
DİVERSİFİKASİYA OLUNMUŞLARI BÖHRAN TUTMUR
"R+"un Qara dəniz Ticarət və İnkişaf Bankının prezidenti Andrey Kondakov ilə müsahibəsi
Müəllif: Emin Əliyev Bakı
Hələ bu yaxınlarda beynəlxalq və maliyyə institutlarının əsas funksiyaları dünyanın inkişaf etməkdə olan ölkələrində iqtisadiyyatın dəstəklənməsi və stimullaşdırılması idi. Lakin hələ də praktiki olaraq, bütün Avropanı ciddi gərginlikdə saxlayan və dünyada ümumi iqtisadi əhval-ruhiyyəyə təsir edən qlobal maliyyə böhranı, BMİ-nin fəaliyyət istiqamətini bir qədər - böhrandan çıxış yollarının müəyyənləşdirilməsi yönündə genişləndirməyə sövq etdi.
Bu mənada Qara dəniz Ticarət və İnkişaf Bankı da (QDTİB) istisna olmadı. Son illər bankın fəaliyyət sferasında olan regional iqtisadiyyatın artım səviyyəsində bir enmə tendensiyası müşahidə olunur. Lakin bank rəhbərliyinin fikrincə, burada Azərbaycan kənarda durur, region ölkələrinə dünyada böhran tendensiyası fonunda ölkə iqtisadiyyatının stabil səviyyəsinin diversifikasiyası və dəstəklənməsi üzrə təcrübədən faydalanmağa dəyər.
Qara dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının XV illik toplantısında iştirak etmək üçün Bakıya gələn bankın prezidenti Andrey KONDAKOV bu və digər məsələlərə baxışını "R+"a müsahibəsində bölüşüb.
- Dünyada iqtisadi vəziyyəti və onun Qara dəniz regionuna təsirini necə qiymətləndirirsiniz?
- Dünya iqtisadiyyatında vəziyyət sadə deyil və təəssüf ki, keçən ilin sonunda gözlənilən və proqnozlaşdırılan canlanma alınmır. Bununla bağlı olaraq, bütün iri beynəlxalq təşkilatlar öz proqnozlarını azalmaya tərəf yenidən gözdən keçiriblər. Dünya iqtisadiyyatına təzyiq göstərən faktorlar hamıya məlumdur və mən onları sadalamayacağam. Dünya böhranı bizim regionda da özünü göstərdi. 2000-ci ildən 2008-ci ilə kimi Qara dəniz regionu ən dinamik inkişaf edənlərdən biri olub. Region üzrə orta artım tempi ildə 6-7% təşkil edirdi. Təəssüf ki, bu region böhran vaxtı digərlərindən daha çox ziyan çəkdi və bu böhranın nəticələrini daha ağır keçirir. Artım tempi yuxarıda səslənən rəqəmlərdən mənfi 6%-a düşüb.
- Milli iqtisadiyyatı bərpa etmək region ölkələrində nə dərəcədə alınır?
- Hazırda regionun iqtisadiyyatı bərpa olunur, amma kifayət qədər ləng. Bu bizi bir az ehtiyatlı olmağa və həyata keçirilən əməliyyatlara daha məsuliyyətlə yanaşmağa məcbur edir. Keçən il Qara dəniz regionu üzrə artım tempi 2,1% təşkil etmişdi, bu il ölkələr ən yaxşı halda 3% səviyyəsinə qalxacaqlar. Bununla da Qara dəniz regionu üçün yeni planka bizə 3-3,5 % səviyyəsində görünür.
- QDTİB baş verən dəyişikliklərə necə reaksiya verir?
- Vəziyyətin inkişaf dinamikası bizi bank strategiyasının bir sıra parametrlərini yenidən diqqətlə nəzərdən keçirməyə sövq edir. Əməliyyat strategiyasının ilkin variantı QDTİB-dir, o isə 2010-cu ildə razılaşdırılıb, bank əməliyyatlarının genişlənməsini ildə 14% nəzərdə tuturdu. Onda bu göstərici region iqtisadiyyatının 7% tarixi artım templərinə əsasən hesablanmışdı. Beynəlxalq maliyyə təşkilatının portfeli müvafiq regionlar və ya iqtisadiyyatın artım tempini 2, maksimum 2,5 dəfə keçəndə, bu düzgün hesab olunur. Region iqtisadiyyatının kəskin düşməsi və olduqca ləng bərpa olunmasından sonra biz səhmdarlara QDTİB-nin portfelinin artım parametrlərini bir qədər nəzərdən keçirməyi tövsiyə etdik.
