26 Dekabr 2024

Cümə axşamı, 19:28

FƏRQ

Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Temuri Kesbayanın "R+"a müsahibəsi

Müəllif:

11.02.2014

Ti­mur Kesbaya MDB mə­ka­nın­da ta­nı­nan fut­bol adam­la­rın­dan bi­ri­dir. Yaş­lı nə­sil onu fut­bol­çu karye­ra­sın­dan - Ti­f­lis "Di­na­mo"su, Afi­na "AEK"i, Ki­p­rin "Anor­to­sis", İng­il­tə­rə­nin "Nyu­kasl", "Dan­di Yu­nay­ted", eləcə də Gür­cüs­tan yığma­sın­dan yax­şı ta­nıyır. Fut­bol­çu karye­ra­sı­nı ba­şa vu­ran Kes­ba­ya dər­hal məşqçi­liyə baş­layır. İlk iş ye­ri isə vax­tı ilə fut­bol­çu ki­mi şə­rə­fi­ni qo­ru­duğu "Anor­to­sis" klu­bu olur. Kesbaya­nın rəh­bər­lik et­diyi ko­­man­da ta­ri­xi uğu­ra im­za atır. "Anor­to­sis" öl­kə fut­bo­lu ta­ri­xin­də ilk də­fə 2008-/2009-cu il mövsü­mün­də Çem­pi­on­lar Li­qa­sı­nın qrup mər­hə­lə­si­nə və­si­qə qa­za­nır. Ar­dınca Yu­­na­nı­s­ta­nın "Olim­pi­a­kos" klu­bun­da iş­ləy­ən gənc mütə­xəs­sis ha­zır­da Gür­­cüstan yığma­sı­nın baş məşqçi­si­dir.

"R+" müxbi­ri­nin Te­mu­ri Kesbaya ilə görüşü Azər­baycan klub­la­rı­nın An­talya­da ke­çir­diyi ha­zır­lıq za­ma­nı baş tut­du.

- Məq­sə­di­niz, yə­qin ki, yığma­nın fut­bol­çu­la­rı­nı iz­lə­mək­dir?

- Düz tap­dı­nız. Gürcüstan klub­la­rı bu günlər­də An­talya­da ha­zır­lıq ke­çir. Üstə­lik, si­zin klub­la­rı­nız­da oy­nay­an gürcü fut­bol­çu­lar da bur­da­dır. Məhz bu sə­bə­b­dən "İn­ter", "Qa­ra­bağ"ın oy­un­la­rı­na ba­xı­ram. Bu klub­lar­da Gürcüstan yığma­sı­nın fut­bol­çu­la­rı for­ma gey­i­nir.

- İlk qə­na­ə­ti­niz necə­dir?

- "İnter"də oynayan Baçana Çxa­da­dze yaxşı formadan uzaqdır. Lakin hiss olunur ki, tez bir zamanda ideal formasını bərpa edəcək. "Qara­bağ"­da çıxış edən Nikolas Gelaşvili pis təsir bağışlamadı. Yeni transfer olu­nan Djaba Dvalini iş başında görmə­dim. Məncə, o, zədədən tam sağal­mayıb.

- Azərbaycan futbol klubla­rı­nın, çempionatın səviyyəsi barə­də nə deyə bilərsiniz?

- Azərbaycanda futbol inkişafda­dır. Futbola böyük pullar xərclənir. Klublarınızın imkanlı sponsorları var. Bir sıra məşhur futbolçular sizin çempionatda çıxış edir. Gürcüstanla müqayisədə siz irəlidəsiniz. Etiraf edim ki, bizim futbola bu qədər diq­qət yoxdur. Yəni maliyyə və oyun baxımından siz bizi üstələ­yir­siniz. Futbolda pul çox vacib amil­dir.

- Bununla belə nəticələr sevin­dirici deyil. Yığmamız seçmə mər­hələdə 9 xal topladı. Klubla­rı­mız­dan yalnız "Neftçi" 1 il əvvəl Av­ro­pa Liqasının qrup mərhələ­sinə vəsiqə qazandı...

- Azərbaycan yığması xeyli irəli­lə­yib. Amma nəticə hələ yoxdur. Yeni seçmə mərhələdə hədəfləriniz mənə məlum deyil. Gürcüstan yığ­masının məqsədi Avropa Çempiona­tının pley-off mərhələsinə çıxmaq­dır. Klublara gəldikdə uğur tez-gec olmalıdır. Amma bu qədər maliyyə ilə Çempionlar Liqasının qrup mər­hələsinə adlamaq uğrunda yarışmaq lazımdır. Ümumiyyətlə, Çempionlar Liqasında qrupa qalmaq, Avropa Li­qasından asandır. Klublarınız düzgün inkişaf strategiyası ilə işləsə, tez bir zamanda avrokuboklarda mübarizə aparacaq. Yeni qaydalara əsasən, Çempionlar Liqasına vəsiqə qazan­maq bir qədər asanlaşıb. Avropa Li­qasından asandır. Gərək, seçəsiniz - ya milli, ya klublar. Gərək, birini se­çəsən və onun üçün çalışasan. Həm yığma, həm klubları eyni zamanda inkişaf etdirmək çox çətindir.

- Azərbaycan və Gürcüstan yığ­ma­larının oyununu müqayisə edə bilərsiniz?

