləşdiyi ərazidən- Yunanıstandan Qərbi Avropaya keçməsi də müsbət şərtlərdəndir ki, bu da qaza yüksək tələbatın olacağı anlamına gəlir. Bütün parametrlərə görə: kommersiya, siyasi, iqtisadi baxımdan TAP olduqca sərfəli layihədir. “Nabucco”da olduğu kimi, TAP layihəsi üçün Azərbaycanla birləşəcək daha bir boru kəməri olmalıdır. Digər tərəfdən Azərbaycan TAP-a üstünlük verməklə, son dərəcə nəzakətlə, Rusiya ilə gərginlik yaşamadan Avropa bazarlarını “Qazprom”la böldü. Məsələ burasındadır ki, TAP “Cənub axını”na alternativ deyil və bununla da Moskva ilə siyasi toqquşmalardan ötüb-keçmək mümkün oldu. Qara dənizin dibindən keçməklə “Cənub axını” qaz kəməri Bolqarıstandan Qərbivə Mərkəzi Avropaya uzadılacaq.

TAP və TANAP marşrutları isə Qərbi Avropa dövlətlərinə gedir. Bununla da hazırkı strateji layihələrin maraqlarıRusiya ilə, digər tərəfdən də, Azərbaycan, Türkiyə иля kəsişmir. Bu, Rusiyadan daha çox qaz almağı planlaşdıran istər Azərbaycan, istərsə də Türkiyə üçün olduqca sərfəlidir.

- Hesab etmək olarmı ki, Nabuccolayihəsi reallaşmaq şanslarını qəti şəkildə itirdi?       

-Mən həmişə hesab edirdim ki, Nabuccolayihəsinin, Nabucco Westkimi reallaşmaq üçün ümumiyyətlə, heç vaxt şansları olmayıb. Bu layihənin heç bir kommersiya, siyasi perspektivləri yox idi. İndi bu fikir öz təsdiqini tapdı.

- TANAP layihəsinin reallaşması üçün Azərbaycan və Türkiyənin bütün lazımi resursları var. Buna baxmayaraq, bu layihədə üçüncü oyunçu iştirak edə bilərmi?

- Faktiki olaraq, üçüncü oyunçu “Şahdəniz” layihəsinin iki səhmdarını hesab etmək olar – britaniyanın bp və Norveçin Statoilşirkətləri. Həm də Norveç şirkəti 42,5% payla artıq TAP layihəsinin səhmdarıdır. Daha doğrusu, Statoil!Bakı və Yunanıstan ərazisindən qazın hasilatı və nəqlinə cəlb olunub. Azərbaycan və Türkiyə hökumətləri ilə bərabər bu iri enerji şirkətlərini Xəzər qazının nəqlinin hazırkı marşrutunda üçüncü oyunçu hesab etmək olar.  

- Türkiyə öz ərazisində Avropaya enerji resurslarının ixrac xətlərini daha da çox toplayır. Bu faktor Türkiyənin AB-yə daxil olması məsələsinin həllində rol oynaya bilərmi?

- Bu istiqamətdə Türkiyə böyük işlər görür. Xüsusən, hökumət Avropanın enerji təhlükəsizliyinin Türkiyədən asılı olmasını qeyd edən “enerji dosyesi” hazırlayıb. Bütün bunlar tamamilə mümkündür, lakin ilk növbədə, Türkiyə yaxın 5-10 il müddətə özünün qaza olan tələbatını təmin etməlidir. TANAP qaz boru kəməri ilə nəql olunacaq qaz Türkiyəyə öz iqtisadiyyatını enerji daşıyıcıları ilə əhəmiyyətli dərəcədə təmin etməyə imkan verəcək. Gözlənilir ki, Türkiyənin qaza olan əlavə tələbatı ildə 16 mlrd kubmetrə çatacaq. Ona görə də Türkiyə indi öz enerji təhlükəsizliyi məsələsini həll etməlidir.

- Hazırda Türkiyənin qaza olan tələbatı necədir?

- Bu il Türkiyənin “mavi yanacaq”a olan tələbatı 42-46 mlrd kubmetr qaz təşkil edəcək. Keçən il biz Azərbaycandan 3,9 mlrd kubmetr qaz aldıq. Bu, çox azdır. Azərbaycanla olan müqaviləyə əsasən, Türkiyə ildə 6,6 mlrd kubmetr qaz almağı öhdəsinə götürüb. Təəssüflər olsun ki, texniki problemlərə görə, Türkiyə qeyd edilən həmcdə qaz idxal edə bilmir, lakin bu problem artıq həllini tapır.

Türkiyə ilk növbədə, Azərbaycan qazının alınmasında maraqlıdır, lakin hər şey Ankara və Bakının iradəsindən asılıdır. Bizim ölkələrimiz enerji siyasətini Qərb tərəfdaşları ilə razılaşdırmalı olurlar. Xarici şirkətlər “bp”, Statoil və s.üçün prioritet istiqamət Qərbi Avropa bazarlarına çıxışdır.


MƏSLƏHƏT GÖR:

448