14 Mart 2025

Cümə, 22:41

SƏDLƏRİ UÇURAN AKTYOR

Azərbaycan SSR-in Xalq artisti Əlağa Ağayevin oynadığı rollar ölkəmizin kinematoqrafiya tarixinin bir hissəsinə çevrilib

Müəllif:

25.06.2013

Bu il Azərbaycan kinosevərlərinin və teatr pərəstişkarlarının ən sevimli aktyorlarından biri Əlağa Ağayevin anadan olmasının 100 illiyi qeyd edilir. Hamımız onu "O olmasın, bu olsun" filmindəki Məşədi İbad, eləcə də ilk Azərbaycan fantastik filmi olan "Seirli xalat"dakı Şah obrazına görə yaxşı  xatırlayırıq. 

"O olmasın, bu olsun" filmini ilk dəfə sanki dünən görmüşəm kimi xatırlayıram. 8 yaşım var idi", - deyə tanınmış aktyor Rasim Balayev "R+"a xatirələrini bölüşüb. "Bu filmə baxanda Ağayevin oynadığı Məşədi İbadı aktyor kimi deyil, gerçək insan kimi qəbul edirdim. Ağayev bir çox mənfi rolları oynaya bilirdi və oynayırdı da. Lakin buna baxmayaraq, tamaşaçı onu sevirdi. Təəssüf ki, mən bu istedadlı insanla birgə oynaya bilmədim".

Rasim Balayev bu böyük artistin aktyorluq istedadının universallığını xüsusi qeyd etdi.

"Əlağa Ağayevin oynadığı rollar ölkəmizin tarixinin bir hissəsi oldular", - deyə Dövlət Film Fondunun, İctimai Televiziyanın direktoru, Azərbaycanın əməkdar incəsənt xadimi Cəmil Quliyev qeyd edir. "Ağayevin ötürdüyü xarakterlər son dərəcə çoxmənalıdırlar, onlar sadəcə komediyalı xarakterlər deyillər. Onun oynadığı rollar arasında dramatik olanları da var. Məsələn, "Qanun naminə" filmində - bu heç də xeyirxah və komediya personajı deyil",- deyə Quliyev danışır. Belə rollar  Əlağa Ağayevin istedadının çoxtərəfliyini göstərir".

"Onun haqqında nə deyə bilərəm?", - deyə aktyorun qızı Gülçin xanım bildirir. Artıq hər şey deyilib. İşlə yüklənməsinə baxmayaraq, o, ailəsinə vaxt tapırdı. Hara getsə idi, məni də özü ilə aparardı. Onun bütün rollarını əzbər bilirəm. Mənim aktyorluq istedadım var, amma atam onun yolu ilə getməyə icazə vermədi".

1956-cı ildə Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən "O olmasın, bu olsun" musiqili komediyası ekrana çıxanda Əlağa Ağayev bir anda məşhurlaşdı. Onu küçədə tanıyırdılar. Müasirləri xatırlayırlar ki, yoldan keçənlər dəfələrlə onlar üçün aktyordan məşhur "Mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana..." mahnısını oxumağı xahiş etmişdilər.

Halbuki, Əlağa Ağayev daha əvvəl peşəkar aktyor olmuşdu və dəyərli rolları da vardı, kinoda deyil, teatrda. Onun ilk rolu Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasında Hacı Qaradır.

1936-cı ildə Ağayev Fəhlə Uşaq Teatrının (indiki Gənc Tamaşaçılar Teatrı) truppasına qəbul olur. O, peşəkar səhnəyə ilk dəfə "Kapitan Qrantın uşaqları" (Jül Vernin eyniadlı romanının motivləri əsasında) dramının ən koloritli personajı Paqanelya obrazı ilə başlayıb.

Ağayevin kinoda oynadığı ilk rol kiçik olub və həmin vaxt o, əmək zərbəçilərinin məhəbbətindən danışan ortabab sovet filmi "Görüş"də oynayıb. Bugünkü mədəniyyət xadimləri onları etinasızlıqla "istehsal" filmləri adlandırırlar. Daha sonra "O olmasın, bu olsun" filmi artıq həmişəlik aktyorun taleyini tamam dəyişdi. 

1961-ci ildə Ağayev Azərbaycan Akademik Dram Teatrının tərkibinə keçdi; - bu teatr GTT-dən (Gənc Tamaşaçılar Teatrı) daha nüfuzlu idi. Orada aktyorun ilk rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında Abış Surxayeviç oldu. Bu teatrda Əlağa Ağayev ömrünün sonuna kimi çalışdı. Tamaşaçılar sonuncu dəfə onu Cəfər Cabbarlının "Sevil"ində Babakişi rolunda gördülər. 

Əlağa Ağayevin çoxlu maraqlı, amma, əfsuslar ki, az tanınan rolları da olub. Əlbəttə, o, teatr ənənəsinə görə Şekspiri də, Azərbaycan klassikləri - Axundovu, Cabbarlını, Məmmədquluzadəni də oynayıb. Eyni zamanda o, tanınmış müasir dramaturqlar və kinossenaristlər - Arkadi Arkanov, Qriqori Qorin, Emil Braginski və Eldar Ryazanovun da tamaşalarında rol alıb. 

O, teatrda hamımıza məlum olan Novoselsovun da rolunu  ifa edib. Həmin obrazı bir qədər sonra Ryazanovun "İşdə məhəbbət macərası" filmində rusiyalı aktyor Andrey Myaqkov canlandırıb. 

Ağayevin kinodakı işləri arasında "Əhməd haradadır?" və "Dəli Kür" kimi məşhur filmlərdə (İsmayıl Şıxlının məşhur eyniadlı romanı əsasında), eləcə də Ceyms Olddricin hekayəsi əsasında çəkilən populyar sovet filmi "Sonuncu qarış"dakı kiçik rollarını xatırlatmaq lazımdır.  

17 iyun 1945-ci ildə aktyor "Azərbaycan SSR-in Əməkdar artisti" adı ilə, 27 fevral 1954-cü ildə isə "Azərbaycan SSR-in Xalq artisti" adı ilə təltif olunub. Aktyor 3 noyabr 1983-cü ildə bayram masası arxasında gülərək və dostlarına lətifə söyləyərək dünyasını dəyişib. Bu necə də ona bənzəyir! 

Aktyorluq (daxili) terminologiyasında "dördüncü divarı uçurmaq" anlayışı var. Əgər üç divardırsa, bu divarın bir hissəsidir, dördüncü-dürsə, - bu aktyorla tamaşaçı arasında xə-yali divardır ki, onu ancaq böyük ustalığa malik aktyorlar dağıda bilərlər. Ancaq "dördüncü divarı uçurmaqla" Əlağa Ağayevin qəhrəmanı "varlığının təsirini", reallığını yarada bildi və gənc Rasim Balayevi Məşədi İbadın həqiqiliyinə inandırmağı bacardı. 



MƏSLƏHƏT GÖR:

664