- Bu ba­rə­də in­di da­nış­maq düz­gün ol­maz. Gə­rək oy­un­la­rı gö­rək. Son oy­un­la­rı­nı­zı o qə­dər  iz­lə­mə­mi­şəm. Bir ne­çə il əv­vəl yol­daş­lıq görüşü ke­çir­məyi plan­laş­dı­rır­dıq. Son an­da prob­lem­lər or­taya çıx­dı. Qar­şı­da­kı il­lər­də bu oy­u­nun baş tut­ma­sı çox vaci­b­dir. Azər­baycan və Gürcüstan yığma­la­rı­nın oy­u­nu böyük ma­rağa sə­bəb olacaq.

- Sizi hamı "Anortosis"dəki işinizdən sonra tanıdı. Məşqçi kimi yaxşı təbliğ olundunuz...

- Mən bu­nu eti­raf edi­rəm. "Anor­to­sis"lə av­ro­ku­bok­lar­da yax­şı oy­na­dıq. Ar­dınca "Olim­pi­a­kos"da ça­lış­dım. Hər şey ürəy­imcə­dir. Sa­dəcə, klub sə­viyyə­sin­də ça­lış­maq is­təy­i­rəm. Be­lə isə fut­bol üçün da­rı­xı­ram. Ona gö­rə gə­ləcək­də yığma işi­nə bir qə­dər fa­si­lə ve­rəcəy­əm. Gürcüstan və­tə­ni­miz­dir. Ona gö­rə kö­mək et­məyə ha­zı­rıq. 2016-cı ilin mayın­da müqa­vi­lə­miz ba­şa ça­tır. So­nra klu­b­da ça­lı­şacağam. 

- Yığmada uğur qazanmaq çətindirmi?

- Yığma­da nis­bə­tən yaş­lı məşqçi iş­ləyə bi­lər. 2-3 ay­da bir də­fə top­la­nış olur. 1-2 oy­un ke­çir və ye­ni­dən ko­man­da bu­ra­xı­lır. Mən gəncəm və iş­lə­mə­liy­əm. Özümdə güc hiss edi­rəm. İn­di klu­b­da iş­lə­mək­lə da­ha çox xey­ir ve­rə bi­lə­rəm. Klub işin­də hər gün məşq ke­çir­sən, da­im fut­bol­çu­lar­la tə­ma­s­da­san. Yığma­da san­ki özü­nü tam gö­s­tə­rə bil­mir­sən. Gürcüstan yığma­sı ilə müqa­vi­lə ba­şa ça­tan­dan so­nra, karye­ra­mı klu­b­da da­vam et­di­rəcəm.

- "Anor­to­sis"lə uğu­run sir­ri nə idi?

- Öl­kə fut­bo­lu ta­ri­xin­də ilk də­fə ko­man­da Çem­pi­on­lar Li­qa­sın­da qru­pa və­si­qə qa­zan­dıq. İş düzgün qu­rul­muş­du. Rəh­bər­lik, fut­bol­çu­lar və məşqçi­lər bir hə­də­fə vu­rur­du. Əg­ər ko­man­da yax­şı oy­nayır­sa, nə­ticə özü gə­ləcək. Hə­min mövsüm məşqçi­lik karye­ra­mın ən uğur­lu ili­dir. 

- Azər­baycan klub­la­rı ilə hə­min uğu­ru tə­k­rar­laya bi­lər­si­niz?

- (Gülür) Tə­x­ri­bat ya­ra­dacaq su­al­dır. Mən in­di Gürcüstan yığma­sı­nın baş məşqçi­siy­əm. Fi­k­rim doğma ko­man­da­ma yö­nə­lib.

- Azər­baycan­dan tək­lif al­sa­nız, ra­zı­la­şar­sı­nız?

- Ha­zır­da ra­zı­laş­ma­ram, çünki mü­qa­vi­lə ilə Gürcüstan mil­li­si­nə məx­­su­sam.

- Mən­də olan mə­lu­ma­ta gö­rə, 2-3 il əv­vəl siz bi­zim məş­hur klub­la­rı­mı­zın bi­rin­dən tək­lif al­mı­sı­nız...

- Karye­ram ər­zin­də çox­lu say­da tək­lif al­mı­şam. "Olim­pi­a­kos"dan ay­rı­lan­da Azər­baycan­dan tək­lif var idi. La­kin bu mə­sə­lə Gürcüstan­la müqa­vi­lə im­za­lay­an­dan so­nra açıq­lan­dı. Ona gö­rə heç bir da­nı­şıq­lar­da iş­ti­rak et­mə­mi­şəm. Müqa­vi­ləm var­sa, onu ye­ri­nə ye­tir­mə­liy­əm. Fe­de­ra­siya ilə ra­zı­laş­mam 2016-cı il­də bi­tir. O vax­ta qə­dər heç kim­lə da­nı­şıq apar­ma-y­acağa­mı de­miş­dim. Tək­lif ba­rə­də söy­lə­məy­əcəy­əm. O adam­lar­la heç da­nı­şığı­mız ol­mayıb. Siz­dən xa­hiş edi­rəm, klu­bun adı­nı çək­məy­ək. Fe­de­ra­siya ilə müqa­vi­lə ba­şa ça­tan­dan so­nra, im­kan ol­sa, klu­b­da­kı karye­ra­mı da­vam et­di­rəcəy­əm. Ha­ra­da iş­ləy­əcə­mi in­di­dən deyə bil­mə­rəm. Ya­şay­a­rıq, gö­rə­rik.

- Ma­raq­lı müsa­hi­bəyə gö­rə tə­şəkkür edi­rəm...

- Siz də çox sağ olun! Ha­mıya sa­lam­la­rı­mı çat­dı­rın!


MƏSLƏHƏT GÖR:

533