25 Noyabr 2024

Bazar ertəsi, 09:16

QIZIL BUMU

Cari ildə Azərbaycanda qiymətli metalların istehsal həcminin artacağı proqnozlaşdırılır

Müəllif:

11.06.2013

“Anglo-Asian Mining” PLC şirkəti Azərbaycanın Gədəbəy yatağında qızılın çən yuyulması üzrə yeni zavodunu işə salıb. Müəssisədə müasir texnologiyanın tətbiqi qızıl konsentratı istehsalının nəzərə çarpan artımından xəbər verir. 

Amerikanın “R.V.Investment Group Services” LTD şirkəti tərəfindən təsis edilən “Anglo-Asian Mining” PLC əməliyyat şirkəti 2009-cu ilin may ayından Gədəbəy yatağında qiymətli metallar və mis hasilatını həyata keçirir. 

Yerli kombinatada zənginləşdirilmiş qızıl filizi saflaşdırılmaq üçün İsveçrəyə göndərilir. Dünya bazarlarında “Ayrim” brendi ilə satılan külçələrin bir hissəsi hasilatın pay bölgüsünə (PSA) dair razılaşma çərçivəsində saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankına verilib. 

Gədəbəy yatağının payına ölkədə hasil edilən qiymətli metalların həcminin çox hissəsi düşür və bu mədənin işi sahənin baza göstəricilərini müəyyənləşdirir. Təkcə 2009-cu ilin ortalarından cari ilin birinci rübünə qədər ölkənin qızıl yataqlarında ümumilikdə 6 tondan çox xalis qızıl hasil edilib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin nəticələrinə əsasən, Azərbaycan yataqlarında qiymətli  metalların ümumi həcmi 1,562 tondan çox qızıl və 625 kq çox gümüş təşkil edib ki, bu da uyğun olaraq 12% və 48,6% ötən illə müqayisədə az göstərici deməkdir. İstehsalat 2013-cü ilin yanvar-aprel aylarında da azalıb, tələb olunan müddətdə ancaq 342,8 kq qızıl hasil edilib. 

Ölkənin aparıcı qızıl hasil edən şirkəti - “Anglo-Asian Mining” PLC-nin mütəxəssislərinin fikrincə, qızılın hasilatının azalması ötən il sərt keçən qış mövsümü, eləcə də yatağın mənimsənilməsi zamanı geoloji xarakterli bir sıra çətinliklərin yaranması ilə bağlıdır. Lakin bütün bu problemlər müvəqqəti xarakter daşıyırdı və artıq həllini də tapıb. Müvafiq surətdə cari ildə hasilat artımının göstəriciləri artmalıdır. 

Xüsusən, istehsalın nəzərə çarpan artımı iyunun 5-də istismara verilən müasir zavodu filizin yuyulması ilə təmin edəcək.  Ümumi dəyəri 50 mln dollardan artıq olan layihənin maliyyələşməsi başlıca olaraq, Azərbaycan Beynəlxalq Bankının hesabına baş verdi. Bank bunun üçün 3 ilə 43,5 mln dollar ayırmışdı. 

Yaxın günlərdə yeni müəssisə qızıl konsentratının ilk partiyasını verəcək. Saatda 100 ton filizin emal olunmasını nəzərdə tutan yeni zavodda nəinki zəngin qiymətli metal filizlər, eləcə də toplu yuyulma metoduna yaramayan süxurlar da zənginləşdiriləcək.

Qızılın çən yuyulması texnologiyası filizdə olan 90%-dən artıq qızıl çıxarmağa imkan verir, lakin toplu yuyulma üsulunda bu göstərici 70%-ı keçmirdi”, - deyə  “Anglo-Asian Mining” PLC-dən bildiriblər. 

İlkin qiymətləndirmələrə görə, yeni zavodda oksid filizlərdən qızılın çıxarılması 85% və  eyni qaydada, sulfid filizlərindən isə 69% səviyyəsindən az gözlənilmir. Bununla bərabər, şirkət mütəxəssisləri bu göstəricinin 90% pik nöqtəsinə çatması üçün tədqiqat və sınaq işlərini davam etdirirlər. 

 “Yeni müəssisənin açılması sayəsində şirkət 2013-cü ildə qızılın istehsal həcmini  60 min troya unsiyasına çatdırmağı planlaşdırır ki, bu da keçən ilin göstəricilərini 20% üstələməyə imkan verəcək. Bundan başqa, müasir texnologiyaların tətbiqi sayəsində biz qızılın hər unsiyasına görə istehsal xərclərini 500 dollara kimi azaltmağı planlaşdırırıq. Bu da bizim istehsalımızı digər qızılçıxaran istehsalçılardan sərfləli şəkildə fərqləndirəcək”, - deyə  “Anglo-Asian Mining” PLC şirkətinin rəhbəri Reza Vaziri bildirib.  

Gədəbəydə sənaye istehsalını təşkil edərək, “Anglo-Asian Mining” PLC digər yataqlarda axtarış işlərini genişləndirir. Xüsusən, Tovuz rayonunda “Qoşa” yatağının mənimsənilməsinə başlayandan sonra 2015-ci ilə kimi ölkədə qızılın istehsalını iki dəfəyə qədər artırmağı planlaşdırır. Bu mədənin işlənməsinə bu ilin sonunda başlanılması nəzərdə tutulur. Həm də nəzərə almaq lazımdır ki, “Qoşa” yatağı xalis qızıl olan süxurlardan ibarətdir, lakin “Gədəbəy”dəki filizin tərkibi az miqdarda qızıl olmaqla, mis ehtiyatı ilə zəngindir. 

Keçən il “Anglo-Asian Mining” PLC şirkətinin mütəxəssisləri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda sahəsi 462 kv.metr olan Piyazbaşı və Ağyurdun müqavilə ərazilərində yeni qızıl yataqlarının axtarış işlərinə başladılar. 

Şirkətin sadalanan hər 3 yataq üzrə ehtiyat bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min tondan artıq mis ehtiyatını ötür.   

Azərbaycanda ikinci iri qızıl istehsalatçısı, 2006-cı ildə yaradılan konsorsium - “Azerbaijan” da işlərini aktiv şəkildə genişləndirir.  

“International Mineral Resources Operating Company” (AIMROC) beş xarici şirkətin və Azərbaycan hökumətinin tərkibində 30% iştirak payına sahibdir. Konsorsium bu ilin sonuna kimi Daşkəsən rayonunun Çovdar  kəndindəki  filiz-mədən yatağında kommersiya istismarına başlanmasını planlaşdırır. Çovdardan ilk əyarlı qızıl külçəsi keçən il əldə olunub, AIMROC zənginləşdirici kombinatını işə salmaqla, artıq tammiqyaslı istehsalı  təmin edəcək. Mütəxəssislərin hesablamalarına görə, Çovdarın bir ton filizindən 4 qrama qədər qızıl əldə etmək mümkün olacaq.  Göstəriciyə görə bu, ən perspektivli mədənlərdən biridir. 

Konsorsium, həmçinin “Qarabağ”, “Göydağ”, “Dağkəsəmən” qızıl filiz yataqlarını, “Köhnə mədən” və “Kürəkçay” sahəsində də hasilat işlərini həyata keçirəcək.

Azərbaycanlı geoloqlar ölkədə yeraltı axtarış işlərini davam etdirir və uğurlu nəticələr qazanırlar. Geoloqların apardıqları işlər sayəsində Göygöl rayonunda yeni qızıl mədəni aşkar olunub: axtarışlar aparılan “Tülallar” yatağının ehtiyatı 80 ton qızıl və 290 ton gümüş qiymətləndirilir. Daşkəsən rayonunda potensial ehtiyatı 20 ton qızıl olan “Qoşqardağ-Çanaqçı” yatağı aşkar edilib. Daha irimiqyaslı kəşf Şəmkir rayonunda olub: burada hasilat ehtiyatı 50 ton platin qrupu metallarından ibarət platin yatağı aşkar edilib. Bu da mədəni Cənubi Qafqazda ən iri yataqlardan birinə çevirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, digər yataqların mənimsənilməsinə görə Azərbaycanda hər il, təxminən, 10-15 ton qızıl istehsal etmək olar. 

Qiymətli metalların hasilatı qeyri-neft sektorunun qızğın surətdə inkişaf edən sahəyə çevrilməsi və Azərbaycanın alternativ gəlirlərinin təmin olunması üçün bütün perspektivlərə malikdir.


MƏSLƏHƏT GÖR:

417