- Bu yenidən nəzərdən keçirmək nədən ibarət idi?
- Keçən ilin sonunda kredit portfelinin genişlənmə templərindən başqa, bankın strategiyasının əsas parametlərini qüvvədə saxlamaq haqda qərar qəbul olundu. İndi onlar bankın ilk 14 illik mövcudluğunda müəyyən edilmiş tarixi qiymətlərə daha yaxındırlar və ildə 7-7,5% təşkil edirlər. Əsas resurslar gərilməməlidir. Əvvəlki kimi portfel artır, bank inkişaf edir, lakin daha ehtiyatla.
- Siz Cənubi Qafqazda yaranmış iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz?
- Cənubi Qafqaz ölkələri böhranın mənfi nəticələrindən qaça bilmədilər. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, 2013-cü ilin ilk 4 ayında ölkənin iqtisadi göstəriciləri müsbət təsir bağışlayır, ölkə inflyasiyanın öhdəsindən gələ bilib. Ayrıca olaraq ölkənin qeyri-neft sektorunda sürətli artım tendensiyasını da mütləq qeyd etmək lazımdır. Bu, ölkə hökuməti və müvafiq strukturların keçirdiyi effektli və uğurlu diversifikasiya olunmuş siyasətin nəticəsidir. Düşünürəm ki, Azərbaycanın diversifikasiya üzrə təcrübəsi xarici yoldaşlara faydalı və maraqlı olacaq.
- Azərbaycan bankın işinə nə dərəcədə fəal cəlb edilib?
- Azərbaycanın QDTİB-nin balans portfelində payı 10 faiz təşkil edir - bu, çox böyük göstəricidir. Yəni ölkə QDTİB-nin iştirakçıları arasında dördüncü yerdə durur. Azərbaycanın bank səhmlərinin 5 faizinə sahib olduğunu nəzərə alaraq deyə bilərik ki, (səhmdarlar arasında isə Rusiya, Türkiyə, Ukrayna və daha iri iqtisadiyyatlar mövcuddur) bu çox yaxşı səviyyədir. Biz Azərbaycanda biznesin sonrakı inkişafı üçün çox yaxşı imkanlar görürük.
- QDTİB Azərbaycana dair fəaliyyətinin əsas istiqamətləri və ikitərəfli əməkdaşlığın nəticələrini necə görür?
- Ölkə üzrə bank fəaliyyəti bank sektoruna cəmlənib, lakin biz tərəfdaşların sayının diversifikasiyası və genişləməsinə çalışırıq. Keçən il bank dəyəri 10 mln avro olan üç layihə qəbul edib. Lakin 2013-cü ilin başlanğıcından dəyəri 21 mln avro həcmində dörd layihəyə razılıq vermişik. Bu, QDTİB və Azərbaycan arasında əməkdaşlığın inkişaf dinamikası və bu əməkdaşlıın etimad xarakterindən xəbər verir. Biz ölkənin iri bankları ilə çalışırıq, eyni zamanda, qeyri-bank kredit təşkilatları ilə də qarşılıqlı əməkdaşlığımızı genişləndiririk və Azərbaycanda fəaliyyət göstərən daha kiçik banklarla qarşılıqlı əlaqələri qaydasına salaraq, bank sektorunun əhatəsini daha da genişləndirməyi planlaşdırırıq.
- Bu, bankın Azərbaycandakı fəaliyyətinin ancaq bank sektorunda cəmlənməsimi deməkdir?
- Əlbəttə ki, bank sektorların əhatəsini genişləndirməyi planlaşdırır. QDTİB-nin səhmdarları hesab edirlər ki, bank ümumilikdə Qara dəniz regionunda və xüsusilə də Azərbaycanda iqtisadiyyatın real sektorunda iştirakını artırmalıdır. Bu istiqamət hazırda bank üçün prioritet hesab olunur. Biz nəqliyyat sektorunda layihələrin maliyyələşməsində iştirak etməyi planlaşdırırıq. Hazırda bunların hamısı ilkin mərhələdədir, lakin danışıqların uğurlu bitməsinə və belə layihələrin yaxın gələcəkdə reallaşmasına ümid edirik. Bundan başqa, QDTİB bank sektorunda tərəfdaşlarımız üçün kredit xətti artırmağı planlaşdırır.
MƏSLƏHƏT GÖR: